Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır”
Oxunub: 998
14 Oct 2019 | 10:26
Qənirə Paşayeva:  “Bu düşmənə də, dosta da bir mesajdır”
“AzərKitab” Kitab Təbliği Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİB), Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB), Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və evsahibi qurumun təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, ünlü “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi və Özbəkistan sənətçilərinin “Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə RHİMİB sədri Arzu Bağırova açıb: “Bu gözəl qardaşlıq gecəsində hər kəsi salamlayıram. Üç gündür davam edən silsilə tədbirlərin qardaşlıq bağlarımızın güclənməsində böyük əhəmiyyəti var. Ötən günlər ərzində professor Babaxan Şərifin 70 illik yubileyi qeyd edildi; “Özbəkcə-Azərbaycanca, Azərbaycanca-Özbəkcə” sözlüyü və dahi NİZAMİnin özbəkcəyə çevrilmiş “Xəmsə”sinin təqdimatı oldu; Dövlət Pedaqoji Universitetində professor-müəllim və tələbə heyəti ilə maraqlı görüş-müzakirə keçirildi. İndi isə tanınmış şair Xasiyyət Rüstəmin yaradıcılıq gecəsinə yığışmışıq. Bugün eyni zamanda özbək sənətçilərinin bizim əsas problemimizə sənət ecazı ilə yanaşması ilə tanış olacağıq.”
Tədbirdə “Azərkitab”ın təsisçisi Sabir Həsənov çıxış edərək, belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, özəlliklə gənclərin kitaba, sənətə, mədəni dəyərlərə daha böyük ölçüdə dönüşü üçün faydalı olduğunu deyib.
Evsahibinin çıxışından sonar özbək sənətçilərinin iştirakı ilə hazırlanmış klip böyük ekranda göstərilib.
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov klip barədə fikirlərini bölüşərək deyib: “Gördüyünüz kimi, klipdə işğal edilmiş yerlərimiz, tarixi abidələrimiz göstərilib. Bir sıra xalq və müəllif mahnıları səsləndirilib. Klip “Qarabağ şikəstəsi” ilə bitir. Burada Cocuq Mərcanlıdan Şuşaya gedən yol göstərilir. - Yəni klipdə yaşanmış ağrı, kədərimiz görsənsə də, seyriçiyə daha böyük ölçüdə ümid və haqqın nazilsə də, üzülməyəcəyinə inam aşılanır”.

Təşkilatçı ABAİB-in sədri, millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu cür layihələr iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edir:

“Buna bir musiqi layihəsi kimi baxmaq olmaz. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, istedadlı gəncləri yer alıb. Onlar Qarabağ üçün oxuyurlar. Özü də çox ürəklə, içdən oxuyurlar. İndi hamımız qəribə duyğular keçiririk... Sanki bir anlığa Qarabağa getdik. Özbək gənclərinə, sənətçilərinə, əlbəttə, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzimizə könül dolusu təşəkkür edirik! Hamımız türk dünyasında belə layihələrin həyata keçirilməsinə çalışmalıyıq.
Biz də bir müddət öncə Özbəkistanda olduq, çox önəmli tədbirlərdə iştirak etdik. Bugün burda qardaş Özbəkistanından öz vətənlərinə gələn ziyalılarımız var. Onlara bir daha xoş gəlmisiniz deyirəm. Arzu xanımın da dediyi kimi, son üç gündə ölkəmizdə önəmli tədbirlər keçirdik. Belə tədbirlərdən biri ustad Babaxan Şərifin 70 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi oldu. Babaxan müəllimi bir daha təbrik edirik! Biz ustada hər zaman sevgi ilə yanaşır, hörmət edirik. İnşallah, ustadın növbəti yubileyini Qarabağda keçirərik.
İkincisi, "Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca" lüğətinin “Kaspi” qəzetinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində və habelə AMEA Ədəbiyyat İnstitutunda möhtəşəm təqdimatı oldu. Bu layihə iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xüsusi xidmət edən layihədir.
Üçüncü tədbir, böyük NİZAMİnin özbək türkcəsinə tərcümə edilmiş ölməz “Xəmsə”sinin təqdimatı ilə bağlı idi. Elmlər Akademiyamızın Ədəbiyyat İnstitutunda və Ədəbiyyat Muzeyində maraqlı görüşlər, müzakirələr təşkil olundu.
Hazırda da böyük bir layihənin təqdimatına toplamışıq. Mən bayaq da deim, klipə tamaşa edərkən qəribə duyğular keçirdik. Bəli, buna yalnız bir musiqi layihəsi kimi baxmırıq. Burada medianın dəyərli simaları var, təklifim odur ki, bu layihəni daha geniş ərazilərə yayaq. Qoy, düşmənlər görsün ki, təkcə biz deyil, bütün türk dünyası Qarabağ deyir.
Araşdırmaçı qardaşımız Şöhrət Barlas burdadır, o, vaxtı ilə Özbəkistanda törədilən qətliamlardan yazırdı, indi də yazır. Onun Qarabağ üçün gördüyü işlər misilsizdir. Bir daha Şöhrət qardaşımıza da, Azərbaycanı, türk dünyasını düşünən bütün özbək qardaş-bacılarımıza təşəkkürümüzü yetiririk!
Əziz dostlar, nəhayət, bu günün şair qonağı Xasiyyət xanımdır. Mənə deyirlər ki, o, özbəkdən çox, azərbaycanlıya oxşayır. Deyirəm, bu yalnız onun zahiri oxşarlığı deyil, qəlb yaxınlığı, könül doğmalığıdır. Onun ürəyində Azərbaycan varsa, Azərbaycanın ağrısı-acısı, uğuru varsa, demək, bizimdir. Xasiyyət xanım Azərbaycandan ədəbiyyat adına göndərilən bütün layiqli mətnlərə “Kitab dünyası”nda ürəklə yer ayırır.
Xasiyyət xanım bizim üçün şair kimi də, redaktor kimi də, tərcüməçi kimi də çox dəyərlidir. Silsilə tədbirlərin finalının onunla bağlı olması, bu tədbirdə Qarabağ ünvanlı klipin təqdimatı çox məntiqlidir. Çünki Xasiyyət xanım özünü həm də Qarabağlı sayır.”
Xanım Paşayeva çıxışının sonunda silsilə tədbirlərdə əməyi keçən Arzu Bağırova, Əkbər Qoşalı və İntiqam Yaşara, tədbirlərə operativ media dəstəyi verən “Yeni Müsavat” Media qrupunun rəhbəri, Əməkdar journalist Rauf Arifoğluna təşəkkür etdi. - “Qardaşlıq əlaqələri üçün kim nə iş görübsə, hamısına görə minnətdarıq.
Hər kəsə səslənirəm ki, mütləq imkan tapın Özbəkistana gedin. Görüncə bu qardaş ölkəyə daha dərindən vurulacaq və əbədi sevəcəksiniz.
Əminəm ki, münasıbətlərimiz uğurla davam edəcək. Tanrı birliyimizi qorusun, türk dünyasının birliyi güclü olsun!”

Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı vurğulayıb ki, “yaddaqalan günlər yaşayırıq – ən yeni dönəm qardaşlıq tarixini həm yaradırıq, həm də yazırıq. Məsələn, bayaqki klipə baxanda bəlli oldu ki, özbək sənətçiləri bizim qəlbimizdəki kədəri və gələcəyə sarsılmaz inamımızı görə və bunu sənət dili ilə verə biliblər. Biz Qarabağa mütləq qayıdacağıq və o gün özbəklərin də, bütün türk dünyasının da bayramı olacaq!”

Ə.Qoşalı onu da deyib ki, “Babaxan müəllim Pedoqoji Universitetində çox böyük addım atdı. Ustadımız, salondakı gənclərin hər birini bağrına basıb, öpmək istədiyini, lakin bunun mümkün olmadığı üçün hamının əvəzində bayrağımızı öpdü. Bəli, iki min kilometr uzaqlardan gəlmiş bir böyük elm, ədəbiyyat xadimi bizim bayrağımızı öpdü və mən də, səhnəyə çıxıb onun əlini öpdüm!”

Sonra Xasiyyət Rüstəmin yaradıcılıq məziyyətlərindən söz açan Ə.Qoşalı deyib:
“Xasiyət xanım türk dünyasında tanınan bir imzadır. Onunla 10 il öncə İstanbulda, hava limanında qarşılaşmış, tanış olmuşuq. Böyük insan axınının içində, sanki illərin tanışı, doğması kimi, qeyri-ixtiyari bir-birimizə doğru addımladığımızı xatırlayıram. Mən onun yaradıcılığı ilə tanış olduqca gördüm ki, bu doğmalıq onun ruhundan gəlir – insana, sənətə və necə deyərlər, doğmalığın özünə doğmalıqdır bu…
Bu doğmalığı biz Xasiyyət xanımın baş redaktor olduğu qəzetdə Azərbaycan ədəbiyyatına ayrılan genişürəkli yerdə görürük. Çox şadam ki, Azərbaycanda da özbək ədəbiyyatı yaxından öyrənilir, sevilir. Bu öyrənilmə həm xəlqi, həm də akademik səviyyədədir.
Xasiyət xanım və onun baş redaktoru olduğu qəzet çağdaş özbək ədəbiyyatında önəmli hadisədir.
Xasiyət Rüstəmin şeirlərini oxuyanlar ilk baxışda sanki pessimist olduğunu düşünə bilər – baxırsan tənhalıqdan, ayrılıqdan, kədərdən, qaranlıqdan, qorxudan yazır… Əslində isə o, qaranlıqda işıq görən insandır; daha dəqiqi qaranlığın olmadığını, işıq düşməyən yerlərin mövcudluğunu bilən şairdir. Xasiyət Rüstəm rəhmətlik Vaqif Səmədoğlu kimi “Millət, dövlət zirvəsindən insan enmək vaxtıdır” deyə düşünən şairdir. O, yalnızlıqda da, toplum içində də, insanın özünü, insanca yaşantıları təcalla etdirməyə çalışan xanıməfəndidir.”
Sonra söz səbəbkarıa verilib. Xasiyyət Rüstəm öz yaradıcılıq kredosundan, qəlbindəki və qəzetindəki Azərbaycandan danışdı,  “Qəzetimizin hər səhifəsində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir!” dedi, şeirlərini oxuyub.
Aradşırmaçı-yazar Şöhrət Barlas şairin həyəcanlı çıxışına işarə edərək, “Özbək dediyiniz Xasiyət Rüstəmdir. O, kövrək, gözəl, istedadlı bir şairdir” deyib.

Sonra gənc qiraətçilər Ülkər Piri və Anar Adil Xasiyyət Rüstəmin şeirlərini səsləndirib.
Ədəbiyyatşünas alim Məti Osmanoğlu da söz alaraq, özbək xalqına, özbək ədəbiyyatına məhəbbətini ifadə edib, 90-cı illərə dair, təsirli Özbəkistan xatirələrini bölüşüb.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, Xasiyyət Rüstəmin yaradıcılıq məziyyətləri barədə bir neçə məqalə yazmış prof.dr. Almaz Ülvi, Xasiyyət Rüstəmin şeirlər kitabını Azərbaycancaya uyğunlaşdırmış şair dos.dr.Rəsmiyyə Sabir və b. öz ürək sözlərini bölüşüb, gənc aşıq Cavanşir Ənvəroğlu isə öz ifası ilə gecəyə başqa bir rəng qatıb...
Tədbirin sonunda Samir Abbasov Xasiyyət Rüstəmə və üç gün ərzində keçirilən silsilə tədbirlərdə xüsusi əməyi olan millət vəkili Qənirə Paşayevaya Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu Mədəniyyət Mərkəzinin “Fəxri diplom”unu təqdim edib.
Tədbir Azərbaycan-Özbəkistan əlaqələrində rolu olan ziyalılara özəl hədiyyələr təqdim olunması ilə başa çatıb.

Oxşar xəbərlər
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
GÜNLÜK
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...