Yol polisinin “saqqal darağı”
Oxunub: 5422
17 Sep 2013 | 11:23
Yol polisinin “saqqal darağı”

 

Mən burada yazacağım fikirlərlə bağlı Dövlət Yol Polisinin (DYP) mövqeyini öyrənmək fikrində deyiləm. Səbəbi də kifayət qədər sadədir: Müxtəlif vaxtlarda bütün bu məsələlərə DYP İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kamran Əliyev və ya bölmə rəisi Vaqif Əsədov münasibət bildirib.

DYP hansı məsələlərə münasibət bildirir?..

Bir neçə gün əvvəl “Bizim Yol” qəzetində “Sürücünün başında çatlayan «bildirişÂ» fırıldağı” adlı yazı dərc olunmuşdu. Söhbət poçt xidmətinin günahı üzündən gecikən cərimə bildirişi və bunun üzündən ziyana düşən sürücüdən gedirdi. Kamran Əliyev redaksiyaya zəng edərək məsələyə münasibət bildirmişdi və onun fikirləri qəzetimizdə dərc olunmuşdu. Burada iki məqama diqqəti çəkirəm: Birincisi, Kamran Əliyev mətbuatda DYP barədə yazılanlardan dərhal xəbər tutur. İkincisi, haqqında danışdığımız yazı ilə bağlı DYP rəsmisinin deməyə sözü vardı...
Bir müddət əvvəl isə mən “Min manata adam öldürmək” başlıqlı yazıda DYP-nin 1000 manata sürücülük vəsiqəsi satması və bunun üzündən yollara çıxan “zombi” sürücülərin ölümcül qəzalar törətməsindən yazmışdım. Həmçinin həmin yazıda DYP-nin Şirvan şəhərində yerləşən regional idarəsində Azad adlı bir işçinin sürücülük vəsiqəsini dəyişdirməyə görə məndən rüşvət tələb etməsi və alması barədə fakta da yer vermişdim. Bayaq yazdığım kimi, biz artıq Kamran Əliyevin bu yazılardan xəbər tutduğunu bilirik. Zatən, mətbuatı izləmək onun işinin ayrılmaz hissəsidir. Amma nədənsə, DYP-dən həmin yazıya görə redaksiyaya gəlmədi. Görəsən, bu qurum və onun yetkililəri münasibət bildirməyin vacib olduğu mövzuları hansı kriteriyalara əsasən müəyyən edir? Deyim: O yerdə ki, problem hansısa başqa bir qurumun, məsələn, poçt xidmətinin günahı üzündən yaranır, məsələyə dərhal və məsum tonda münasibət bildirilir. Amma o yerdə ki, hansısa DYP əməkdaşı və ya əməkdaşlarının fərdi və ya mütəşəkkil əməllərindən söhbət gedir, o zaman “susmaq qızıldır”. Hər halda yenə də gec deyil və mən Azad adlı DYP işçisinin əməli barədə ölçü götürülməsini gözləyirəm (sadəlövhcəsinə)...

“Piyada ovu”

Yəqin ki, DYP-nin piyada ovuna çıxmasından hamının xəbəri var. Piyadanın yollardan təhlükəsiz keçidinin təmin olunması yaxşı haldır. Amma bu kampaniya daha çox “saqqal darağı”na oxşayır. Yəni “hər işimiz düzəlmişdi, təkcə saqqal darağımız çatmırdı”. Yol polisi telekanalları da başına yığıb belə hay-küylü kampaniyalar düzəltməklə əsas problemlərdən diqqəti yayındırmağa çalışır. Azərbaycanda DYP-nin və yol hərəkətinin problemlərini sıralasaq, piyadaların yolu qadağan olunmuş sahələrdən keçməsi bəlkə də 500-cü yerdə dayanar. Bu problemlərdən gözlə görünənləri də var, görünməyənləri də...
Yol polisi “avtoş” rolunda...
Məsələn, yol polisi maşınının yüksək sürətlə “zmeyka” hərəkətini görməyən tapılmaz. Əlbəttə, yol polisi, məsələn, qəza yerinə tələsə bilər və müəyyən hallarda yol hərəkəti qaydalarını pozması da qanunidir. Amma hansı hallarda? Bu yaxınlarda bir nəfər danışırdı ki, yol polisi əməkdaşları onların maşınına yol vermədiyinə görə ona protokol yazıblar. O maşının işıq və ya səs siqnallarının qoşulub-qoşulmadığını soruşdum və məlum oldu ki, yol polisi nə səs siqnalını, nə də işıq siqnalını qoşubmuş. O zaman yol polisinin maşını da yol hərəkətinin digər iştirakçıları ilə eyni səviyyədədir və heç bir halda üstün keçid hüququna sahib deyil. Həmçinin yanğınsöndürənlər və ya təcili yardım maşınları da yalnız işıq və səs siqnallarını qoşduqları zaman üstünlüyə malikdirlər. Digər hallarda onlara üstün keçid hüququ tanımağa borclu deyilsiniz. Amma görürsünüzmü, bu, heç də yol polisinin protokol yazmasına mane olmur. Başqa sözlə, səs və işıq siqnallarını qoşmadan sürətlə “zmeykalamaq” sadəcə, avtoxuliqanlıq anlamına gəlir. Əgər DYP-yə fakt lazım olsa, müraciət etsinlər və qısa müddət ərzində yol polisinin avtoxuliqanlığına dair videomateriallar əldə edib onlara çatdıraq.

Müvəqqəti səliqə-səhman

Sumqayıt istiqamətindən Bakıya gələnlər hər gün səhər Xırdalan qəbristanlığının qarşısında, yolun tən ortasında dayanmış yol polisi əməkdaş(lar)ını görə bilər. Onlar yüksək məharətlə yol hərəkətini tənzimləyirlər və tıxacın qarşısını alırlar. Amma, gündəlik həmin yoldan istifadə edənlərin də bildirdiyi kimi, bu səliqə-səhman, DİN rəhbərliyinin ərazidən keçib getməsinə qədər davam edir. Bundan sonra isə yenə qarışıqlıq və tıxac başlayır...

Yol polisi “məktəb”ə hazırdırmı?

Bu günlərdə Biləcəri meydanına dönən yolda maraqlı proseslər gedir. Piyada keçidləri üçün zolaqlar çəkilib, yolların çuxurlarına yamaqlar vurulub və s. Deyilənə görə, yaxın vaxtlarda prezident İlham Əliyev həmin ərazidən keçəcək və ona görə də DYP səliqəli yol hərəkəti təəssüratı yaratmağa çalışır. İndi Biləcəridə 284 saylı məktəbə uşaq aparan valideynlər də arzu edirlər ki, kaş Prezident həmin ərazidən də keçəydi. Nadir hallarda olsa da, dəfələrlə yol polisi əməkdaşları həmin ərazilərdə görünürlər. Məktəbin qarşısında yolayrıcı var. Balaca uşaqlar müxtəlif istiqamətlərdə yolları keçməli olurlar. Yolun döngəli olması uzaq məsafəni görməyə imkan vermir və piyadalar yolu keçməyin təhlükəsiz variantını tapa bilmirlər. DYP-dən min manata sürücülük vəsiqəsi almış sürücülər isə o yolla bəzən sürəti saatda 100 kilometrə də çatdırırlar. Amma nədənsə, DYP o əraziyə işıqfor qoymaq və ya yollarda piyada keçidləri ayırmaq, yaxud da sürücülərin məktəb divarları yaxınlığında sürəti azaltmaları üçün rezin tirələr qoymağa tələsmir. Sadəcə olaraq, ara-sıra o tərəflərə fırlanıb “qarmaq atırlar” və “çax-çux” edib çıxıb gedirlər. Kamran Əliyevin başqa yazılarımızı gördüyü kimi, bunu da görəcəyinə əminəm - indi həmin ərazidə yüksək sürət üzündən bir uşağın həyatı qırılarsa, o zaman məsuliyyəti yol polisində axtarmaq lazım gələcək.

Ağır xəstə yolda hansı səbəbdən ölə bilər?

Başqa maraqlı məqam sənədlərlə bağlıdır. Əgər ağır xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq istədiyiniz, bir situasiyada yol polisi sizi saxlasa və məlum olsa ki, sürücülük vəsiqəniz evdə qalıb, o zaman xəstənin “fatihə”sini verə bilərsiniz. Zaman-zaman texnoloji yenilikləri ilə öyünən DYP nədənsə bu məsələdə hələ də 20-ci əsrin ortalarında ilişib qalıb. Yolda sizi saxladıqları zaman çox rahatlıqla kompüterə baxıb əvvəllər adınıza cərimənin və ya avtomobilin üzərində həbsin olub-olmadığını deyə bilirlər. Elə o kompüterdə sürücülük vəsiqənizin olduğu da aydın görünür. Yol polisi bu vəsiqənin qüvvədə olduğunu, sürücülük hüququndan məhrum edilmədiyinizi aydın şəkildə görür, bununla belə, vəsiqəniz evdə qalıbsa, sizi yol hərəkətindən kənarlaşdıracaqlar. Ən yaxşı halda 3 saat ərzində vəsiqəni evdən gətirməyinizə razılıq verərlər. Əgər evdən çox uzaqlaşmısınızsa, onda sizin üçün “yol əhvalatı” hazırdır. Nəinki Avropa və ya Amerikada, hətta bir çox MDB ölkələrində də bu problem həllini tapıb və vəsiqənizi fiziki formada təqdim edə bilmədiyiniz halda bunu kompüter vasitəsilə dəqiqləşdirib yolunuza davam etməyə icazə verirlər.

Avtomobil oğurluğuna qarşı ən ləng mübarizə üsulu

Bir dəfə bir radio verilişində Kamran Əliyevə belə bir sual verdilər ki, avtomobili idarə etmək üçün etibarnaməyə nə ehtiyac var? DYP rəsmisi bildirdi ki, bu, avtomobil oğurluğu hallarının operativ şəkildə aşkarlanması üçün lazımdır. Öz-özümə fikirləşdim ki, o zaman Avropanın, Amerikanın və ya lap elə Gürcüstanın yol polisi savadsızdır. Çünki bu ölkələrdə idarə etdiyiniz avtomobilin dövlət qeydiyyatı şəhadətnaməsi (texniki pasportu) sizdədirsə, o zaman etibarnaməyə ehtiyac yoxdur. Yol polisi kompüterinə baxır və məlum olur ki, bu avtomobilin oğurlanması ilə bağlı hər hansı şikayət daxil olmayıb, deməli, texniki pasportu və avtomobili sizə onun sahibi öz iradəsi ilə verib. Şəxsən mən başa düşə bilmirəm ki, Azərbaycanda DYP avtomobil oğurluğunun operativ şəkildə aşkarlanmasında etibarnamə mexanizmindən necə yararlanır və indiyədək neçə oğurlanmış maşın məhz bu metodla yaxalanıb? Əgər avtomobil oğurlanıbsa, sahibi şikayət verib və DYP-nin kompüter şəbəkəsinə daxil edilib. Doğrudanmı avtomobil oğurluğunu önləmək üçün yolda dayanıb bütün maşınları saxlamaq və etibarnamənin olub-olmadığını yoxlamaq lazımdır? Bəs onda kompüter şəbəkəsi nəyə lazımdır?..

Təkərləri olmayan avtomobilin sahibi dəyişdirilə bilməzmi?

Bu yaxınlarda bir nəfər baş etibarnamə ilə idarə etdiyi avtomobili öz adına keçirmək üçün DYP-yə müraciət edib. Ardınca əsl tamaşa başlayıb. DYP rəsmisi adama deyib ki, bu avtomobilin sahibi dəyişdirilə bilməz, çünki nasazlıqları var. Avtomobilin hələ də qüvvədə olan texniki baxış talonunun olmasına baxmayaraq, DYP əməkdaşı təkid edib ki, get, bütün nasazlıqları aradan qaldır, sonra gələrsən. Daha sonra çıxış yolu təklif edib: 250 manat ver, elə burada sənə gələn il üçün texniki baxış talonu verim, 100 manat da qoy üstünə, səni ləngitməyim - yarım saata “texpasport”u verim. Bir az bazarlaşandan sonra ümumilikdə 270 manata razılaşıblar. Çünki adamlar əvvəla, qanunları bilmirlər, ikincisi, bu qanunlara əməl etmək onsuz da mümkün deyil. Reallıqda isə hətta 4 təkərin hamısını çıxarıb kənara atsanız da belə, həmin avtomobilin sahibi dəyişdirilə bilər. Bu halda DYP əməkdaşları göstərilən ünvana getməli, ban, mühərrik, şassi nömrələri və rəng tutuşdurmasını həyata keçirib yeni sahibin adına şəhadətnamə verməlidirlər. Amma vətəndaş avtomobili sürərək aparıb və lazımi tutuşdurmalar elə orada rahatca həyata keçirilə bilərdi. DYP rəsmisi isə qüvvədə olan texniki baxış talonuna məhəl qoymadan, avtomobilə kənardan baxıb diaqnoz qoyub və qanunsuz tələblər irəli sürüb. Üstəlik, texniki baxış üçün avadanlığın olmadığı bir yerdə texniki baxış talonunun verilməsi də anormal DYP reallıqlarından biridir.
Bütün bunlar problemlərin yüzdə biridir. Amma təəssüf ki, bir qəzet yazısı bundan artığına imkan vermir...

M.Tofiqoğlu

 

Oxşar xəbərlər
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB