Sentyabrın 8-dək hava şəraitinin respublikanın əsasən dağlıq
və dağətəyi rayonlarında yağışlı olacağı gözlənilir. Temperatur rejimi bütün
kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Əksər aran
rayonlarında,
əsasən,
yağmursuz hava şəraiti pambıq və yonca əkinlərində suvarma ehtiyacını
saxlayacaq. Axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda
qısamüddətli yağışların olması bağlarda meyvələrin və bostanlarda tərəvəzin və
üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində
mühüm çətinliklər yaratmayacaq. Ümumiyyətlə, yağıntılar torpaqda məhsuldar
rütubət ehtiyatlarını artıracaq, lakin Şəki ”“ Zaqatala bölgəsində yığılmış
tütün yarpaqlarının qurudulma şəraitini bir qədər çətinləşdirə bilər.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq. Havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı
gözlənilir.
Abşeron
çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan,
Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın
rayonlarında sabah hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin
gecə və axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı ehtimalı
var. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 18-23, gündüz 29-34,
dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.