Batmanqılıncdan Aqil Abbasa qədər...
Oxunub: 1684
13 Jul 2020 | 18:31
Batmanqılıncdan Aqil Abbasa qədər...
Yazıçı Aqil Abbasın “Batmanqılınc” romanı haqqında düşüncələr...

Beşinci sinifdə oxuyurdum. Bizə tarixdən dərs deyən, zəhmindən çəkinib qorxduğumuz Şükür müəllim şəstlə yeriyən, dikbaş uşaqlara yarızarafat, yarıciddi “Bunun yerişinə, duruşuna bax bir, elə bil Batmanqılıncın nəvəsidir” –deyirdi. 
Kim idi Batmanqılınc? Məktəbin, kəndin kitabxanasını axtardım elə bir kitab tapmadım ki Batmanqılınc haqqında məlumat alım. Bir gün  təsadüfən 8-ci sinfin “Ədəbiyyat” ktabında  oxudum ki, Molla Pənah Vaqifi də, oğlu Əli bəyi də öldürən Məhəmməd bəy Cavanşir- yəni Batmanqılınc olub. Day ağına-bozuna baxmadan ürəyimin ən dərin qatlarında bu adama nifrət yarandı. Necə yəni? Bu boyda şairi, onun oğlunu Məhəmməd bəy niyə öldürüb? Öldürübsə deməli dürüst adam olmayıb, çünki mənim nəzərimdə Vaqifdən böyük şair yox idi, və onu öldürmək Allaha asi olmaq kimi bir şey idi. İçimdə bir küskünlük, qırğınlıq illər uzunu yaşadı. Böyüdükcə də bu qırğınlıq da sanki mənimlə bir yerdə böyüyürdü.
Orta məktəbi bitirdim, ali məktəbə qəbul olundum. Özü də tarix fakültəsinə. Maşallah, o vaxtkı tarix dərslikləri də sovet siyasəti ilə elə qarışmışdı ki, kimin kim olduğunu ayırd eləmək problem idi. Bu millətin cəfakeşi düşmən, düşməni isə dost libasında sırınmışdı. Bircə şey Məhəmməd bəyə qarşı qırğınlığımın üstünə su səpmişdi ki, o da çarizmin müstəmləkə siyasətinə olan münasibəti idi.
Uzun sözün qısası, bu küsü mənim içimdə düz 1995-ci ilə qədər  davam elədi.  Bir gün əlimə bir kitab keçdi. Bu Aqil Abbasın “Batmanqılınc” romanı idi. Siyasi hadislərin tüğyan elədiyi bir dövrdə romanı oxudum və açğını deyim ki, ya məsələnin məğzinə vara bilmədim, ya da sürətlə cərəyəan edən hadisələr diqqətimi cəmləmyə imkan vermədi. Bu yaxınlarda isə romandan bir parçanın radio versiyasına qulaq asdım. Elə bil ki uzun illər axtardığımı tapmışdım.  İndi də romanı tapa bilmirdim. Nəhayət, müəllifin özündən kitabı ala bildim.
Mənim Batmanqılınc dərdimə dərman tapılmışdı. Aqil Abbasın şirin, şəkər dili ilə yazılmış, söylənmiş bir nağıl aləminə düşmüşdüm. Hər sətri dönə-dönə oxuyur, Məhəmməd bəyin iztirablarını, ağrılarını içimdə yaşayırmış kimi qovrulurdum. Bu dəfə də qarşımda iki Məhəmməd- biri Məhəmməd bəy Cavanşir, biri isə Ağa Məhəmməd Şah Qacar-dayanmışdı. Hər ikisi də görklü Türk soyunun ər övladları idi. Biri Bayat elinin Cavanşir qolundan, biri isə Qacarlar tayfasından. Hər ikisi də Azərbaycan adlı məmləkət üçün ürəyini, hiss və duyğularını varlığını qurban demiş tarixi şəxsiyyətlər.
“...Qarabağın ulu igidi Məmməd bəy Cavanşir oturmuşdu kötüyün üstdə-bığını çeynəyirdi. İgidlərinsə heç birinin danışmağa cəsarəti çatmırdı, hətta Məmməd bəyin hirsindən göyərmiş sifətinə baxmağa da ürək eləmirdilər.”
“...Qacar, əlinə qılınc keçirəndən bütün Şərqi lərzəyə gətirmiş, hətta Avropa dövlətlərinin kürkünə birə salmış şahlar şahı Ağa Məhəmməd şah Qacar, külli-İranın və Azərbaycanın sahibi dirsəklənmişdi mütəkkəyə, xumarlanırdı.”
  
Müəllif hər iki Məhəmmədin obrazını özünəməxsus təhkiyə dili ilə anladır, oxucunu  gələcək qanlı döyüşə, faciəli sonluğa  hazırlayırmış kimi baş verəcək müsibətin işartılarını  əvvələ gətirir. Oxucu da  Bu işartıların oda çevrilib dünyanı yandıracaq əndişəsiylə, həyəcanla hadisələrin axarına düşür, gah Batmanqılınc, gah Qacar, gah da Aqil Abbas olaraq bütöv bir ömür yaşayır. Əsərin bu iki əsas qəhrəmanındakı müsbət cəhətlər, ərlik, kişilik, Vətən sevgisi oxucunu düşünməyə, silkinib oyanmağa, əsrlərcə yaşadığımız müsibətlərə tanıklık etməyə məcbur edir. 
   
Başlayaq Məhəmməd bəy Batmanqılıncdan. Bu bütöv obraz başdan-başa kişilik simvoludur-desəm yanılmaram. Mərddir, qeyrətlidir, hünərlidir, Vətənin bir qarış torpağı, bir qırıq daşı belə ona əzizdir. Dövlətə, dövlətçiliyə sədaqəti onu bəzən nifrət elədiyi əmisinin –İbrahim xanın- əmrindən çıxmağa qoymur, bircə dəfə də olsun xəyanət haqqında düşünmür. Nə edirsə Vətən üçün edir. Vəzifəsinə görə Qarabağ xanlığının müdafiə naziri, əlində bütün xanlığın silah-sursatı, qoşunu, üstəlik  həm xalq, həm də döyüşçülər arasında yüksək sevgi və hörməti olan bu şəxs bircə dəfə də hakimiyyət eşqinə düşmür, böyüyünün üzünə ağ olmur. Ulu Türk törəsinə sədaqət, varlığına hakim kəsilmiş mərdlik onu bu sevdalardan çəkindirir. 
Müəllif də qəhrəmanının obrazını sevərək yaradır, onu ruhuna hopdurub təqdim edir. Qacarın- amansız və qəddar şahın önündə belə əyilməyən Məhəmməd bəy həm hazırcavab, həm də müdrikdir. Hər an boynunun vurulması əmrinin veriləcəyini bilə-bilə nə çəkinir, nə də qəlbindən keçənləri gizlətmir. Hətta onun bu ağayanalığı, cəsurluğu və qorxmazlığı önündə qəddarlığı ilə ad çıxarmış Qacar belə sakitləşir, qəzəbini büruzə vermir. Qacarın o andakı düşüncələri də maraqlıdır. Belə bir igidin onun sərkərdəsi olması arzusumu, yoxsa mərdliyi və cəsurluğumu onu qəti qərar verməkdən çəkindirir? Hər bir halda Qacar nə qədər qəddar və amansız olsa da Məhəmməd bəyin məntiqli, həm də sərrast fikirləri qarşısında geri çəkilməyə, edam əmrini ertələməyə məcbur olur. Qacarın:
“-Yaxşı, de görüm, səni Qarabağa xan təyin etsəm, külli-Azərbaycanın ixtiyarını sənə versəm, İbrahimin başını kəsib mənə göndərərsənmi?- sualına :
- Əlahəzrət, deyəsən məni sizə yaxşı tanıtmayıblar. Mən xanlığa görə indiyədək yolunda baş qoyduğum yetmiş yaşlı əmimi öldürmərəm- cavbı onun əvvəldə qeyd etdiyim obrazını tamamlayır.
Bu anda maraqlı bir  faktı qeyd etmək yerinə düşər. Yazıçı hər iki Məhəmmədi ürəkdən sevir, hər ikisinin müsbət xarakter cizgilərini gücü çatdığı qədər qabarıq verməyə çalışır. Doğrudur, Batmanqılınca xüsusi rəğbəti olan müəllif onun nöqsanlarını ötəri qeyd edir. Amma Qacarın çəkdiyi iztirablar,  nakam taleyi də gözəl bəddi boyalarla, ustalıqla təsvir edildiyindən bu qəddarlığın, amansızlığın kökündə duran hadislər də oxucunu düqşünməyə, hətta  çox vaxt Qacara haqq qazandırmağa qədər gedib çıxa bilir. Şuşanı ələ keçirmiş Qacarın qan-qan dediyi bir anda-Batmanqılıncı  tikə-tikə doğratdırmağa hazır olduğu vaxtda baş verənlərə diqqət yetirək:
“-Bunda cəsarətə bax! Mənim döyüşçülərimin qulağını kəsmək, mənə hədiyyə göndərmək! Anamdan əmdiyim süd  burnumdan gəlsin, əgər sənin hər tikəni sağ qulağın boyda eləməsəm, Məmməd bəy! Eybi yox! Hələ əvvəlki döyüşlərdə kəsdiyin qulaqlar yadımdan çıxmayıb. Nə olar? Mən  mərdlik elədim, onun heç bir qohum-əqrəbasına, əyalına toxunmadım. Bu da onun əvəzi. Qulaq! Sənin qulaqlarını kabab edib özünə yedirdəcəm, Məmməd bəy!
Vəzir qorxa-qorxa dedi:
-Qibleyi-aləm, bacıları ki sənin əlindədir!
Qacar çevrilib qəzəbli nəzərlərlə vəzirə baxdı və qarşısındakı bu miskin adamdan iyrəndi, üz-gözünü turşutdu:
- Oğraş-oğraş danışma!”
Batmanqılıncın bacılarını əsir alıb, gəlmədiyi təqdirdə onları rüsvay edəcəyi ilə hədələyən Qacar vəzirin bu təklifindən də, özündən də iyrənib onu oğraş adlandırır və özünün də damarında Türk qanı axdığını, türk  törəsinə sadiqliyini sübut edir.
Məmməd bəyə gəlincə, o da bilirdi ki, Qacarın nəyi varsa da binamusluğu yoxdur. Ona görə də  şərəfli ölümə getməyə, kişi əliylə ölməyə uf demədən gedir.
Əsərdə bu kimi yüzlərlə epizodlar, təzadlar içərisində həqiqətlər anladan, insanın qanını coşduran səhnələr müəllifin şəxsi xarakterini də büruzə verir. Təbbi ki real tarixi hadisələr yazıçının könül və fikir dünyasından keçərək cilalanır, yeni rənglər qatılaraq tamamlanır. Əslində Aqil Abbas hər iki Məhəmmədin Vətən sevgisini, bütöv Azərbaycan ideyasını  və idealını da üstüörtülü şəkildə ( çünki əsər yazılanda hələ 1983-cü il idi və belə şeyləri açıq yazmaq özü də bir cəsarət tələb edirdi!)verməyə çalışır və məncə buna da nail ola bilir. 
Haşiyə: Burda bir məsləni qeyd etməyə bilmərəm. Bir oxucu kimi mənə elə gəlir ki, əsər yazılanda Aqil Abbas iki hissin əsarətində qalıb. İki Məhəmmədddən hansına üstünlük verib, hansını daha çox əzizləmək kimi hisslərin. Nə Qaçardan, nə də Batmanqılıncdan keçə bilmir müəllif. İkisi də onun üçün əzizdir, doğmadır. Hər ikisi də Vətəni sevir, onun uğrunda ölməyə hazırdırlar. İkisi də qeyrətli Türk kişisi, cəngavər döyüşçüdür. Hər ikisi ilə eyni qanı daşıyan, eyni düşüncəni paylaşan müəllifin yaşantıları o qədər qabarıq,  o qədər cazibədardır ki, oxucu istər-istəməz hadisələrin burulğanına  düşür, vuruşur, yaralanır, ufuldayır, içində keçən hisslər bəzən göz yaşına dönür. Bax bu da yazıçının qabiliyyətidir. Döyüş səhnələri o qədər  güclü təsvir olunur ki sanki bir tabloya tamaşa edirmiş kimi qəribə hisslər keçirmək zorunda qalır oxucu...
Əsərdə daha bir maraqlı obraz Uyğur Əliş obrazıdır. Məhəmməd bəy Cavanşiri oğlu qədər sevən, onun qəlbindəki atəşin qaynağını bilən Uyğur Əliş islamaqədərki Türk inancının, şamanlığın obrazıdır. Cismlə deyil, ruhla yaşayan, insanlığın yaranışından ta bu yana Türkün yaşadığı, duyduğu, dərk etdiyi nə varsa gendən gələn irsiyyətlə Uyğur Əlişdə toplanıb. O, duyur, hiss edir, qəlbinin bütün varlığının dili ilə hisslərini ifadə edir. Ölüm adlı kabus onun üçün adi bir həyat hadisəsidir. Ancaq yaşamağının mənasını da çox gözəl bilir Uyğur Əliş. Müəllif bu obrazla Türk obrazının kökündəki gizli sirri açmaq, kişilik, sədaqət, vətənsevərlik, kimi uca və ülvi hisslərin mayasının gəldiyi rişəni göstərmək istəyir. Uyğur Əlişin ölüm səhnəsi də  də təsirlidir. Müəllif burada da maraqlı bir üsuldan istifadə edir. Oxucunu da bu hadisəyə hazırlayırmış kimi incə bir üsulla, söhbətlə, ölümün gözəlliyini və onu dərk edərək də üstünə getməyi, vaxtın tamamında onu bir şərbət kimi qəbul etməyi anladır. 
Uyğur Əlişin  öncəgörmələri  elə  inandırıcı  formada qələmə alınır, elə gözəl təsvir edilir ki oxucu heç bir tərəddüdə qapıla bilmir. Bu da Aqil Abbas yaradıcılığının özünəxas  xüsusiyyətlərindən biridir. 
 Əsərdə  diqqətimi çəkən maraqlı daha bir məqam var. Aqil Abbas özünün ən mənfi qəhrəmanına belə kin bəsləməyəcək qədər genişürəkil yazıçılardandır. Mənfi obrazı da hansısa bir üsulla vəziyyətdən çıxarmağa çalışır və oxucuda müəyyən qədər rəğbət hissi oyada bilir. əslində bunun da kökündə tarix durur. Müəllif əsərin son hissəsində  Səfərəli bəyin düşüncələri ilə bunu qeyd edir və qeyd edir ki, “...Kim bilir  bəlkə də Səfərli bəy bir qədər geciksəydi tale öz hökmünü dəyişəcəkdi, onda yəqin ki, tarix də başqa cür yazılacaqdı”. 
Amma tale hökmünü dəyişmir və tarix də necə yazılmalıdırsa elə də yazılır. Bu da Aqil Abbasın  son qənaətidir.
   
Kitabın “müəllifdən” olan hissəsində Aqil Abbas tarixi qalanın sökülməsindən yana-yana danışır. Onu bu əsəri yazmağa vadar edən düşüncələrin mahiyyəti də aydın olur. Kökə bağlılıq, tarixin dərin qatlarında gizlənmiş həqiqətlərə inam və Vətən sevgisi, onun daşına, tyorpağına sahib çıxmaq, uğrunda ölmək eşqi qaynayırdı içində. Onda 1983-cü il idi və hələ SSRİ adlı şər imperiyası bizim qalaları öz əlimizlə sökdürürdü. Sökdürürdü ki qan yaddaşımızı silsin, bizə kim olduğumuzu, haradan gəlib hara getdiyimizi unutdursun. Hələ onda heç Aqil abbas da bilmirdi ki qarşıda bizi hansı müsibətlər gözləyir. Amma içində bir təlatüm vardı. Ürəyində təşviş vardı. Uyğur Əlişin səsi gəlirdi içindən. Bundan sonra başımıza gələcək müsibətləri pıçıldayırdı Uyğur Əliş. Vəli Ağanın nizəyə keçirilmiş başı, Məhəmməd bəy Cavanşir Batmanqılıncın, həm də Azərbaycanın bütövlüyü uğrunda, qüdrəti uğrunda mübarizə apararaq qətlə yetirilmiş Məhəmməd Qaçarın (bunu da mən əlavə edirəm) iniltisi gəlirdi Aqil Abbasın qulaqlarına...
 Məhəmməd bəy Cavanşir Batmanqılıncla umu-küsümü dərin bir məhəbbətə çevirdi bu əsər. Varlığımda, içimdə qəribə hisslər oyatdı bu əsər. Aqil Abbasın ustalıqla yaratdıqları obrazların hər biri mənə varlığımı, qan yaddaşımdakı duyğuları oyatdı.
Batmanqılıncdan Aqil Abbasa qədər  keçən dövrün səlnaməsi olan roman  oxumağa , oxuyub da düşünməyə, düşünüb də illərin o üzündəki tariximizə bir də nəzər salmağa dəyər.

Şəmsi Qoca,
AYB-nin üzvü, şair-publisist
Oxşar xəbərlər
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB