"Ölüncə mərd olmalıdır lütfü təmiz mərd oğul..."
Oxunub: 7465
04 May 2020 | 11:40
Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor  Jalə Əliyevanın Miskin Abdaldan üzü bəri Azərbaycanın  söz və sənət tarixinə, ictimai və elmi fikrinə, siyasi və iqtisadi yüksəlişinə böyük töhfələr vermiş hömətli bir nəslin soy-kökü, şəcərəsi haqqında qələmə aldığı və hazırda çapda olan “Müqəddəs ocağın yadigarları” adlı  elmi monoqrafiyadan seçdiyimiz bəzi hissələri bu gündən etibarən ixtisarlarla dəyərli oxucuların diqqətinə təqdim edirik. 

I YAZI

“ÖLÜNCƏ MƏRD OLMALIDIR LÜTFÜ TƏMİZ HƏR OĞUL”
                                                                                                                         
Aşıq Şəmşir

Bu dünyada Tanrının seçilmiş bəndələri var. Ulu Yaradan xəlq etdiklərini daha da gözəlləşdirmək, qurub-yaratmaq, daim xeyirxahlıq edərək Onun yaratdıqlarına xidmət göstərmək üçün seçdiyi nadir insanların ömrü onların yaşlarının sayı ilə deyil, mənası və şərəfi ilə, vətənə, millətə və dövlətə xidmətləri ilə ölçülür. Həmin nadir insanlardan biri də ustad sənətkar, böyük ozan  Dədə Şəmşir ocağının od və söz qoruyan davamçısı Cavid Qurbanovdur...
“Kənardan baxana döyüş asan gəlir”, – deyiblər ulu babalarımız. Cavid müəllim özü də yaxşı deyib bu barədə:

Gözlərindən leysan axar, yar, axar,
Ürək tab eyləməz, odlara yaxar.
Baxışların kirpiyinlə qor sıxar,
Deyərlər bəxtəvəri ucaltdı tale.

Cavid Qurbanovun həyat yoluna nəzər saldıqda onun keçib gəldiyi cığırların hamar olmadığını, bugünkü səviyyəyə, məqama çatmaq üçün uzun illər zəhmətlə çalışdığının və özü demiş, bu ömür yollarında “pillə-pillə” qalxdığının şahidi oluruq. Əmək fəaliyyətinə fəhlə kimi başlayan Cavid Qurbanov bu illər boyunca mayakı, yenə də özünün dediyi kimi, “düzlük” olan yoldan sarpmamağa çalışmışdır:

Əyri olan bu dünyada,
Rəbbim, mənə düzlüyü ver.
Ürəkləri oxumağa
Bir bəsirət güzgüsü ver.

“Nəsillərə nümunə olanlar heç zaman unudulmur və zaman-zaman öz şərəfli missiyasını daşıyır”, – deyiblər. Ağdabanlı Qurban, Dədə Şəmşir ocağının övladları da həyat və yaşam savaşında bu müqəddəs yoldan dönməməyin nümunəsini göstəriblər. Zəhmət çəkməyən zəhmətin və zəhmətkeş insanın qədrini bilməz! Cavid Qurbanov da məhz öz zəhmətiylə yüksələnlərdən olduğu üçün zəhmətin dəyərini biləndir, zəhmətkeşi qiymətləndirməyi bacarandır, onların arxa-dayaq, ümid-pənah yeridir. Şeirlərinin birində sanki ən sadə insanın da qayğılarına bələd olduğunu belə ifadə edir:

Yaşamaqdı – aylar ötür, il keçir,
Günlərimin biri ağdı, biri yox.
Bu dünyanı görə-görə gəlmişəm,
İnsanların biri acdı, biri tox.

Ruhunda, qəlbində daima Allah eşqi, həm də Allah xofu  gəzdirən Cavid Qurbanov, el-obanın çox az insana nəsib olan məhəbbətini, ehtiramını qazanaraq “ağsaqqal”lıq məqamına çatmıışdır.
Cavid Qurbanov azərbaycanlı milli-mənəvi kimliyini, özünün ululardan ulu ruhunu qoruyub saxlayan, ictimai-siyasi fəaliyyəti, həyat tərzi, hərəkət və davranışları, ədəb-ərkanı, sözü-söhbəti ilə öz kökünə, millətinə, xalqına, adət-ənənələrimizə sadiq olduğunu təsdiqləyən, ulu ozanlarımız Miskin Abdal, Ağdabanlı Qurban, Dədə Şəmşir ocağının saz-söz işığını sönməyə qoymayan, elinin-obasının dərd-səri, qayğıları ilə yaşayan, şəxsiyyəti ilə mənəviyyatı bir bütöv olan, dağlar oğlu, Vətən oğludur! 
Cavid Qurbanov gözəl ailə başçısı, qayğıkeş ata və babadır. İki övladı, dörd nəvəsi var. O, 1985-ci ildə sevib-seçdiyi, sevimli Mətanət xanımla ailə qurmuşdu. Sevgidən doğan bu izdivacdan iki övladları dünyaya gəlib: Şəmşir və Nigar. Göz həkimi olan Mətanət xanım, bütün nəcib Azərbaycan qadınları kimi, ailəsini, övladlarını göz bəbəyi kimi sevib qoruyurdu. Lakin amansız xəstəlik onun arzularını yarımçıq qoydu. Biz o zaman Cavid müəllimlə Parlamentdə həmkar idik. Həyat yoldaşını xəstəlikdən xilas etmək, ömrünü uzatmaq üçün Cavid müəllimin bütün yollara baş vurduğunun, hər çarəyə əl atdığının, keçirtdiyi böyük üzüntünün  şahidiyəm. Əziz qardaşımın bütün cəhdləri təəssüf ki, boşa çıxdı və Mətanət xanım 2006-cı ildə 42 yaşında, uzun çəkən  ağır xəstəlikdən sonra vaxtsız vəfat etdi, bu gedişi ilə də şair təbiətli ömür-gün yoldaşının “dünyasını qəmli nağıla” çevirdi.
Cavid Qurbanovun ilk şeirlər kitabı – “Dünya qəmli nağıl imiş” – bu yarımçıq qalan ömrün nisgilini daşıyan şeirlər müəllifin keçirdiyi iztirabların dərinliyini, həsrətin müqəddəsliyini bütün təfərrüatı ilə əks etdirir. Cavid Qurbanov uzun illər bu itkini şeirlərində, nəğmələrində yaşatdı:

Şəklində qara gözlər,
Gözündə qəmli baxış.
Elə bil yağış yağır,
Dumanlı, çənli baxış.
Sevgilim, sənli baxış
İstərəm geri dönsün,
Təkliyin üzü dönsün.

Şeirlərindən də aydın olur ki, Cavid tək özü üçün deyil, övladlarının da bu itkini necə ağır yaşadıqlarını görür və buna görə də daha çox üzülür. Həmin dözülməz günlərdə övladlarına ikiqat diqqətin məsuliyyətini dərk edir və bu ağır yükü çiyinlərinə götürür:

Şəmşir, Nigar, bir də mən,
Sənsiz yaman darıxırıq.
Çiçək açmır o çöl-çəmən,
Çöküb duman darıxırıq.

Bu şeirlər ona haradasa  “həsrətdən doğulan, dərd içindən göyərən şair” kimi bir ünvan da qazandırıb. Professor Rövşən Novruzoğlunun sözlərini xatırlamaq istərdim: “Cavid Qənbəroğlunun “Dünya qəmli nağıl imiş” kitabını oxuyub başa çatandan sonra müəlliflə yanaşı, bu kitabı çap edib yayan istedadlı qələm dostum Məhəmməd Nərimanoğluya “sağ ol” demək keçdi ürəyimdən. Dodağımdan gələn dərdli bir ah qopdu: Dərd içindən göyərən, çiçəkləyən bir şairimiz də varmış…”
Cavid müəllim hər iki övladına həm ata, həm analıq etməyə başladı. O zamanlar hələ 10-cu sinif şagırdi olan qızı Nigarın, əsgərlikdən anasının tabutu üstünə gələn Şəmşirin əhəmiyyətli həyat anlarının bütün həyəcanlarını təkbaşına yaşadı Cavid müəllim... Onları böyütdü, pərvazlandırdı,  toylarını etdi, nəvə sahibi oldu...
...Və illər sonra taleh ona ikinci baharını yaşatmağa başladı. Leyla xanım, “Təkliyin üzü dönsün” – deyən Cavid Qurbanovun yarasına məlhəm oldu.
Cavid Qurbanov 2013-cü ildə çox ziyalı və ləyaqətli bir azərbaycanlı xanımı olan Leyla xanımla – görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin nəvəsi ilə ailə qurur. 1968-ci ildə Bakı şəhərində anadan olan Qasımova Leyla Eldar qızı ölkəmizin mədəniyyətini Avropanın beşiyi sayılan Vyanada böyük bir uğurla təmsil edir. O, Avstriya-Azərbaycan Mədəniyyət Mərkəzinin direktorudur.
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında yaradılıb. Bu Mərkəz, öz fəaliyyəti ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərə öz töhfələrini verir, vətəndən uzaqda Vətənə. Xalqa, Dövlətə xidmət missiyasını həyata keçirir.
Cavid Qurbanovun ilk övladı, 1986-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Sevinci yerə-göyə sığmayan ata oğluna babasının – Dədə Şəmşirin adını verib. Qənbər Şəmşiroğlu nəvəsinin Dədə Şəmşirin adını daşıması və yaşatması arzusunu şeirində dilə gətirmişdir:

Şaxələnib ucal, qalma kölgədə,
Yaxşı adın-sanın olsun ölkədə.
Ellər əzizləyib desinlər dədə,
Pələng ol! Aslan ol! Həm şir ol, balam!
Sən babanı yaşat, Şəmşir ol, balam!

Düşünürəm ki, Şəmşirli Şəmşir Cavid oğlu da bu adın, bu nəslin nümayəndəsi olmaq şərəfini və məsuliyyətini kifayət qədər dərk edir. Bunu onun hələ 2013-cü ildə babası Qənbər Şəmşiroğlunun 80 illik yubileyi münasibətilə bütün nəvələrinin adından yubilyara ünvanladığı “Təbrik məktubu”nda dilə gətirdiyi fikir və duyğularından da aydın görmək olur:
“Biz həyatımızı öz babalarımızdan nümunə götürərək yaşayırıq. Babalarımız bizim iftixar yerimiz, fəxrimiz, vüqarımızdır. Qurban babamızın, Şəmşir babamızın ətrini, hikmətini bu gün bizə öz sevgisi, qayğısı və mehribanlığı, şeirləri ilə yaşadan Qənbər babamızın 80 yaşı tamam olur. Babamız bizim həyatda nümunə götürəcəyimiz ən əziz adamdır. Bizim babamız dövlətinə, millətinə bağlı insan olub hər zaman, bu gün də öz ağsaqqallığı ilə xalqın xidmətindədir. Ulu Tanrıdan onu bizlərə çox görməməyi arzu edirik. Bizim üçün yaşa baba, doğma yurdumuz – Kəlbəcərimizə dönəcəyimiz gün üçün yaşa!”
Şəmşirli Şəmşir hazırda Bakı şəhər prokurorunun köməkçisi vəzifəsində çalışır. Evlidir, iki övladı var.
Cavid Qurbanovun ikinci övladı – qızı Qurbanova Nigar Cavid qızı 1988-ci ildə Bakıda anadan olmuşdur. Onun da iki övladı vardır. Nigar xanım anasının yolunu davam etdirərək həkimlik peşəsinə yiyələnmişdir.
Xalq şairi Məmməd Aslanın bir zamanlar Qənbər Şəmşiroğlua ünvanladığı, amma düşünürük ki, elə ata-oğulu birlikdə ehtiva edən çox maraqlı və ibrətamiz fikirlərini xatırlamaq yerinə düşərdi. Çünki, necə deyərlər, ot kökü üstdə bitər: “Böyük tarixi şəxsiyyətlərin yurdunda qalıb, nəsil ocağına ağsaqqallıq etmək nə qədər şərəflidirsə, o qayğıların çəki-düzəni, o abidəvi insanların soyun yaddaşındakı mənəvi dəyərlərin üzüsulu qalması yönündə yurddaşların məsuliyyətli davranışlarını ərənlər vadisinə yönəltmək də o dərəcədə gərəkli və çətindir. Bu, uzun illər boyu bir vəzifə gərəyincə göstərilən məmur fəaliyyətindən çox-çox götür-qoylu və üzücü işdir. Nəslin ağsaqqalı təkcə yaşanılan günün qayğıkeşi deyil, nəslinin ötüb-keçmiş hörmətinin, qazanılmış işıqlı xatiratının bir növ sayıq-sanballı keşikçisidir. Yoxsa yaşamağa, baş hərləməyə nə var ki?!”  Hörmətli Cavid müəllimin özünün dediyi kimi:                     
       
Yaşamaqdan sən usanma
Tez toxunma daşa, bəxtim.
Hər keçəni ömür sanma.
Kişi kimi yaşa, bəxtim!
                                                                             
 (ardı var)

Oxşar xəbərlər
23:13, Bu gün
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
23:09, Bu gün
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
22:50, Bu gün
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
22:43, Bu gün
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
GÜNLÜK
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər