"Xalqımızla birlikdə Ali Baş Komandan cənab İlham Əliyevin və müzəffər ordumuzun arxasındayıq"
Oxunub: 1202
16 Jul 2020 | 15:25
Artıq 30 ilə yaxındır ki, doğma Qarabağımız Ermənistan Respublikasının işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsindən tutmuş Avropa İttifaqına, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına və digər mötəbər beynəlxalq təsisatlara qədər, bütün sivil dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə rəsmi hüquqi sənədlərdə açıq mətnlə təsbit etmişdir. Beynəlxalq hüququn, beynəlxalq ictimai rəyin, ən başlıcası tarixi ədalətin və tarixi faktların birmənalı şəkildə Azərbaycanımızın yanında olmasına baxmayaraq, Ermənistan bu illər ərzində işğalçı və təcavüzkar mövqeyindən geri çəkilmir, əksinə hərbi təxribatlarını artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində - Tovuz istiqamətində davam etdirir.

İyul ayının 12-də düşmən təcavüzkar siyasətinə sadiq qalıb Tovuz rayonu istiqamətində növbəti hərbi təxribata imza ataraq iri çaplı silahlardan ərazilərimizi, mülki əhalinin məskunlaşdığı kəndlərimizi, faktiki mülki əhalini atəşə tutmuşdur. Erməni təxribatı nəticəsində 11 hərbi qulluqçumuz və bir mülki vətəndaşımız şəhid olmuşlar, yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Erməni təbliğatından hiddətlənən minlərlə həmvətənimiz, ilk növbədə gənclərimiz Ali Baş Komandanımız cənab İlham Əliyevə, Ordumuza dəstək və həmrəyliyini ifadə etmək üçün şəhər və rayonlarımızda kütləvi yürüşlər keçirmişlər. Bu yürüşün ən möhtəşəmi iyulun 14-də Bakıda keçirilmişdir. Həmin dəstək və həmrəylik yürüşündə bizlər də Azərbaycan vətəndaşı kimi iştirak etmişik. Ali Baş Komandan və Xalq birliyinin, Ordu və Vətəndaş həmrəyliyinin sübutu olan bu yürüşə bütün dövlət qurumları, xüsusi ilə Azərbaycan polisi əsl vətənpərvərlik göstərərək dəstək vermiş, nəinki bu tədbirə mane olmuş, əksinə özləri də vəzifələrini yerinə yetirməklə bərabər yürüşdə fəal iştirak etmişlər. Şəhidlər Xiyabanında, Şəhidlərimizin uyuduğu ən müqəddəs məkanda hamımız Prezident cənab İlham Əliyevlə, Ordumuzla son nəfərimizədək bir yerdə olduğumuzu, Qarabağımız işğaldan azad edilənədək düşmənlə döyüşməyə hazır olduğumuzu, Şəhidlərimizin qisasını mütləq alacağımızı həm işğalçı Ermənistana, həm də bütün dünyaya nümayiş etdirdik. Bir daha göstərdik ki, bizlər Xalqıq, başqalarının torpaqlarında gözümüz yoxdur, ancaq öz tarixi torpaqlarımızı-Qarabağımızı da heç kimə, heç bir gücə güzəştə getməyəcəyik, onu işğaldan mütləq azad edəcəyik, 30 ilə yaxın müddətdə davam edən status-kvo ilə qətiyyən barışmaq fikrində deyilik, bu məsələdə də Ali Baş Komandanımız cənab İlham Əliyevin və onun rəhbərlik etdiyi Ordumuzun, qəhrəman zabit və əsgərlərimizin arxasındayıq!

Bizlər bu gün bir həqiqəti də bilməliyik. Son erməni təxribatı nəticəsində verdiyimiz Şəhidlərin qanı Ali Baş Komandanımızın və Ordumuzun qətiyyəti sayəsində artıq yerdə qalmayıb və bu qisas şəhidlərimizin ruhu və milli mənliyimiz naminə Qarabağı azad edəcəyimiz günədək davam edəcək ! Biz ona da əminik ki, İlham Əliyev kimi iradəli və vətənpərvər Ali Baş Komandanı, yalnız qələbəyə köklənən Ordusu olan xalqımızın gözlədiyi həmin günə artıq çox yaxınlaşmışıq.

Təəssüf ki, iştirakçısı olduğumuz belə bir möhtəşəm yürüşün sonunda bir qrup gənc kimlərinsə təxribatına uyaraq, əksəriyyət Şəhidlər Xiyabanından dağılışdıqdan sonar Milli Məclisin inzibati binasına daxil olaraq ora ziyan vurmuş, yürüşdə bizlərlə həmrəyliyini göstərən düşmənin yox, öz polisimizin xidməti avtomobillərinə zərər yetirmişlər. Gəlin bir anlığa təsəvvür edək. Dünya telekanalları, sosial şəbəkələr bir tərəfdən Bakıda keçirilən, Dövlətimizə, Prezidentimizə, Ordumuza möhtəşəm xalq, millət dəstəyini əks etdirən video-süjetləri paylaşır, o biri tərəfdə isə düşmənimiz və onun havadarları bir qrup Azərbaycan gəncinin kimlərinsə ssenarisi əsasında törətdiyi təxribat səhnəsini nümayiş etdirir. Belə bir səhnə hər birimiz üçün utancvericidir, güddüyü məqsəd isə möhtəşəm birliyimizə kölgə salmaq cəhdi, düşmənlərimizin əlinə verilən fürsətdir.

Müstəqil Azərbaycanımızın müqəddəs bayrağını mötəbər idman yarışlarında ən yüksəyə qaldırıb, himnimizin sədaları altında müxtəlif millətlərdən olan insanların ayaq üstə bizlərin, yəni həm də Sizlərin, əslində isə doğma Azərbaycanımızın qələbəsini necə alqışladığını görüb bundan qürur duymuş həmvətənləriniztək bizlər bu müraciəti etməyi özümüzə borc bilirik. Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal olunmasının əsas səbəblərindən biri də zamanında bu cür təxribatlara uymağımız, belə cəhdlərə imkan verməyimiz, müqəddəs Qarabağ şüarları və sədaları altında əslində isə hansısa qrupların hakimiyyət uğrunda apardıqları mübarizəyə göz yummağımız, biganə qalmağımız, kənardan seyr etməyimiz olub. Lakin bu gün artıq həmin dövr deyil və bizlərin bir daha belə təxribatlara imkan verməyə milli və mənəvi haqqımız yoxdur. Bu cür təxribatları pərdə arxasından təşkil edənlər, məkrli arzularla yaşayanlar birmənalı şəkildə bilsinlər ki, onların oyunları artıq işləmir, gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və qanuni cəzalarına çatdırılacaqlar. Bu ona görə lazımdır ki, bu cür təxribatlar xalqımızı müqəddəs məqsədindən, Qarabağımızdan uzaqlaşdırır, yalnız düşmənin maraqlarına xidmət edir. Açıq və gizli düşmənlərimiz qoy bilsinlər ki, bizlər Xalqımızın, Ali Baş Komandanımız cənab İlham Əliyevin və qələbəyə köklənən Ordumuzun yanındayıq ! Qarabağımızın azadlığına aparan yeganə yol da yalnız bu yoldur !

Sonda, hər zaman olduğu kimi indi də Azərbaycanımıza öz dəstəyini açıq şəkildə ifadə etmiş qardaş Türkiyəyə, onun sivil toplumuna, başda Türkiyə Prezidenti cənab Ərdoğan olmaqla bütün rəsmilərinə, bu ağır günlərdə ölkəmizə dəstəyini ifadə etmiş bütün dövlətlərə, beynəlxalq təşkilatlara öz adımızdan təşəkkür və ehtiramımızı bildiririk !

Hörmətlə,

Ülvi Quliyev – Millət vəkili, Azərbaycan Karate Federasiyaları Assosiasiyanın prezidenti;

Füzuli Musayev – Karate üzrə 2 qat dünya çempionu, Qarabağ müharibəsi veteranı;

Həmdiyyə Məmmədov – Taekvando Federasiyasının baş katibi, Qarabağ müharibəsi veteranı;

Əhməd Hətəmov – Ənənəvi Karate Federasiyasının prezidenti, Dünya çempionu;

Rəhman Hətəmov – Dünya çempionu, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti;

Yaşar Bəşirov – Azərbaycan Karate Federasiyasının prezidenti

Oqtay Məmmədov – Veteranlar arasında Dünya çempionu;

Rəfael Ağayev – 5 qat Dünya çempionu;

Niyazi Əliyev – Dünya və Avropa çempionu;

Firdovsi Fərzəliyev – Avropa və İslam oyunlarının qalibi;

Fariz Nəcəfov – Şotokan Karate üzrə 7 qat Dünya çempionu;

Rəşad Hüseynov – Dünya və Avropa çempionu;

Ayxan Mamayev – Avropa çempionu və Dünya mükafatçısı;

Şahin Atamov - Avropa çempionu və Dünya mükafatçısı;

Mehman Eynalov – Ənənəvi karate üzrə Dünya çempionu;

Fuad Əliyev - Ənənəvi karate üzrə Dünya çempionu;

Seymur Hüseynov - Ənənəvi karate üzrə Dünya və Avropa çempionu;

Roman Heydərov – 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi;

Rafiz Həsənov - Avropa çempionu;

Nüranə Əliyeva – Avropa çempionu;

İlahə Qasımova – Avropa çempionu;

Fəridə Abıyeva - 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi və bütün Azərbaycan Karate Federasiyaları Assosiasiyasının minlərlə üzvü və karateçiləri adından.
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."