Akif Səməd yaradıcılığında sufilik
Oxunub: 7106
21 Jul 2014 | 17:23
Akif Səməd yaradıcılığında sufilik

Öncə onu deyim ki, Akif Səmədin doğulduğu Aslanbəyli kəndində qədim bir qəbristanlıq, o qəbristanlıqda ağır ellərin ziyarətgahı olan hacı Mahmud Əfəndinin türbəsi var. XIX əsrin sonlarında tikilmiş bu türbədə iki məşhur şəxs- Hacı  Mahmud Əfəndi və  Seyid Yasin Əfəndi -Seyid Mir Həmzə Nigarinin müridləri olmuş biri sünni, digəri şiə olan iki böyük şəxsiyyət uyuyurlar. Akif də ağlı kəsəndən bu şəxslərlə bağlı söhbətləri dinləmiş, Seyid Nigari qəzəllərinin oxunduğu məclislərdə olmuş, sufiliyin saf və müqəddəs duyğularını ruhuna, varlığına hopdura bilmişdir.

Nəsimidən, Füzulidən,Yunus Əmrədən, Aşıq Veysəldən, Aşıq Şenlikdən üzü bəri sufi ədəbiyyatının bütün incəliklərinə bələd olan Akif ruhundakı ağrını, acını anlamağa çalışır, çalışdıqca da fani dünyanın əvvəlində və sonunda söz dayandığını bilərək ona-Sözə doğru gedir:

Yanmaq yaraşır ömrə,

Qulam, Allahdan əmrə.

Nəsimi, Yunus Əmrə,

Sözümə yol gedirəm.

Sufiliyin hеç bir bаğlılıq оlmаdаn Аllаhlа оlmаq anlamı baxımından Akif özündən əvvəlki sufilərin yolunu davam etdirir və əslində söz deyəndə də onları nəzərdə tutur və Nəsimiyə, Yunus Əmrəyə doğru getdiyini bildirir.

Alçaqkönüllülük, dərvişlik  Akifdə yetərincədir. Bütün yaradıcılığı boyu keçən bu xəttə Akif sadiq qalır:

Onnan istə izin,

Ayağa sürt üzün

Qızıla yum gözün,

Sən Ona bax, Ona.

Süfyаn Suri dеyir: «Sufi аrаm və rаhаtlıq, yохsulluqdа bəÑ…şiş dеməkdir.»  Akif Səməd isə bu fikri özünün söz süzgəcindən, ağıl ələyindən keçirib belə ifadə eləyir:

Nə ağlarsan dərdli bülbül,

Hələ ayın onu deyil.

Dostun yaxasız köynəyi

Hər kişinin donu deyil.

 

Nə çoxdur şeytan nökəri,

Şərə işlədir təkəri.

Söpzünü deynən çəkəri,

Hamı nəfsin xanı deyil.

Bunu demək üçün həqiqətən də belə bir ömür yaşamalı, nəfsə qul olmamalısan. Söz xatirinə söz deməyin qatı əleyhdarı olan Akif Səməd sözün çəkisini, qiymətini və dəyərini belə qiymətləndirir:

Yurd yerində söz uludu,

Qurda döndü, söz uladı.

Nəsimidi, Füzulidi,

Yunis Əmrədi- bəsdi Söz.

Akif şeirlərində tez-tez işlənən “Söz” və “O” ifadələri eyni məna kəsb eləyir. Hər dəfə də bu sözlərin yeni çalarlarını tapan, onu yeni keyfiyyət və məzmunda işlətməyi bacaran şair yolunun Ona və Sözə doğru getdiyini və bu yolun sonsuzluğunu bilir, bildikcə də sonsuzluqda görünən işığa can atır:

Daşda bitən kolmuşam,

Öz-özümü yolmuşam.

Özümdən yol almışam,

Özümə yol gedirəm-deyən şair vəhdəti-vücuda inam gətirərək təsəvvüf məktəbinin davamçısı olduğunu, Allahla vəhdətdə olduğunu və onun zərrəsi olduğunu dərk edir.

Fələknən şərik malı olmayan Akif Səmədlə zarafat eləyən fələyə, mələk və ürək də qoşulur  və onun inamında, əqidəsində sabitqədəm olub-olmadılğını yoxlayırmışlar kimi sınağa, imtahana çəkirlər. Lakin şair :

Nəfsə qul deyiləm, qaçağam,

Elə bilirlər qoçağam.

Şeytanla qanlı bıçağam,

Mələk mənnən zarafatda- deyərək bir daha bəyan eləyir ki, hər hansı ürək ağrısı, can ağrısı onu yolundan döndərəsi, dünya malına qul eləyəsi gücdə deyildir.

Mayası saflıqdan, halallıqdan yoğrulmuş bu insan oğlu ilahi Eşqin qulu olmaqla  Tanrı sevgisinin dadını, ləzzətini poetik dillə  təsvir etməkdə aciz deyildir. Gülə can verən arı kimi missiyasını yerinə yetirir, dünyaya gəlişinin məna və əhəmiyyətini dərk edir, bəşəri və ilahi düşüncələr aləmində  Onu səsləyir:

 Gülümə arı gəlməsin,

And ver, sən tanrı, gəlməsin.

Dünyanın varı gəlməsin,

Adama bircə O gəlsin.

 Məncə özünüdərkin kökündə özünüməhv durur. Bunu elə Nəsiminin timsalında götürək. Nəsimi artıq özünüdərkin bir addımlığında idi və necə olursa olsun, haqqa qovuşmalıydı. O özü də bunu dərk edir və ölümün qucağına gedirdi. Çünki özünüdərkdən sonra insan Allahlıq iddiasına düşə bilər və Tanrı ilə insan arasında olan bu sərhədi keçmək izni bəşər övladına verilməmişdir.

Akif Səməd də bu hikməti bilir, bu hikmətə boyun əyir:

Kainat bomboşdu,

Bir Odu, bir bizik.

Boşluq bizə xoşdu,

Bəlli O, sirr bizik-deyərək yolunun bəlli nöqtədə sona çatacağını bilir və sirr olan özünün də sirrinin açılacağına inamını ifadə edir.

          Digər sufi alimi Zunnun Misri dеyir: «Sufilər Аllаhı hər şÐµydən üstün tutаn kəslərdir. Аllаh dа оnlаrı hər şÐµydən üstün tutmuşdur.»

Akif də Allahın sevimli bəndəsi idi. Dünyanın faniliyini dərk etməyənlər opponentlik edib deyə bilər ki, necə olur, Allah Akifi sevirdisə, niyə o bu dünyada əzabdan başqa bir şey görmədi, malı, pulu olmadı və 45 yaşı tamam eləməmiş ölümün pəncəsinə düşdü.

 Bu sualın cavabını Akifin öz sözüylə deyək:

Pünhan sirrə ağıl irməz,

Könül görər, gözlər görməz.

Güldən gülab çəkən bilməz

“Eşqi mən olanlar bilər.”

 Bu mənada hələ Akifin yaşantılarının onun üçün əzab, yaxud xoş olmasını bilmək, dərk eləmək üçün ən azı Akif Səməd olmaq lazımdır və bu da mümkün deyil. Odur ki Akifin “sirr bizik” fəlsəfəsinin kökündə elə bu durur.

Ruvəym ibni Əhməd Bаğdаdi sufilik hаqdа sоruşduqdа dеyərdi: “ Аllаhın irаdəsi ilə nəfsin öz istəklərindən аyrı düşməsinə dеyilir.» Həmçinin dеyərdi: “Sufilik üç Ñ…islətdən ibаrətdir: Yохsulluğа əl аtmаq, güzəşt və аliаçıqlığı biruzə vеrmək, riyаkаrlıqdаn uzаq оlmаq.”   

          İndi gəlin bu fikrin Akif Səməd versiyalarına baxaq:

Sənə yol gəlirəm,oğlum,

Məzarımdan keçdim gəldim.

İstəsəm ləlnən oynardım,

Bazarımdan keçdim, gəldim.

Yaxud:

Bir vəfasız güldən yana,

Yüz arımdan keçdim, gəldim.

Yaxud:

Mən Akif Səməd deyiləm,

Gədə-güdəyə əyiləm,

Bir Onun qulu sayılan

Adəm, Akifəm, Akifəm...

Yenə islam alimlərindən Məruf KərÑ…i dеyir: “Sufilik həqiqəti tаpmаq və yаrаdılmışlаrın əlindən ümidsizliyi аlmаq dеməkdir.”

Akif də həqiqəti axtara-axtara ürək ağrılarının sadəcə ağrı olmadığını dərk edir, bu ağrıdan, acıdan həzz alır və ona pay verilənin hamıya nəsib olmadığını dilə gətirir:

Fələyindən küsmədim,

Ürəyim ağrıyanda.

Qəlbim ki, ağrımadı,

Ürəyim ağrıyanda.

Yaxud:

Təmiz suda həyat olmaz,

Həyat bir az belə gərək.

Günahı çoxlar yazıqdı,

Onlar sənnən bölə gərək.

Və nəhayət, Akifin vaxtsız ölümünə yanan bizlər yenə də yanılırıq. Akif isə həmin biz yamanladığımız, vaxtsız hesab elədiyimiz ölümü özü çağırmırdımı? Şirin dillə, şirin ləhcə ilə belə deyən Akif deyildimi?

Nə qədər dostlarım qabağa düşdü,

Gecikir, ölümüm, yaman gecikir.

 Amma burada da Akif təzad yaradır, yoxsa bir sirrmi var? Akif deyir ki, sözüm qurtaranda gəlib çıxacaq...

 Bəyəm Akifin sözü qurtarmışdımı?

Yox. Bəs sirr nədir?

Əslində isə sirr yoxdur və yuxarıda qeyd elədiyim özünüdərk onun sonunu çatdırmışdı və Haqqın hökmündən o yana elə Haqqın özüdür və Akif də missiyasını başa vuraraq:

“Öldü deməyin dostlar,

Akif yatmağa getdi” fikrinə sadiq qaldı.

                   Şəmsi  Qoca

 


Oxşar xəbərlər
10:21, Bu gün
"Oğluma şərh yazan qadını tapdım və onun..." - Elmar Məmmədyarov 
10:14, Bu gün
V ixtisas qrupu: Keçid balları artacaq?
10:09, Bu gün
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
09:57, Bu gün
“AtraBank” və “Texnika Bank”ın əmlakları hərraca çıxarılır
09:47, Bu gün
Sabiq maliyyə naziri ÇAĞIRIŞ ETDİ: "İşsizlik problemi daha da ağırlaşıb və zaman keçdikcə də pisləşəcək"
09:41, Bu gün
Orxan Lökbatanlı meyxanadan buna görə uzaqlaşıb
09:38, Bu gün
Qəzzada İsrailin "tam qələbəsi" mümkün deyil... -Blinkenin müavini-"Politico"
09:31, Bu gün
Qoşunlar çıxarılır - Paşinyan Əliyevin daha bir tələbini yerinə yetirdi
09:26, Bu gün
Dolların dünya bazarındakı son vəziyyəti
09:23, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
09:17, Bu gün
ABŞ prezidentliyinə namizədin beynini qurd yeyib - ŞOK FAKT açıqlandı
09:12, Bu gün
Qarabağın elektron xəritəsi hazırdır - VİDEO
09:03, Bu gün
Xocalı canisi Köçəryan hakimiyyətə qayıdır... -Zəngəzur yolu açılır?..
09:00, Bu gün
Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti...
08:44, Bu gün
Rusiyanın inanılmaz hücumu: Kiyevin kabusu gəldi
08:39, Bu gün
Xərçəngdən qorunmaq üçün  4 VACİB QAYDA
08:22, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
08:14, Bu gün
Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin!
08:05, Bu gün
“Google” azad olunmuş ərazilərin erməni dilində olan toponimlərini niyə salmır?
08:02, Bu gün
Ukrayna Rusiya ərazisində yanacaq daşıyan qatarı vurdu...-Yanğın davam edir..
07:56, Bu gün
Həbsdən çıxıb narkotik puluna görə arvadını öldürdü - Bakıdakı qətlin DETALLARI
07:43, Bu gün
Tale may ayında iki bürcün gücünü sınayacaq: Çətinliklərə hazır olun
07:13, Bu gün
İnstaqramda tanış olduğu qadın kişi çıxdı - Ağlagəlməz fırıldaq
07:01, Bu gün
İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə üç xalı əldən verib
06:57, Bu gün
Şuşa sakini: “Tarix öyrətdiyimiz uşaqlar, şagirdlər özləri tarix yazdılar”
06:54, Bu gün
Daha 38 ailə doğma Şuşa şəhərinə qayıdır - CANLI YAYIM
06:33, Bu gün
Putin ordusu Xarkov vilayətində sadəcə “bufer zonası” yaratmaq məqsədi güdür...- “ISW”
06:17, Bu gün
Yaponiyada hərbi süni intellektin inkişafı mərkəzi açılacaq
06:16, Bu gün
Rusiya ordusu Ukraynanın daha bir kəndini işğal edib
06:15, Bu gün
Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb
06:12, Bu gün
Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
05:55, Bu gün
Övlada hansı adın qoyulmasının nə mənası var?..
00:17, Bu gün
“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - VİDEO
00:16, Bu gün
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışlayıb
13 May 2024 | 23:24
"Gürcü deputatlar minlərlə etirazçılara məharətlə kələk gəlib" - "Exo Kavkaza"
13 May 2024 | 23:14
Şoyqunu 2 il əvvəl Putinə verdiyi bu təklif bitirib...
13 May 2024 | 22:04
Britaniyalı boksçu ilk peşəkar döyüşünə çıxdı, rinqdə öldü
13 May 2024 | 21:59
"İsveç öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır" - İsveç baş naziri
13 May 2024 | 21:42
Zaxarova: “Ukraynalıların gələcəyi Qərbi qətiyyən maraqlandırmır”
13 May 2024 | 21:36
Sabah bəzi ərazilərdə qaz olmayacaq
13 May 2024 | 21:35
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
13 May 2024 | 21:31
“Bizə qarşı çıxanların cavabını layiqincə verəcəyik”
13 May 2024 | 21:02
Azərbaycanda 15 ildən sonra İLK: Güzdək Bozdağı palçıq vulkanı yenidən püskürdü
13 May 2024 | 20:59
Rusiya mayın 9-da Kiyevdə dörd terror aktı hazırlayıb...
13 May 2024 | 20:32
Əli Zülfüqaroğlu ƏHD Partiyası mətbuat xidmətinin rəhbəri təyin olunub
13 May 2024 | 20:29
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini dəyişib
13 May 2024 | 20:27
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
13 May 2024 | 20:24
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
13 May 2024 | 20:22
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
13 May 2024 | 20:08
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
13 May 2024 | 20:07
Qurban Qurbanov: “Komandalarımızın maliyyə probləmləri var”
13 May 2024 | 20:03
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
13 May 2024 | 19:55
Paşinyan Danimarkaya getdi
13 May 2024 | 19:51
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
13 May 2024 | 19:44
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
13 May 2024 | 19:16
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
13 May 2024 | 18:47
İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO
13 May 2024 | 18:35
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
13 May 2024 | 18:30
Prezident İlham Əliyev: “Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”
13 May 2024 | 18:25
Sabah bu ərazilərdə su kəsiləcək
13 May 2024 | 18:20
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - YENİLƏNİB + FOTO
13 May 2024 | 18:15
BDU-da Astana nümayəndələri ilə görüş keçirilib - FOTO
13 May 2024 | 18:10
Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO
13 May 2024 | 18:05
Ərdoğan Mitsotakislə görüşdü - FOTO
13 May 2024 | 18:00
Hərbi Hava Qüvvələrində MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
13 May 2024 | 17:55
“Xarıbülbül” festivalı təkcə mədəni deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu - ŞƏRH + FOTO
13 May 2024 | 17:53
Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13 May 2024 | 17:50
Nəsibə Zeynalovanın heç yerdə görmədiyiniz şəkilləri - FOTO
13 May 2024 | 17:45
Vahid Ələkbərov sərvətinin böyük hissəsini Rusiyadan çıxarıb: Gizli yerdə saxlayır
13 May 2024 | 17:40
Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO
13 May 2024 | 17:35
"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
13 May 2024 | 17:30
Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO
13 May 2024 | 17:27
Son 165 ilin ən güclü maqnit qasırğası baş verib
13 May 2024 | 17:25
Fransanın gecikən bəyanatı: Makron hökuməti geri çəkilir - ŞƏRH + FOTO
13 May 2024 | 17:20
15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın
13 May 2024 | 17:18
Güclü yağış iki rayonu birləşdirən yolu yararsız hala salıb - FOTOLAR
13 May 2024 | 17:13
Azərbaycanda vəzifəli şəxsin məhkəməsi başlayır
13 May 2024 | 17:09
Ərdoğan Mitsotakislə görüşdü
13 May 2024 | 17:08
Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq
13 May 2024 | 17:03
Şəhid qardaşı: "Onun nəşinin tapılması bizə böyük təskinlik oldu"
13 May 2024 | 17:00
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
13 May 2024 | 16:58
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
13 May 2024 | 16:56
Şahdağa qar yağır - FAKTİKİ HAVA 
13 May 2024 | 16:54
İrandan ölkəyə 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən şəxslər həbs olundu - FOTO/VİDEO
13 May 2024 | 16:50
Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL
13 May 2024 | 16:45
Ağcabədidə 40 yaşlı kişi öldürüldü
13 May 2024 | 16:40
Mariya Stadnikin atası vəfat etdi
13 May 2024 | 16:35
Rəqəmsallaşmanın həll edə bilmədiyi növbə problemi
13 May 2024 | 16:30
Saxta hərbi bilet satan şəxslərin işi MƏHKƏMƏDƏ
13 May 2024 | 16:25
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib - FOTO
13 May 2024 | 16:20
Prezidentin Şuşadan etdiyi çağırışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...
13 May 2024 | 16:15
Tehranın müsəlman qardaşlığı avantürası: İran islam dünyasını şantaj edir - ANALİZ + FOTO
13 May 2024 | 16:07
"Rusiya terroruna yalnız konkret silahla cavab vermək olar..."
13 May 2024 | 16:02
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
13 May 2024 | 15:57
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13 May 2024 | 15:53
Mərkəzi Bankda YENİ TƏYİNAT
13 May 2024 | 15:49
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
13 May 2024 | 15:46
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13 May 2024 | 15:44
İmişlidə yanğın olub - VİDEO
13 May 2024 | 15:40
Nəsimi Paşayevə ağır itki
GÜNLÜK
13 May 2024 | 10:57
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
13 May 2024 | 10:49
Azərbaycanda minimum əmək haqqı artırılacaq
13 May 2024 | 10:35
“Ermənistanda hakimiyyətə Köçəryan kimilər gəlsə də, Rusiya Azərbaycanla bir olacaq...”
13 May 2024 | 11:23
Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın QEYB ELMİNƏ bəllidir
13 May 2024 | 14:14
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
13 May 2024 | 11:53
Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub
13 May 2024 | 13:48
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13 May 2024 | 11:05
Şoyqunun istefa verməzdən əvvəlki son açıqlaması ÜZƏ ÇIXDI
13 May 2024 | 10:44
Mətanət Tatlısəsi elə qucaqladı ki... - FOTO
13 May 2024 | 10:35
"Sədərək"də YANĞIN olub? - RƏSMİ AÇIQLAMA
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
AYLIQ
13 May 2024 | 10:57
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
13 May 2024 | 10:49
Azərbaycanda minimum əmək haqqı artırılacaq
13 May 2024 | 10:35
“Ermənistanda hakimiyyətə Köçəryan kimilər gəlsə də, Rusiya Azərbaycanla bir olacaq...”
13 May 2024 | 11:23
Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın QEYB ELMİNƏ bəllidir
13 May 2024 | 14:14
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
13 May 2024 | 11:53
Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub
13 May 2024 | 13:48
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13 May 2024 | 11:05
Şoyqunun istefa verməzdən əvvəlki son açıqlaması ÜZƏ ÇIXDI
13 May 2024 | 10:44
Mətanət Tatlısəsi elə qucaqladı ki... - FOTO
13 May 2024 | 10:35
"Sədərək"də YANĞIN olub? - RƏSMİ AÇIQLAMA