Əsl gizli savaş budur...
Oxunub: 2148
25 Nov 2015 | 17:11
Əsl gizli savaş budur...
Dilin gələcəyi - Millətin gələcəyidir
 
Dil də canlı orqanizmdir və onu qorumaq, böyütmək, zənginləşdirmək, kənar təzyiqlərə və xəstəliklərə qarşı müqavimətini gücləndirmək, çağın tələblərinə uyğun yeniləşdirmək lazımdır. Bizdə bu işlərlə məşğul olan konkret bir qurum vardırmı? Dil siyasətimiz necə qurulub və o, həyata keçirilirmi?
 
Bu, çox ciddi və üzərində ardıcıl düşünülməli məsələdir. Yaşadığımız şəhəri necə qoruyur, abadlaşdırır, bu günün ehtiyaclarına uyğunlaşdırır, nəqliyyat və kommunikasiya şəbəkələrini yeniləşdirir, köhnə binaları söküb təzələrini ucaldır, işıqlandırır və təbliğ ediriksə, dil də, təxminən, eyni yanaşmanı istəyir. Sözlərin ömrü evlərin ömründən qat-qat uzun olsa da...
 
Mən öz fikirdaşlarımı da başıma toplayaraq, Azərbaycan Dil Qurumu adlı toplumsal birliyi, onun saytını bu işlərdə yardımçı olmaq üçün yaratmışam. Təəssüf ki, bizdə toplumun rəyini dinləyən azdır və yazılanlar, deyilənlər heç bir yerə çatmır. Buna baxmayaraq, biz işimizi davam etdiririk. Dil Qurumunun toplantılarında ana dilinə sayğısızlıq, dövlət dili ilə bağlı tələblərin bir çox hallarda, özəlliklə reklamlarda  pozulması, yazı və danışıq dilimizin sorunları, terminologiya məsələləri, mətbuatın və dərsliklərin dili və s. kimi çox önəmli məsələləri dəfələrlə müzakirə etmiş, televiziyalarımızla birgə verilişlər hazırlamışıq. Sözsüz ki, bu müzakirələrin hamısı eyni xoşgörüylə qarşılanmır: məsələn, biz bəzi ölkələrdə dil polisinin olduğunu xatırladanda bizim polisimizdən cana doymuş vətəndaşlarımız əsəbiləşdilər ki, amandır, bu sözü dilinizə almayın, polis, nəzarətçi, vergiyığan, “milli təhlükəsizliyi qoruyan”, sənəd tələb edən, cibində doğru-yalan vəsiqə gəzdirən, burnunu, yeri gəldi-gəlmədi, vətəndaşın hər işinə soxan ələbaxanlar sürüsü az idi, birini də siz təklif edirsiniz: bircə dilimiz qalmışdı məmur özbaşınalığından boğaza yığılmasın, onu da təhlükəyə atmaq istəyirsiniz. Onda mən başqa ölkələrdən də misal gətirdim: polis olmasın, “dil gömrüyü” olsun, dedim. Çünki dili kənar basqılardan qorumaq üçün bəzi ölkələrdə bu üsuldan da istifadə edirlər. Ad önəmli deyil, əsas dilin qorunması və kənardan dilimizə maneəsiz şəkildə axan sözlərə bir süzgəc qoyulmasıdır. İndiki halda bununla məşğul olan varmı?
 
Ana dilinin qorunması və gəlişməsi üçün hüquq bazası var. 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasının Dövlət dili haqqında” qanun, 2013-cü il aprel ayının 9-da isə Respublika Prezidentinin sərəncamıyla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Bu sənədlərin çox böyük tarixi əhəmiyyəti var. Dövlət Proqramında nəzərdə tutulan işlər görülsə, tapşırıqlar  həyata keçirilsə, o işləri görməli olan təşkilatların uyğun səlahiyyətləri və yetənəkləri olsa, bizim heç bir qayğımız qalmaz.
 
Bu proqramın ikinci hissəsi, yəni dilçiliyin inkişafı, ali məktəblərin dilçilik kafedralarını nəzərə almasaq, daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna aiddir və bu məqsədlə 2 milyon pul ayrılmasına sevinmişdim. Humanitar institutlarımızın belə proqramlara və yardıma ehtiyacları böyükdür. Ancaq Proqramın birinci hissəsinin, yəni zamanın tələblərinə uyğun istifadəsinin, Dilçilik İnstitutuna, demək olar ki, heç bir aidiyyəti yoxdur, çünki AMEA-nın humanitar institutları daha çox akademik araşdırmalarla məşğuldur və deyək ki, dilin qorunması və ya istifadəsi kimi məsələlərə müdaxilə etmək imkanları çox məhduddur...
 
Bu iş həyatımızın bütün sahələri ilə bağlıdır və daha praktiki yanaşma tələb edir. Buna görə də ayrılan vəsaitin Proqramın yerinə yetirilməsinə ciddi təsir göstərməyəcəyi qabaqcadan bəlli idi. Kaş yanılmış olaydım, ancaq sonra guya proqrama uyğun, deyək ki, dialektoloji atlasların çapı kimi məsələlər ortaya qoyulanda heyrətə gəldim, yəni alim dostlarımız bilmirlərmi bu atlaslar onların plan işləridir və ana dilinin bu gün bütün cəmiyyəti narahat edən problemlərinin həllinə heç bir aidiyyəti yoxdur?!
 
Buna görə də sonralar Dilçilik İnstitutuna ayrılan pulun necə xərclənməsinin yoxlanıldığını eşidəndə təəccüblənmədim. Ola bilsin ki, o vəsait qəpiyinə qədər düz xərclənib və yəqin ki, belədir, lakin onu da bilirəm ki, bu xərclənmənin canlı dilimizin inkişafına və işlənməsi məsələsinə aidiyyəti  çox azdır.
 
Dilimizin akademik araşdırmaları çox mühüm işdir və davam etdirilməli, dialektoloji xəritələr də nəşr edilməlidir, ancaq bizi narahat edən həyatımızda dilimizin yeri, ona yanaşma, anadilli məktəblərimizin və dərsliklərimizin səviyyəsi, qanunlarımızın və rəsmi yazışmaların dili, termin yaradıcılığı, rusdilli məktəblərdə ana dilimizin tədrisinə münasibət, ictimai yerlərdə, reklam işində, mətbuatda, radio və televiziyalarda ana dilinin durumu, nitq mədəniyyətimizin səviyyəsi kimi məsələlərdir. Bir az da uzada biləcəyim bu məsələlərin həllində Akademiyanın Dilçilik İnstitutu nə edə bilər? Ona qulaq asan olarmı? Əsas məsələ budur! Bu barədə çox yazılıb, yenə yazılacaq.
 
Bizim Dil Qurumu könüllülərin, dilini sevənlərin və onu qorumaq üçün təmənnasız, maaş, yəni öz dilimizdə desək, donluq almadan çalışanların birliyidir, konkret layihələr üzrə işləyir. Məncə, Dövlət Proqramının həyata keçirilməsini istəyiriksə, Akademik institutlarla yanaşı, bu cür qurumlara da yardım etmək və onların işinə, təkliflərinə daha ciddi yanaşmaq  lazımdır.
 
2006-cı ildən bu yöndə çalışan Dil Qurumunun yuxarıda sadaladığım geniş fəaliyyəti xalq arasında diqqətin bu böyük milli məsələyə yönəldilməsinə nə qədər böyük təsir göstərsə, bu sahənin bilim adamlarının tez-tez bir araya yığışmasına şərait yaratsa da, təəssüf ki, bəzi dairələrin dilimizə münasibətindəki biganəlik buzunu əritməyə gücümüz çatmamışdır. O cümlədən, Bakının reklam bazarı dilimizə və qanunlarımıza sayğısızlıq meydanı olaraq qalır. Buna baxmayaraq, işimiz davam edir və dediklərimin quru söz olmadığını görmək istəyənlər Azərbaycan Dil Qurumu saytına girsinlər və mütəxəssislərdən burdakı lüğətlərin sayta yerləşdirilməsinin nə qədər vaxt apardığını və necə çətin bir iş olduğunu öyrənsinlər...
 
Ana dilimizin qayğısı çoxdur. Onlardan biri dilin saflığının qorunması, milli təməl üzərində gəlişməsi, yeni anlayış və sözlərlə zənginləşməsidir. Bu, əslində, bütün dillərin taleyini həll edən, ölüm-dirim məsələsidir. Ana dilinin dünyayla əlaqəsi kəsilsə, ora axan suların qarşısı alınsa, o, qapalı bir nohura dönər, iylənər, həşəratla dolar və içilməz hala düşər. Dil də coşqun dağ çayları kimi daim çağlamalı, yenilənməlidir, ona axarı boyu yeni arxlar, irmaqlar, bulaqlar qoşulmalıdır. Ancaq bu qoşulmalar Qaradağ tərəflərdə Araza qatılandan sonra onu bulandıran, yaxud Ermənistan mis mədənlərinin zəhərini gətirən çaylar kimi olmamalıdır. Kənar qatqılar çayın öz suyundan artıq olsa, onun tərkibini dəyişər.
 
Klassik ədəbi dilimiz təxminən bu gündəydi: o qədər ərəb-fars sözləri dolmuşdu ki, fikrin aparıcı qüvvəsi kimi cümlələri dartıb aparan feillərimizin gücü çatmırdı: nəfəsi kəsilirdi. Həmin dövrdə aşağı-yuxarı bölgənin bütün türk ədəbi dilləri eyni durumdaydı: ədəbi dil xalq dilindən uzaq düşmüşdü, yalnız təhsil almış adamlar, ziyalılar bir-birlərinin “yazı dilini” anlayırdılar və buna görə də, deyək ki, Bakıda çıxan “Füyuzat”ı  türk dünyasının hər tərəfində oxuyurdular. Lakin bu, uzun müddət davam edə bilməzdi, çünki millətin yalnız bir zümrəsinə aid olan dilin gələcəyi yoxdur.
 
Buna görə də ötən əsrdə Türkiyədə rəsmən, bizdə isə elan olunmadan, Molla Nəsrəddin ədəbi məktəbinin sayəsində bir dil devrimi oldu: Anadolu türkcəsi “türkcələşdirildi”, bizdə isə böyük ölçüdə təmizlənmə getdi və ədəbi dil hamının anladığı bir şəklə düşdü. Bunun yaxşı, ya pis olmasını müzakirəyə çıxarmaq gülüncdür. Böyük Atatürk türk dilinin gələcəyini xilas etdi. Düzdür, yeni sözlərin bəzisi yaşaya, işlək dilə girə bilmədi, amma böyük çoxunluğu yaşadı və türk dilinə bugünkü gözəl səslənməni, enerjini verdi, dilin damarlarında təmiz türk qanı dolaşmağa başladı.
 
Hərəkət dayanmayıb, çürük, köhnəlmiş sözlər düşür, yeniləri yaranır, yabançı sözlərin yerinə düşünülən sözlər qısa müddətdə min ilin sözləri ilə eyni canlılığı qazanır və ya arxaikləşmiş sayılan qədim sözlər yeni nəfəs qazanır. Bu iş bütün mədəni xalqların dilində gedir: bitməz prosesdir və ara vermədən sürdürülməlidir.
 
Öz dilini yabançı dillərin basqısından qorumaq, dilin lüğət tərkibini zənginləşdirmək xalqın bitməz qayğılarından biridir. Bir xalq min il öncədən başlayıb bu işi, biri yüz il öncədən - fərqi yoxdur, həyat davam etdikcə, dil yaşadıqca  onun sağlamlığının qayğısı çəkilməlidir. 
 
Azərbaycan ədəbi dili mükəmməl qrammatikası olan, xalqın anladığı və zəngin bir dildir. Lakin zaman dəyişilir, ölkələr kimi dillərin də sərhədləri açılır, kürəsəlləşmə deyilən sahiblənmə siyasəti dillərin də çoxunu kənar kəlmələrin axınıyla, dil işğalı təhlükəsiylə üz-üzə qoyur: dillərin də yarışı və ya gizli bir savaşı gedir. Bu savaşda dilin əsas gücü onun lüğət tərkibinin zənginliyi, ifadə gözəlliyi və imkanları ilə yanaşı, həm də milli qaynaqlar hesabına daim yenilənmək qabiliyyəti ilə ölçülür. Dilimizin təmizliyini qorumasaq, dünyanın hər tərəfindən üstümüzə gələn yabançı kəlmələr onu tanınmaz hala salar, xalqdan qoparar. Amma yabançı kəlmələr öz-özünə gəlmir, boş yer tapanda gəlir. Dildəki istilah vakuumları zamanında, uğurlu kəlmələrlə doldurulsa, yad kəlmələrə yer qalmaz.
 
Bu yenilənmə prosesi təbii şəkildə, dili zorlamadan  və tədricən aparılmalıdır.
 
Ədəbi dil üçün yeni söz donorlarından və ya dağarcıqlarından biri ana dilinin özüdür: folklor, klassik ədəbiyyatımız, dialektlər və bugünkü Azərbaycan Respublikası ərazisindən kənarda qalmış tarixi coğrafiyamızın və soydaşlarımızın hələ ədəbi dil axarına tam qoşulmamış danışıq dili... (Yəni Güney Azərbaycan, Quzey İraq və Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri...) Bu geniş coğrafiyada yaşayan azər türklərinin danışığında minlərlə işlək söz var ki, ədəbi dilimizə qoşulmalıdır. Bu baxımdan oralarda yetişən yazıçıların, qələm sahiblərinin əsərləri mühüm rol oynaya bilər.
 
İkinci mənbə qardaş türk dilləridir. Avrasiya genişliyinin sakinləri olan türklərin dilindəki kəlmələrin ümumi sayı bir milyondan çoxdur. Ancaq türk dilinin ayrı-ayrı qollarında, məsələn, özbəkcədə, azər türkcəsində lüğət tərkibi yüz mindən, yüz iyirmi mindən artıq deyil. Bir milyonluq ortaq türk xəzinəsindən yararlanmaq imkanları genişdir. Örnəyi: azsaylı Altay türklərinin dillərində onlarla tərtəmiz türk sözü var ki, biz onların yerinə ərəb, fars kəlmələri işlədirik. Ərəblərlə, farslarla üzləşənə qədər altaylıların, yaxud tuvalıların, yakutların, Mərkəzi Asiya türklərinin, uyğurların, tatarların dilində qalan o sözləri biz də işlətmişik, sonra bir çox dəyərlərimiz kimi, dilimizdəki öz doğma kəlmələrimizi də “bəyənməmişik”, yad sözlərə “aldanmışıq”.
 
Təəssüf ki, dilimizdə ərəb, fars, rus, Avropa təsiri bu gün də sürməkdədir, buna heç  bir dirəniş yoxdur, halbuki ümumtürk xəzinəsinə göz yetirsək, yad kəlmələrin çoxuna gərək qalmaz. Ancaq nədənsə qardaş türk xalqlarının dilindən alınan sözlər çox vaxt narazılıqla qarşılanır. Bu, anlaya bilmədiyim bir şeydir. Biz istədik-istəmədik, əlaqələrin genişlənməsi ilə, oxunan kitablar, baxılan televiziyalar xətti ilə yeni nəslin dilinə Türkiyə türkcəsindən o qədər də çox olmayan, amma gözəl sözlər gəlir - həm də daha çox vaxtilə ərəbcədən və farscadan alınmış kəlmələrin yerinə. Di gəl, dəfələrlə, həm də özünü oxumuş, aydın sayan adamların dilindən eşitdiyim sözlərdir: “bunlar dilimizi türk sözləri ilə zibilləyirlər”.
 
Dilimizin türk sözləri ilə zibillənməsi nə deməkdir? Dil öz doğma sözləri ilə zibillənərmi? Bunu hansı ağılla demək olar?
 
Adını çəkmək istəmədiyim bir rəsmi qurum yaxşı niyyətlə mətbuat dilinin yoxlamasını aparmışdı. Bu iş “elmi işçilər”ə tapşırılmış, yoxlamanın nəticələrini bir bülleten kimi çap etmişdilər. Maraqlı iradlar tutulmuşdu, ancaq məni heyrətləndirən bu adamların təmiz türk kəlmələrinə dözümsüzlüyü idi. Önəmli, çağdaş, sorun, baxım, bilgisayar, yasaq, uçaq, oturum, bağımsız, özəl, özəlləşmə, gəlişmə və s. kimi sözlər dilimizə təbii şəkildə gəlir. Bəziləri hələ lüğətlərimizə düşməsə də, doğma sözlərdir və yaşayacaqlar. Bu sözlərin əhəmiyyət, müasir, problem, nöqteyi-nəzər, kompüter, xüsusi, privitasiya, inkişaf kimi  kəlmələri əvəz etməsini dil qaydalarının pozulması saymaq olmaz. Niyə monitorinq, plaza, stor, mol, petrol, hotel, market, kollokvium, penitensiar... kimi sözlər dilimizə maneəsiz girir, amma  türk dilindən gələn ana südü kimi halal sözlər bəzilərini qıcıqlandırır?
 
Əlbəttə, mən bunun səbəblərini bilirəm, ancaq bu məsələyə ictimaiyyətin diqqətini yönəltmək istəyirəm...
 
Azərbaycan dili tarixən türk dili adlanıb, indi türk dili deməsək də, o, mahiyyətini dəyişməyib, yenə də eyni dildir, türk dili və ya türk dili adlanan nəhəng ağacın şah budağıdır. Siyasi şərait eyni millət olan Türkiyə türkləri ilə bizim ədəbi dilimizdə müəyyən fərqlər yaratsa da, bu, bizim bir-birimizi anlamağımıza mane olmur. Dili nə qədər çox anlayan varsa, o qədər böyükdür. Türkiyə bizim qardaşımız və dünyada ən etibarlı dayağımızdır. Zaman Türkiyə və Azərbaycanı bir-birinə yaxınlaşdırır və dil fərqləri də getdikcə aradan qalxacaq. Bu qaçılmazdır. Buna sevinməkdənsə, bəzi dil “uzmanları” və işin mahiyyətini anlamayan adamlar, azərbaycançılığı türkçülükdən tam qopmuş düşünənlər və ya qoparmaq istəyənlər inadla Azərbaycan türkcəsinin “ayrı dil olduğunu” nümayiş etdirməyə və yaxınlaşmağa aparan yollarda süni əngəllər yaratmağa çalışırlar. Birgə konfranslarda öz “müstəqilliyimizi” nümayiş etdirmək üçün, ehtiyac oldu-olmadı, hökmən hansı kəlmələrisə dəyişirik. Məsələn, Türkiyə tərəfinin yazdığı toplum yerinə - cəmiyyət, cümhurbaşkanı yerinə - prezident, bakan yerinə - nazir, yayın evi yerinə - nəşriyyat, ilişgi yerinə - əlaqə, sayın yerinə - hörmətli... Guya birinci sözləri başa düşmürük və onları hökmən azərbaycancaya “tərcümə etmək”, təmiz ana sözlərimizi yabançı dillərdən alınma sözlərlə əvəz etməliyik... Görəsən, bu sözlər Türkiyədə işlənən kimi qalsa, nə baş verər? Bəlkə başqa yolla getməli, həmin ifadələri tədricən biz də Türkiyədə olduğu kimi yazmalıyıq. Doğma və anladığımız sözləri qəbul etmədiyimiz halda, niyə, deyək ki, alman kansleri, ərəb şeyxi, fransız senatoru, İsrail knesseti, Rusiya duması, Amerika konqresi sözlərini öz dilimizə tərcümə etmirik? O dəqiqə cavab verəcəklər: “Yox, olmaz, biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızın da əlaməti türk kökündən mümkün qədər çox fərqlənməyimizdə, uzaqlaşmaqdadır!”
 
Bu qədər məntiqsiz və ağılsız bir düşüncə, iş ola bilməz! Əlifbamızın eyniləşməsi, dilimizin yaxınlaşması, bir-birimizi daha yaxşı anlamaq, kitablarımızın həm orada , həm burada oxunması... Bu, kimə mane olur və millətimizi bu boyda imkandan niyə məhrum edirik?  
 
Dilin zənginləşməsinin başqa bir yolu yeni terminlərdir. Dilə yeni terminlər, yəni anlayışlar gəlir və gəlməlidir. Bu işə çeşidli yanaşma var. Bir çox xalqlar texnoloji yeniliklərin gətirdiyi sözləri tərəddüdsüz öz dilinə çevirir, daha doğrusu, ona uyğun yeni söz tapır və ya yaradırlar. Başqaları kənar əşyalarla birgə onların adlarını da olduğu kimi qəbul edirlər. Biz ikincilərdənik. Bu, tənbəl millətlərin yoludur. Nəzərə almırlar ki, bu gedişatla dil yenidən orta əsrlər dövrünə dönə və lüğət fondunun çox hissəsi əcnəbi sözlər ola bilər.
 
“Xolodelnik”ə soyuducu deyirik, nəyi pisdir? Onda niyə yüzlərlə başqa sözün qarşılığını axtarmayaq? Bu işi asanlaşdırmaq üçün bağımsız türk dövlətlərinin ortaq terminologiya komitəsi yaradılmalıdır ki, bundan sonra türk dillərinə gələn əcnəbi kəlmələrin qarşılığı tapılarkən ümumtürk söz fondundan istifadə edilsin və yeni istilahları bütün türk dövlət və toplumları qəbul etsinlər. Dövlət başçıları ortaq ünsiyyət dili istəklərində səmimidirlərsə, bunun bir yolu da ortaq istilahlar və bu yolla hər il dillərimizə xeyli şərikli kəlmələr gətirməkdir. Bu yolla bəlli zaman içində türk dilləri daha da yaxınlaşacaq, ünsiyyət imkanları genişlənəcəkdir...
 
Azərbaycan bədii dilindən fərqli olaraq ədəbi dilimizin rəsmi, yəni dəftərxana və protokol qolunda yabançı sözlər daha çoxdur və bu sahədə heç bir nəzarət, tənzimləmə yoxdur. Bu baxımdan qanunlarımızın dili daha çox narahatlıq doğurur. Çünki qanunların yayılma dairəsi genişdir, həyatımızın bütün qatlarını əhatə edir, rəsmiləşir və cəmiyyət o kəlmələrdən istifadə məcburiyyətində qalır. Buna görə də vaxtilə Milli Məclisdə qanunların dilinə nəzarət komissiyasının yaradılması ideyasını irəli sürmüşdüm. Ancaq bu fikri hər dəfə səsləndirəndə etinasızlıqla qarşılandığımı görüb, mən də yorulub susmağa məcbur oldum. Qanun yaradıcılığı mexanizmi bəllidir: tərcümə, montaj, yerli şəraitə uyğunlaşdırma... Yəni daha çox çevirmə işidir. Bu işlə məşğul olanlar arasında peşəkarlarla yanaşı, ana dilini pis bilənlər də var. Buna görə də, məsələn, neft anlaşmalarında “sıroy neft” “xam neft” əvəzinə “çiy neft” kimi çevrilir. Bircə bu misal əlindəki sənədin ciddiyyətinə inamı azaldır.
 
İşin daha qəbuledilməz tərəfi tərcüməçilərin köhnə lüğətlərdən kənara çıxa bilməmələri, xarici sözlərin qarşılığını arxaikləşmiş və canlı dildə az işlənən ərəb və fars kəlmələri arasında axtarmalarıdır. Qanun tərcüməçiliyinin yanlışlıqları qanunların adlarından başlanır.
 
Demək olar ki, bütün qanunlarımızda rus dilindən tərcümə nəticəsində ortaya çıxmış bir “haqqında” sözü işlədilir: Məsələn, “Təhsil haqqında” qanun, “Yol haqqında” qanun, “Meşə təsərrüfatı haqqında” qanun... Bu ifadə tərzlərinin heç biri dilimizin ənənələrindən gəlmir. Əslində, Təhsil qanunu, Yol qanunu, Meşə təsərrüfatı qanunu... yazılmalıdır. Yaxud, idarə, müəssisə adlarında yenə rus dilindən tərcümənin, kalkanın “izləri” aydın görülür. Məsələn, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Diaspor Komitəsi adlandırılmalıdır.
 
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, Milli Qvardiya Komandanının maddi-texniki təchizat üzrə müavini kimi adlarda da rus dilindən mexaniki tərcümənin nəticəsi olan “üzrə” kəlmələri artıqdır.
 
Təəssüf ki, həm müəssisə adlarında, həm də rəsmi yazışmalarda dilimizin qanunauyğunluqlarından doğmayan çoxlu belə sözlər var.
 
Yaradıcı yanaşmanın olmadığına görə həm arxaikləşmiş ərəb, fars sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək dilə çox asanca daxil olur. Bu baxımdan, iki qanunun dilini gözdən keçirmək yetərlidir. Təhsil qanunu dilimizə - adyunktura, akkreditasiya, dislant təhsil, informal təhsil, innovasiya, kampus, nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil françayzinqi, tyotor..,
 
Qiymətli Kağızlar bazarı qanunu isə - anderaytinq, benefisiar, emitent, listinq, institusional investor, marketmeyker, nettinq, repo müqaviləsi kimi sözləri zorla pərçimləyib.
 
Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş yüzlərlə belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa düşəcəyi, dilə yatımlı qarşılığını tapmaq olar. “Dislant təhsil” əvəzinə - uzaqdan və ya məsafədən təhsil, “informal təhsil” yerinə - özeyitim və ya özünütəhsil, “kampus” əvəzinə - tələbə şəhərciyi, hind quşlarının qurultsuna bənzəyən “kurikulum” yerinə - təhsil proqramı, “eksternet təhsil” yerinə “vaxtından əvvəl təhsil” desək, dünya dağılardı?
 
Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar tapmaq olar. “İnvestisiya”, “unifikasiya”, “identifikasiya”, “regional”, “kollokvium”, “miqrasiya”, “kvorium”, “resurs”, “ombudsman”, “prosedur”, “monitor”, “klerinq”, “market”, “kvota”, “koalisiya”,”aksiya”,”arqument”, “bakalavr”, “vakansiya”, “vakuum”,”vizual”, “deqradasiya”,”diskussiya”, “instruksiya”, “kontrast”, “fraza” və s. kimi dilimizə nəzarətsizlikdən və dəb xatirinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya yaradıla bilərdi. Bu şəkildə qapıları açıb bütün sözləri içəri buraxsaq, dilimizin  taleyi necə olacaq?
 
Adətən gəlmə sözləri savunanlar “bunlar beynəlxalq sözlərdir, dünya belə işlədir, bizdə belə işlədək” deyirlər. Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur. Əşya və ya fikir, ideya harada yaranırsa, ilkin olaraq hansı dildə adlandırılırsa, oradan yayılmağa başlayır və çox vaxt özü ilə bərabər adını da aparır. Ancaq dilinin saflığını qorumaq istəyən xalqlar bu kəlmələrin ana dilində qarşılığını tapıb işlədirlər. Yeni kəlmələr qulağa yad gəlsə də, zaman keçdikcə alışqanlığa çevrilir və dildə öz rahat yerini tapır. Amma yuxarıda göstərilən sözlər həmişə ögey olaraq qalır, yazılışda və deyilişdə çətinliklər yaradır.
 
Bir sıra ərəb və fars kəlmələri var ki, onların da qarşılığının bulunması dili artıq və yabançı yükdən xilas edər. Son illərdə bu işə maraq artıb, hətta istedadlı şairlərimizdən biri belə bir sözlük də hazırlamışdı. Təəssüf ki, o sözlükdəki yüzlərlə dəyərli variant nəzərə alınmadı və ictimai müzakirəsi keçirilmədi. Mənə qalsa, tərəddüd etmədən onlarla realist, müstəmləkə, müştərək, mütərcim, münasibət, vətənpərvərlik, beynəlmiləlçilik, istiqamət, inkişaf, beynəlxalq, xarici, daxili, mütəmadi, nazir,  region, vilayət, rayon, müvafiq, müvəffəqiyyət, müqavilə, konstitusiya, məhkəmə, prokurorluq, icra hakimiyyəti və s. sözü lüğət tərkibimizdən çıxarıb, yerinə qarşılığını hər hansı yaxşı oxuyan orta məktəb şagirdinin də bildiyi tər-təmiz sözlərimizi işlədərdim. Dilin bu şəkildə özləşmək gücü varsa, ondan niyə yararlanmamalıyıq?
 
Bakıda reklamların, müəssisə adlarının, soyadlarımızın milləti və ana dilini saymazlıq səviyyəsində olduğundan çox danışmışıq, yenə danışmalıyıq.
 
Bu yazını bitirəndə ölkə dışındaydım, çapına tələsməmişdim. Sonra AMEA-dakı dəyərli çıxışında ölkə prezidentinin ana dili barədə söylədiklərini dinləyəndə sevindim. Heç kim Dövlət Proqramının qəbulu ilə dil məsələlərinin biryolluq çözülüb bitəcəyini düşünməməlidir. Ana dilinə qayğı hər bir vətəndaşın işidir, bu, hər evdən, təzə dil açan hər bir körpə ilə ünsiyyətdən, dil ordusunda hər sözün əsgər kimi qorunmasından, gəlmə kəlmələri dildən uzaqlaşdırmaqdan başlanır. 
Oxşar xəbərlər
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
19 May 2024 | 12:54
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
19 May 2024 | 12:53
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
GÜNLÜK
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
19 May 2024 | 08:24
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
AYLIQ
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
19 May 2024 | 08:24
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO