Qəhrəman atanın qəhrəman oğlu
Oxunub: 1838
27 Nov 2020 | 18:35
Qəhrəman atanın qəhrəman oğlu

Yaşanılan hər an yaddaşda həkk olmadığı kimi, yaşayan hər insan da tarixə həkk ola bilmir. Biz bu günümüzdə dünənimizə nəzər saldıqca əslində bu günümüzə işıq saçan dünənimizdə olan qəhrəmanların olduğunu görürük. Şücaətləri, qəhrəmanlıqları örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bu günkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları çoxdur. Belə bir qəhrəmanın və onun davamçısı olan oğlunun ömür yolunu vərəqlədim.

 

1959-cu il 20 fevral tarixində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində doğulan Səfərov Qəzənfər Səfərəli oğlu ömrünü vətən naminə yaşayan qəhrəmanlardan biri idi. Günbəgün azğınlaşan ermənilərin çirkli nəfslərini Naxçıvana saldıqları l Qarabağ döyüşlərində bir çox qəhrəman oğullar kimi Qəzənfər Səfərov da vətənin müdafiəsinə qalxıb. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Buzqov və Kərməçataq kəndləri uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Həmin döyüşlər zamanı yaralanan qəhrəman şəhadətin bir addımlığından dönərək qazi olub.Qəddi-qaməti, qorxmazlığı ilə Koroğluya bənzəyən qəhrəmana el arasında Koroğlu deyirmişlər. Vətən sevgisi ucsuz-bucaqsız olan Qəzənfər Səfərov vətən naminə yaşamaqda qərarlı idi. Bunun üçün də Polis Akademiyasına daxil olub. Uzun illər polis rəisi kimi fəaliyyət göstərib. Nə vətəndən nə vətən sevgisindən doymayan Qəzənfər Səfərov üç oğlunu da bu sevginin işığında böyüdüb. "Vətən sevgisi qandan gəlir" deyimi əbəs deyilməyib. Bunun bariz nümunəsi Səfərovlar ailəsinin ikinci övladı Seymur Səfərovdu. Seymur Səfərovun ömür səhifəsini öz dilindən dinləyərkən bəzən sevinc hissləri yaşadım, bəzənsə çox duyğulandım.

 

Səfərov Seymur Qəzənfər oğlu ll Qarabağ döyüşlərinin qəhrəman qazisi. Qəhrəmanımız 1993-cü il 3 iyunda Bakı şəhər Xətai rayonunda anadan olub. Körpəlikdən ürəyində dərin bir həsrət iz salan Seymur 1999-cu ildə Xətai rayonunda yerləşən 221 N - li məktəbdə təhsil almağa başlayıb. Atası oğlunun vətən sevgisini, hərbiyə olan həvəsini hiss edib. Seymur 8-ci sinifdə Naxçıvanskiyə imtahan verib və imtahandan keçməyi bacarıb. Lakin gözlənilmədən atası dünyasını deyişib. Bu itki Seymuru dərindən sarsıb və o imtahandan keçsə belə məcburiyyətdən Naxçıvanskidə oxuya bilməyib. Yenidən oxuduğu məktəbdə təhsilini davam edən Seymur 2010-cu ildə məktəbi bitirib. 2011-ci il Xətai rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Ağdam rayonunda N saylı hərbi hissədə xidmət edib. Nümunəvi davranışı ilə seçilən əsgər atıcılarda manqa komandiri vəzifəsində çalışıb. 2012-ci il yanvarın 1-də xidmətini başa vurub evinə dönüb.

 

Ailəsinin, doğmalarının çoxu Azərbaycan Respublikasına layiqli xidmət edən Seymur demək olar ki, böyüklərinin davamçısıdır. O, istər atasının, istərsə də dayısı Siyavuş Novruzovun, eyni zamanda dayısı oğlu Nəcəf Novruzovun xalq üçün, Vətən üçün atdığı addımları hər zaman örnək kimi götürürür. Bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rolu olan Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Seymuru bu yolda daim dəstəkləyir. Bu gün qohumları, balaca qardaşı Rüfət ətrafında olan dostlarına Seymurun cəbhədə göstərdiyi sücaətlər haqqında fəxr hissi ilə məlumatlar verirlər. Bütün gənc nəsil kimi Seymur da Qarabağ dərdi ilə böyümüşdü. Bu dərd onun ürəyində düşmənə intiqam, qisas hissi yaratmışdı. Hər dəfə arzularda yer alan Qarabağın işğal altında olmağı hamı kimi onun da səbrini daşırmışdı. O da döyüş əmri gözləyirdi. Nəhayət ki, gözlənilən an yetişdi.

 

27 sentyabr azadlıq qapısının yavaş-yavaş aralandığı və Qarabağ adlı ümidlərin üzərinə işıq düşdüyü gün. Hər dəfə olduğu kimi ermənilər sentyabrın 26-dan 27-nə keçən gecə yenidən təxribata əl atdılar. Bu taxribat bardağı daşıran son damla oldu. Ordumuz geri dönməyəcəkləri yola qədəm qoydular. O yolun yolçuları illərdi o yolu gedəcəklərini səbirsizliklə gözləyən qəhrəmanlar idi. Xalqımız Zəfər yolunun başlanğıcında idi. Çox keçmədi ki, qəhrəman ordumuzun illərlə işğalda qalan torpaqları azad etdikləri xəbəri gəlməyə başladı. Müharibənin ilk başladığı gündən Seymur dəfələrlə hərbi komissarlığa müracət edib könüllü olaraq müharibəyə qatılmaq istədiyini bildirmişdi. Hər dəfə "növbən çatanda çağrılacaqsan" cavabını alan vətən oğlu döyüşə qatılmaqda israrlı idi. Çünki illərlə o bu günün həsrətini çəkmişdi. Düşməndən qisas almaq və torpaqları azad etmək arzusunda olan Seymurun gözlədiyi cavab gəlir. Heç kimə bir söz demədən sentyabrın 29-u  könüllü olaraq ordu sıralarına qoşulmuş, digər könüllülər birlikdə Ballıqayaya getmişdi. Döyüş əmri gözləyən qəhrəman oktyabrın 2-si Talış kəndi uğrunda mübarizəyə başlamışdı. Anbaan irəliləyən güclü ordumuzun qarşısında nə düşmən nə də düşmənin sədləri tab gətirmirdi. Düşmənin 30 il ərzində tikib möhkəmləndirdiyi "aşılmaz səddləri" Azərbaycan Ordusu Seymur kimi qəhrəman oğulların sayəsində aşıb keçirdilər. Ən güclü döyüşlərin getdiyi Suqovuşan uğrunda döyüşlərdə əzmin gücü azadlığa işıq saçırdı. Bu döyüşləri dinləyərkən o anı təsəvvür etmək insanı vahiməyə salır. Bir də o qəhrəmanların həmin anlar nələr yaşadıqlarını düşünmək çətin deyil. Seymur o döyüş zamanı üç şey düşünürdü. Ölməmək üçün mübarizə aparmaq, öldürməyə can atmaq, vətəni son nəfəsdə yaşatmaq. Döyüş komandiri olan Seymur demək olar hər an məqsədinə çatırdı. İrəliyə atılan hər addım işğaldan azad olunan torpağa addım atmaq idi. Bu anın sevinci Seymura güc verirdi. Düzdü, irəliləyən zaman şəhidlərimiz, yaralılarımız olurdu. Hər qarış torpaq qanlar, canlar bahasına azad olunurdu. Ancaq buna baxmayaraq Seymur yolundan dönməməkdə qərarlı idi. Artıq döyüşlər elə bir istiqamətdə gedirdi ki, burada həm güclü döyüş taktikası, həm iradə tələb olunurdu. Düşmənə sarsıdıcı zərbələr vurmaqla onları məhv edən döyüşçülər artıq xeyli sayda əraziləri azad etmişdilər. Seymur və onun dəstəsi Badamdar meşəsini çox çətin şəraitdə olsa da keçməyi bacarmışdılar. 96 saat dayanmadan, yatmadan, normal qidalanmadan vuruşan əsgərlərimiz yağışlı havada dağı yuxarı qalxmağı çətin olsada bacarmışdılar. Sanki əsgərlərimiz mənəvi güc alırdılar. Seymurgilin dəstəsi bir çox strateji yüksəkliyin də azad olunmasına nail olmuşdular. Hər bir yüksəkliyin azad edilməsi düşmənin geri çəkilməsinə təkan verirdi. Oktyabrın 7-si səhər saatlarında Suqovuşan ərazisində Talış kəndi istiqamətində yenidən döyüş şiddətlənir. Döyüşlər zamanı Seymurgilin yanına minamyot düşür, bir neçə nəfər şəhid olur. Bir neçə nəfər də ağır yaralanır. Seymur çoxsaylı qəlpə yarası almasına baxmayaraq ayağı qopan yaralı yoldaşına və digər yaralıya kömək etməyə çalışır. Halbuki Seymur özü gözündən, sağ və sol budundan, başından, əlindən çoxsaylı ağır qəlpə yaraları almışdı. Yaralandıqları yerə tibbi personalın yetişməsi mümkünsüz olduğu üçün onlar digər dəstənin köməyi ilə ərazidən uzaqlaşdırılır. Hər saniyə əleyhinə işləyən Seymur saat 16:00 qədər yaralı halda əsgərlərin köməyi ilə yol gedir. Artıq qan itgisi onu haldan salır.Ömrünün son anlarını yaşadığını düşünən Seymur Kəlimeyi şəhadət deyir. Ancaq bu zaman təcili yardım maşını əraziyə çatır. Demək Seymurun qismətində şəhidlik zirvəsinə ucalmaq yox qazi olmaq var imiş. İlkin yardımdan sonra əvvəlcə Naftalan şəhər xəstəxanasında, sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birində mualicə olunur. Partlayış travması və bir çox qəlpə yarası alan qəhrəmanın sol bud nahiyəsindəki kor qəlpələr isə ömrü boyu onun cismində qalacaq. Çünki çıxarılarsa iflic olması ehtimalı çox böyükdür. Bundan sonra müharibənin izi Seymurun həm xatirələrində, həm də cismində qalacaq.

 

Bu günə qədər çox şəhidin, qazinin, müharibə iştirakçısının həyatın, döyüş yolun dinləmişəm. Əksəriyyətində "son güllə"  və ya "son qumbara" olub. Nə olur olsun istifadə edilməyən güllə və ya qumbara. Hərbiçi özünə çaxacağı gülləni və ya qumbaranı göz bəbəyi kimi qoruyur. Hər dəfə toxunduğunda o anı düşünür. Vətənini əsirlikdən azad edən əsgər düşmənə əsir düşəcəyi təqdirdə, düşünmədən özünü öldürməyə hər an hazır olur. Seymur da mənə "son qumbara" haqqında danışdı. "Mən düşmənə əsir düşəcəyim anda o qumbaranı partladıb son nəfəsimdə də düşmən canı almağı düşünürdüm" dedi.

 

Seymur və onun kimi qəhrəman oğullar ana vətəni azad Qarabağa qovuşdurdular. İllərlə tökülən nahaq qanların qisası alındı. Xalqın ürəyində ümid pöhrələməyə başladı. Müzəffər ordumuzun qazandığı zəfər Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya bəyan etdi. Halqa-halqa birləşən xalq, rəşadətli ordu Qarabağı dövrəyə aldı.

 

MANYA SƏXAVƏTQIZI  

 

Oxşar xəbərlər
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:51
Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
16 May 2024 | 17:47
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:33
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 17:27
Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 17:21
Qarabağ Universitetinə mətbuat katibi axtarılır
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:11
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY + FOTO
16 May 2024 | 17:07
Sahibə Qafarova Alen Simonyanla görüşdü
16 May 2024 | 17:02
Sumqayıtda 12 mindən çox abonentin qazı KƏSİLƏCƏK
16 May 2024 | 16:58
Millimiz Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16 May 2024 | 16:55
Türkiyəli məşhur müğənni Bakıya gəlir
16 May 2024 | 16:54
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı
16 May 2024 | 16:50
Bələdiyyə sədri həbs olundu
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:42
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
16 May 2024 | 16:34
Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini andı - FOTO
16 May 2024 | 16:30
Belarus Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 16:24
BDU və Milli Depozit Mərkəzi arasında memorandum imzalandı - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:05
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldu
16 May 2024 | 16:00
TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:40
Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü saxlanıldı - FOTO
16 May 2024 | 15:35
Slovakiyalı politoloq: "Baş nazirə hücum cəmiyyətdə qütbləşməyə səbəb olacaq"
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:22
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub - FOTO
16 May 2024 | 15:20
Yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparılıb - FOTO
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:10
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı
16 May 2024 | 15:05
BQXK Azərbaycanda saxlanılan separatçılara baş çəkdi
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 14:53
“Toya gedəndə imkan verin, yemək yeyək”
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 14:22
Culian Assancın vəkili danışdı: O, ABŞ-a ekstradisiya edilərsə... - FOTO
16 May 2024 | 14:16
Suriyada döyüşən azərbaycanlılara hökm oxundu - FOTO
16 May 2024 | 14:12
UNEC-də növbəti ictimai müzakirə: Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan - VİDEO
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 14:00
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
16 May 2024 | 13:55
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
16 May 2024 | 13:50
10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb
16 May 2024 | 13:48
Sumqayıtda qəza: Bir nəfər ölüb - FOTO
16 May 2024 | 13:45
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
16 May 2024 | 13:40
Əhalinin NƏZƏRİNƏ - Say açıqlandı...
16 May 2024 | 13:35
Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ
16 May 2024 | 13:30
Pensiya ödənişlərinə yönəldilən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
16 May 2024 | 13:25
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
16 May 2024 | 13:20
Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj - FOTO
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 13:10
"Yoldaşım xəyanət etsə də, hiss etdirmir"
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
GÜNLÜK
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
16 May 2024 | 09:29
Hərbçimiz VƏFAT ETDİ - BU SƏBƏBDƏN...
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 08:16
ULDUZLAR Mayın 16-da sizə nə vəd edir?- Sevgi, maliyyə, ayrılıq
16 May 2024 | 08:50
Əli bəy Hüseynzadə M.Ə.Rəsulzadə haqqında - Nəsiman Yaqublunun təqdimatında
16 May 2024 | 07:11
Dırnaqdakı bu ləkə ürək xəstəliyinin  göstəricisidir
16 May 2024 | 06:51
Səhər oyananda bu səhvləri etməyin!
16 May 2024 | 09:00
Xalq artisti: "Bu yaşımda söyülürəm"
16 May 2024 | 10:25
Albinistlərin-FOSFORLU İNSANLARIN ACI HƏYATI: “Anadan olanda anam məni boğmaq istəyib, doğum evindən çıxanda...”
16 May 2024 | 06:31
Bu evlərə “kupça” verilməyəcək
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
16 May 2024 | 09:29
Hərbçimiz VƏFAT ETDİ - BU SƏBƏBDƏN...
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 08:16
ULDUZLAR Mayın 16-da sizə nə vəd edir?- Sevgi, maliyyə, ayrılıq
16 May 2024 | 08:50
Əli bəy Hüseynzadə M.Ə.Rəsulzadə haqqında - Nəsiman Yaqublunun təqdimatında
16 May 2024 | 07:11
Dırnaqdakı bu ləkə ürək xəstəliyinin  göstəricisidir
16 May 2024 | 06:51
Səhər oyananda bu səhvləri etməyin!
16 May 2024 | 09:00
Xalq artisti: "Bu yaşımda söyülürəm"
16 May 2024 | 10:25
Albinistlərin-FOSFORLU İNSANLARIN ACI HƏYATI: “Anadan olanda anam məni boğmaq istəyib, doğum evindən çıxanda...”
16 May 2024 | 06:31
Bu evlərə “kupça” verilməyəcək