Dövlətimizi, özümüzü zəif göstərənlərə müraciət ”“ Mövqe
Cəmiyyət
Oxunub: 2003
25 Nov 2015 | 16:58
Dövlətimizi, özümüzü zəif göstərənlərə müraciət  ”“ Mövqe
Müharibədir!

Müharibədə heç nəyi gözardı etmək olmaz və mümkün deyil.
 
Müharibə olum və ölüm deməkdir.
 
Müharibədə ölmək də var, öldürmək də. Müharibədə udmaq da var, uduzmaq da. 
 
Dörd bir yanımız da barıt çəlləyidir, hər yer od tutub yanır, hər yanımızdan barıt iyi-qoxusu gəlir.
 
Münaqişlələr, müharibələr bir-birini əvəzləyir, sıralayır... Hətta, III dünya müharibəsinin başlaması ehtimalının çox yüksək olmasından danışanlar da var...
 
11 sentyabrdan sonra Əfqanıstanda, İraqda, bələyindəcə boğulan, qətlə yetirilən “Ərəb baharı”ndan sonra Suriyada və sairdə yaşananlar həmin müharibənin gözlə görünən, sübuta ehtiyacı olmayan işartıları, əlamətləri deyilmi?! Bu münaqişəyə, müharibəyə qarışmayan, bulaşmayan qalıbmı? III dünya müharibəsinin qaşı-gözü olur və ya olacaq ki?!
 
Sözümün canı... Son günlər Suriyada-türkmənlər yaşayan Türkməndağı-Bayırbucaqda yaşananlar hamımıza artıq bəllidir. İŞİD-lə guya mübarizə adı altında əslində həmin bölgəni türkmənsizləşdirmək, müstəqil “Kürdüstan”a yol açmaq üçün Rusiya və İran hərbi hava qüvvələri tərəfindən orada qanlı qətliam həyata keçirilməkdədir.
 
Dünənsə Türkiyə hərbi hava qüvvələri tərəfindən Suriyayla sərhəddə Rusiya təyyarəsinin vurulması xəbəri yayıldı, görüntüləndi və xəbər yayılan andan da dünyanı və medianı “silkələmək”dir. 
 
Hələ həmin təyyarənin həqiqətən Türkiyə tərəfindən vurulub-vurlmadığı tam yəqinləşmədiyi halda artıq bizim sosial şəbəkələrdə, facebook səhifələrində vəlvələ, zəlzələ, vaynənsə yaşanmaqdadır. 
 
Bir gün öncəyə qədər Türkiyəni az qala asıb-kəsən, onun öz qan-din qardaşlarına, türkmənlərə sahib çıxmamaqda, İŞİD-in, Rusiyanın, İranın qarşısında acizlik nümayiş etdirməkdə günahlandıranlar dünənki hadisədən sonra indi də valı tərsinə çeviriliblər.
 
Daha doğrusu, həmin “pəhləvanların” bir çoxu, yəni,  dünənə kimi “iki dövlət-bir millət”dən dəm vuranların, hətta, ötən ilin yayında-avqust hadisələrində döyüş meydanı, Qarabağla sosial şəbəkələri, “facebook”u səhv salanlar, hamıya namus, vətənpərvərlik dərsi keçənlərin bir qismi “qınlarına” çəkiliblər, bir qismi də özlərinə “müdrik” görkəm verərək ya “ağıllı” məsləhətlər verməkdə, ya da “realist, praqmatik, soyqqqanlı proqnozlar” dövriyyə buraxmaqdadırlar (əslində isə insanlara aşağlıq sindromu təlqin etməkdədirlər):
 
Türkiyə gərək belə etməyəydi, Rusiyanın qisası daha amansız olacaq, PKK kartı yeni rakursda oynanılacaq, ortada, təpk altında qalan yenə biz olacağıq, Qarabağ arzularımız birdəfəlik dəfn olunacaq və sair və ilaxır.
 
Bəli, Rusiyanın, xüsusilə, Putinin davranışına, xarakterinə az-çox  bələd olanlar bilirlər ki, Türkiyə cavabsız buraxılmayacaq. Hətta, Putin aşkar şəkildə özü deyib ki, bu, onlara arxadan vurulan zərbədir və cavabı da ağır olacaq və sair.
 
Hətta, Türkiyənin daxildən silkələməsi üçün keçmiş SSRİ tərəfindən yaradılan PKK-dan, PKK-terror kartından istifadə edəcəyi də ən üst proqnozlar və ehtimallar sırasındadır. Burada gizli və sirli də heç  nə yoxdur. 
 
Amma həmin russevdalı möhtərəm “proqnozçu”larımızdan soruşan gərəkdir ki, Türkiyə 30 ildən artıqdır PKK ilə mübarizə aparmır? Bu mübarizədə bəzi məqamları çıxmaq şərtilə, Türkiyənin PKK qabağından qaçdığını görənlər olubmu?
 
Və yaxud da, Türkiyə Somalidirmi, Həbəşistandırmı və ya İraq, Suriyadırmı? Türkiyə ərazisi az qala bir milyon kvadrat kilometrə yaxın və əhalisi 100 miyonu haqlamaqda olan ən böyük Avropa ölkəsidir.
Türkiyə dünyanın iqtisadi cəhətdən 20 ən aparıcı ölkəsindən biridir və 2008-ci ildən bu yana dünyada  tüğyan edən maliyyə-iqtisadi böhrandan ən az zərər çəkən bir dövlətdir. 
 
Ən əsası Türkiyə hərbi gücünə görə Avropada ilk üçlükdə, dünyada isə ilk onluqda olan dövlətdir. Və ya ötən əsrin 60-cı illərdən Kiprdə yaşayan türkləri soyqırımına məruz qoyan Kipr yunanlarına savaş açan - hətta, NATO-nun dəstəyi olsa da belə - orada müstəqil  Şimali Kipr Türk Cümhuriyyəti yaradan Türkiyə olmayıbmı?
 
Eyni zamanda, Kirp yunanlarını türklərə qarşı körükləyən Yunanıstan da  NATO-nun üzvü, kapitalist dövləti deyildimi və daimi türklərə qarşı nifrətlə yanaşan SSRİ-nin yardımını alan yenə də Yunanıstan deyildimi?
 
Türkiyə onların qabağından geri çəkildimi? Əksinə, Kirpdə türklərin müstəqil dövlətini yaradaraq - dünya onu tanımasa da - onu inkişaf səviyyəsinə görə Avropanın aparıcı dövlətləri sırasında addımlamağa dəstək verən yenə Türkiyə olmadımı? Axı, nəyə görə, indi Türkiyəni bu qədər vecsiz, zəif bir dövlət kimi təqdim etməyə, ictimai rəyə sırımağa çalışırsınız? 
 
Və yaxud, elə öz yaxın tariximizi götürək. Keçmiş SSRİ rəhbərliyi tərəfindən 1988-ci ilin ilk günlərində ideoloji-siyasi-hərbi cəhətdən tam hazırlıqlı vəziyyətə gətirilmiş ermənilərin, Ermənistanın ( daha doğrusu, onun məlum havadar(lar)ının) qarşısında 27 ildir dimdik dayanan Azərbaycan deyilmi? 20 noyabr terrarktının, Malıbəyli, Daşaltı, Qaradağlı, Meşəli, Xocalı, Ağdaban facilərinin, Lacın və Şuşa işğalının şokunu tez bir zamanda adlayan-1992-ci ilin yayında uğurlu hərbi əməliyyatlar keçirən, az qala Xankəndinin 7 kilometrliyinəcən irəliləyən köməksiz və arxasız Azərbaycan deyildimi?
 
1994-cü ilin rus-çeçen müharibəsi zamanı “Azərbaycan Çeçenistana kömək edir, oradakı separatçılara, ekstermistlərə yardım göstərir” bəhanəsilə Yeltsin Rusiyasının Azərbaycanı yenidən öz tapdaqları altında inlətmək üçün dördbir tərəfimizi ətraf aləmdən təcrid, iqtisadi-ticari embarqolar tətbiq edən, hava, su, quru məkanını blokadada saxlayan siyasətinə qarşı 1994-96-cı illərdə dirəniş göstərən, bundan uğurla və alnıaçıq çıxan Azərbaycan olmadımı?
 
Müharibədən yenicə çıxan (daha doğrusu, atəşkəsə gedən), torpaqlarının 20 faizi işğal altında, iqtisadiyyatı iflic vəziyyətində, büdcəsi boş olan Azərbaycan mərhum dövlət başçısı Heydər Əliyevin qətiyyətli, uzaqgörən, son dərəcədə balanslı və düşünülmüş siyasəti nəticəsində ətrafında yaradılan həlqəni dəlmədimi, vurub dağıtmadımı, hətta, qısa bir zamanda öz nüfuzuna və inkişaf səviityəsinə görə bir çox postsovet və postsosialist məkanı ölkələrini geridə qoymadımı?
 
Bunları nə tez yaddan çıxardıq və ya unutduq?  Ay qardaşlar, niyə hər addımda, hər fürsətdə özümüzü, xalqımızı, dövlətimizi yazıq, gücsüz, zəif göstərməyə və hətta,  bundan həzz almağa  çalışırıq?
 
Həmin dövrdə olanları 80-ci illərin, 90-cı illərin, 2000-ci illərin uşaqları, insanları bilməyə bilər, bəs həmin günləri, acıları yaşamış, eyni zamanda, xalqımızın mübarizliyini, dövlətimizin dirənişini görmüş 60 və 70-ci illərin insanlarına nə deyəsən, nə ad verəsən? 
 
 Heç zaman da yalançı, saxta, urra patriotizminin tərəfdarı olmamışam, bu gün də deyiləm, sabah da olmayacam. Ancaq anlaşılan və görünən ki, bəziləri həmin vaxtlar (80-ci illərin sonları-90-cı illərin əvvəlləri)  necə olublarsa, indi həmin vəziyyətdədirlər, o cürdürlər, yəni,  yalançı, saxta vətənşüvənlikləri elə buraya qədərmiş... Bircə olay lazımmış ki, maskaları cırılıb yerə düşsün və əsl simaları görünsün...
 
Odur ki, əziz yoldaşlar, cənablar, əfəndilər, bəylər, özünüzə gəlin, içinizdəki qorxu və vahimə hissini millətə aşılamayın, insanların olan-qalan mübarizlik əzmini, ruhunu qırmayın, harasa pərəstliyinizi bir kənara qoyub, öz insanınıza, Türkiyəyə, türkmənlərə mənəvi dəstək olun, olmursunuzsa, heç olmasa,  “sosial şəbəkələrdir, şəxsi profilimizdir, nə istəsək onu da deyə, yaz bilərik” deyib, ağlınıza və ağzınıza gələnləri yazmayın, öz səfsəfələrinizi millətimizə, dövlətimizə yapışdırmayın. Ayıbdır, sadəcə, ayıbdır!
 
Kamil Həmzəoğlu 
(gun.az)

Oxşar xəbərlər
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 08:30
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
18 May 2024 | 08:20
10 dərdə dərman – Armud şirəsi
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 08:30
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
18 May 2024 | 08:20
10 dərdə dərman – Armud şirəsi