BMqT-nin Azərbaycan nümayəndəliyi Gəncədə yerləşən sığınacaqda təmir işlərinə başladı - FOTO
Cəmiyyət
1249
19 Nov 2019 | 17:50

BMqT-nin Azərbaycan nümayəndəliyi Gəncədə yerləşən sığınacaqda təmir işlərinə başladı - FOTO

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəratini yaxşılaşdırmaqla həmin sığınacaqlarda yerləşdirilmiş insan alveri qurbanlarına və insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməkdə davam edir. 

Bu yaxınlarda nümayəndəlik Niderland Krallığının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi” layihəsi çərçivəsində Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən idarə olunan sığınacaqda təmir işlərinə başlamışdır. İnsan alveri qurbanları, insan alverinə və məişət zorakılığına həssas olan şəxslər üçün nəzərdə tutulan sığınacaqda aparılan təmir və bərpa işlərinə ümumi təmir, sanitar qurğularının, damın yenilənməsi, pəncərələrin və qapıların quraşdırılması daxildir.

Ümumilikdə adı çəkilən layihə Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən idarə olunan sığınacağın texniki potensialını artırmağa imkan yaradacaq, insan alveri qurbanlarına, insan alverinə həssas olan şəxslərə və onların ailələrinə göstərilən qayğı və dəstəyin artırılmasına birbaşa töhfə verəcək. Bundan başqa, layihə insan alverinə məruz qalan insanlar və vətəndaş cəmiyyəti təşkilatları, müvafiq dövlət qurumları və özəl sektor arasında qurbanlara və insan alveri təhlükəsinə məruz qalan şəxslərə qrant verilməsi ilə bağlı praktiki aspektlər üzrə əlaqəni gücləndirəcək. Layihə çərçivəsində insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasına dəstək vermək üçün əsas bacarıqlar üzrə təlimlər həyata keçirməklə təlimi başa vuran iştirakçılara fərdi ehtiyaclara uyğun hazırlanmış qrantlar verməklə potensiallarının gücləndirilməsi nəzərdə tutulur.

Ümumilikdə bu layihə birbaşa yardım göstərməklə və sığınacaqlarda yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə insan alveri qurbanlarının və insan alveri təhlükəsi altında olan şəxslərin müdafiəsini təkmilləşdirməklə insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə kömək məqsədini daşıyır.

Qeyd edək ki, bundan öncə BMqT təmir işləri aparmaqla paytaxtda və bölgədəki bəzi sığınacaqlarda yaşayış şəraitini daha da yaxşılaşdırmışdır.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər