“...Bütün müharibəni qorxmuşdum ki, bircə ayaqlarım şikəst qalmasın. Ayaqlarım çox gözəl idi axı. Kişilərə nə var ki? Onlar üçün hətta ayaqları belə itirmək qorxulu deyil. Onsuz da qəhrəmandırlar!”
Elə müharibə abu ”“ havasında olduğumuz bir vaxtda, müharibə mövzusunda yazılmış daha bir maraqlı roman oxudum: 2015 ”“ ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş sovet və belarus yazıçısı Svetlana Aleksandrovna Aleksiyeviçin “Müharibə qadın simalı deyil” romanından söhbət gedir. S.A.Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını almış sayca 14 ”“ cü qadın yazıçı olsa da, Nobel tarixində ədəbiyyat üzrə mükafat alan ilk professional jurnalistdir. Yazıçı adı çəkilən romanını 1985 ”“ ci ildə qələmə alıb və 2 milyondan çox oxucu qazanan roman Azərbaycan dilində ilk dəfə dərc olunub.
Yazıçının ustalıqla qələmə aldığı romanda ikinci dünya müharibəsi zamanında qadın döyüşçülərin öz dillərindən xatirləri yer alıb. Əsəri oxuduqca görürsən ki, doğrudan da “Müharibə qadın simalı deyil”. Əsərdə təsirli səhnələr çoxdu. Döyüşçü qadın öz xatirəsini belə nəql edir:
Müharibə həddindən artıq intim yaşantıdır. Və insan həyatı kimi də sonsuzdur. “Mən üç il müharibədə olmuşam. Və üç il özümü qadın kimi hiss etməmişəm. Mənim orqanizmim ölmüşdü. Aybaşı belə olmurdum və demək olar ki, heç bir qadınlıq hissi keçirmirdim. Halbuki gözəlidim. Gələcək ərim mənə evlənmək təklif edəndə, mən ağlamaq istədim. Qışqırmaq! Onu vurmaq! “...Sən bir mənə bax. Gör, nə gündəyəm? Sən əvvəlcə məndən bir qadın yarat: çiçək bağışla, qayğıma qal, gözəl sözlər söylə... Mən bunu elə arzulayıram ki! Elə gözləyirəm ki!”
Əsəri oxuduqca görürsən ki, müharibə qadını, qadınlıq cinsindən necə çıxarır. Daha bir maraqlı mənzərə rabitə şöbəsinin komandiri Mariya Nikolayevnanın ayaqlarını itirmək qorxusudu:
“ ...Bütün müharibəni qorxmuşdum ki, bircə ayaqlarım şikəst qalmasın. Ayaqlarım çox gözəl idi axı. Kişilərə nə var ki? Onlar üçün hətta ayaqları belə itirmək qorxulu deyil. Onsuz da qəhrəmandırlar! Adaxlıdırlar! Qadın isə şikəst olarsa, taleyi həll olunar... Qadın taleyi...”
Daha bir maraqlı fakt isə oğlunu ölmüş bilən partizan, Raisa Qriqoryevna Xoseneviçin öz oğlunu tapması səhnəsidi:
“- Sənin adın nədir, oğlan? ”“ deyə soruşdum.
- Lenya...
- Bəs sən kiminlə yaşayırsan?
- Əvvəllər nənəmlə yaşayırdım. Ö öləndə mən onu dəfn etdim.
- Bəs sənin ananla atan hardadır?
- Atam sağdır, cəbhədədir. Anamı isə almanlar öldürüb... Nənəm belə deyirdi...
Mənimlə birlikdə iki partizan da var idi. Onlar öz yoldaşlarını dəfn etmişdilər. Və onlar oğlumun mənə necə cavab verdiyinə qulaq asır, ağlayırdılar.
Bu vaxt mən özümü saxlaya bilmədim:
- Bəs niyə sən öz ananı tanımırsan?
O özünü mənim üstümə atdı: “ Ata!”
Mən kişi paltarında idim, papaqda... Sonra isə qışqıraraq qucaqladı: “Ana!”
Kitabda yer alan belə həyat hekayələri çoxdu. Hansı ki, qadın və müharibə üzərində qurulmuş insan taleyi. Elə düşünürəm ki, haqqında danışdığımız kitab müharibə mövzusunda yazılmış ən yaxşı əsərdi. Hansı ki, bu və başqa bir neçə əsəri yazıçıya Nobel mükafatını qazandırdı.
Vasif Əlihüseyn