AzTV-də 1 il əvvəl başlanan yeni dövr - Ciddi islahatlar, TV tarixində ilklər
Oxunub: 1349
17 Jan 2020 | 17:40
AzTV-də 1 il əvvəl başlanan yeni dövr -  Ciddi islahatlar, TV tarixində ilklər
2019-cu il tarixə çevrildi, yerini 2020-ci ilə verdi. Amma təbii ki, izini hər yerdə saxlayır, dəyişən isə sadəcə təqvimdir. Ötən bir il ölkəmizin Ana televiziyasının - AzTV-nin həyatında da böyük və uğurlu dəyişikliklər ili kimi yadda qaldı.

Qosqocaman Teleradiomuz Prezident İlham Əliyevin qayğısı ilə inamla və qətiyyətlə dəyişdi, yeniləşdi, müasirləşdi. Və bu dəyişikliklər adi tamaşaçıdan tutmuş, dövlət başçısına qədər heç kimin diqqətindən yayınmadı. Prezident İlham Əliyevin ötən il dekabrın 23-də, doğum günü ərəfəsində yerli jurnalistlərə geniş müsahibəsində səsləndirdiyi fikirlər də bunu təsdiq edir.

Əslində, həmin müsahibə ölkə rəhbərinin yerli mediaya doğma, səmimi, dost münasibətini, inam və etimadını bir daha ortaya qoydu. Prezidentin "Bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm", "Siz mənim köməkçilərimsiniz" fikri, heç şübhəsiz, hər bir jurnalist, hər bir KİV nümayəndəsi, hər bir teleradio işçisi üçün şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Bu müsahibə media nümayəndələri ilə yanaşı, hər bir azərbaycanlı üçün də əlamətdar idi. Ölkəmizin müstəqillik illərində atdığı prinsipial addımlar, bütün istiqamətlərdə qazanılan uğurlar, həyata keçirilən islahatlar, qarşıdakı yeni hədəflər müsahibədə geniş əksini tapmışdı.

Müsahibədə iştirak edən media təmsilçilərindən biri də Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə sədr təyin olunan və AzTV-nin tarixində ən gənc sədr olan Rövşən Məmmədov idi. O, artıq bir ildir ki, dövlətin ən böyük və mühüm ideoloji qurumuna rəhbərlik edir. Teleradionun həyatında yeni dövr də elə bir il əvvəl başladı, ciddi islahatlar aparıldı, kanalın simasında diqqətçəkən dəyişikliklər edildi.

"Rövşən Məmmədov" - bu imza son bir ilədək tamaşaçılara, sadəcə istedadlı bir jurnalistin, səmimi, intellektli, peşəkar bir aparıcının adını xatırladırdı. Tamaşaçılar onu hər həftə AzTV-nin ən məşhur proqramında - "Həftə"də görür (yenə həmin proqramın aparıcısıdır və o, indiyədək AzTV-yə sədrlik edən yeganə şəxsdir ki, həm də veriliş aparır), həftə ərzində baş verən hadisələrin analitik təhlilini ondan eşidir, maraqlı şərh və icmallarının şahidi olur, bir sözlə, həftəyə onunla "yekun vururdular". Ötən bir il isə onun üçün rəhbər, idarəçi kimi də son dərəcə məsuliyyətli dönəm oldu. Teleradio onun rəhbərliyi ilə bu qısa zaman kəsiyində heç bir dövrdə olmadığı qədər sürətlə və keyfiyyətlə dəyişdi. İlk gündən islahatlar yeni hədəflərə istiqamətlənmişdi, yeni hədəflər isə yeni uğurlar demək idi. Tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməklə teleradionun nüfuzunu artırmaq başlıca məqsəd idi. İlk dəyişiklik AzTV, "Mədəniyyət" və "İdman" kanallarının loqosundan başladı. Peşəkarlıqla hazırlanan yeni loqoların rənglərinin ümumiləşmiş forması üçrəngli bayrağımızın rənglərini özündə birləşdirməklə yanaşı, həm də dəyərlərə, ənənələrə hörmət, müasirlik və yeniliklərə açıq olmaq, gələcək hədəflərə doğru inamla addımlamaq arzusunu ifadə edirdi. Dövlət başçısının Sərəncamlarına əsasən, il ərzində ayrılan vəsaitlərlə TV-nin maddi-texniki bazasının modernləşdirilməsi, zəruri texniki avadanlıqların alınması bu arzunu reallaşdırmağa, Teleradionun öz işini daha peşəkar və müasir prinsiplər üzərində qurmasına imkan yaradır, yaradıcılıq imkanlarının genişləndirilməsinə xidmət edirdi. Budur, bir ildə 17 yeni studiya tikilib, yayım sistemini rəqəmsallaşdırmaq, HD sistemə keçid üçün yeni server sistemi quraşdırılıb. Yeni HD kameraları, canlı bağlantıları təmin etmək üçün avadanlıq, dron, kompüterlər, həmçinin, avtomobillər alınıb. Hər 3 kanalda bütün qrafiklər yenilənib və s.

Lakin dəyişikliklər təkcə maddi-texniki bazanın təzələnməsində, yeni studiyalarda, çəkiliş pavilyonlarında, görüntüdə deyil, həm də məzmunda, mahiyyətdədir. Təcrübə, peşəkar komanda, güclü və bacarıqlı yaradıcı heyətlə yeni studiyalar elə yeni veriliş və tok-şoularların meydanına çevrildi. Son bir ildə 56 yeni veriliş efirə vəsiqə alıb. Bunun 32-si AzTV, 12-si Mədəniyyət TV, 12-si isə İdman TV-də açılıb. Eləcə də 32 yeni film hazırlanıb, onlardan 11-i siyasi (dövlət quruculuğu, müstəqillik illərində ölkəmizin sürətli inkişafından bəhs edən filmlərdir), 25-i "Azərbaycantelefilm"in istehsalıdır. Bu filmlər də, ayrı-ayrı verilişlər də AzTV-nin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Teleradio dövlət siyasətinin mahiyyətini ölkə vətəndaşlarına uğurla çatdırır. Ölkəmizin dinamik inkişafı, tarixi nailiyyətləri, dünyadakı nüfuzu, "Mən xalqımın bir nömrəli xidmətçisiyəm" deyən Prezident İlham Əliyevin vətəndaşların rifahı naminə islahatları, xalq-iqtidar birliyi, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın son dərəcə diqqətçəkən fəaliyyəti kanalın gündəlik efirində  mükəmməl şəkildə öz əksini tapır. Bütövlükdə, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti, bu siyasətin qətiyyətli davamını hamıdan yaxşı "izləyən", bu mənada, müstəqil dövlət quruculuğu prosesinin, Azərbaycan dili və mədəniyyətinin inkişafının canlı salnaməsini yaradan məhz Azərbaycan Televiziyasıdır.

Xəbər proqramları hər bir televiziyanın görən "göz"üdür və etiraf edək ki, indi AzTV-nin "Xəbərlər"i informasiya çəkisinə görə digər kanalların analoji proqramlarını üstələyir. Tamaşaçılar ən dəqiq və dürüst xəbərləri bu proqramdan alır. Rəsmi xronika, dövlət tədbirləri, Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli toplantılar, ölkə həyatı, dünyada baş verən hadisələr, idman yenilikləri böyük operativlik və peşəkarlıqla tamaşaçılara çatdırılır. Məkanından asılı olmayaraq xəbərin ünvanından, hadisə yerindən birbaşa bağlantılar "Xəbərlər"in mötəbərliyini daha da artırır. İnformasiya Proqramları Studiyasının müasir xəbərçilik standartlarına tam uyğunlaşdırılan, xəbərin istehsalından tutmuş tamaşaçılara çatdırılmasına qədər bütün prosesi bir məkanda cəmləyən "Xəbər otağı" xəbərlərin daha çevik istehsalına, tamaşaçılara daha çox informasiya ötürülməsinə imkan verir, operativliyə təminat yaradır. "Xəbərlər"in "Mobil qrup"u da son bir ilin təqdirəlayiq yeniliklərindəndir. Çeviklilik və məsuliyyət tələb olunan bu qrup, demək olar ki, hər buraxılış üçün gündəmlə bağlı reportajlar, həmçinin, xüsusi reportajlar hazırlayır. "Şənbə reportaj"ları isə daha geniş coğrafiyanı əhatə edir, tamaşaçılara ölkəmizlə yanaşı, dünyanın müxtəlif yerlərindən hazırlanan maraqlı reportajlar təqdim olunur. AzTV-nin xaricdəki müxbir məntəqələrindən hər gün "Xəbərlər"ə yeni videomateriallar daxil olur. "Xəbərlər" Azərbaycan, rus və ingilis dillərində olmaqla 13 dəfə efirə çıxır.

Tamaşaçılar ölkə və dünya iqtisadiyyatının ən mühüm yenilikləri ilə həftə içi 5 gün "İqtisadiyyat xəbərləri"ndə tanış olur. Bölgələrimizin həyatı "Region xəbərləri"ndə geniş işıqlandırılır, rayonlardakı abadlıq-quruculuq işləri bu proqramda aydın görünür. "Mədəniyyət xəbərləri" də yeni formatda efirə çıxır.

Dövlət əhəmiyyətli hadisələr haqqında xüsusi buraxılışlar isə ana "Xəbərlər"dən sonra təqdim olunur. Dövlət başçısının iştirakı ilə ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin birbaşa yayımlanması isə ümumilikdə, AzTV-nin tarixində bir ilk idi. 2019-cu il oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü məhz AzTV ilə birbaşa yayımlandı. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Televiziyası artıq dünyanın ən qabaqcıl telekanalları ilə rəqabət apara biləcək səviyyədədir.

AzTV xəbər həftəsinə hər bazar günü "Həftə" analitik informasiya proqramında daha geniş və ətraflı təhlillə yekun vurur, aparıcının səriştəli və dolğun şərhləri tamaşaçıları həftənin mənzərəsi ilə tam şəkildə tanış edir.

Son bir ildə AzTV-nin analitik proqramlarının sayı da artıb. Bu verilişlər "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın komandası tərəfindən ərsəyə gətirilir: "Əsas məsələ", "Hədəf", "Parlament vaxtı", "Planet", "Rakurs", "Multikulturalizm", "Milli istehsal", "Jurnalist araşdırması" və s. Günün aktual məsələsi, gündəmdə olan mövzu "Hədəf" ictimai-siyasi proqramında həftə içi 5 gün qonaqlarla birgə geniş təhlil edilir. "Əsas məsələ" tok-şousu da həftə içi 5 gün efirdədir. Tok-şouda ölkənin ictimai-siyasi həyatı, beynəlxalq əhəmiyyətli hadisələr ekspertlərlə və auditoriya ilə birgə müzakirə olunur. Hər şənbə efirə çıxan "Jurnalist araşdırması" vacib problemləri qabardır, həmin problemlərin həlli yollarını araşdırır, mütəxəssis rəylərini diqqətə çatdırır. "Parlament vaxtı"nın yeni formatda təqdimatı da uğurludur. Həftə içi 5 gün canlı yayımlanan "Çıxışa doğru" tok-şousunda, əsasən sosial məsələlər ətrafında fikir mübadiləsi aparılır, çıxış yolları axtarılır.

Müxtəlif zövqlü tamaşaçılar üçün nəzərdə tutulan əyləncəli verilişlər, maarifləndirici proqramlar, intellektual oyunlar AzTV-nin efirini daha rəngarəng və baxımlı edir. "Telesəhər", "Gün başladı", "Analar Akademiyası", "Sağlam ol", "Sözüm var", "Ağ-qara", "Bir AzTV", "Məlahətli qonaqlar", "Görüş yeri", "Qazan-Manqal", "PalitrArt", "Məmləkətim", "Mən azərbaycanlıyam", "Xəmsə", "Təhsil üçbucağı, "Uğur düsturu", "Belə-belə işlər", "Vətənə xidmət", "Döyüşçü", "Bəlalar", "Gün-ellə səyahət" və digər verilişlər bütün təbəqədən olan tamaşaçıların marağını təmin edir. Əslində, bu amil TV-nin proqram siyasətində əsas yer tutur.

Bəli, bu gün AzTV-nin efiri "qaynayıb-daşır", maraqlı layihələr bir-birini əvəz edir. Bu qaynarlıq, bu dinamika, bu canlılıq tamaşaçını öz cazibəsinə salır, onu ekran qarşısında saxlayır. Ana Televiziyanı tam yeni formatda görən tamaşaçı onu məmnunluqla izləyir.

"İdman" TV-nin, "Mədəniyyət" kanalının efiri də yeni verilişlərlə zənginləşib. Azərbaycan Radiosu da texnoloji, istehsalat və yaradıcılıq dəyişiklikləri ilə diqqəti çəkir. AzTV-yə canlı yayıma qoşulması isə onun fəaliyyətinə əlavə canlılıq bəxş edir.

Hər kəs uzun zamandır AzTV-nin efirində yeni teletamaşaları səbirsizliklə gözləyirdi. Son bir ildə bu intizara da son qoyuldu. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi və "Sabah" Yaradıcılıq Studiyası yeni film və tamaşaların istehsalına başladı. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, Xalq artisti Ramiz Həsənoğlunun çəkdiyi, filosof-şair İmadəddin Nəsimiyə həsr olunan "Son gecə" filmi Prezident İlham Əliyevin elan etdiyi "Nəsimi ili"nə, dahi şairin 650 illik yubileyinə AzTV-nin dəyərli hədiyyəsi sayıla bilər. Yeni ildə təqdim olunan "Zəng" teletamaşası da son bir ilin hadisəsi kimi maraqla qarşılandı.

Yeniliklərdən biri də Prezident İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də yaradılan Bədii Şuradır. Tanınmış mədəniyyət və incəsənət xadimlərini özündə birləşdirən Bədii Şura efir strukturu, verilişlərin bədii tərtibatı, məzmunu, diktor və aparıcıların peşəkarlıq səviyyəsinə nəzarət funksiyasını həyata keçirir.

Teleradio Akademiyasının fəaliyyətində də son bir ildə ciddi dönüş yarandı. Rəhbərliyin təşəbbüsü və dəstəyi ilə ümumilikdə, Azərbaycan teleməkanı üçün kadr hazırlığına start verildi, teleradio işçiləri ilə bərabər, ali təhsilli və bu sahədə işləmək istəyənlərə imkan yaradıldı. Artıq Akademiya gənc jurnalist, rejissor və operatorların təkmilləşməsi üçün mühüm mərkəz rolunu oynayır. Son bir ildə bura qəbul olunan 153 nəfərdən 73-ü məzun adını qazanıb. Onlardan 21-i artıq Teleradionun əməkdaşıdır.

AzTV nəsilləri birləşdirən televiziyadır. Nəsillər bir-birini əvəz edir və bu əvəzetmə yeninin köhnədən öyrənməsi prinsipinə əsaslanır. Gənclər peşəkarlarla çiyin-çiyinə çalışır, öyrənir, yetişir. Bir vacib məqam da odur ki, bu yenilikləri teleradio əməkdaşlarının əməkhaqqı və qonorarının artırılması müşayiət edir. Kollektivin qayğıları rəhbərliyin diqqətindədir, hər həftənin 5-ci günü AzTV-də sədrin qəbul günüdür - yalnız əməkdaşlar üçün...

Son bir ilin uğurlarını isə elə son bir ilin hesabatı kimi qəbul etmək olar. Bir illik nəticənin ən gözəl "qiyməti"ni isə yenə də Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində görmək mümkündür. Sitat: "Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz. Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz".

Bu fikir, həm də AzTV-yə ünvanlanmışdı. Tamaşaçının qarşısındakı bugünkü tam fərqli AzTV isə, məhz Prezidentin onun inkişafına, kollektivə diqqətinin, qayğısının nəticəsidir. Və buradakı islahatları ölkə səviyyəsində dünya standartlarına uyğun müasirləşmənin kiçik modeli də saymaq olar. Yeniliklər isə davam edir...

Firuzə NADİR
Oxşar xəbərlər
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 10:49
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
18 May 2024 | 10:27
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
18 May 2024 | 10:42
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
18 May 2024 | 10:15
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
18 May 2024 | 10:35
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
18 May 2024 | 10:56
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 10:49
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
18 May 2024 | 10:27
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
18 May 2024 | 10:42
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
18 May 2024 | 10:15
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
18 May 2024 | 10:35
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
18 May 2024 | 10:56
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı