İşğaldan azad Kəlbəcərin gələcək inkişaf perspektivləri...-ARAŞDIRMA
Araşdırma
Oxunub: 4837
02 Apr 2021 | 12:36
İşğaldan azad Kəlbəcərin gələcək inkişaf perspektivləri...-ARAŞDIRMA
"Kəlbəcərdə 400-dən çox mineral bulaq var. Hər il  təkcə 4 milyard litr İstisu axıb çaylara tökülür...”
 
Bu günləri, yəni martın sonu –aprelin əvvəllərini artıq 28-ci ildir ki, vərdiş etdiyimiz kimi, Azərbaycanın həddindən artıq əsrarəngiz təbii gözəlliyinə malik cənnət guşəsi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının növbəti hüznlü ildönümü günləri olaraq keçiririk. Ancaq ötən illərdən fərqli olaraq bu dəfə, nəhayət, biz həmin ildönümünü digər rayonlar kimi, Kəlbəcəri də işğalçılardan azad etmiş qalib bir ölkə kimi qarşılayırıq. Və 4 aydan çoxdur ki, biz artıq işğaldan azad edilmiş Kəlbəcərdəki bərpa və quruculuq işləri, on illərlə o yurdların həsrəti ilə qovrulan keçmiş məcburi köçkün soydaşlarımızın Böyük Qayıdışı haqda düşünürük...
Bu baxımdan Moderator.az da  yaxın illərdə təbii resurslarla çox zəngin olan Kəlbəcər rayonunun iqtisadi-sosial həyatının əsasən hansı istiqamətlərdə qurulacağına dair ilkin bir araşdırma aparmağa çalışıb.    
 
“İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı; 1 obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib”.
 
Kəlbəcər rayonunun  2020-ci il noyabrın 25-də işğaldan azad olunmasından dərhal sonra İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı şərhdə belə deyilir.
 
“Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə "sarı metal"ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaqdır.
 
Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq.
Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarıxı abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir.
 
Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Torpaq örtüyünün əmələ gəlməsində relyef və iqlim mühüm rol oynayır, Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçiliq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdirmək olar. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ-çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır”
 
Bu rəsmi şərhdən belə nəticəyə gəlmək olur ki,  əhalinin o torpaqlarda məskunlaşdırılması ilə paralel və ondan sonra Kəlbəcərin zəngin təbii ehtiyatlarından əsasən 12 istiqamət üzrə yetərincə yararlanmaq mümkündür:
 
-dağ-mədən sənayesi;
-ayrıca qızıl, civə və xrom hasilatı;
-tikinti materialları bazası(adi daş, mişar daşı,  ağac və s.);
-heyvandarlıq;
-mineral və müalicəvi su istehsalı;
-kurort və sanatoriya tikintisi;
-əkinçilik;
-bağçılıq;
-tərəvəzçilik;
-arıçılıq;
-əczaçılıq bazası(dərman bitkiləri və s.);
-balıqçılıq;
-turizm.
 
Bundan başqa, Kəlbəcərdə, zərurət olacağı təqdirdə, təbii ki, ekoloji tarazlığı qorumaq şərti ilə dağlardakı küləkdən və dağ çaylarının sularından yararlanmaqla elektrik enerjisi hasilatı da mümkündür.
 
Məsələ burasındadır ki, sovet dövründə hər şey Moskvanın göstərişi ilə edildiyindən digər bölgələrimiz kimi, Kəlbəcərin də potensialı gərəyincə öyrənilib, araşdırılmayıb. Buna görə də aylar, illər keçdikcə rayonun yeni-yeni iqtisadi-sosial inkişaf imkanları üzə çıxacaq...
 
1989-1990-cı illərdən bəri ermənilərin separatçılıq və işğalçılıq hərəkətləri ilə əlaqədar Kəlbəcərdə də quruculuq, abadlıq, təsərrüfat, sənaye və s.  işləri tənəzzülə uğramağa başlayıb.  Kəlbəcər rayonu cəmi 1 il 5 ay ərzində müstəqil Azərbaycan Respublikasının nəzarətində olub. Və təbii ki, bəhs edilən illərdə də erməni problemi göz açmağa, quruciluq, inkişaf barədə düşünməyə macal verməyib... 
 
Tanınmış kəlbəcərli həmkarımız Elxan Salahovun Kəlbəcərin işğaldan azad olunmasından sonra -  2020-ci il  dekabrın 31-də  “Dəlidağ.az” portalında  təqdim edilmiç  “Kəlbəcərin bərpa planı: sovet dövründə yarımçıq qalan layihələr yenidən diqqətdə...” məqaləsində  rayon ərazisində sovet dövründən yarımçıq qalmış layihələr  barədə bunları deyir:
 
İşğaldan əvvəl Murov yolu və tunel kompleksi ilə yanaşı, Kəlbəcər şəhəri yaxınlığında “Taxta düz” adlanan ərazidə hava limanının inşa edilməsi, rayon ərazisində civə zavodunun tikintisi, Tərtər çayının sahili boyunca Ağdərə yoluna alternativ kimi yeni avtomobil yolunun çəkilməsi də diqqət mərkəzində olub. Nazirlər Sovetinin 1990-cı il, 21 may tarixli 212 nömrəli qərarı ilə təsdiq olunmuş tədbirlər planına əsasən 1995-ci ilədək başa çatdırılmalı olan layihələr aşağıdakılar idi:
– Tunel-Bəylik-Hacısamlı yolunun yenidən qurulması;
– Gəncə-Kəlbəcər-Laçın-Həkəri avtomobil yolu boyunca bütün yaşayış məntəqələrinin telefonlaşdırılması;
– Kəlbəcər, Laçın və Qubadlı rayonlarında yanacaqdoldurma məntəqələrinin qurulması;
– Kəlbəcər rayonu üçün yeni enerji ehtiyat xəttinin, təbii qaz kəmərinin çəkilməsi;
– Mərmər və digər tikinti materiallarının istehsalı müəssisələrinin qurulması və s…
 
Bundan başqa, Nazirlər Sovetinin müvafiq qərarı ilə Dövlət Plan Komitəsinə Kəlbəcər rayonunda sosial-mədəni-məişət, sağlamlıq, ticarət və istehsalat müəssisələrinin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Hətta bu layihələrin icrasına nəzarətin təşkili məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarət xüsusi qərargah da yaradılıb.
 
Sovet dövründə “Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olan rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanovun 1989-cu ilin noyabrında növbəti Kəlbəcər səfərindən sonra dərc etdiyi “Dağlara qış gəlir” adlı məqaləsindən əvvəllər də  Moderator.az oxucuları üçün təqdim etdiyimiz və  bu gün yenidən təkrarlamağı zəruri saydığımız bir neçə ibrətamiz parça bir daha bu rayonun xalqımız, dövlətimiz üçün  nə qədər böyük bir xəzinə olduğunu təsdiqləyir və eyni zamanda Kəlbəcərə Böyük Qayıdış proqramının nə dərəcədə çətin, mürəkkəb bir vəzifə olduğunu,  bunu icra edəcək məmurların isə nə qədər ağır və məsul bir işə cavadeh olduqlarını xatırladır:
 
“Kəlbəcər yaylaqlarında 400-dən çox mineral bulaq var. Hər il  təkcə 4 milyard litr İstisu axıb çaylara tökülür. “İstisu” mineral sudoldurma zavodunun illik istehsal gücü isə 19 milyon butulkadır. Ona görə də yaxın vaxtlarda həmin rəqəmi 100 milyon butulkaya çatdırmaq üçün imkanlar, ehtiyat mənbələri götür-qoy edilir...
... Rayon partiya komitəsinin katibi Münəvvər Əliyeva nigaran görünürdü. Səbəbini soruşduq. 
 -Bilirsinizmi, - dedi. – Artıq “İstisu” sanatoriyası ilboyu fəaliyyət göstərir. İstirahət etmək istəyənlər çoxdur. Yataq və müalicə korpusları da xəstələri qəbul etməyə tam hazırdır. Lakin məsələ burasındadır ki, yolun uzaqlığı, həm də narahatlığı müəyyən çətinlik törədir.
 
Katibin narahatlığını anlamaq çətin deyil. Ona görə də sanatoriyanın baş həkimi ilə təcili tədbirlər müəyyənləşdirilir, vəzifələr bir  daha konkretləşdirilir. Axı Dəlidağın qoynunda yerləşən sanatoriyanı ilboyu işlətmək həqiqətən ciddi hazırlıq, səy və qayğı tələb edir...
...Son günlər havaların birdən-birə dəyişməsi, dağlarda qarlı-çovğunlu günlərin başlanması adamları istər-istəməz həyəcanlandırmışdır.  Axı dumanda, qarda vertolyot uçmur. Yeganə yol - Laçın yolu isə çox uzaq, həm də narahatdır(1989-cu  ilin yayından erməni ekstremist və terrorçularının mütəmadi hücumları nəticəsində Tərtər-Ağdərə-Kəlbəcər yolu azərbaycanlılar üçün bağlanmışdı-S.L.). Bəs rayona ayrılmış ərzaq mallarını, tikinti materiallarını və s. necə gətirməli?..
***
...İndiyə kimi Kəlbəcər kimi qənirsiz gözəlliyi, saf havası, minbir nəğmə ilə dil açan gülləri, çiçəkləri, meşələri olan bir rayonda cəmi 2 min arı ailəsi saxlanılırdı. Halbuki heç bir xüsusi zəhmət və xərc tələb etməyən arıçılıq bu yerlərdə ənənəvi məşğuliyyət hesab edilib. Bu məsələ də özünün uğurlu həllini tapmaqdadır. Yaxın vaxtlarda ixtisaslaşdırılmış arıçılıq təsərrüfatları yaratmaqla arı ailələrinin sayını 50 minə çatdırmaq qərara alınmışdır... 
 
***
...Ala göllər Sarıyer yaylağında, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşir. Deyilənlərə görə, ümumi sahəsi Göy göldən 5 dəfə böyükdür. Saf dağ bulaqlarının axıb töküldüyü göl forel balığı ilə çox zəngindir. Lakin indiyə kimi həmin qiymətli ehtiyat mənbələrindən demək olar ki, istifadə edilməmiş, təsadüfi adamlar buranı alver mənbəyinə çevirmişlər. Mütəxəssislərin hesablamalarına görə, Ala göllərdə  ildə 150-200 ton forel balığı yetişdirmək mümkündür. Həmin məqsədlə bu yaxınlarda orada “Balıqçı evi” tikilmişdir...”
 
Kəlbəcərin Tərtər, Tutxun, Lev, Zəylik, Keşdək, Qaraağac  və s. çayları da, Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl və s. kimi bir çox göllərində də onlarla növ, o cümlədən qızılxallı balıq, forel tipli nadir balıqlarla zəngindir... 
 
Rayonun gölləri arasında daha çox balıqçılıq potensialına malik isə elə  mərhum həmkarımızın vurğuladığı Ala göllər hövzəsidir.
 
2013-2020-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Milli Məclisin 123 saylı Kəlbəcər seçki dairəsindən deputatı Aqil Məmmədov  Moderator.az-a açıqlamasında vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağdakı şanlı qələbəmizdən sonra digər rayonlarımız kimi, Kəlbəcər rayonu ərazisində də bəzi dövlət qurumları artıq fəaliyyətə başladığından rayonun iqtisadi potensialının yenidən araşdırılması və qiymətləndirilməsi işlərinə start verilməkdə, layihələndirmə proseslərinə başlanmaqdadır.
 
“Bu günlərdə dövlət başçısı Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndi istiqamətindən uzunluğu ümumilikdə 190 kilometrə yaxın olacaq  yeni yolun çəkilməsi ilə bağlı göstəriş verib. Və həmin  yolun çəkilişi ilə bağlı ilkin layihələndirmə işlərinə artıq start verilib. Tezliklə istifadəyə veriləcək bu yol Kəlbəcərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, gələcəkdə o dağlara, meşələrə, yaylaqlara səyahət edəcək daxili və xarici turistlər üçün də əlverişli və eyni zamanda gözəl və mənzərəli bir yol olacaq. Təbii ki, dövlətimizin uğurlu siyasəti sayəsində yaxın zamanda relyef baxımından daha rahat olan tarixi Tərtər-Ağdərə-Kəlbəcər yolu da nəzarətimizə veriləcək ki, bu da rayonumuzun gələcək iqtiasadi inkişafında öz müsbət rolunu oynayacaq”.
 
Deputat artıq Kəlbəcərin məşhur İstisu ərazisində tədqiqat işlərinə başlandını da qeyd edib.
 
“Aidiyyəti qurumlar artıq öz nümayəndələrini İstisuya göndəriblər. İlk laborator analizi 1927-ci ildə aparılmış İstisu müalicəvi mineral suyunun daha müasir üsullarla analizinə başlanılıb. Hələ o vaxtkı müayinələr göstərib ki, keyfiyyətinə, dadına və müalicəvi xüsusiyyətlərinə görə İstisu dünya mineral suları arasında ən birincilərdən biridir.  Eyni zamanda İstisu gur bulaqlı, yəni sutkalıq buraxıcılıq qabiliyyəti yüksək olduğuna görə də biz bu təbii sərvətdən mümkün qədər səmərəli istifadə etməliyik. Və bu istiqamətdə dövlətimizin müvafiq proqramı var. İnşallah, bunlar hamısı mərhələli şəkildə həyata keçiriləcək. Bu da gələcəkdə nəinki respublikanın, xarici ölkələrin əhalisinin də Kəlbəcərə cəlb olunmasına şərait yaradacaq və bununla rayonda turuzmin inkişafına da təkan verəcək. Bu da, sözsüz ki, dövlətimizin büdcə gəlirlərinin artmasında da öz rolunu oynayacaq. Onu deyim ki, Kəlbəcərin coğrafi mövqeyi, onun zəngin və qeyri-adi relyefi, dəniz səviyyəsindən 3700 metrdən çox uca qarlı zirvələri əsrarəngiz, bənzərsiz təbii gözəlliyi, həmçinin çoxsaylı və maraqlı tarixi abidələri burada həm yay, həm də qış turizmi üçün geniş imkanlar açır... 
Ölkə başçısı işğaldan azad bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, qurulması və gələcək inkişafı üçün öz lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib.  Və inşallah, torpaqlarımızın azadlığı kimi bu işlər də zaman-zaman öz həllini tapacaq...”
 
Biz də ümid edək ki, yaxın illərdə jurnalist kimi Kəlbəcərə sərbəst şəkildə səyahət edərək bilavasitə o dağlardakı, meşələrdəki quruculuq meydanlarından reportajlar, araşdırmalar hazırlayacağıq... 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
22:08, Bu gün
Binəqədidə əməliyyat: odlu silah götürüldü
22:00, Bu gün
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
21:52, Bu gün
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
21:44, Bu gün
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
21:41, Bu gün
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
21:36, Bu gün
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
21:28, Bu gün
Bakıda 4 ulduzlu otel yanır
21:20, Bu gün
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
21:12, Bu gün
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
21:04, Bu gün
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
20:56, Bu gün
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
20:48, Bu gün
Yuxuda telefon görmək nə deməkdir?
20:40, Bu gün
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
20:32, Bu gün
"Kadırov Putinə qarşı çıxıb?.."
20:26, Bu gün
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
20:21, Bu gün
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
20:18, Bu gün
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
20:17, Bu gün
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
20:15, Bu gün
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
20:11, Bu gün
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
20:03, Bu gün
Bu restoranda nöqsanlar aşkarlandı
19:56, Bu gün
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
19:49, Bu gün
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
19:42, Bu gün
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
19:36, Bu gün
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
19:30, Bu gün
İdman etmədən arıqlamağın FƏSADLARI
19:24, Bu gün
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
19:18, Bu gün
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
19:12, Bu gün
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
19:06, Bu gün
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
19:00, Bu gün
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
18:54, Bu gün
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
18:49, Bu gün
"Ağ ölüm”lə mübarizə - FOTO
18:48, Bu gün
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
18:42, Bu gün
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
18:36, Bu gün
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
18:24, Bu gün
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
18:18, Bu gün
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
18:14, Bu gün
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
18:14, Bu gün
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
18:10, Bu gün
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
18:05, Bu gün
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
18:00, Bu gün
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
17:58, Bu gün
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
17:54, Bu gün
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
17:50, Bu gün
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
17:49, Bu gün
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
17:45, Bu gün
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
17:41, Bu gün
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
17:36, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
17:32, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
17:26, Bu gün
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
17:19, Bu gün
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
17:13, Bu gün
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
17:07, Bu gün
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
17:02, Bu gün
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
16:57, Bu gün
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
16:57, Bu gün
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
16:50, Bu gün
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
16:44, Bu gün
Şamxal Həsənov vəzifəsindən azad olundu
16:38, Bu gün
İrana vurulan şillə - VİDEO
16:32, Bu gün
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
16:25, Bu gün
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
16:18, Bu gün
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
16:12, Bu gün
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
16:05, Bu gün
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:46, Bu gün
ATMU ali təhsil müəssisələrinin sərgisində
15:45, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
GÜNLÜK
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır