Təhsil naziri şöbə müdirini vəzifədən kənarlaşdırdı
 - ÖZƏL
Cəmiyyət
10570
23 Oct 2015 | 21:56

Təhsil naziri şöbə müdirini vəzifədən kənarlaşdırdı - ÖZƏL

Mikayıl Cabbarov Misir Mərdanov dövründən qalma daha bir kadrı vəzifəsindən uzaqlaşdırılıb.

Moderator.az-a etibarlı mənbələrdən verilən məlumata görə, “Dərslik və  nəşriyyat" şöbəsinin müdiri Faiq Şahbazlı tutduğu postdan azad edilib. 

Mənbənin dediyinə görə, vəzifədən azad olunmağına baxmayaraq Cabbarov Şahbazlını işsiz qoymayıb. Faiq Şahbazlı Təhsil Problemləri İnstitutunun direktor müavini təyin olunub.

Mənbə bildirir ki, Şahbazlının Təhsil Problemləri İnstitutuna göndərilməsi müəyyən məqsəd daşıyır və o, yaxın gələcəkdə həmin institutun direktoru Qulu Novruzovu əvəzləyəcək. Xatırladaq ki, Qulu Novruzov Mikayıl Cabbarov nazir təyin olunanda artıq təhsil nazirinin müavini idi. Cabbarov təyinatından dərhal sonra ilk olaraq onu vəzifəsindən kənarlaşdırıb. Nazirlə direktorun arası indi də soyuqdur. Mikayıl Cabbarov Q. Novruzovu tədbirlərin çoxuna dəvət etmir və yaradılan müxtəlif komissiyalara üzv kimi salmır. Nazirin imzaladığı son əmrlərdən biri “İlin ən yaxşı müəllimi və məktəbinin seçilməsi”nin təşkilat komitəsinin yaradılması ilə bağlı olub. Həmin komitəyə nazir Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun adını salıb.
Link kopyalandı!
Son xəbərlər