“Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm”
Oxunub: 4082
08 Sep 2017 | 21:51
“Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm”
Məşhur vəkil Elçin Qənbərov hüquq müdafiəçisi Leyla Yunusun məhbəs həyatı barədə kitab yazıb. Kitab “Leyla Yunusun dəbdəbəsi və yoxsulluğu” adlanır.

Hüquq müdafiəçisi və QHT rəhbəri Leyla Yunus əri Arif Yunusla birlikdə qrantların oğurlanmasında və vergidən yayınmaqda ittiham edilib və 8 il 6 ay müddətinə həbs olunub, lakin sonradan Apellyasiya məhkəməsi onun cəzasını yüngülləşdirərək, şərti həbslə əvəz edib. Azad olunduqdan sonra hüquq müdafiəçisi əri Arif Yunusla birlikdə Azərbaycanı tərk edib.

Fəqət bir müddət sonra Yunus cütlüyü yenidən köhnə şakərinə qayıdıb ”“ hökumətin və prezidentin siyasətini kəskin tənqid etməyə başlayıb. L.Yunus Qərbdə cəsur və qəhrəman dissident obrazında görünmək istəyir və özünü sovet totalitarizmi ilə mübarizə aparanlarla eyniləşdirir. Ən çox L.Yunus özünü əfsanəvi hüquq müdafiəçisi, Mordoviyanın həbsxanalarında dünyasını dəyişmiş, lakin bolşevik hakimiyyətinə boyun əyməmiş Marçenko ilə müqayisə edir.

Bəs Leyla Yunus kimdir? Həbsxanadan çıxmağı necə bacarıb? Hakimiyyətlə hansı razılaşmaya gedib? Öz vəkilinə və hökumət məmurlarına Qərb hökumətləri barədə nələr danışıb? E.Qənbərovun kitabı bütün bunları açıb göstərir və hüquq müdafiəçisinin qorxunc simasını ortaya qoyur. Leyla Yunus belə də deyir: “Hakimiyyət məni həbsxana yaramazına çevirmək istəyir. Mən yaramaz olmağa hazıram. Lakin azadlıqdakı yaramaz”. Hakimiyyət L.Yunusa azadlıqda yaramaz olmağa fürsət verib.

Virtualaz.org L.Yunusun söhbətlərinin və məktublarının ən maraqlı hissələrinin, onun “hakimiyyətlə mübarizə yoldaşları” barədə dediklərinin dərcinə başlayır. Lakin L.Yunusun Azərbaycanın hakim ailəsinə qarşı ənənəvi təhqiramiz tonunu nəzərə alaraq, biz dərcimizi kitabın hüquq müdafiəçisinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubundan başlayırıq.
 

Əsl Leyla Yunusla tanış olun

Leyla Yunus

H.Əliyev adına Fondun Prezidenti

Mehriban xanım Əliyevaya

istintaq altında olan Leyla İslam qızı Yunus tərəfindən

Hörmətli Mehriban xanım!

Məın Sizə Milli Məclisin deputatı, qayğıkeş ana və ziyalı qadın kimi müraciət edirəm. Ailəmiz çətin sınaqlar dövrünü yaşayır. Mən və həyat yoldaşım A.Yunus həbs olunmuşuq, qızımız tək qalıb. Bilmirəm. Tale mənə neçə il ömür verib, lakin həyat yolumun sonunu ailəm arasında qarşılamaq istərdim.

Hüquq müdafiəçisi kimi bütün fəaliyyətim boyu hakimiyyəti tənqid etmişəm, lakin heç vaxt özümü onun düşməni hesab etməmişəm. Müxtəlif illərdə mənim hakimiyyətlə münasibətlərim müxtəlif cür formalaşıb, lakin mən həmişə qarşılıqlı hörmət, aşkarlıq və fikir plüralizmi prinsiplərinə sadiq qalmışam.

Sizə qarşı mən hər zaman dərin hörmət hissi keçirmişəm. Sizin təşəbbüsünüzlə amnistiya aktı qəbul olunan zaman mən, başqa hüquq müdafiəçiləri kimi, Sizə minnətdar idim!

Bilirəm, Azərbaycan vətəndaşlarının əksəriyyyəti Sizə, Heydər Əliyev adına Fondun Prezidenti kimi, kömək və ədalət naminə müraciət edirlər. Bu elə-belə deyil. Deməli, insanlara real kömək var.

30 ildən artıq müddətdə mən də insanlara kömək etməyə çalışmışam. Xarakterimin emosionallığından irəli gələrək, heç də həmişə diplomatik qaydalara riayət etməmişəm. Lakin həyat öz düzəlişlərini edir. Mən hüquq müdafiəçisi kimi fəaliyyətimi bitirdim və bacardığımı etdim, buna görə bir anın içində faktiki olaraq yetim qalan qızımın taleyini qurban verdim. Bu mənə əzab verir. Qızımdan ayrı qalmağım mənə korlanmış səhhətimdən (hepatit C, qaraciyərin parçalanması, görmənin pozulması və s.) və sərt hökmün çıxarılmasını gözləməkdən daha çox əziyyət verir.

Hörmətli Mehriban xanım!

Sizdən mənim azad olunmağıma və ailəmizin yenidən qovuşmağına yardımçı olmağınızı xahiş edirəm. Ümid edirəm ki, mənim xahişim cavabsız qalmayacaq və Sizin qəlbinizdə rəhm oyadacaq.

Hörmətlə, L.İ.Yunus, 27.05.2015”.


Vəkil Elçin Qənbərovun şərhi:


vəkil Elçin Qənbərov

“Budur ”“ hakimiyyətlə “güzəşt edilmədən” mübarizə və yunussayağı “əyilməzlik”. Sən demə, isti bucaqda, Amsterdamın, Praqanın və ya Antalyanın komfort şəraitində oturaraq, başqalarını mübarizəyə səsləmək və özündən sovet dövrünün dissidenti obrazı yaratmaq olarmış. Lakin həbsxanaya düşmək bəs edir ki, qürur və ləyaqət yoxa çıxsın? Alçalmaq, ağır xəstəlik görüntüsü yaratmaqla ağlamaq və deyinmək, satqınlığa getmək olarmış.

Bu yaxınlarda L.Yunusun Almaniyanın Esslingen şəhərindəki çıxışını oxudum. Orada o deyir ki, “Azərbaycanda hakimiyyətə gəlmiş əyalət nümayəndələri Azərbaycanı rüsvay edir”. Ehtiyac yarananda onun üçün hakimiyyətdəkilər ziyalı, rəhmli insanlardır, qrant yemək vaxtı çatanda isə əyalət nümayəndələridir. L.Yunus bütün yaxınlarını, tanışlarını, hətta yad adamları Prezident İlham Əliyevdən və Birinci Xanım Mehriban Əliyevadan azad olunmasını xahiş etmək üçün səfərbər edib.

* * *

L.Yunusun qızına məktublarından:

“Di (Dinara ”“ red.), təcili olaraq Qırmızı Xaçın Bakı ofisi ilə əlaqə yarat, keçən həftə onların Maksimi yanımda olub, xahiş etmişdim ki, onlar şefi olan xanım sənin məktubunu M.-ə (Mehriban Əliyevaya ”“ red.) ötürsün. Di, bunu təcili, mayın 28-nə qədər etmək lazımdır. Həmin məktubda yaz ki, sən bir qız kimi ana haqqında özü də ana olan və qızları olan qadına yazırsan. Xəstəliklərim barədə ətraflı yaz. Dəqiq xahiş et ki, humanitar nöqteyi-nəzərdən məni azad etsinlər və dərhal Hollandiyadakı xəstəxanaya yerləşdirilim.

Qoy M. dünyada tanınmış bir qadın, UNESCO-nun xoş məramlı səfiri kimi sənə valideynlərini itirməməyə kömək etsin. Yaz ki, sən onun xeyirxah olmasına və valideynlərindən məhrum olmuş qızın kədərini anlamasına inanırsan. Məktub emosional, xəstəlik haqqında faktlarla zəngin və M.-ə böyük hörmət, onun xeyirxahlığına inamla yazılmalıdır. Hollandiya XİN-də de ki, anamın sağ gözü artıq tamam görmür. Onlardan da M. və İ.Ə.-yə (İlham Əliyevə - red.) müraciət etmələrini xahiş et. Hollandiya XİN də, Hollandiya kralı da, Hollandiya Olimpiya Komitəsi də. Hamısına yaz, onlara müraciət et ki, onlar Avropa Oyunlarının növbəti ölkəsi kimi bir xoş məram və humanizm jesti kimi 60 yaşlı xəstə hüquq müdafiəçisinin azad edilməsini və Hollandiyaya, qızının yanına getməsini xahiş edə bilərlər. Mən anlaya bilmirəm, avropalılar niyə bizə kömək etmir? Sən bizimlə görüşən, danışan yeganə adamsan. Onlara de ki, mənimlə atanın məsələsi üzrə şəxsən M. və İ.Ə.-yə yazılı müraciət etsinlər”;


“Sən Patrik Hikə (Avropa Olimpiya Komitəsinin sədri ”“ red.) məktubun barədə heç nə yazmırsan. O, M.Əliyeva ilə daim əlaqədədir. Ona yazmamısan? Təcili yaz və poçtla yolla, xahiş et ki, UK KİV-ində dərc etsinlər. Axı o ingilisdir. Di, lütfən, indi M.Ə. və Patrikə məktublar vacibdir”;

“XİN-də (Hollandiyada ”“ red.) səmimi və etimadla danışmağa çalış, ağlamaqdan da çəkinmə. Bəlkə naziri də görəcəksən? Təklif et ki, onlar Hollandiya Olimpiya Komitəsi ilə birlikdə Mehribana bizim Oyunlar ərəfəsində humanizm aktı kimi humanitar azad edilməyimiz barədə müraciət etsinlər! Oyunlar ərəfəsində azadlığa buraxılmaq barədə məhz M.Ə.-yə müraciəti xahiş et”;

“Mən Qırmızı Xaçla görüşdüm və onlardan sənin məktubunu Mehribana ötürməyi xahiş etdim. Çox fikirləşdim və nəticəyə gəldim ki, Avropa Oyunları ərəfəsində bu bir şansdır. Sən ona məktubunda bir ana, qadın kimi humanizm və anlayış göstərməyi xahiş etməlisən, deməlisən ki, o, sənin ananın həyatını xilas edə və bununla da insanların və Allahın minnətdarlığını qazana bilər. Qırmızı Xaç Maksim təsdiq etdi ki, şefləri Denis Duranla söhbət edəcək ki, o, öz tərəfindən I xanıma çıxış axtaracaq və humanizm göstərməsini xahiş edəcək ki, Avropa Oyunları ərəfəsində bu humanizminə görə hamı ona minnətdarlıq edəcək. Qırmızı Xaçdan Maksimlə danış, təcili məktub yaz və ona göndər. Əsas odur ki, məktublarımız inandırıcı olsun”;

“İndi Saraya (Marland ”“ red.) və Ceynə (hüquq müdafiəçisi Ceyn Berri ”“ red.) ümumi məktub yaz. Onlardan, ilk növbədə Saradan xahiş et ki, ümumdünya qadın təşkilatı olan AWID rəhbəri kimi təcili olaraq (Avropa Oyunlarına 59 gün qalıb) İ.Ə.-nin həyat yoldaşı ”“ Avropa Oyunları Azərbaycan Komitəsinin Prezidenti M.Ə.-yə müraciət yazsın və xahiş etsin ki, qadın kimi humanist əsaslarla bizi azad etsin. Ona layihə - məktubun qaralamasını yaz və orada Ollanda məktubdakı arqumentləri göstər. O mənada ki, idmanı siyasətə qarışdırmaq olmaz. Mehr. Ə. TV-də deyir ki, Bakıda Dostluq, insanların xoşbəxtliyi bayramı olacaq. Məktubunu da bunun üzərində qur. Lazımdır ki, o, Saradan və onun təşkilatından M.Ə.-yə tez çatsın. Mən bir də fikirləşdim, qadın təşkilatlarından M.Ə.-yə məktub indi çox vacibdir!”;

“Saradan heç bir xəbər yoxdur? Mehribana məktub vacibdir!”;

“Di, səndən bir də xahiş edirəm, Saranın Mehriban Ə.-yə məktubunu uzatma. Vaxt heç qalmayıb. Bu isə yenə də şansdır. Mehr.Ə. Avr.Oy.-larına xoşməramlı jest edə bilər. Çox vacibdir ki, güclü qadın təşkilatı kimi AWID mənimlə atanın azadlığı tələbində fəal olsun. Saradan Mehr.Ə.-yə məktubun qaralamasını hazırla, təklif et ki, elektron poçtla və DHL-lə tez yollasın. Vaxt azdır, bu isə şansdır. Di, başa düş, Oyunlardan sonra ümumiyyətlə tam sakitlik olacaq. Biz isə burada istidən əziyyət çəkəcəyik. Brüsseldə Aİ-dən tələb et ki, bizim azad edilməyimiz barədə kəskin yazsınlar!”;

“Həyat və azadlığa şansımız azdır: yalnız Mehribanın edə biləcəyi, əgər Sara qüvvə sərf etsə, yalnız humanitar azad etmə, yenə də Mehriban, əgər Patrik Hik ondan çox xahiş etsə”;

“Düşünürəm ki. sən yenə də Mehriban Əliyevaya yazmalısan. Məktubu fikirləş və Elçinə yolla. Fikirləşək, görək onun qızlarına necə göndəririk. Onun qızlarına yazmaq variantları tap”;

“Mən belə fikirləşirəm ki, M. və İ.Ə.-yə təhdidlər yox, məhz xahişlər, humanizm göstərmək və mənimlə atanın həyatını xilas etmək xahişləri təsir edə bilər. Bəs Avroparlament, Martin Şults İ.Ə.-yə, yaxud M.-ə humanitar azadetmə ilə bağlı müraciət edə bilməz?”;

“Bax gör sənə nə məsləhət görürəm: hərgah 2019-cu ildə Hollandiya Avropa Oyunlarını keçirəcək, məhz Hollandiya XİN İ.Ə.-yə təklif edə bilər ki, xoş məram jesti etsin və 60 yaşlı Leylanı qızının yaşadığı Hollandiyaya müalicəyə buraxsın. Bu yaxşı arqumentdir və onun üstündə dayanmaq lazımdır. Norveçdə də bunu de. Qoy, İ.Ə.-dən humanistlik göstərməyi xahiş etsinlər”;

“Mütləq senatora da de, Hollandiya XİN-də də, qoy İ.Ə.-yə və M.-ə xüsusi müraciət yazsınlar ki, 2019-cu ildə Hollandiyada Avropa Oyunları olacaq və xoş məramlı jest kimi, humanitar akt kimi xahiş etsinlər ki, iki ən xəstə və qoca tarixçini, hüquq müdafiəçilərini azad etsinlər. Xahiş elə, yazıb sənə cavab versinlər ki, onlar nə etməyi düşünürlər? Axı növbəti oyunların Hollandiyada keçirilməsindən istifadə etmək olar?! Onlardan xahiş et, Di”;


“Bəlkə sən Mehribana və onun qızlarına açıq məktubla müraciət edəsən ki, qadındırlar, valideynləri ölən, həbsdə əzab çəkən qızı anlamalıdırlar. Bəlkə doğrudan onlara müraciət edəsən?! Humanitar azadetməyə variantlar axtarmaq lazımdır, bir qızın anasına görə başqa anadan və qızından xahiş etmək lazımdır”;

“Düz deyirsən, məhz İ.Ə. və onun həyat yoldaşı ilə kimsə danışıb başa salmalıdır ki, mənim səhhətimin və həyatımın xilası üçün alicənablıq və humanistliyə görə onları çox tərifləyəcəklər. İmkan varsa, qoy Sara şəxsən yazsın, ya da UNESCO ilə əlaqə yaratsın. Mehriban onların fəal elçisidir”.

“Di, sən sentyabrın 12-də (2015-ci il ”“ red.) səfir Pskalla mənim yanımda olan Fransanın bu katibi Andre R.-lə mütləq görüşməlisən. O məndən soruşdu ki, yazılı olaraq gələcəkdə fəal işdən imtina barədə yazmağa hazırammı? Cavab verdim ki, bəli, əlbəttə! Mən yazmağa hazıram ki, mən və atan qızımızın yanına Hollandiyaya getmək istəyirik və mən təqaüdə çıxacağam, atan isə orta əsrlərin tarixindən yazacaq. O, köməyə hazır olduğunu bildirdi... Sən ondan mütləq çox xahiş etməlisən ki, o, İ.Ə.-yə humanitar azad etmə ilə bağlı müraciət etsin. O, İ.Ə-nin dostu və Fransa-Azərb. Dostluq Komitəsinin sədri kimi ona şəxsən deyə bilər ki, bizi azad etmək İ.Ə.-nin marağındadır, hamı buna görə ona minnətdarlıq edəcək. Bu həm İ.Ə.. həm də onun fransız dostları üçün yaxşı olacaq. Ona başa sal, çox xahiş et”;

“Di, mütləq Hollandiya XİN-ə get və xahiş et ki, onlar da Fransa XİN-ə yazsınlar ki, onlar bizi atanla qəbul edəcəklər, qoy Olland aprelin 24-də bunu İ.Ə.-dən xahiş etsin. İndi Ollandın səfəri ən vacib olandır, birdən hollandlara verərlər. Ollanda yaz ki, söhbət mənim atamla anamın həyatının xilasından gedir. Ollanddan çox xahiş et. Olland indi şansdır”;

“Sən Ollandın köməkçiləri, Yelisey sarayı ilə danışa bilərsən? Onlara başa salmağa çalış ki, əgər İ.Ə bizi atanla humanitar səbəblərə görə buraxsa, onu dərhal Qərbdə tərifləyəcəklər (onlar ki onun dostudur, qoy desinlər). Eyni zamanda, İ.Ə. heç nə itirməyəcək, biz axı sənin yanına gələcəyik və hüquq müdafiəsi fəaliyyətimizi dayandıracağıq”;

“Di, ABŞ-da və Avropada kimi tapaq ki, kimsə İ.Ə.-ni inandırsın ki. bizi buraxsın? Mən Ollanda ümid edirdim. Amma əbəs yerə”;

“Bakıya yaxın günlərdə dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski gəlir. Mariam Lanskayaya (Demokratiya uğrunda milli fondun (NED) Rusiya və Avrasiya üzrə direktoru ”“ red.), Vendiyə (Vendi Silverman, ABŞ Dövlət Departamentinin əməkdaşı ”“ red.) mənim səhhətim barədə yaz, xahiş et ki, Malinovski bizim Oyunlar ərəfəsində xoş məramlı akt kimi azad olunmağımız barədə xahiş etsin”.

(ardı var? virtualaz.org)
Oxşar xəbərlər
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:51
Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
16 May 2024 | 17:47
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:33
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 17:27
Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 17:21
Qarabağ Universitetinə mətbuat katibi axtarılır
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:11
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY + FOTO
GÜNLÜK
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 12:49
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
16 May 2024 | 12:47
Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 12:32
Marşalların siyasi cəbhədəki müharibəsi – BU DÖYÜŞDƏ xəyanət və satqınlıq qalib gəlib
16 May 2024 | 12:41
Özbəkistanda keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub - FOTO
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 12:49
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
16 May 2024 | 12:47
Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 12:32
Marşalların siyasi cəbhədəki müharibəsi – BU DÖYÜŞDƏ xəyanət və satqınlıq qalib gəlib
16 May 2024 | 12:41
Özbəkistanda keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub - FOTO
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO