Nazir müavinin
“tarixi” açıqlamasında Moderator.az-ın diqqətini başqa bir incə nüans çəkib. Belə ki,
A. Aslanov “nazir və mən yerlərdə olmuşuq” ifadəsiylə əslində İsmət Abbasova
xoşməramlı jest etmək istəyib. Ancaq reallıqda onların münasibətlərinin o qədər
soyuq olduğu deyilir ki, nazirlə müavini hətta salamlaşmırlar. Onların hər
ikisini tanıyan mənbə iddia edir ki, hətta xeyirdə və şərdə onlar eyni masa
ətrafında oturmamaq üçün əvvəlcədən tədarük görür, toy və yas sahiblərini
bununla bağlı məlumatlandırırlar. Mənbə iddia edir ki, anoloji vəziyyət vaxtilə
keçmiş nazir İrşad Əliyevlə o vaxtkı müavini İsmət Abbasov arasında yaşanıb.
Ancaq elə ki, İrşad Əliyev nazir kürsüsünü icra başçısı qoltuğuna dəyişib,
İsmət Abbasovun çətin günlərinə son qoyulub. Ancaq nazir hardan biləydi ki,
yağışdan çıxıb yağmura düşüb və Aslan Aslanov icra başçısı kreslosunu nazir
müavini kürsüsünə dəyişməklə bu zəhlətökən “ənənə”ni davam etdirəcək.
Göründüyü kimi
A. Aslanov nazirlə aralarında soyuqluğun arxada qaldığını büruzə verməyə
çalışsa da heç şübhəsiz onun nəinki “quş”, hətta “dəvəquşu” buraxması, üstəlik,
yaxın qohumu müdafiə naziri Səfər Əbiyevi də zərbə altında qoyması İsmət
Abbasovun lap ürəyincə olub. Hələ Allah eləməmiş, sabah kiminsə həmin virusdan
dünyasını dəyişdiyi təsdiqlənsə, onda gərək Aslan Aslanov baş götürüb ölkədən
qaça...