Yazar
Vasif Əlihüseyn
Bütün yazılar
kse
2703
14 Apr 2016 | 22:49

Babamın qara kağızı...

Ana tərəfim Salyanlıdı. 1941 ”“ ci ildə anamın babası yaşadıqları Salyan rayonundan təyinatla Cəlilabada müəllim göndərilir. Onda anamın atası qucaqda körpə uşaq olur. Elə olur ki, anamın babası müharibəyə yollanır. İki il döyüşlərdə iştirak edir. Bu vaxt ərzində anamın nənəsi öz körpəsi ilə Salyana anasıgilin yanına qayıdır. Onu da deyim ki, babamgil müharibədə dörd qardaş döyüşüblər. Onlardan ikisi itkin düşüb, ikisi isə sağ qayıda bilib. Babamın qardaşı əsir düşdüyünə görə əsirlikdən azad olunandan sonra, sövet höküməti tərəfindən həbsdə də yatıb.

Bir gün evə babamın da “qara kağız”ı gəlir. Nənəmin qohumları nənəm bilməsin deyə, bunu ona demirlər. Günlərin bir günü nənəm həyətdə qab yuyanda görür ki, həyətə əsalı bir arıq oğlan girdi. Axsaya ”“ axsaya nənəmə tərəf gəlir, nənəm isə kim olduğunu tanıya bilmir. Nənəmin yanına çatanda, nənəm görür ki, bu həyat yoldaşıdı. Ağlayıb həyat yoldaşına sarılır, deyir ki: “bağışla, o qədər arıqlamısan ki, səni tanıya bilmədim”. Səsə evdəkilər də çıxır, görürlər ki, babam gəlib. Hamı məttəl qalır. Bir az keçəndən sonra evdən gətirib babama öz “qara kağız”ın verirlər. Buna nənəm də məttəl qalır.

Bundan sonra babam müharibəyə getmir. Yenidən ailəsini də götürüb rayona müəllim işləməyə qayıdır. Babam 83 ”“ yaşına kimi yaşadı. Bu illər ərzində onun üç oğlu və bir qızı dünyaya gəlmişdi. Sonra nəsil artmışdı: anam dünyaya gəldi, ardıyca da biz gənc nəsil. Babam rəhmətə gedəndə, on səkkiz yaşım var idi. Bu illər ərzində o, 60 ”“ il müəllim işləmişdi. Müharibəylə bağlı mənə çoxlu xatirələrini danışardı. Elə bu “qara kağız” əhvalatını da onda danışmışdı. Müharibənin belə qəribə hadisələri də olur.
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər