"Dağlıq Qarabağla bağlı material hazırlamaq çox çətin və risklidir" - Əvəz Həsənov
Cəmiyyət
Oxunub: 2874
17 May 2020 | 15:06
- Əvəz bəy, sizin də iştirak etdiyiniz Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Həlqənin hissələri” filmini artıq tamaşaçılar izləməyə başlayıblar. Bu filmin çəkilməsində məqsəd nə idi?

- Dağlıq Qarabağ münaqişəsi haqqında indiyə kimi çoxlu sayda kitablar yazılıb, monoqrafiyalar və hesabatlar dərc olunub. Onların özünəməxsus oxucuları vardır. Lakin, münaqişə haqqında hər tərəfin daxili narrativlərini nəzərə alan filmlər və yaxud ekranlaşdırlmış video müsahibələri vardır ki, onun əsas izləyiciləri elə həmin ölkələrin daxilində olur. Birgə sayıla biləcək resurslar çox az olub. Bizdən fərqli olaraq Erməni tərəfi müanqişə ilə bağlı daha çox sənədli filmlər ortaya qoyublar. Lakin, həmin filmlər birtərəfli olduğu üçün onlara maraq əsasən erməni izləyicilər işərisində olur. Azərbaycanlı izləyici isə yalnız onu bloklamaq üçün şikayıt verməklə bu cür filmləri izləyir. Eyni proses də bizim filmlərimiz ilə baş verir.

2012-ci ildə Barışıq Resursları təşkilatı özünün icra etdiyi layihə çərçivəsində bu filmin hazırlanmasını Azərbaycanlı və Erməni partnyorlarına təklif etdi. Filmin kontentinin müzakirəsi və hadisələrin xronologiyasının razılaşdırılması uzun bir vaxt apardı.

- Filmin mövzusunu kim təklif etmişdi?

- Film 3 hissədən ibarətdir. Onun əhatə etdiyi hadisələr heç də münaqişə ilə bağlı bütün hadisələri əks etdirmir. Filmə daxil edilən mövzuları təbii ki, bütün komanda birgə müzakirə etmişdi. Hadisələrin seçimi zamanı münaqişənin həllinə təsir edə biləcək və yaxud tərəflər üçün ən vacib sayılacaq hadisələri işıqlandırmaq istəyirdik.

- Bu hadisələri necə müəyyən edirdiniz?

- Qarabağ münaqişəsi ilə məşğul olan hər kəs yaxşı bilir ki, hansı hadisələr bu qarşıdurmaya, onun müharibəyə çevrilməsinə, tərəflər arasında bir-birinə nifrətin yaranmasına və sonda münaqişənin aradan qaldırılması üçün danışıqların aparılmasına səbəb olub. Ona görə də xronologiyanı nəzərə almaqla bu hadisələrin saf-çürük edilməsi qərarına gəldik.

- Başa düşürəm nə demək istəyirsiniz. Amma, razılaşın ki, ermənilərin və, azərbaycanlıların tamamilə fərqli həqiqətləri var. Bunu görmədən hadisələri necə ümumiləşdirmək olar?

- Kim deyir ki, biz hadisələri ümüumiləşdirmişik? Biz müəyyən olunan və hamımızın razılaşdığımız bir hadisəyə Azərbaycan və Erməni tərəfin mövqeyini ortaya qoymuşuq. Tamaşaçı, filmə baxanda sujeti və məntiqi ardıcıllığı olan film görmək istəyir. Ona görə də tamaşaçını bu hissdən məhrum etməmək üçün sujeti elə qurmuşduq ki, təkrarçılıq olmasın. Çünki 1 saatlıq film elə qurulub ki, 60 saniyənin 15 dəqiqəsində Azərbaycan tərəfinin materalı verilir, sonra qarşı tərəfin materalı və bu ardıcıllıqla davam edir. Beləcə film 4 hissəyə bölünür. Təbii ki, belə qurluşa malik filmdə keçidləri elə qurmalısan ki, tamaşaçı keçidi hiss etməsin. Tərəflərin həqiqətini məhz bu üsula əməl etməklə göstərmişik. Təbii ki, tərəflərin sterotipləri və yaxud təsdiqlənməyən narrativlərini filmə daxil etmədik. Ona görə də ümumiləşdirmə yalnız filmin baxılması üçün edilirdi. Münaqişə ilə bağlı hadisələrə Azərbaycan və Erməni tərəfinin mövqeyi nəzərə alınaraq bu film çəkilib.

- Filmin çəkilməsini dediniz. 3 film üçün 8 il çox vaxt deyildimi? Nə üçün bu qədər vaxt sərf olundu bu filmə?

- Onu deyim ki, komanda film ilə bağlı mövzuları və texniki tərəfləri razılaşdırdıqdan sonra ayrıca işləyirdi, hazır olunan material birgə müzakirə olunurdu, onu yığmaq üçün montaja verilirdi. Bundan sonra isə komanda yenidən toplanıb yığılmış variantı müzakirə edir onu artıq ssenariyə uyğunlaşdırmaq üçün təkliflər verilirdi. Filmin bu qədər vaxt aparması komandaların ayrı-ayrı işləməsi, hazır materialların montaj olunmasından sonra yenidən onun müzakirəsi idi. Bu tekniki tərəfdir. Amma, filmin hazırlanmasında resurs problemi, siyasi vəziyyət və komandanın stimulu da böyük rol oynayır. Bu filmin çəkildiyi müddətdə 2016-cı il Aprel hadisələri baş verdi, Azərbaycanda vətəndaş cəmiyyəti iflic həddinə gətirildi, münaqişə ilə məşğul olan insanlar həbs edildi. Ermənistanda hakimiyyət dəyişdi. Hər iki tərəfdə cəmiyyətlər daha da radikallaşdı. Bütün bu hadisələr bizə təsirsiz ötüşmədi.

- Buna baxmayaraq sizə filmin çəkilişinə şərait yaradıldı?

- Əsas odur ki, Siz hansı şəraiti nəzərdə tutursunuz?…

- Təbii ki, hökumət tərəfindən?

- Bilirsiniz, biz filmin ideyasının müzakirəsi zamanı Azərbaycan hökumətində beynəlxalq əlaqələr və Dağlıq Qarabağ məsələləri ilə məşğul olan məsul şəxslər ilə görüşmüşdük. Onlara film barəsində, onun hansı formada olacağı barədə məlumat vermişdik. Təbii ki, tam detallar yalnız proses zamanı hazırlanırdı. O zaman bizi dinlədilər və filmdə hər iki tərəfin mövqeyinin əks olunacağına əmin olandan sonra bildirdilər ki, ”sizin film çəkib-çəkməməyinizə biz heç nə deyə bilmərik, bu sizin işinizdir”. Vəssalam.

- Təbii ki, texniki dəstəyi nəzərdə tutmuram. Amma, ən azı filmlə bağlı materialların təqdim olunması, müsahiblərin müəyyənləşdirilməsində hər hansı dəstək edilibmi?

- Axı, mən qeyd etdim. Bu filmi beynəlxalq təşkilat çəkib. Onun bütün texniki dəstəyi həmin təşkilatın layihəsində idi. Filmin komandası isə digər məsələləri həll edirdi. Ssenarinin yazılması, müsahiblərin tapılması, hadisələr ilə bağlı detallar, çəkiliş və montaj, bütün bunların hamısı komandanın işi idi. Biz vaxtilə Qarabağda baş verən hadisələrin şahidi olmuş, hal-hazırda vəzifədə olan məmurlardan müsahibə ala bilmədik. Halbuki, filmdə onların iştirakı çox sanballı faktları ortaya qoyardı. Bizim ssenarimizdəki hadisələrin şahidi olan, keçmişdə vəzifədə olan insanlar belə bizə müsahibə vermək istəmədilər.

- Mən filmə baxdım, bizim bəzi müsahiblər məni qane etmıdi. Orada olan hadisələr ilə bağlı kifayət qədər ağıllı və savadlı alimlərimizin mövqeyini vermək olmazdımı?

- Film ssenaridə qeyd olunan və sizin də baxdığınız həmin hadisələrin şahidi olan insanların danışdıqları və onun fikri ətrafında diktorun mətni əsasında çəkilib. Ona görə də siz dediyiniz alimlər əgər o prosesdə iştirak etmyibsə onu necə çəkə bilərdik? Film şahidlərin üzərində qurulub. Təsəvvür edin ki, biz hər hansı bir siyasi prosesi göstərmək istəyiriksə onun şahidi olan insandan müsahibə ala bilmiriksə, yalnız bir cümlə ilə diktorun mətnini verməli olurduq. Misal üçün, o vaxt Ali Sovetin sədri olmuş Yaqub Məmmədov, Rəsul Quliyev,  Sumqayıtda işləmiş Əli Həsənov, Tamerlan Qarayev, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Xocalının icra başçısı olan Elman Məmmədov və onlarla bizim arqumentlərimizi gücləndirən insanlar ilə müsahibə almaq istədik. Amma, bu filmin ermənilər ilə birgə çəkildiyini bilən hər kəs ondan imtina edirdi. Əgər daha diqqətlə baxsanız bizim filmimizdə Azərbaycanın keçmiş prezidenti, prezidentin məsləhətçiləri, keçmiş müdafiə nazirləri, millət vəkillərinin fikirlərini vermişik. Ona görə də razı deyiləm ki, bizim müsahiblər digər tərəfin müsahiblərindən zəif idilər.

- Filmin o biri hissələri nə zaman yayılacaqdır?

- Bu çox yaxın günlərdə baş verəcəkdir. İndi sizin baxdığınız hissə 3 saatlıq  filmdə gedən materiallardan toplanaraq yığılıb. Digər filmlərdə hadisələr daha geniş analiz olunub və müsahiblər daha çoxdur.

- Bu filmə görə sizi tənqid edəcəklərini bilirsiniz. Xüsusən də millətçilər bu filmdən razı qalmayacaqlar. Siz bunu gözəımirdiniz?

- Təbii ki, Dağlıq Qarabağ münaqişəsi haqqında hər hansı material hazırlamaq çox çətin və riskli işdir. Bu eyni zamanda şərəfli işdir. Çətinliyi biz proses zamanı gördük. Bizim Qarabağ haqqında arqumentlərimiz ilə yanaşı erməni tərəfinin də arqumenti var. Eyni zamanda münaqişəni hətta bizlərdən də yaxşı bilən əcnəbi ekspertlərin də öz arqumenti var. Məhz bu ücbucağın müzakirəsində dəqiqliyi üçün ciddi sübut olmayan və yaxud geniş yayılmayan hadisələri razılaşdırmaq çox çətindir.

Ona görə risklidir ki, bu münaqişə haqqında beynəlxalq auditoriya üçün nəyi deməyindən asılı olmayaraq hər zaman millətçi qüvvələr səni tənqid edəcəklər. Qaçqınlar və məcburi köçkünlər səni “torpaqlar azad olunmayana qədər ermənilər ilə hər hansı bir müzakirənin mənasız olduğuna” inandıracaqlar. Hökumət isə hər zaman sənin dövlətin maraqlarından kənara çıxa biləcəyini ehtimal edib inamsızlıq nümayiş etdirəcək. Ona görə də tənqidlərin masştabın bilirik.

Eyni zamanda bu bir şərəfli işdir. Çünki, sən beynəlxalq auditoriyalarda nümayiş olunacaq DQ münaqişəsinin ensklopedik filmini çəkmisən. Orada ola bilsin ki, hansısa fikirlər lazımi qaydada əks olunmayıb və yaxud zəif izah olunub. Bu təbii ki, yaradıcı kolektivin məsuliyyəti və bacardığı qədərdir.

- Part of circle TbilisiYaradıcı kollektiv demişkən, filmin sonunda çox az adamın və yaxud cəmiyyətin az tanıdığı adamların adını gördük? Daha çox bu işi bacaran insanları cəlb etmək olmazdımı bu işə?

- Dağlıq Qarabağ haqqında sanballı əsərləri olan çoxlu müəlliflər tanıyıram ki, onları insanlar bəyənirlər. Həmin müəlliflər erməni müəllf ilə birgə material hazırlamaqdan çəkinirlər. Bu filmin üzərində işləyən kolektiv ölkə hüdudlarından yuxarıda iş görmək təcrübəsi olan insanlardır. Bu filmin bütün faktlarının təqdimatı və müzakirəsində əsasən tanınmış jurnalist Şahin Rzayevin xidmətini qeyd edirəm. Təvəzüakarlıqdan uzaq deməliyəm ki, məhz Şahin bəyin və mənim münaqişə ilə bağlı bilgimizin əsasında bizim tərəfin mövqeyi əks etdirilib bu filmdə.  Ola bilsin ki, kimsə hesab edir ki, bizim kifayət qədər təcrübəmiz yoxdur?! Amma, nəzərə almaq lazımdır məhz bizim ikimiz də 1994-cü ildən bu yana proselərin içərisindəyik, münaqişə ilə bağlı onlarla beynəlxalq konfranslarda qarşı tərəfə opponentlik edirik. Prosesləri də az bilmirik.(hrpu.org)
Oxşar xəbərlər
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 14:25
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 14:25
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı