81 yaşlı Kamil Cəlilov:   “Təbriklər dayanmaq bilmir, sağ olun ki, unutmursuz”
Cəmiyyət
2926
28 Jan 2019 | 14:56

81 yaşlı Kamil Cəlilov: “Təbriklər dayanmaq bilmir, sağ olun ki, unutmursuz”

“Səhərin gözü açılandan gələn təbriklərin ardı-arası kəsilmir”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış qoboy ustası, Xalq artisti Kamil Cəlilov deyib. 
Qeyd edək ki, sabah qocaman sənətkarın doğum günüdür. O, 1938-ci ilin yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub.

Kamil Cəlilov doğum gününü ailəsi, övladları və nəvələri ilə birlikdə evdə qeyd edəcəyini deyib:
 
“Çox sağ olsunlar, bu gün səhərin gözü açılandan təbriklərin ardı-arası kəsilmir. Sənət dostlarım, Kamil Cəlilov sevərlər məni təbrik edirlər. Azərbaycan Dövlət  Televiziyasında, İctimai Televiziyada haqqımda çəkilən filmlər göstəriləcək. 
Mədəniyyət kanalı ola bilsin, ötən il dövlətimiz tərəfindən təşkil edilən yubiley konsertimi yayınladı. Sizə də, saytınıza da məni unutmadığınız, hər zaman diqqətdə saxladığınız üçün minnətdarlığımı bildirirəm”. 

Qeyd edək ki, K.Cəlilovun uşaqlıq illəri elə doğulduğu Buzovnada keçib. Onun uşaqlığı da bu kənddə keçib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda,  1 saylı musiqi məktəbində oxuyub. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.

O, qaboydan əvvəl balabanda da ifa edib. Onun  balaban ilə çaldığı ilə çaldığı Muğam adlanan kompozisiyası Voyager qızıl plastinkasına daxil olub.

Voyacer qızıl plastinkası haqqında məlumatlarda Kamil Cəlilovun o melodiyanı balabanda ifa etməsi qeyd olunsa da, musiqiçi bunu inkar edir: “Mən o mahnını balabanda yox, qoboyda ifa etmişdim. Kimlərsə bilərəkdən, ya bilməyərəkdən yazırlar ki, guya orda balaban səslənir.”

Qeyd edək ki, K. Cəlilov bir neçə gün öncə "Şöhrət" ordeni ilə təltif olunub.

Ülviyyə Qarayeva

Link kopyalandı!
Son xəbərlər