Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi... - ARAŞDIRMA
Oxunub: 3443
30 May 2014 | 14:22
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...  - ARAŞDIRMA
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) devriləndən sonra məcburiyyət səbəbindən Məhəmməd Əmin Rəsulzadə vətəni tərk edib. Onun Novxanı kəndində yaşayan ailəsi olmazın məşəqqətlərə qatlaşıb. 

Modern.az saytı bu kiçik araşdırmada həmin ailənin başına gələn faciələrdən bəhs edib. 

Sürgündə acından ölən ana: “Gedin o bığlı oğlana deyin ki...”

Həmin bığlı oğlan “xalqlar atası” Stalin idi. Məhəmməd Əmin Rəsulzadə ilə birgə onun evində duz-çörək kəsmişdi. Elə Rəsulzadənin anası Maral xanım da həbs olunarkən Stalinə onu tutanlara bu cür xəbər yollamışdı:

“Gedin o bığlı oğlana deyin ki, Maral xanımı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən”. Biçarə qadın hər şeyi öz saflıq arşını ilə ölçürdü. Elə bu arşınla da ölçə-ölçə acından rəhmətə getdi. Qazaxıstana sürgün olunarkən gündə bir-iki dəfə qəndi suya salaraq sümürürdü. 28 gün qatarda sürgün yolu gedən qadın çox dindar idi: 

“Mən acından ölərəm, amma kafir yeməyi yemərəm” deyirdi. Ailəsinin başına gətirilən bu cür faciələr onu onsuz da ölü halına salmışdı. Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyən Maral xanımı fəlakət içdən yedi və o elə həmin il, yəni 1937-ci ildə dünyasını dəyişdi.


Oğul dərdindən bağrı çatlayan Ümbülbanu...

Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olan həyat yoldaşı Ümbülbanu xanımın ürəyi iki səbəbdən partladı. Qazaxıstan sürgününə də dözə bilərdi. Amma bütün ruhunu oğlu Rəsulun yanında qoyub gəlmişdi. Rəsulu hamıdan birinci həbs etdilər. O zaman vur-tut 19 yaşı vardı. Sonra da yerdə qalan ailə üzvlərini həbs edib Qazaxıstan çöllərinə yolladılar. Ümbülbanu xanımın bütün ruhu oğlunun yanında qaldı. Elə bütün günü “Rəsulu nahaq tutdular” deyib ağlayırdı. Bir tərəfdən də ailəsinin ağır sürgün həyatı onu tamam sarsıtmışdı. 

Hələ bunlar son deyildi. O öz həyat yoldaşından da xəbərsiz idi. Məktublaşmaların arası kəsildiyindən ərinin harada olması və vəziyyəti haqqında heç nə bilmirdi. Amma Rəsulzadənin tərəfini heç zaman vermirdi. Ona “Məhəmməd Əmin xaricdə rahat yaşayır, siz isə əzab çəkirsiz” desələr də, bütün bunlara məharətlə sinə gərirdi. Daim onunla əlaqə yaratmağa çalışırdı. Oğlu Azər də sonralar xatirələrində anasını bu cür təsvir edib: 

“Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə gedən gündən Rəsulun adı dilindən düşmürdü. “Oğlumu nahaq güllələdilər» deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü. Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, “Məhəmməd Əminlər belə etdi, Məmməd Əminlər elə etdi...”. Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə...”. 

Ümbulbanu xanım savadlı və fədakar qadın olduğundan Məhəmməd Əminin böyüklüyünü o olmayanda belə, ailədə qoruyub saxlayıb. Amma o da bir qadındır. Üzləşdiyi ağır faciələrə sinə gərə bilməyərək, 1940-cı ildə sürgündə 51 yaşında vəfat edir. 1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə, heyrətə gətirir: 

İstintaq materiallarından:

”“ Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?

”“ Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.

”“ Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?

”“1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.

”“ Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?

”“ Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq..." 

(Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə”, Bakı, Gənclik, 1991).

Soyuqdan donaraq ölən Lətifə...

Lətifə Rəsulzadənin ilk övladı idi. Elə faciələrin ən ağırını yaşamaq da deyəsən onun payına düşmüşdü. 1912-ci ildə anadan olan Lətifə atasını sonuncu dəfə 8 yaşı olarkən görmüşdü. 1930-cu ildə isə bu xanıma ailə qurmaq nəsib olur. Üç qız uşağı dünyaya gəlir. Amma heyhat, sən demə, elə faciələr bundan sonra başlayırmış”¦ 
Lətifə xanımı iki qızı ilə birgə Qazaxıstana sürgün edirlər. Lətifə uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilmədi. 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yumdu. O, biri qızı 13 yaşlı Firuzə səhər yuxudan ayılanda sevimli anasını və bacısını ölmüş gördü...

Təbii ki, bundan sonra Firuzənin taleyini təsvir etmək o qədər də asan deyil. Amma onun bir bacısı var idi ki, uşaq sanatoriyasına verildiyindən onlarla birgə sürgünə gəlməmişdi. Sona adlı bu xanımın taleyi haqqında indi də heç nə bilinmir.

Belə ki, Rəsulzadənin itkin nəvəsi Sona ilə yanaşı, onun ikinci qızı Xalidə də itkin düşdü. 1940-cı ildə Ümbulbanu xanımın vəfatından sonra kiçik övladlar Azərlə Xalidə tək qalırlar. Artıq ailə darmadağın olunur. Xalidə xanım sürgündə nənəsi Maral xanımı, anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn edir. Bundan sonra isə faciə növbəsi ona çatır. 24 yaşında ikən Qazaxıstandan baş götürüb Bakıya qaçır. Nakam qız Bakıya gəlib çatsa da, az keçməmiş itkin düşür. İndiyə kimi də harda olduğu bilinmir.

Qardaşı Azər onu hər yanda axtarır. Çox yerlərə xəbər göndərir. Amma ölənə qədər bu istəyinə çata bilmir. Əli bütün ailəsindən üzülən Azər ömrünün son günlərinə qədər Xalidə ümidi ilə yaşayır”¦ 

Rəsulzadə ailəsinin oğul qurbanı ”“ Rəsul...

“Qırmızı dəyənək” Rəsulzadə ailəsindən ilk olaraq oğlu Rəsula dəymişdi. O, 1937-ci ildə həbs olunarkən vur-tut 19 yaşı var idi. Onu uzun müddət məktəbdə və digər yerlərdə incitdilər. Artıq gənc yaşında həyatdan bezmişdi. Lakin günlərin bir günü qardaşı Azərlə birgə Novxanıda olarkən onu haqlayırlar. Rəsulun həbsi bütün ailəyə zərbə vurur. Ölümü isə artıq bütün ailəsinin ölümü idi. Hətta kiçik qardaşı Azər də bununla barışmayıb özünü quyuya atıb öldürmək istəyirmiş”¦ Rəsul haqqında qohumları sonradan öz xatirələrini danışarkən məyusluqlarınız gizləyə bilməmişlər. 

Nəhayət, sonuncu övladı ”“ Azər...

O Azər ki, Məhəmməd Əminin uzun ömür yaşayan yeganə övladı oldu. Əgər buna yaşamaq demək olarsa. Azər iki aylıq olanda Məhəmməd Əmin evə gələrək öz körpəsini öpür, adının nə olduğunu soruşur. Ümbülbanu xanım isə uşağın adını Əliheydər qoyduqlarını deyib.

Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir:

”“ Yox, bu, Əliheydər olmayacaq. Bu azəri oğludur: Azər olacaq.

Məhəmməd Əmin oğlu Azərlə belə görüşüb ayrılır. Və onlar bir daha görüşmürlər. 

Gözünün qabağında bütün ailəsi pərən-pərən olan Azər sonradan Qazaxıstan sürgünündən Bakıya bir dəfə gəlsə də, yenidən geri dönür. Onu həmin illərdə Rəsulzadənin övladı kimi yox, sıravi bir şəxs kimi çox soyuq qarşılayırlar.

Məhəmməd Əmin irsinin araşdırmaçısı Nəsiman Yaqublu Azər bəylə Karaqandadakı (Qazaxıstan) olan söhbətində maraqlı bir detala toxunur. Ona Məhəmməd Əminin indi tamam başqa gözlə baxdıqlarını, bir qəhrəman kimi qəbul etdiklərini və Bakıya gələrsə, onun üçün də yaxşı olacağını bildirəndə oğul bu sualı verib: “Görəsən ora gəlsəm, mənə ev verərlərmi?”.

Bu sualın cavabı indi o qədər də əhəmiyyət kəsb etmir. İndi heç Azər bəy də yoxdur. Amma onun sürgün yaşantılarını əks etdirən xatirələr bu gün də qalmaqdadır: 

“Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin günü güclü yağış yağırdı. «Azneft» meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməcələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...

Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu...“ 

(Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə” kitabından).

P.S. Hamını bircə şey düşündürürdü: Görəsən, Məhəmməd Əminin bütün bu faciələrdən xəbəri varmı? Təbii ki, var idi. Amma o bu zaman Azərbaycan adlanan bir ailənin uğrunda vuruşurdu. 1955-ci ilin axırlarında son nəfəsində üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək dünyasını dəyişəndə ailəsindən yalnız Azər qalmışdı. Amma bu ailə dağılarkən beləŞ Azərbaycan və Azərbaycançılıq ideyalarını qura bilmişdi. Bəlkə də biz bu gün həmin o başı bəlalı ailənin faciəsinin məhsulu olan bir ideologiyanın varisləriyik”¦.

Oxşar xəbərlər
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO