“Günəşli”də yaralananlar Neftçilər Xəstəxanasına gətirilirlər
1544
05 Dec 2015 | 19:29

“Günəşli”də yaralananlar Neftçilər Xəstəxanasına gətirilirlər

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcək.

Moderator.az Trend-ə istinadən məlumat verir ki, ilk növbədə platformadan gəmi ilə təxliyyə olunmuş 27 nəfər gətiriləcək. Dörd nəfər isə helikopter ilə təxliyyə olunub.

Xatırladaq ki, ötən gün axşam saatlarında “Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005
Link kopyalandı!
Son xəbərlər