Dünyanın 60 ölkəsində 3500 erməni kilsəsi var...  - UNİKAL ARAŞDIRMA
6136
07 Sep 2020 | 13:46

Dünyanın 60 ölkəsində 3500 erməni kilsəsi var... - UNİKAL ARAŞDIRMA

Qonşumuzu öyrənməli, tanımalı və kimliyini unutmamalıyıq

Dünya Kilsələri Birliyinə erməni kilsəsi 1962-ci ildə daxil olub. Hazırda dünyanın, 60-dan çox ölkəsində təxminən 3500 erməni kilsəsi var. 

Eçmiadzin kilsəsi 1920-ci ildə bir müddət bağlanıbdır. A.Myasnikyan Leninə müraciət edib, razılığını aldıqdan sonra fəaliyyətə başlayıbdır. 1932-ci ildə də yenidən bağlanmaq təhlükəsi ilə üzləşib. Stalinin razılığı alındıqdan dərhal sonra kilsə öz işini davam etdirmişdir. 

Erməni kilsələrinə ümumən başçılıq edən 135 keşişdən yeddisi bir birini ya öldürüb, ya da biri digərini öldürtdürüb (“Erməni kilsəsinin tarixi” kitabı, Kişinyov 1898-ci il). 

Sovet dövründə Eçmiadzin kilsəsinə I Vazqen 40 il rəhbərlik edib, ilk dəfə İrəvanı 1948-ci ildə görübdür. O, “ermənilərin dini atası” kimi tanınıbdır, Ermənistanın milli qəhrəmanı adı birinci ona verilibdir. 

Azərbaycanda Bakı, Gəncə və Şəkidə 1924-ü ildə erməni kilsələri olubdur. Bakıda tikili olan erməni kilsəsində isə hazırda erməni dilində kitablar saxlanılır. Son illər Dağlıq Qarabağda 9 kilsə tikilibdir.

Qazaxıstanın Almata və Şevçenko şəhərlərində erməni kilsəsi vardır.

Kiprdə 6 erməni kilsəsindən 4-ü Nikosiya şəhərində yerləşir (onlardan ikisi işləmir).

Küveytin Əl-Küveyt şəhərində bir erməni kilsəsi vardır.

Gürcüstanda 1924-cü ildə 40, Ermənistanda 20 erməni kilsəsi bağlanıbdır. Kilsələrin daşınmaz əmlakları, banklardakı pullar, kitabxanalardakı kitablar dövlətə verilib və kilsə məktəblərində təhsil dayandırılıbdır. Evlənənləri və uşaq doğumunun kilsələrdə qeydiyyata alınmasına da qadağa qoyulubdur. O dövrdə bir çox din xadimlərinin saqqalları qırxılıbdır. A. Myasnikyan bununla əlaqədar Leninlə görüşüb, onun, “Qafqaz xalqlarına” məktubunu alıb və kilsə üzrə təzyiqlərin çoxusu dayandırılıbdır.

Birləşmiş Ərəb Əmirliyindəki 3 erməni kilsəsindən biri Dubay şəhərindədir.

ABŞ-da “Surp Vartan” (“Müqəddəs Vartan”) kilsəsi Nyu-York şəhərindədir. “Yenidən doğulan vətən” və ya “Yeni yaranmış vətən” şüarı altında Ermənistana yardımı kompaniyasını təşkil etmişdir. Ölkədəki 28 erməni kilsəsinin 5-i Nyu-Yorkda yerləşir.

Niderlandın Amsterdam və 2 digər şəhərlərində 3 erməni kilsəsi vardır.

Braziliyanın Oraska şəhərində Eçmiadzin kilsəsi “Xaçkor” abidəsi qoyubdur. 

Braziliyada San-Paulo şəhərində 4 erməni kilsəsi vardır. “Zarqatsman arşaluys” kilsəsi nəzdində erməni məktəbi fəaliyyət göstərir. İki kilsə isə digər şəhərlərdədir. 

Kanadanın Vankuver şəhərində (2500 erməni yaşayır) və Torontoda da erməni kilsələri fəaliyyət göstərir. Ölkədə 5 erməni kilsəsi vardır.

Bolqarıstanda 11 erməni kilsəsindən 3-ü Sofiyada qalanı isə ölkənin digər 8 şəhərlərindədir.

İordaniyada 3 erməni kilsəsindən 2-si Amman şəhərindədir.

Qırğızıstanın İssıkkul şəhərində bir erməni kilsəsi vardır.

Uruqvayda 5 erməni kilsəsi fəaliyyət göstərir.

Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərinin hər birində bir erməni kilsəsi vardır.

Türkmənistanın Türkmənbaşı şəhərində  1903-cu ildə erməni kilsəsi tikilib, işləmir, bina yararsız vəziyyətdədir.
İsveçrənin Cenevrə şəhərində 1969-cu ildə “Surp Haqop” kilsəsi tikilmişdir.
İsveçin 2 erməni kilsəsindən biri Stokholm şəhərindədir.
Miyammanın Yanqon şəhərində bir erməni kilsəsi var.
Latviyanın Riqa şəhərində “Surp Qrikor” erməni kilsəsi vardır.
Moldaviyanın Kişinyov və Bels şəhərlərinin hər birində erməni kilsəsi vardır.
Fransanın paytaxtı Paris şəhərində Bakı neftini taladığı pullar hesabına Aleksandr Mantaşyev 1902-ci ildə erməni kilsəsi tikdirmişdir. Ölkənin 13 şəhərində 17 erməni kilsəsi mövcuddur.
Çexiyanın Praqa şəhərində 2, ölkədə isə ümumən 3 erməni kilsəsi vardır.
Rumıniyanın ermənilərə məxsus 13 kilsəsi ölkənin 11 şəhərindədir.
Sinqapurun Sinqapur şəhərində bir erməni kilsəsi vardır.
Belarusiya ermənilərinin “Biznesmenlər” klubu və “Hayastan” cəmiyyətinin daimi qərargahı Minsk şəhərində erməni kilsəsi tikmək üçün vəsait toplayıb, lahiyyə hazırlayıb, məqsədlərinə çatmağa çalışırlar.
Banqladeşin Dəkkə şəhərində bir erməni kilsəsi vardır.
Belçikanın Brüssel şəhərində iki erməni kilsəsi vardır.
Polşanın şəhərlərində 3 erməni kilsəsi vardır.
Efiopiyanın Əddis-Əbəbə şəhərində erməni kilsəsi vardır.
Estoniyanın Tallin şəhərində bir erməni kilsəsi vardır.
Hindistanda ermənilərin Kilsə Şurası vardır (11 nəfər üzvdən ibarət), bu Şuranın qərarı olmadan ermənilər təşkilat yarada və onun işinə xitam verə bilməzlər. Burada kilsələrin mülkiyyətində xeyli daşınmaz əmlakın da olması barədədə yazılar vardır. Ölkədə 6 erməni kilsəsindən Kəlküttə şəhərində 2, qalan şəhərlərin hər birində 1-i vardır.
Livanda ilk erməni kilsəsi-Zmmar 1729-cu ildə tikilmişdir. Ölkədə yaşayan 20 min ermənilərin 2 kilsəsi vardır, onların  bir qismi katolik və ya pravoslavdır.
Litvanın Vilnüs şəhərində bir erməni kilsəsi vardır.
Maltanın Valetta şəhərində ilk erməni kilsəsi tikilir.
Misirdəki erməni kilsəsinin qədim tarixi vardır. Kilsənin köməkliyi ilə 1914-cu ildə Britaniya təlimi əsasında erməni ordusu yaradılıbdır. 1916-cı ildə isə Arakel bəy Nübar Fransanın dəstəyi ilə erməni ordusunu yaratmağa başlayıb. Hazırda ölkədə 6 erməni kilsəsi vardır.
İspaniyada 2 erməni kilsəsinin olduğu yazılır.
Argentinada 1927-1930-cu illərdə əvvəlcə taxtadan, 1950-ci ildə isə daşdan “Buenos Hyures” kilsəsi tikilib, bir müddət ianə hesabına yaşayıbdır. 11 erməni kilsəsindən 7-si Buenos-Ayresdədir.
İngiltərədə 4 erməni kilsəsindən 3-ü London şəhərindədir.
İranda 40 erməni kilsəsinin olması barədə erməni mətbuatında məlumat vardır (İsfahanda-13, Tehranda 7 və sairə). Son zamanlar isə 27 erməni kilsəsinin olduğu yazılır. Erməni kilsələrinin təmiri, bərpası və qorunması hakimiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Kilsəyə gələn ermənilərin xeyli hissəsi soyadlarını dəyişiblər. 
İraqda 8 erməni kilsəsindən 5-i Bağdad şəhərindədir.
Suriyada, Dəməşqdə “Surp Sarkis” kilsəsi vardır və o xeyli həlledici qüvvəyə malikdir. Parlament sədri lazım olduqda kilsəyə gəlir, Prezident isə lazım bildikdə baş keşişi qəbul edir. Ölkədəki 7 kilsənin nəzdindəki erməni məktəblərində dərslər əsasən erməni dilində keçirilir.
Almaniyanın 4 şəhərinin hər birində bir erməni kilsəsi vardır (paytaxt Berlin istisna olmaqla).
Ukraynada 2006-cı ildə dövlət tərəfindən qeydiyyata alınan 24 erməni kilsələri aşağıdakı şəhərlərdədir: Kiyev, Lvov, Xarkov, Odessa, Feodosiya, Simferopol, Yalta... Bəzi kilsələrdə erməni məktəbləri də fəaliyyət göstərir. Bir neçə kilsədə kitab nəşriyyatı da olubdur. Şəhərlərdəki kilsələrin fəallığı daim hiss olunur.
Venesuelanın Karakas şəhərində bir erməni kilsəsi vardır.
Yunanıstanda çox qədimdən 11 erməni kilsəsi vardır və burada vaxtı ilə bəzi dini kitablar nəşr edilmişdir. Yunan və erməni din xadimləri arasında uzun müddətdir ki, münaqişlər var və bu vaxtaşırı qəzetlərdə işıqlandırılır. 1983-cü ildə Afinada erməni kilsəsinin köməyi ilə “Daşnaksyutun”partiyasının gizli iclasında 2 məsələyə baxılmışdır: 1. Dağlıq Qarabağın Azərbaycandan qoparılması. 2. “Böyük Ermənistan” yeni hərəkatın başlanması. 
Albaniyada Şkoder şəhərində 2 erməni kilsəsi vardır.
Gürcüstanda ermənilərin yazdığına görə yüzlərlə erməni kilsəsi olmuşdur. 1920-cı ildə Tiflisdə 27 erməni kilsəsi fəaliyyət göstərmişdir. 2009-cu ildə isə onlardan üçü qalmışdır (“Surp Sarkis” kilsəsi isə sökülmüşdür). Gürcü və erməni kilsələrinin hansının kimə məxsus olması məsələsində münaqişə mövcuddur. Rusiya-Gürcüstan müharibəsindən sonra Qaqra şəhərində ilk erməni kilsəsi tikilmişdir. Cənubi Osetiyada bir erməni kilsəsi vardır.
Macarıstanın Budapeşt şəhərində bir katolik erməni kilsəsi vardır.
Birmada, yazılanlara görə 1761-ci ildə erməni kilsəsi tikilib. Sonra bina dağılıb, ermənilər də assimilyasiya olublar. Kilsənin yerinin müəyyənləşdirilməsi, bərpası və erməni qəbiristanlığının axtarılması ilə əlaqədar Ermənistan rəhbərliyi və Eçmiadzin keşişləri buraya rəsmi səfərlər edirlər.
Avstraliyada 5 erməni kilsəsi vardır, onlardan biri katolik kilsəsidir.
Türkiyədə ermənilərin yazdıqlarına görə 1461-ci ildə ilk erməni kilsəsi tikilibdir. İstanbulda isə vaxtilə 44 kilsə olubdur, 1913-cü ildə kilsə muzeyi açılıb, müxtəlif xaçlar qorunub, saxlanılır, nümayiş etdirilir və dövlət tərəfindən dəstək verilir. Türklər ögeylik etməyib: “dinimiz ayrı olsada Allahımız birdir” deyiblər. Ermənilər isə “Allahı bir olanlar qardaşlardılar” deyirdilər.
İsraildə 10 erməni kilsəsi vardırki onların 5-i Yerusəlim şəhərində yerləşir.
Rusiyada erməni kilsələrinin sayı tam bəlli olmasada, çoxdur. Paytaxt Moskvada biri var idi (“Surp Arutyun”) dördünü də tikiblər. İlk erməni kilsəsi 4 aprel 1781-ci ildə Rostovda tikilib. Barnaulda “Persime” və Pskov şəhərində yeni kilsələr tikilib. Həştərxanda 1930-cu illərdə erməni kilsəsi sökülüb, hazırda onun yerinə “xaçkar” qoyulub. Ermənilər yaşayan digər şəhərlərində də kilsələr vardır. 
Sudanın Xartum şəhərində bir erməni kilsəsi vardır.
Avstriyada, Vyana şəhərində 3 erməni kilsəsi vardır, onlardan biri mxıtarçıların katolik kilsəsidir.
Türkiyənin Van şəhərində 1914-cü ildə ermənilərin yazdığına görə 12 kilsə olubdur, bəzilərində məktəb də fəaliyyət göstərmişdir. Axtamar adasında 2007-ci ildə “Surp Xaç” kilsəsi bərpa edilmişdir. 
Türkiyənin Diyarbəkir şəhərində 1376-cı ildə  “Surp Kirakos” kilsəsi tikilib, 1915-ci ildə uçub və 1983-cü ilə kimi sökülü qalıb, 2010-2012-ci illərdə bərpa olunub ( hazırda bir milyon dollar kilsənin tikinti şirkətlərinə borcu vardır). 
Türkiyənin Bursa şəhərində 5 erməni kilsəsi olubdur, 1461-ci ildə tikilən “Surp mayrastvadar” kilsəsinə Osmanlı hakimiyyəti çox geniş səlahiyyətlər vermişdir. 1865-ci ildə buradakı kilsələrin birini erməni memarı Sinyan tikib, əvvəllər hərbçi olubdur. O, Osmanlıların təltif etdiyi və dünyada ilk erməni generalı rütbəsi olan sayılır. Süleymaniyə məscidinin yanında türklər ona “Memar Sayan” muzeyi tikmiş və hazırda fəaliyyət göstərir. 
Türkiyənin Kesariyya şəhərində ermənilər yazırlar ki, 1855-ci ildə “Surp Qrikor Lusavoriç” kilsəsi memar Karabed Balyan tərəfindən tikilib 1868-ci ildə onun nəzdində məktəb də açılıb. 
Türkiyənin Vaqifli kəndində (Suriya ilə sərhəddə yerləşir) 150-yə qədər erməni dilini çox zəif bilən erməni mənşəyi olanlar yaşayır. Son illərdə kənddə erməni kilsəsi bərpa olunub və fəaliyyət göstərir. ABŞ və digər ölkələrdən gələn erməni turistləri proqramlarına əsasən burada erməni sahibkarına məxsus kafedə, erməni özfəaliyyət dərnəyinin konsertini dinləyib, sonra Türkiyə ərazisini tərk edirlər.
Türkiyənin Maraş şəhərində ermənilərin yazdığına görə 12 erməni kilsəsi olmuşdur (onların sonrakı fəaliyyətləri barədə məlumat yoxdur). 
Türkiyənin  İskəndəriyyə (Aleksandriya) şəhərində 1800-ci ilin ortalarında tikilən “Karsun Manuk” erməni kilsəsi ermənilərin yazdığına görə son zamanlar bərpa edilib və fəaliyyət göstərir. 
Türkiyənin İstanbul şəhərində bir çox erməni kilsəsi vardır. “Surp katolikos erməni kilsəsi” 1855-ci ildə tikilib. Buradakı adada 1933-cü ildə “Surp Lusavoriç” kilsəsi tikilib. 
Türkiyənin Qars şəhərində erməni çox az yaşasada belə “Surp Arakelos” kilsəsi bərpa olunub, hələlik ki muzeydir. 
Türkiyənin Ani şəhərində erməni turistlərinin çıxışlarına əsasən “Surp Qrikor Lusavoriç” kilsəsi bərpa edilibdir.
Ermənilərin bir millət olaraq yox olmaması, vilayət, respublika, dövlət kimi ərsəyə gəlib, yaşaması, əlifba və dilinin itməməsi, diasporanın əriyib, çıxdaş olmaması üçün bu kilsələrin, on minlərlə din xadimlərinin əvəzsiz xidmətləri olubdur.
Sabiq millət vəkili
Maksim Musayev
Link kopyalandı!
Son xəbərlər