Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət etmişdi..."
Cəmiyyət
Oxunub: 2753
22 Jul 2020 | 12:51
Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət etmişdi...
23 İyul 1993-cü il. 27 il əvvəl 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı…

Tarixi:

Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. 1750-ci ildə Pənahəli xan Ağdamın Şahbulağ qalasını, elə həmin dövr də Şuşa Qalasını inşa etdirmişdir.

Bəzi mənbələrdə şəhərin rəsmi olaraq salınması 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur.

1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.

1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onu qarşılamaq üçün qara çərkəzi geyimdə olan, yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər, yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət etmişdir.

Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadratkilometr olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar, bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Coğrafiyası:

Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Ağdam rayonu Qarabağın dağlıq və Aran hissəsinin mərkəzində yerləşir. Dağlıq hissəsi Xaçın dərəsidir. Qədim türk tayfası Kolanı tayfasının yaşadığı yerdir.

Ağdam rayonunun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kv. km., əhalisinin sayı 204 min nəfərdir (2020-ci il tarixinə). Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kv. km. (Ağdam şəhərinin yuxarısında), 20 kv. km. (Güllücə-Qızıl Kəngərli sahəsində), 13 kv. km. (Ağdam şəhərindən aşağıda) və 10 kv. km. (Qaradağlı-Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450-500 metr mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.

Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcabədi rayonları ilə sərhədində 120-130 metrə qədər alçalır. Meylliyin az olması ilə əlaqədar düzənliyin səthi çox zəif parçalanmışdır. Eroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və müvafiq olaraq 6-7 metrə, 10-15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kəndi təsərrüfatı texnikasının istifadəsini asanlaşdırır, torpaqları eroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır.

Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədardır və çox cüzilik təşkil edir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15-16 km. Qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə qədər uzanır. Bu yerlərdə mütləq yüksəklik 600-700 metrə çatır. Maksimum hündürlük 1365 metrdir. Rayonun bu hissəsi, xüsusilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.

Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran Xocavənd və Füzuli rayonları ilə həmsərhəddir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardır.

Rayonun inzibati mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km. məsafədə, Qarqar çayının sahilindən 3 km. aralı, Qarabağ düzünün cənub-qərbindədir.

Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayonlarımızdandır.

Qarabağ müharibəsi:

21 fevral 1988-ci ildə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin sessiyasını keçirtdi və DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq, Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi. Ağdamda yerli əhali bu qərara etiraz əlaməti olaraq, 22 fevral tarixində mitinq keçirdi və Xankəndi istiqamətinə dinc yürüş etdi. Lakin ermənilər dinc nümayişçilərə atəş açdı və nəticədə iki Ağdam gənci – Hacıyev Əli və Quliyev Bəxtiyar erməni quldur dəstələri tərəfindən öldürüldü. Onlar Qarabağ müharibəsinin ilk şəhidləri oldu.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olundu. Ümumi ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğala məruz qaldı.

Ağdam əhalisi düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ərazisində məcburi köçkünə çevrilib.

12 May 1994-cü ildə Bişkek Protokolunun imzalanması zamanı, Ağdam rayonun Qərvənd kəndində qızğın döyüşlər gedirdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılmasına qədər Qarabağın digər bölgələrində olduğu kimi Ağdamda da vətənpərvər insanlardan ibarət altı könüllü batalyon yaradılmışdır. Batalyonların komandirləri - Şirin Mirzəyev, general Ərşad Nadirov, Asif Məhərremov, Yelmar Edilov, Yaqub Rzayev (xalq arasında Qatır Məmməd kimi tanınır. Onun oğlu Milli Qəhrəman Canpolad Rzayevdir.) və Allahverdi Bağırovdur.

1990-1991-ci illərdə Ağdam rayonu ən çox ermənilər tərəfindən hücuma məruz qalan rayonlardan biri idi. Belə ki, Ağdam rayonunun bir sıra kəndləri erməni əhalisinin də yaşadığı Xocavənd, Əsgəran və Ağdərə rayonları ilə sərhəddə yerləşirdi. Erməni Seperatçıları davamlı olaraq Azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil edir,evləri yandırır, qoca və uşaqları girov götürürdülər. Bu cür çətin bir zamanda Ağdam ehalisinin təşəbbüsü ile və respublikada yaşayan (əsasən Qarabağlılardan ibarət) ləyaqətli, cəsur, vətənpərvər insanların dəstəyi ilə 6 Könüllü Özünümüdafiə Batalyonu yaradılmışdır. Məhz bu şəxslər sözügedən altı Könüllü Özünümüdafiə batalyonunu formalaşdırılmış və öz şücaətləri ilə xalqın sevgisini, hörmətini, etimadını və etibarını qazanmışlar.

Hansı ki, həmin dövrdə Azərbaycan Respublikası Silahlı qüvvələri yaradılmamışdı. Həmin Könüllü Özünümüdafiə Taborlarının mərd, cəsur əsgər və zabitləri nəinki Ağdam ərazisini qoruyub saxlaya bilmiş, hətta Ağdam rayonuna bitişik yeddi erməni əhalisinin də yaşadığı Azərbaycan kəndlərini (Xoramurd, Xanabad, Kətik, Fərrux, Seyidsülən, Aranzəmin, Pircamal) erməni seperatçılarından azad etmişdilər. Maraqlı bir faktı da qeyd etmək istəyirəm ki, 6 Tabor komandirindən 4 nəfəri - General Ərşad Nadirov, Allahverdi Bağırov, Şirin Mirzəyev və Yelmar Edilov bir başa döyüşlər zamanı, Asif Məhərrəmov döyüşlərdə aldığı ağır xəsarətlərdən xəstəxanada, heç bir təqsiri olmadan əsassız şəkildə həbs edilmiş, Yaqub Rzayev - Qatır Məmməd-İstintaq Təcridxanasında vəfat etmişdir.

Başqa önəmli bir faktı da qeyd etmək istəyirəm ki, 1993-cü ilin yanvar-fevral aylarında Ağdamın müdafiəsi ilə bağlı iki briqada məşğul idi. Onlardan biri xalq arasında Ağdam briqadası kimi tanınan 708-ci briqada idi. O briqadaya rəhbərliyi peşəkar hərbçimiz Talib Məmmədov (hazırda təqaüddə olan general-leytenant Talib Məmmədov) edirdi. Talib Məmmədov və onun briqadası sona qədər qəhrəmancasına döyüşmüşlər. Həmin dövrdə Ağdam rayonunun müdafiəsinə cavabdeh olan Ağdam Briqadası kimi tanınan 708 saylı hərbi hissə komandiri müdafiəni düzgün təşkil etdiyinə görə hazırda Arərbaycan respublikasının nəzarətində olan (Ağdam əhalisinin 80%-i məhz həmin kəndlərdə yaşayır) Azərbaycanlıların yaşadığı 43 kənd Erməni işğalçılarından müdafiə olunmuşdur.

Ağdamın Aran hissəsinin müdafiəsi isə Müdafiə Nazirliyi tərəfindən 709-cu hərbi briqadaya həvalə edilmişdir.

1993-cü ilin may ayının sonu iyunun əvvəlində Ağdam şiddətli hücümlara qaldı. Məhz 4 iyun 1993-cü ildə ermənilər Ağdamın Aran hissəsini işğal etməyə başladılar. Bu ərəfədə, yəni 4 İyun 1993-cü ildə 709-cu briqadaya məxsus “artilleriya” və “qrad” qurğuları təmir adıyla geri çağırıldı. Bu vəziyyəti bilən və görən erməni işğalçıları hücumu daha da qüvvətlənirdi. O zaman bir sıra qrupun hakimiyyət uğrunda mübarizəyə başlarının qarışması fürsətindən məharətlə istifadə edən ermənilərin təcavüzü nəticəsində, altı batalyonunun dörd komandiri gərgin döyüşlər zamanı şəhid olmuşdur.

Hansı ki, müdafiəsi 709 saylı hərbi hissəyə tapşırılmış komandir: Polkovnik Elxan Əliyev (etdiyi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmişdir). Bu briqada müdafiəni düzgün təşkil etmədiyinə və erməni işğalçılarına ciddi müqavimət göstərmədiyinə görə həmin ərazilər ermənilər tərəfindən işğal edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, Ağdam ərazisinin ermənilər tərəfindən işğal edilməsini mümkün edən səbəblərdən biri, bəlkə də birincisi 1993-cü il may ayının sonu və 1, 2 və 3 iyun tarixlərində Ağdam rayonunun müdafiəsi üçün hava – su kimi lazım olan Artileriya və Qırad
qurğuları təlim–məşq adı altında, Seyfəli təlim poliqonuna aparılması olmuşdur. Bu səbəbdən də erməni işğalçılarının ağır silahlılarının hücumlarına qarşı müqavimət göstərilə bilinməmiş və nəticədə Ağdam ermənilər tərəfindən işğal edilmişdir.

1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyev Ağdam ziyalılarının, qazilərin, hərbiçilərin iştirakı ilə Ağdamın işğalı prosesini müzakirə edərkən, rayonun ilhaqına dair İstintaq və Məhkəmə sənədlərinə əsaslanaraq bəlli olmuşdur ki, Ağdamı burada yaşayan yerli əhali təslim etmədi. Yerli əhali son damla qanına qədər vuruşaraq, çoxsaylı şəhid verdi. Ağdam 709-cu briqadanın və onun rəhbər heyətinin xəyanəti nəticəsində işğal olunub.

Talan edilmiş Ağdam abidələri:

Ağdamda olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında olması, ermənilərin Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar açır.

Tarixi abidələri də – Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi.

Bu gün bütün bu abidələr də işğal altındadır. Ermənilər Ağdam rayonunda olan tarixi muzeylərdəki eksponatları da talan etmişlər. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun ölkəmizin işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.

Hazırda rayondakı tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur.

İşğal altında qalmış Ağdam rayonunun təbii sərvətləri 27 ildir ki, talan edilir.

Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahəsi mövcud idi.

Rayonun ümumi ehtiyatları 64 milyon 863 min kubmetr olan mişar daşı, 140 milyon 464 min ton çobandağ əhəngdaşı, 44 milyon 708 min ton Boyəhmədli və 25 milyon 197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.

Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kv.km.-dir.

Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. 27 ildir ki, erməni quldur dəstələri tərəfindən işğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilir.

Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı "Qırmızı kitab"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına" düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olunub.

Ağdamın tanınmış insanları:

Ağdam bir çox tanımış ziyalıların, elm xadimlərinin, qəhrəmanların doğma vətənidir. Ağdamda sözü bütöv, gözütox, əqidəsi düz bir çox insanlar olub və vardır.

Qarabağ savaşında da Ağdam Azərbaycanda ən çox şəhid verən, müharibənin bütün ağırlığını öz çiynində daşıyan bölgə olub.

Ağdamdan olan Azərbaycanın Milli Qəhrəmanları aşağıdakılardır:

Şirin Mirzəyev, Asif Məhərrəmov, Allahverdi Bağırov, Yelmar Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasimov, Rövşən Hüseynov, Canpolad Rzayev, Nadir Əliyev, Rövşən Əkbərov.

Ağdamın görkəmli şəxsləri:

Elm sahəsində: Mineralogiya elmləri doktoru Xudu Məmmədov, tibb elmləri doktoru, akademik Adilə Namazova, fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov, dünya şöhrətli alim, professor Rafiq Əziz oğlu Əliyev, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru professor Zakir Cabbar bəy oğlu Məmmədov, iqtisad elmləri doktoru Teymur Vəliyev, Azərbaycanda kriminalistika elmi üzrə ilk professor Kəmalə Sarıcalinskaya, psixologiya elmləri doktoru Əkbər Bayramov, tarix elmlər doktoru Tofiq Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov, iqtisad elmləri doktoru professor Ədalət Muradov, hüquq elmləri doktoru, professor Habil Qurbanov, psixologiya elmləri doktoru Bəxtiyar Əliyev.

· Tənqidçi-ədəbiyyatşünas: filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, Süleyman Sani Axundov, Cahangir Gözəlov,

Bayram Bayramov (xalq yazıçısı), Famil Mehdi, Əlfi Qasımov, Şahmar Əkbərzadə, Mustafa Çəmənli;

· Toxuculuq sahəsində - Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmov;

· Kənd təsərrüfatı sahəsində: Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova, Məmməd Məmmədov, Xuraman Abbasova, Yaqub Rüstəmov, Məleykə Quliyeva və başqaları;

· Mədəniyyət və incəsənət sahəsində: teatr xadimlərindən Heydər Şəmsizadə, Narıc Məlikova, Məhəmməd Quliyev, Sara Qədimova, xalq artisti Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev, Mənsum İbrahimov, Rəmiş Hüseynov, Aygün Bayramova, Nəzakət Teymurova, Səxavət Məmmədov,

· İdman sahəsində: Ceyhun Məmmədov, Fariz Memmedov, Bəxtiyar Hacıyev, Səhliman Ağayev, Rüstəm Orucov, Elçin Cəfərov.

· Sovetlər dövründə dövlət xadimləri: Bahadır Vəlibəyov, ağsaqqallar İldırım bəy Vəlibəyov, İsa Bəylərov;

· Maarif xadimləri və müəllimlər: Səfərəli bəy Vəlibəyov, Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov, Məmməd Murtuza bəy oğlu Məmmədov, Qurbanov Surxay İmamqulu oğlu, Əli Zeyni oğlu Eyvazov, Fərman Salman oğlu Bayramov, Nuriyyə Mədət qızı Rəhimova, Alı Mədət oğlu Rəhimov, Kamilə Ağdamskaya;

· Energetiklər, Zahid Vəlibəyov, Surxay Vəlibəyov, Mikayıl Gözəlov.

İşğalçı ermənilərin 12 İyul tarixində Tovuz rayonuna xain hücumlarına Milli Ordumuz peşakarlıqla cavab verdi və yerinə oturtdu. Həmçinin vətənpərvər, ləyaqətli, öz torpaqlarına, Qarabağımıza bağlı olan xalqımız 14 İyulda Azerbaycan Dövlətinə, Ali Baş Komandana və Milli Ordumuza dəstək mövqeyini ortaya qoydu.

Əziz qardaş və bacılarım! Əziz övladlarım! Hər bir azərbaycanlı, hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidlərimiz, musiqi səslərinə möhtac qalmış ruzi-bərə güclü Dövlətimiz, qüdrətli ordumuz tərəfindən tezliklə azad ediləcəkdir. O gün heç de uzaqda deyil!

Səbinə Hüseynova

İstanbul
Oxşar xəbərlər
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır