Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmasına, bu cür əməllər törədən şəxslərin daha sərt cəzalandırılmasına ehtiyac olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov bunun üçün konkret statistik məlumatların müqayisəsinə ethiyac olduğunu bildirib:
“Cəzaların ağırlaşmasının zəruri olub-omadığını bilmək üçün statistikanı bilmək lazımdır. Baxmaq lazımdır ki, cəzaların ağırlaşmsından sonra bu qəbildən olan cinayətlər artır, yoxsa azalır. Əgər mövcud cəzalar fonunda bu cür cinayətlərin artması müşahidə olunursa, o zaman cəzaların sərtləşdirilməsi məqsədəuyğun hesab edilə bilər. Sovet dönəmində toyuq oğurlayana, mağazadan nə isə oğurlayana 5-10 il iş verirdilər. Lakin öz körpəsini öldürən anaya 3 ildən artıq iş verə bilmirdilər. Yəni anomaniya idi. Bəzən elə hallar olur.
Əgər mütəxəssislər, ekspertlər hesab edirsə ki, cəzalaırn sərtləşdirilməsinə ehtiyac var, bu istiqamətdə addım atmaq olar. Lakin bunu unutmaq olmaz ki, hansı cəza tətbiq edilirsə-edilsin, heç bir cəza cinayətin kökünün kəsilməsini təmin etməyəcək. Bu, imkansızdır”.
Seymur Əliyev