Azərbaycan inkişaf etmiş ölkələr sırasında, şərtlər, meyarlar - Saleh Məmmədovun yazısı
Oxunub: 1834
19 Jun 2019 | 21:16
Azərbaycan inkişaf etmiş ölkələr sırasında, şərtlər, meyarlar  - Saleh Məmmədovun yazısı

Azərbaycan xalqı  tarixi inkişafın ən məsul fazasına keçid ərəfəsindədir. Bu tarixi məsuliyyətin ağır yükü isə Azərbaycan xalqının cəmi 20%-ni təşkil edən və Şimali Azərbaycanının tək müstəqil dövlətinin üzərinə düşür.  Müstəqil Azərbaycan dövlətinin prezidenti, cənab İlham Əliyev bütün istiqamətlərdə və sənədlərdə bu ağır, amma şərəfli məsuliyyəti kiçik, amma daha güclü müstəqil Azərbaycanın çəkmə iqtidarında olduğunu, yolun yalnız inkişaf etmiş ölkə qurmaqdan və müstəqil Azərbaycanı dünyanın azsaylı ən inkişaf etmiş ölkələri sırasına qaldırmaqdan ibarət ali məqsəd kimi bəyan edib.

Bu araşdırmanın əsas hədəfi Azərbaycan xalqının bu böyük iddianı kerçəkləşdirmək üçün nə qədər imkanı olduğunu və ona necə hazır olduğunu, bu müqəddəs yolun hansı mərhələsində yerləşdiyini təhlil etmək və həmin  məqsədə çatmağın ən qısa yolunu müəyyənləşdirməkdir.

İnkişaf etmiş ölkə nə deməkdir?

Azərbaycan Respublikasının vətəndaşları buna  pessimist mövqedən yanaşa  bilər. Çünki Azərbaycan kimi ölkələrin heç biri nə 57 müsəlman ölkəsindən, nə də keçmiş sovet ölkələrindən (Avropa İttifaqına üzv olan üç Baltikyanı  respublikalardan başqa) heç biri bu səviyyəyə çata bilməyib. Bu ölkələr içərisində inkişaf səviyyəsinə görə orta mövqeyi olan Azərbaycan nə qədər irəliləməlidir ki, bunların hətta ən yüksək inkişaf etmişinin belə yetişə bilmədiyi zirvəyə yüksələ bilsin?

Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondunun (BVF) təsnifatına görə, dünya miqyasında İEÖ ailəsinə cəmi 37 ölkə daxildir  (Aİ üzvləri, ABŞ, Kanada, Yaponiya, Cənubi  Koreya, Sinqapur, İsrail, Avstraliya və Yeni Zelandiya), dünyanın taleyi də bu ölkələrdən asılıdır.

Azərbaycan dövlətinin İEÖ kimi bu qrupa daxil olması nə qədər realdır?

Əslində İEÖ səviyyəsinə yüksəlmək üçün  potensial imkanlı ölkələr arasında ən böyük üstünlüyə malik olan Azərbaycan sayılır. Hətta indiyə qədər bu səviyyəyə çatan bütün İEÖ-lərin start şəraitindən Azərbaycanınkı daha yüksəkdir. Hələ müstəqilliyin ilk illərində bizim hesablamalarımıza görə, 2035-ci ildə Azərbaycan artıq bu mərhələyə daxil olmaq imkanı əldə edəcəkdi. Yaxın 30-40 il ərzində İEÖ-lər sırasını daxil olan və hazırda bu ada iddialı ölkələr arasında Azərbaycan qədər böyük resurslara malik ikinci ölkə yoxdur. Təbii ehtiyatlar, əmək ehtiyatları, savadlılıq səviyyəsi, ixtisaslı kadrlar, tranzit imkanları və coğrafi-iqlim ehtiyatları – bütün tərəfdən Azərbaycan ilk sırada  durur. Cənubi Koreya və ya Sinqapur bu iddia ilə yola çıxanda heç bir resursa malik deyildi, üstəlik, əhalisinin yarısından çoxu oxuyub yazmağı belə bacarmırdı. Baltikyanı ölkələr bizimlə bərabər Sovetdən ayrılanda yalnız insan resursları ilə keçid prosesinə başladı və artıq indi bu ailənin üzvləridi.

İEÖ olmaq üçün BMT-nın konkret meyarlar və şərtləri vardır. Bu şərtlər həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Həm iqtisadiyyat, həm səhiyyə, həm elm və təhsil, siyasət, insan hüquqları və həm də bütün bəşəriyyətin yükünü çəkə biləcək öhdəlik... İEÖ-lər sırasına daxil olmaq yalnız yüksək göstəricilərə nail olmaqla bitmir, həm də bəşəriyyətin böyük problemlərinin çözülməsində ciddi maddi və mənəvi məsuliyyəti və öhdəliyi qəbul etmək, real problemlərin həllində İEÖ-lər sırasında bərabər iştirak etmək zəruridir: miqrasiya və qaçqın  problemləri, ekologiya, qida və su çatışmazlığı, savadsızlıq, səhiyyə, elm problemləri, regional müharibələr və s...

Cədvəl N 1-də ən ümumiləşdirilmiş göstəriciləri seçdim, bunlar ümumi formada bir açıq xəritə görməyə imkan verir.

Cədvəl 1. Bəzi ölkələr üzrə İEÖ şərtlərini ifadə edən ümumi göstəricilər

N

Göstəricilər

Azərb.R

İsveçrə

İsrail

Sinqapur

Y.Zelandiya

Kanada

Eston.R

1

Adambaşına düşən ÜDM,  USD

(PPP)

 

17500

64649

 

37972

 

100345

 

40135

 

49651

 

37972

 

Nominal

4780

 

82950

 

41644

64041

41267

46261

22990

2

Təhsil xərclərinin ÜDM-də payı, %

2,6

5,1

6,1

4,6

6,3

5,6

5,5

3

Universitet tələbələrinin əhalidə payı, %

1,6

3,0

3,7

25,1

5,7

3,1

4,1

4

Elm xərclərinin ÜDM-də payı, %

0,2

3,11

4,5

2,2

1,5

1,97

1,8

5

ÜDM-də kənd təsərrüfatının  payı, %

8,8

0,7

2,4

0,00

6,6

1,6

2,8

6

Xarici borclar/ÜDM nisbəti, %

41

245

26

168

46

97

73

7

İqtisadi azadlıq indeksi, tutduğu yer

60

4

27

2

3

8

15

8

Doing buziness reytinqi, yer

25

38

49

2

1

22

16

9

Korrupsiya indeksi, yer

152

3

34

3

2

9

18

Birinci və başlıca meyar – yüksək iqtisadi inkişaf...

Şərt: Ümumiləşdirilmiş göstərici kimi adambaşına düşən ümumi daxil məhsulun (ÜDM) həcmi əsas meyar kimi qəbul olunur: minimum hədd şərti olaraq 20 min dollar müəyyən olunub. Cədvəldən də göründüyü kimi, İEÖ-lər içərisində adambaşına düşən ÜDM-un həcmi 23 min dollardan 83 min dollara qədər dəyişir. Bütün digər inkişaf etmiş ölkələrdə də eyni səviyyədədir.  Azərbaycanda hazırda bu rəqəm 4780  dollar ətrafındadır. Amma dolların hazırdakı effektiv kursuna görə hesablanıb, real alıcılıq qabiliyyətinə görə isə hazırda adambaşına düşən ÜDM 17,5 min dollar təşkil edir. Bir amerikalı ABŞ-da bir dollara aldığı əmtəə vahidini və ya əmtəə toplusunu biz Azərbaycanda 40 qəpiyə alırıq. Bu da onu göstərir ki, faktiki olaraq adambaşına düşən ÜDM-un həcminə görə İEÖ-lər üçün tələb olunana minimuma çatmaq üzrəyik.

 

Problembeynəlxalq hesablaşmalar alıcılıq qabiliyyəti kursları ilə deyil, gündəlik fəaliyyətdə olan effektiv kursla müəyyən olunur və bu göstərici əsas kimi nəzərə alınır. Bütün İEÖ-lərdə ÜDM-nin nominal və alıcılıq qabiliyyətinə görə həcmindəki fərq ya cüzidir, ya da nominal həcmin üstünlüyü kimi gözə çarpır. Bu da onların iqtisadi və siyasi gücünü əks etdirir. Azərbaycanda və digər ikinci və üçüncü qrup ölkələrində əksinə, alıcılıq qabiliyyəti nominal həcmi bir neçə dəfə qabaqlayır (Azərbaycanda – 4 dəfədən çox). Digər tərəfdən, hətta alıcılıq qabiliyyətinə görə hesablama aparılsa, yenə də müəyyən olunmuş normativə uyğunlaşmaq üçün hazırkı göstərici yetərli deyil.

Milli valyutanın dəyərini tədriclə möhkəmləndirmək və real dəyərinə uyğunlaşdırmaqla ÜDM-un PPS və nominal dəyəri arasında fərqi azaltmaqla buna nail olmaq mümkündür

Həlli: Hər iki amili istifadə edərək, tez bir zamanda bu minimum həddə nail olmaq mümkündür. Bunun üçün iki istiqamətdə iş aparmaq olar. Bir tərəfdən yaxın dövr  ərzində ən azı 10%-lik orta illik iqtisadi artım təmin olunmalıdır. Bunu üçün real potensial imkan var, İEÖ-lərin təcrübəsinə uyğun olaraq islahatlar aparılsa və qanunvericilik aktları İEÖ-lərin təcrübəsinə uyğunlaşdırsa, qısa zaman ərzində hədəfə çatmaq mümkündür. Digər tərəfdən, milli valyutanın dəyərini tədriclə möhkəmləndirmək və real dəyərinə uyğunlaşdırmaqla ÜDM-un PPS və nominal dəyəri arasında fərqi azaltmaqla buna nail olmaq mümkündür.

İkinci meyar: istehsalın və ixracın strukturu

Məsələ burasındadır ki, ÜDM kəmiyyət göstəriciləri heç də məsələnin tam həlli deyil. Əgər belə olsaydı, admbaşına düşən ÜDM-ə görə dünyanın ən zəngin ölkələri olan Qatar, Küveyt, S. Ərəbistanı, BƏƏ kimi neft ölkələri də İEÖ-lər qrupuna aid olardı.

Şərt:  İEÖ statusuna yiyələnmək üçün ÜDM quruluşu yüksək keyfiyyətə və mükəmməlliyə malik olmalıdır. Yəni ÜDM-un quruluşunda əsas yeri elm tutumlu sənaye və servis tutmalıdır. Əgər ÜDM əsas etibarı ilə təbii ehtiyatların hasilatı və kənd təsərrüfatı hesabına formalaşırsa,  o ölkə İEÖ sayıla bilməz. Bu xarakteristika eyni qaydada ixracın quruluşuna aiddir. Əgər ölkənin iqtisadiyyatı təbii resurslardan və bir məhsuldan asılıdırsa, həmin ölkənin özü böyük risk altında qalmış olar, İEÖ kimi onun bütün dünyanın problemlərinin həll olunmasında heç bir rolu ola bilməz.

Problem: bu gün Azərbaycanda ÜDM və ixracın quruluşu İEÖ tələbinə cavab verməkdən uzaqdır. ÜDM-in 70%-dən çoxu və ixracın 97%-i resurs bazalıdır, yəni neft-qaz və kənd təsərrüfatı məhsullarından ibarətdir. İxracdan asılılıq səviyyəsinə görə arzu olunan vəziyyətdə deyil. Lakin bununla bərabər ölkədə böyük miqdarda ekstra-valyuta ehtiyatlarının olması cari situasiyanı risklərdən xilas edə bilsə də, bütövlükdə inkişaf şərtlərinə cavab verə bilmir. Elmi və texnoloji məhsullar istehsalı və ixracı demək olar ki, yox dərəcəsindədir. Əksəriyyət İEÖ-lərdə ixracın 50%-dən çoxunu elmi-texnoloji məhsullar təşkil edir. Dördüncü sənaye inqilabı ərəfəsində ÜDM və ixracın strukturunu da İEÖ-lər səviyyəsinə qaldırmadan yüksək keyfiyyətli və sürətli inkişaf əldə etmək mümkün deyil.

Həlli: bu problemin həlli üçün ilk növbədə dördüncü sənaye inqilabının tələblərinə uyğun olaraq sənaye kompleksinin, elm və texnologiyalara əsaslanan kənd təsərrüfatı sisteminin və xidmət sahələrinin qurulması zəruridir. İEÖ-lərin təcrübəsinə uyğun olaraq dünyanın top yüz elm və texnoloji şirkətlərinin ölkəyə dəvət olunması, yeni maşınqayırma, fəza sənayesi, nüvə və atom sənayesi, İT sənayesi, dəqiq cihazlar istehsalı yaradılmalı və ya yenidən qurulmalı, xidmət sahələri, xüsusilə turizm geniş miqyasda inkişaf etdirilməlidir. Hesablamalar göstərir ki, yalnız turizm hesabına bugünkü cəmi ÜDM qədər gəlir əldə etmək mümkündür. Yeni üçüncü qrup ölkələrdən İEÖ statusu qazanan cırtdan dövlət Sinqapur ildə turizm hesabına 28 milyard gəlir götürür ki, bu da Azərbaycanın illik cəmi ÜDM-nun 70%-ni təşkil edir. Əgər Azərbaycanın hər kv km ərazisinə düşən ÜDM 473 min dollar təşkil edirsə, Sinqapurda yalnız hər kv km düşən turizm gəlirləri 40 milyon dollardı.

Üçüncü (amma əslində mahiyyət etibarı ilə birinci)  meyar: elm və texnoloji inkişafın üstünlüyünün təmin olunması

Şərt: İEÖ-lərin hamısında təhsil, elm və texnologiyalar başqa qruplarla müqayisədə ciddi surətdə fərqlənməlidir. Təhsil sistemi bütün bəşəriyyətin yükünü çəkə biləcək səviyyədə, yəni bütün dünyaya nümunə ola biləcək səviyyəyə qalxmalıdır. Hazırda İEÖ-lər sırasında elə bir ölkə (Aİ vasitəsi ilə daxil olan bəzi yeni ölkələr istisna olmaqla) yoxdur ki, top 100 universitet siyahısında heç olmasa, bir universiteti olmasın, təhsil xərcləri ÜDM-də 4-10%-ə, elm xərcləri 3-5%-ə qalxmalı, savadlılıq səviyyəsi 100%, məktəbləri, universitetləri, elm ocaqları dünya səviyyəli olmalıdır. Rəqəmsal hökumət qurulmalı və fasiləsiz təkmilləşməlidir. Əslində İEÖ-lər sırasına daxil olmaq dünya və region lideri olmaq deməkdir.

21-ci əsrdə yüksək nailiyyətlər əldə etmək elmsiz qətiyyən mümkün deyil. Əgər orta əsrlərdə fiziki güc ilə yerinə yetirilən işlər nəticə etibarı ilə birin ikiyə və ya üçə fərqlənə bilirdisə, elm hesabına əldə olunun zehni nəticələr birin yüzə, minə və hətta milyona qədər də dəyişə bilər. Əgər sadə sahələrə qoyulan hər bir dollar maksimum iki dollar səmərə verirsə, elmi investisiyalar 100-1000 dollar səmərə gətirə bilir. ABŞ-ın bir İT mütəxəssisi  (Bill Qeyts) bütün Türk əhalisindən (altı müstəqil Türk dövləti) çox aktivlərə malikdir və fasiləsiz üstün sürətlə artır. Elmin gücü burada parlaq görünür.

Hazırda dünya təhsil reytinqində Azərbaycan universitetlərinin yeri dörd minincidən  başlayır, halbuki heç olmasa bir universitet top yüzlüyün içərisində olmalıdır

Problem: bu meyar əhəmiyyətinə görə birinci olmaqla bərabər həm də  Azərbaycan şəraitində ən mürəkkəb, yerinə yetirilməsi çətin olan amildir. İslam toplumu olaraq elm və təhsilə diqqətsizlik, elmlə şəriətin antoqonistliyi tarixən elm, təhsil və texnologiyaların inkişafına zəruri meylin zəifləməsi ilə müşahidə olunub, bu sahədə böyük dini, ideoloji-psixoloji problemlər yaranıb, elm və təhsil hələ də üçüncü ölkələr səviyyəsində qalıb. Hazırda dünya təhsil reytinqində Azərbaycan universitetlərinin yeri dörd minincidən  başlayır, halbuki heç olmasa bir universitet top yüzlüyün içərisində olmalıdır. ÜDM-da təhsil xərclərinin payı İEÖ-lərdə 6-8% olduğu halda Azərbaycanda  2,5%, ümumi əhalinin tərkibində universitet tələbələrinin payı uyğun olaraq 4-6 və 1,6%, elm xərclərinin ÜDM-də payı 3-5% və  0.2%, ixracda elmi məhsulların payı 40-50 və  0% və s. təşkil edir. Bu göstəriciləri İEÖ-ə uyğunlaşdırmaq xeyli çətin olacaq. Çünki bu sahədə gerilik daha qabarıqdır və elmi-texnoloji hazırlıq çox daha böyük vaxt tələb edir, həm də dini-psixoloji mühit elmin sürətlə inkişafın ciddi maneçilik törədir. 

Həlli: İEÖ-lər səviyyəsinə qalxmaq üçün universitet tələbələrinin sayını, oxuyanların və ali təhsilli çalışanların sayını ən azı 2-3  dəfə artırmaq lazımdı, yəni universitet tələbələrinin sayı 163 min nəfərdən 400-500 minə, elm xərclərinin həcmi 80 milyon dollardan 2 milyard dollara, elmi məhsul ixracı sıfırdan ən azı 10 milyard dollara qaldırılmalıdır. Bu, sadəcə, rəqəm düzülüşü deyil, real və isbat olunmuş zərurətdir və bu artım əldə edilmədən İEÖ-lər sırasına daxil olmaq mümkün deyil. Ən birinci cəhd də təhsil və elm sahəsinə yönəlməlidir. Prezidentin İEÖ qurmaq planının yerinə yetirilməsi islahatların təhsil və elmdən başlamasını, pilot layihə olaraq ən azı, bir universitetin dünya universitetlərinin reytinq cədvəlində ilk yüzlüyə nail olması üçün xüsusi qərar qəbul olunması, bütün təhsil sisteminin idarə olunmasının İEÖ uyğun yenidən qurulması, elmin təşkili və maliyyələşdirilməsi Qərb standartlarına uyğunlaşdırılmalıdır.  Xüsusilə dördüncü sənaye inqilabının tələblərinə cavab verən - elmin ən yeni sahələri üzrə tədqiqatlar və kadr hazırlığına (proqramlaşma və süni intellekt, nüvə sənayesi, fəza mühəndisliyi, geneologiya, mikrobiologiya, tibb sahələri və s). diqqət yetirilməsi zəruridir.

Dördüncü meyar: iqtisadi və bank sistemin qərb standartlarına uyğunlaşdırılması

Şərt: iqtisadi sistemin liberallaşdırılması, bank və xarici ticarətin sərbəstləşdirilməsi, maliyyə bazarının formalaşması və bütün dünyaya açılması, xarici və daxili məhdudiyyətlərin minimuma endirilməsi, Dünya Ticarət Təşkilatına (DTT) üzvlük və şərtlərinin qəbulu, repressiv mexanizmin aradan qaldırılması, bazar infrastrukturlarının tam formalaşması, milli valyutanın dəyərinin ciddi surətdə qorunması, korrupsiyanın minimuma endirilməsi. Bu şərtlər İEÖ-lər üçün həyata keçirilməsi zəruri olan ən minimum tədbirlərdir.

Problem: Azərbaycanda bu istiqamətdə bir sıra tədbirlər görülüb, biznesin liberallaşdırılması üzrə artıq ölkə İEÖ-lərin səviyyəsinə nail olub. Amma bütün şərtlər yerinə yetirilməyib. DTT-na üzvlük hələlik qalır, iqtisadi azadlıq indeksinə görə Azərbaycan dünya ölkələri içərisində 60-cı yerdədir (amma gərək heç olmasa birinci 20-liyə düşsün), maliyyə bazarı  və bazar infrastrukturları zəif durumdadır, ölkədə bir dənə də olsun top yüzlüyə düşən bank, maliyyə və investisiya şirkəti fəaliyyət göstərmir, manatın dəyərinin qorunması üzrə qarantiyalı tədbirlər planı hazırlanmayıb, yaxın vaxtlarda ciddi devalvasiya olub. Hesablaşmaların aparılmasında qeyri-nağd hesablaşmaların rolu müqayisədə çox aşağıdır, bank infrastrukturu zəifdir (xüsusilə kənd yerlərində), bunun nəticəsidir ki, bank aktivləri ÜDM-un cüzi hissəsini təşkil edir (əslində ən azı, ÜDM həcmində olmalıdır). Korrupsiya indeksinə görə Azərbaycan 180 ölkə içərisində 152-ci yerdədir, halbuki İEÖ olmaq üçün ən azı birinci 30-luğa nail olmalıdır.

Həlli: bank sistemində inhisarın aradan qaldırılması, dünyanın böyük banklarının, elmi-texniki şirkətlərinin, investisiya fondlarının, İT şirkətlərinin  ölkəyə dəvət olunması, bank, maliyyə və valyuta məhdudiyyətləri aradan qaldırılması, BTT-na üzv qəbul olunması, iqtisadiyyatın liberallaşdırılmasının və bazar infrastrukturunun yaradılması, milli valyutanın dəyərinin düşməsinə qarşı ciddi tədbirlərin görülməsi, manatın dəyərinin qorunması haqqında qanunun qəbul olunması və sabit kursun saxlanılması, həmçinin xarici investisiyaların sığortalanması zəruridir. İEÖ səviyyəsinə qalxmaq üçün həmçinin Bakının regional maliyyə mərkəzinə çevrilməsi, mükəmməl maliyyə bazarının formalaşması, beynəlxalq iqtisadi konvensiyaların və ikitərəfli müqavilələrin imzalanması məcburidir. 

Nəhayət, beşinci meyar: hüquq sisteminin Qərb standartlarına uyğunlaşdırılması

Bu, əlbəttə ki bütün digər meyarların təmin olunmasının əsasında durur. Bütün iqtisadiyyat qanunlar vasitəsilə idarə olunur, nailiyyət və ya geriləmələr də həmin qanunların kamilliyindən asılıdır.

İEÖ-lərin hamısının qanunvericilik aktları bir-birinə uyğun və ya oxşardır, eyni prinsiplərlə çalışır. Hər hansı ciddi bir kənarlaşma məqsəddən uzaqlaşmaya gətirib çıxarır.

Azərbaycanda müstəqillik illərində bu sahədə bir çox işlər görülməsinə baxmayaraq, hələ də problemli sahələr qalmaqda davam edir. Xüsusilə, xarici ticarətin tənzimlənməsində, maliyyə resurslarının və xarici borcların cəlb olunmasında, valyuta rezervlərinin idarə edilməsində, maliyyə bazarının qloballaşdırılmasında, vergi məsələlərində, gömrük qanunvericiliyində, əmək haqqı və pensiya sistemində, korrupsiya törədən qanunlarda ciddi uyğunlaşdırma aparmaq tələb olunur.

Azərbaycan üçün ən birinci vəzifə işğaldan azad olma və müstəqilliyin qorunub saxlanmasıdır

Nəticə və icra mexanizmi

Ölkə prezidentinin qarşıya qoyduğu bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi həyata keçiriləcək islahatlardan asılıdır və islahatlar nə qədər operativ və sürətlə getsə, Azərbaycan bir o qədər tez bütün problemləri, o cümlədən müstəqilliyin qorunub saxlanmasını təminat güclənə bilər. Azərbaycan üçün ən birinci vəzifə işğaldan azad olma və müstəqilliyin qorunub saxlanmasıdır. İEÖ-lərin təcrübəsi göstərir ki, bizim  səviyyədə iqtisadi inkişafa nail olan ölkələrin əksəriyyəti bu yolu Azərbaycan qədər ağır keçib və hazırda onların müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə tamamilə aradan qaldırılıb. Azərbaycan şərtlərinə uyğun İEÖ-lər sırasına 20-ci əsrin sonlarında daxil olmuş üç ölkənin təcrübəsi göstərir ki, Azərbaycan da yaxın gələcəkdə öz yerini İEÖ-lər ailəsində öz yerini tuta bilər:

Sinqapur ən kiçik bir ölkə Malayziya müstəmləkəçiliyindən azad olub islahatlara başlayanda hər gecə işğalın təkrarlanacağını gözləyidilər, bir günlük əhalini sərbəst saxlamaq imkanları yox idi, hətta içməli suyu idxal edirdilər. İndi o, Malayziyadan 40% çox məhsul istehsal edir, iki Malayziyanı qoruya biləcək müasir və dəqiq texnologiyalara əsaslanan hərbi gücü var və  Malayziyadan 2, 5 dəfə  çox məhsul ixrac edir (elmi məhsul ixracı 10 dəfə çoxdur).

İsrail -  müstəqillik qazananda və islahatlara başlayanda heç bir resursa, hətta əmək ehtiyatlarına malik deyildi, hər an təkrar işğal təhlükəsi gözləyirdi, yararsız kiçik ərazidə məskunlaşmışdı. Hazırda regionda ən böyük hərbi və iqtisadi gücə malik İEÖ-yə çevrilmiş, 400 milyonluq ərəb dünyasının təhlükəsinin qarşısını qətiyyətlə ala biləcək dəqiq texnologiyaya əsaslanan hərbi qüdrəti mövcuddur. Elmin inkişafında, kənd təsərrüfatında, İT və tibb texnologiyalarında əldə etdiyi nailiyyətlər bütün dünya ictimaiyyəti üçün çox cəlbedici və faydalı olub.

Cənubi Koreya – rus-sovet işğalından azad olduqdan sonra çox ağır durumda idi və hər gün SSRİ-dən təhlükə gözləyirdi, iqtisadi durumu dünyanın ən geridə qalmış ölkələr səviyyəsində idi (adambaşına ÜDM-65 dollar). Bu gün Cənubi Koreya bütün keçmiş sovet ölkələrinin cəmindən çox məhsul istehsal edir, Rusiyadan 2,5 dəfə çox büdcəyə, iki dəfə çox ümumi ixraca, 50 dəfə çox elmi məhsul ixracına və yüksək texnoloji hərbi gücə malikdir. Heç bir qüvvə bu ölkənin suverenliyinə təhlükə törətmək iqtidarında deyil. 

Azərbaycan bu ölkələrin nailiyyətlərinə çata bilər və zənn edirəm, bununla da ərazi problemlərini, müstəqilliyə təhlükəni və digər ciddi təhdidləri aradan qaldıra bilər. İqtisadiyyatı İEÖ-lər səviyyəsinə qaldırmadan bu təhlükələrin qarşısının alınması çox çətin məsələdir. Deməli, prezidentin qarşıya qoyduğu bu böyük proqramın yerinə yetirilməsi ölkənin bütün problemlərinin açarı deməkdir, buna  görə də bütün güc bu istiqamətə yönəldilməlidir. Necə?

Mənə elə gəlir ki, prezidentin elan etdiyi yeni iqtisadi strategiyanın hazırlanması, qlobal tapşırıqlar və prinsiplər nəzərə alınmaqla həyata keçirilməsi, bütün istiqamətlərdə hüququ bazanın  İEÖ-lərə uyğunlaşdırılması, maliyyə-bank sisteminın  qloballaşma şəraitinə əsasən qurulması, başlanmış və davam edən  geniş miqyaslı islahatların dərinləşməsi, bütün resursların bu işə cəlb olunması zəruridir. 

Sabiq maliyyə naziri, maliyyəçi-professor Saleh Məmmədov

Oxşar xəbərlər
21:37, Bu gün
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
21:25, Bu gün
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:21, Bu gün
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"