“Məsuliyyəti böyük olan insan ”“ müsbət, xoşniyyətli, özünə inamı olan, ayaqları üzərində duran və özünü idarə etməyi bilən biridir”.
Mustafa Kılıç
Bu yaxınlarda dünya NLP təlimçiləri arasında yer alan ilk türk təlimçi və hal ”“ hazırda Amerikada yaşayan Mustafa Kılıçın “Qaınlar nə istəyir? Kişilər nə verir?” adlı kitabını oxudum. Onu deyim ki, kitabda həm şəxsi inkişafla bağlı, həm də qadınlarla bağlı yaxşı məlumatlar var. Düzdü, qadınlarla bağlı yazılanların bir çox fikirləri ilə razı olmasam belə, razı olduğum məqamlar da var.
Müəllif iddia edir ki, yeni bir sevgi beyində başlayır. Sevginin başlanğıc və bitmə nöqtəsi beyindir. Daha bir maraqlı məqam isə, kişi və qadın beyinlərinin hansının üstün olması ilə bağlıdır.
Qadın beyni: Sağ beyin funksiyalarına daxil olan işlərdə (xəyal qurmaq, yaradıcı olmaq, fantaziya və hisslər) kişilərin beyni ilə müqayisədə daha avantajlıdır.
Kişi beyni: İstiqaməti müəyyən etmədə, riyazi məsələlərdə, konkret və mücərrəd anlayışlara bağlı işlərin görülməsində qadın beyni ilə müqayisədə daha avantajlıdır.
Qadınların bildiyi, kişilərin xəbərsiz olduğu cəlb etmə taktikası...
Müəllif yazır ki, qarşınızdakı insandan nə istədiyinizi bilsəniz, potensial namizədi axtarmaqla kifayətlənməyib özünüzü də istənilən səviyyədə ifadə edə bilərsiniz. “Bir münasibətin uzunömürlü olmasının yeganə yolu qarşındakına ondan nələrsə almaq deyil, ona nələrsə qazandırmaq üçün gediləcək yol kimi baxmaqdır”. Qadınlar xarici görünüşlərinə diqqət yetirdiklərinə görə, istəyirlər ki, kişilər də qəşəng geyinsin. Həm də üstümüzdən qadın qarşısında gözəl qoxu gəlməlidir. Diqqət çəkməliyik, macera pərəstlik, həm isti, həm soyuqluq, çətin adam roluna girmək, kişiliyimizdən istifadə etməliyik.
Bu sizinlə bölüşdüyüm fikirlərin bir hissəsidir. Ətraflı məlumat üçün mütləq kitabı oxumalısınız.
Vasif Əlihüseyn