"Məhz Elmar Məmmədyarovun səriştəsizliyi ucbatından bu dəfə diplomatiyamız axsadı"
Oxunub: 1735
16 Jul 2020 | 17:56
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında bir sıra önəmli məqamlara toxundu. Ölkə başçısı çıxışını əsas etibarilə son günlər işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatın nəticələri üzərində qurmuşdu. Prezident bildirdi ki, Ermənistanın törətdiyi təxribata, düşmənin Azərbaycan mövqelərinə artilleriya zərbəsi endirməsinə və nəticədə şəhidlərimizdən olmasına toxunan dövlət başçısı qeyd edib ki, operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu.

Prezident Ermənistanın bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsinə toxunaraq bildirdi ki, bu, heç bir məntiqə sığmır. Çünki bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Ermənistanın bu son olayları Azərbaycanın diversiyası kimi təqdim etməyə çalışması həqiqətən də absurddur:”Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın”. Azərbaycan Prezidentinin dəmir məntiqə söykənən bu sözləri əslində Ermənistan hakimiyyətinin üzünə vurulmuş tərs şillə kimi qiymətləndirilməlidir.

Dövlətimizin başçısı öz çıxışında tamamilə haqlı olaraq Ermənistanı faşist dövləti kimi xarakterizə etdi. Ermənistan hazırki işğalçı və eyni zamanda qəddar, saxtakar siyasəti ilə dünyanın bir nömrəli faşist dövləti sayıla bilər. Bu ölkənin faşist mahiyyəti həm Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətində, həm də Ermənistanın öz daxilində hakimiyyətin siyasi opponentlərə qarşı, narazı kütləyə qarşı aqressiv münasibətində üzı çıxır. Paşinyan iqtidarı bu gün təkcə Azərbaycana qarşı sərhəd xəttində müharibə aparmır, o həm də Ermənistanın özündə, siyasi rəqiblərinə qarşı, söz azadlığına qarşı müharibə aparır, demokratik normaları tapdalayır, konstitusiyanı kobud surətdə pozur. Dünya birliyi və beynəlxalq hüquq-müdafiə təşkilatları bu məqama xüsusilə diqqət yetirməlidirlər. Bu gün faşizm Ermənistanın daxildə və xaricdə (Azərbaycana qarşı) yürütdüyü aqressiv siyasətində təzahür edir. Lakin təəssüf ki, erməni faşizminin qarşısının alınması istiqamətində heç kim kəsərli addım atmır. Bu gün Azərbaycan erməni faşizmi ilə təkbaşına mübarizə aparır.

Son toqquşmalarda şəhid olan hərbçilərimizin qəhrəmanlığı haqda qürur hissilə danışan Prezident İlham Əliyev bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır, onların qisası alınıb və bundan sonra da alınacaqdır. Prezident şəhid generalımız Polad Həşimovun anasına və şəhid polkovnikimiz İlqar Mirzəyevin oğluna zəng etməsi barədə danışdı:”Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin”.

Ölkə rəhbərinin sərhəd zonasındakı son döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş rəşadətini Aprel döyüşləri ilə müqayisə etməsini tamamilə düzgün hesab edirəm. Son günlər ərzində Azərbaycan Ordusu həqiqətən də bir daha öz üstünlüyünü göstərdi. Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Bu əməliyyat bizim növbəti şanlı qələbəmizdir. Son iki gün ərzində düşmənə sarsıdıcı zərbələr endirildi. Onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.

Prezidentin çox diplomatik müdrikliklə iki ölkəni, iki xalqı müqayisə edib düşməndən hər mənada üstünlüyümüzü ortaya qoyması təqdirəlayiqdir. Ermənistanın heç vaxt açıq döyüşdə qələbə qazana bilmədiyini və bundan sonra da qələbə qazana bilməyəcəyini vurğulayan dövlət başçımız mənfur qonşumuzun hər zaman Azərbaycana qarşı çirkin üsullardan istifadə etdiyini vurğuladı:”Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”. Ermənistan həmişə ancaq əliyalın insanlarımıza qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.

Ermənistanın son hərbi təxribatına layiqli cavab verildiyini və Azərbaycan Ordusunun vəziyyətə tam nəzarət etdiyini bildirən Prezident İlham Əliyev öz çıxışında hazırda bir-birilə müharibə vəziyyətində olan iki ölkənin və iki xalqın psixoloji durum fərqini də real faktlarla göstərdi. Belə ki, baxmayaraq ki, kəndlərimiz atəşə tutuldu, ağsaqqal vətəndaşımız həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma Ermənistanda isə bəzi kəndlər, bəzi şəhərlər tamamilə boşaldılır. İndi düşmən ölkədə əsl panika vəziyyəti yaşanmaqdadır. Bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Çobayanın qorxu və həyəcanla yerli sakinlərə müraciətindən də görmək olur. Erməni mer təlaş içərisində hamıya üz tutaraq dedi ki,”Əziz tavuşlular, ehtiyatlı olun, sığınacaqlarda və digər təhlükəsiz yerlərə çəkilin.Gizlənin”.

Bax, budur, fərqimiz bundadır. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaq. Bu zəmanət ən ali səviyyədə verilir. Bu zəmanəti Ali Baş Komandanımız verir. Ali Baş Komandanımız qürur hissilə və mübariz əhval-ruhiyyə ilə bildirdi ki, nəyi ediriksə, dəqiqliklə edirik. Bəli, son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bu əzmkarlığımız bundan sonra da davam edəcək.

Çıxışında bir sıra dövlətlərin və beynəlxalq təşkilatların bu son toqquşmalarla əlaqədar Azərbaycana dəstək verməsini qeyd edən ölkə başçımız qardaş Türkiyəyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusilə dərin təşəkkürünü bildirdi. Prezident qeyd etdi ki, biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Prezident həmçinin Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirdi. Çünki bu ölkələr də kritiq məqamda Azərbaycanın yanında olduqlarını bəyan ediblər.

Ölkə rəhbəri çıxışında ordumuzun uğurlu əməliyyatının və əldə edilmiş nəticələrin, hərbi qələbənin, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdığını, xalqımızı coşdurduğunu qeyd etdi və vətənpərvər insanlarımızın bu işlərə öz münasibətini bildirmələri, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmələri üçün Şəhidlər xiyabanına üz tutmasından danışdı:”Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər”. Prezident bir qrup təxribatçının bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmasını təəssüf hissilə qeyd etdi.

Bəli, belə bir xoşagəlməz hal yaşanmamalıydı. Lakin sevindirici haldır ki, təxribatçılar öz mənfur məqsədlərinəçata bilmədilər. Daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Şübhəsiz ki, bu şəxslərin hamısı qanun qarşısında cavab verəcəklər. Bu adamlar “beşinci kolon”un üzvləri də, hansısa xarici qüvvələrin əlaltıları da, radikal müxalifətin üzvləri də ola bilərlər. Əlbəttə, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Prezident də bunu qeyd etdi:”Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir”.

Prezident İlham Əliyev dövlət sərhədimizdə bu son toqquşmalar zamanı bizim diplomatik fəaliyyətimizin nə üçün daha səmərəli ola bilməməsinə də toxundu. Prezident qeyd etdi ki, dəfələrlə deyib ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır:”Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?”.

Prezident bu iradlarında, bu tənqidi qeydlərində tamamilə haqlıdır. Ancaq əfsuslar olsun ki, məhz Elmar Məmmədyarovun səriştəsizliyi, səhlənkarlığı və xəyanətkarcasına passivliyi ucbatından, bu dəfə bizim diplomatiyamız axsadı. Amma halbuki, Ordumuzla bərabər diplomatiyamız da savaşın ön xəttində olmalıydı. Elmar Məmmədyarovun şübhəli passivliyi bizim beynəlxalq müstəvidə informasiya savaşında mövqelərimizə heç şübhəsiz ki, mənfi təsirini göstərdi. Prezidentimizin XİN rəhbərinin bu cür anlaşılmaz davranışına operativ reaksiyası və çevik qərarı özünü çox gözlətmədi. Məmmədyarov öhdəsindən gələ bilmədiyi vəzifəsindən kənarlaşdırıldı. Mən əminəm ki, onun bu son toqquşmalar zamanı şübhəli davranışı da ayrıca olaraq araşdırılacaq. Bu cür fərsiz diplomat işdən çıxarılmaqla canını qurtardığını düşünməməlidir. Onun yerinə gələn yeni XİN başçısının – Ceyhun Bayramlının öz sələfindən yaxşı mənada fərqli fəaliyyət göstərəcəyinə, Prezidentin də qeyd etdiyi kimi diplomatiyamızı hücum diplomatiyası müstəvisinə çıxara biləcəyinə ümid bəsləyirik.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Oxşar xəbərlər
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
GÜNLÜK
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”