Yazar
Vasif Əlihüseyn
Bütün yazılar
kse
3467
02 Apr 2016 | 21:27

Müharibə və bizim uşaq bağçası...

Beş yaşım var idi, onda 1990 ”“ cı il yanvarın 19 ”“ dan 20 ”“ nə keçən gecə rus ordusu yüzlərlə insanı Bakıda qanına ”“ qəltan etmişdi. Nə baş verdiyini anlamasam da, televizorda göstərilən fraqmentlərdən bilirdim ki, nəsə yaxşı şey baş verməyib.

Kəndimizdə uşaq baxçamız var idi. Özümdən iki yaş kiçik olan qardaşımla bağçaya gedirdik. Atam bir tikə çörək qazanmaq üçün Rusiyaya getdiyinə görə, bizim bağçaya anam aparırdı. Yay aylarında bizim kəndimizdə kişisiz evlərin sayı daha çox olurdu. Çünki, yayda kəndin kişiləri işləmək üçün ya paytaxt Bakıya, ya da Rusiyaya üz tuturdular. Ona görə də yay aylarında evlərin böyük uşaqları özlərini evin kişisi saydığına görə daha məsuliyyətli olurdular. Yeddi yaşında evin kişisi olan uşaqlardan biri də mən idim.

1992 ”“ ci ilin sentyabr ayında kənd orta məktəbinin birinci sinifinə daxil oldum. İptidai sinif müəllimim rəhmətlik Hüseynəli müəllim həm atamın, həm rəhmətlik anamın və indi də mənim müəllimim idi. Belə müəllimlərim bir neçə nəfər idi məktəbdə: həm valideynlərimin, həm də mənim müəllimim oldular. Məktəbə getdiyimə görə uşaq bağçasına qardaşım tək getməli oldu.

Məktəbin həyətində oynayanda gördük ki, kəndimizə arxası adam və ev əşyaları ilə dolu avtomobil karvanları gəlir. Nə baş verdiyini anlamadığımıza görə müəllimlərimizdən soruşduq ki, bunlar kimdi? Müəllimlərimiz dedi ki, onlar müharibənin qurbanı olaraq öz yurd ”“ yuvalarından didərgin düşən məcburi köçkünlərdi.

Kəndimizə işğal olunmuş rayonlarımızın bir çoxundan pənah gətirən ayağını don vurmuş uşaqları və qadınları bizim uşaq baxçasında yerləşdirdilər. Ondan sonra kənd uşaqlarımızın bağça arzusu da məhv oldu. Müharibə həm bizim kənd uşaqlarının arzusunu, həm də öz yurd ”“ yuvalarından didərgin düşmüş uşaqların arzusunu ürəyində qoydu. Bundan sonra kəndimizin bir çox uşaqları bağçaya gedib öz tay ”“ tuşları ilə dostluq edirdilər. Çünki, onlar yatdıqları çarpayını öz qardaş və bacılarına vermişdilər. İndi kəndimizdəki uşaq bağçasından bir çox sakinlər şəhərciklərə köçüb. Amma, uşaq bağçasında yaşayanlar da var. Müharibə beləcə neçə - neçə uşağı şikəst elədi.

Vasif Əlihüseyn
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər