Gültəkin Hacıbəyli Avropa məhkəməsinə üz tutacaq
Araşdırma
Oxunub: 6226
12 Jul 2013 | 11:30
Gültəkin Hacıbəyli Avropa məhkəməsinə üz tutacaq

“Zerkalo” qəzetinin 9 iyul tarixli sayında keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı məqalə dərc olunub. Həmin məqaləni qısa ixtisarla təqdim edirik. 

6 iyul tarixində qəzetimizdə ”Gültəkin Hacıbəyli Avropa məhkəməsinə qədər getmək fikrindədir" adlı məqalə çap edilmişdi. Məqalədə biz, Milli Məclisin keçmiş deputatı, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gültəkin Hacıbəyli və onun keçmiş həyat yoldaşı, əvvəllər Respublika prokurorluğunda müstəntiq vəzifəsində çalışmış Mahmud Mehdiyev arasındakı məhkəmə prosesindən bəhs etmişdik.

Xatırladaq ki, Moderator.az-ın araşdırmalarına görə, Mahmud Mehdiyev hərbi biletinin saxtalaşdırılmasına görə Ağdaş rayon prokurorluğunun baş müstəntiqi vəzifəsindən kənarlaşdırılmışdır.

Xatırladaq ki, bu ilin 4 iyulunda Nəsimi Rayon Məhkəməsi Gültəkin Hacıbəylinin oğlu Toğrulun həftədə beş gün saat 16:00-dan 21:00-a qədər atası ilə qalması haqqında qərar çıxarmışdı. Bundan əlavə, ataya həftədə bir dəfə bütün gün ərzində oğlu ilə birlikdə olmaq haqqı da tanınmışdı. Gültəkin Hacıbəylinin “Zerkalo”ya bildirdiyinə görə, bununla da Nəsimi məhkəməsi faktiki olaraq, oğlunun ondan alınması haqqında qərar çıxarıb.

Gültəkin Hacıbəyli qeyd etmişdi ki, “səhər saat 8.00-da oğlum məktəbə gedir. 16:00-da dərsdən qayıtdıqdan sonra o, 21:00-a qədər atası ilə olmalıdır. Bundan əlavə, atası həftədə bir dəfə bütün günü onu özü ilə apara bilər. Belə çıxır ki, mən də uşaqla heç olmasa eynilə gündə beş saat ünsiyyət saxlamaq imkanı əldə etmək üçün onu məktəbdən çıxarmalı və bununla da oğlumu təhsil hüququndan məhrum etməliyəm”.

Keçmiş deputat qeyd etdi ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barışmaq niyyətində deyil və övladının haqlarının müdafiəsi naminə Avropa Məhkəməsinə qədər gedib çıxmağa hazırdır.

Onu da qeyd edək ki, bu il mayın 17-də haqqin.az saytında “Gültəkin Hacıbəyli və Anna Karenina” başlıqlı məqalə çap olunmuşdu. Məqalə müəllifi Mahmud Mehdiyevin sözlərinə istinadən iddia edir ki, Gültəkin Hacıbəylinin keçmiş ərinin prokurorluqdan xaric edilməsi keçmiş deputat tərəfindən ona qarşı qisasçılıq idi.

“Qeyri-məhdud hakimiyyətin şirinliyini dadmış hökmran despot qadın üçün adi bir müstəntiqlə haqq-hesab çəkmək çətin olmadı. O qadın, əlbəttə ki, müstəntiqə qalib gəldi. Bu, nəticəsi əvvəlcədən bəlli olan apriori döyüşdür.

Mahmud Mehdiyevi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sorğu-sual edirlər (!), onu prokurorluqdan, qardaşı Seymur Mehdiyevi isə Vergilər Nazirliyindən qovurlar. Sabunçu rayonunun polis idarəsində xidmət etmiş üçüncü qardaş Allahverənin taleyi tükdən asılı qalır... Amma burada nazir qüdrətli deputatın sözü ilə oturub-duran digər insanlardan fərqli olaraq daha ədalətli olub"- deyə məqalədə bildirilir.

Qüvvədə olan qanunvericiliyə əsasən, Baş prokuror özünün tabeçiliyində olan qurumlarda kadr siyasətini müstəqil şəkildə müəyyənləşdirir. Lakin əgər yuxarıda qeyd edilən materiala inansaq, tabeçiliyində olan qurumda kimin işləyə biləcəyini heç də Baş Prokurorluğun rəhbəri müəyyən etmir. Baş prokurorun əvəzinə qərarları Milli Məclisin deputatı qəbul edirmiş. Biz də Mahmud Mehdiyevin işdən azad olması ilə bağlı qərarın doğurdanmı Gültəkin Hacıbəylinin müdaxiləsi nəticəsində qəbul edildiyini müəyyənləşdirmək qərarına gəldik.

Cavab üçün biz, Mahmud Mehdiyevin özünə müraciət etdik. “Press-konfransın materiallarına baxın. Orada hər şey təfsilatı ilə yazılıb”- deyə Mahmud Mehdiyev bildirdi. “Siz bildirmisiniz ki, işdən azad edilməyinizlə bağlı qərar Gültəkin Hacıbəylinin təzyiqi ilə qəbul edilmişdir"- deyə müxbirimiz soruşdu. “Bəli, mən bunu bildirmişəm” - Mahmud Mehdiyev dedi. “Belə çıxır ki, Baş prokuror sizi Gültəkin Hacıbəylinin göstərişi ilə işdən azad edib?”- deyə müxbirimiz növbəti sualla müraciət etdi. “Mən bilmirəm, kim kimin göstərişini yerinə yetirib. Ancaq mənim işdən azad edilməyim Gültəkin Hacıbylinin təzyiqi ilə baş verib” - deyərək M.Mehdiyev dəstəyi asdı.

“Əgər Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşına inansaq, belə çıxır ki, Baş Prokurorluq özünün qərarlarında o zamanlar sıravi deputat olmuş Gültəkin Hacıbəylinin rəyindən çıxış edirdi”- deyə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirdi. Hüquq müdafiəçisinin sözlərinə görə, Mahmud Mehdiyevin bəyanatı həqiqətə uyğun deyil. “Sıravi deputat Baş prokurora necə təzyiq göstərə və ona necə qərarlar verməsi barədə göstəriş verə bilərdi?”- deyə Arzu Abdullayeva sual verir. Hüquq müdafiəçisi onu da qeyd etdi ki, onun zənnincə, Gültəkin Hacıbəyli, sadəcə olaraq, belə hərəkətlərə qadir deyil.

“Mən hesab edirəm ki, Mahmud Mehdiyev, sadəcə olaraq, Milli Şura üzvünə böhtan atır”- deyə o, “Zerkalo”ya bildirdi.
Hüquq müdafiəçisi Ələkbər Məmmədov Mahmud Mehdiyevin söylədiklərini belə şərh etdi: “Əgər onun dediklərinə inansaq, Baş prokurorluq, Konstitutsiyanın tələblərinin ziddinə olaraq, ölkə başçısının deyil, Gültəkin Hacıbəylinin tabeçiliyi altındadır. Onun ifadələri əsasında belə bir nəticəyə gəlmək olar ki, Baş prokurorluğun rəhbərləri heç də qanuna istinad etmirlər, bu və ya digər deputatın rəyindən çıxış edirlər. Mən hesab edirəm ki, məhz, Mehdiyevin söylədikləri həqiqətə uyğun deyil”.

Biz həmçinin keçmiş deputat Gültəkin Hacıbəylidən də Mahmud Mehdiyevin söylədikləri ilə bağlı mövqeyini bildirməsini xahiş etdik. 

“2003-cü ildə mən Baş Prokurorluq rəhbərliyinə o zaman həyat yoldaşım olan Mahmud Mehdiyevin Nizami rayon prokurorluğundan Bakı prokurorluğuna keçirilməsi ilə bağlı müraciət etdim. Sağ olsunlar ki, Baş prokurorluq rəhbərliyi xahişimi yerə salmadı. Bu, qətiyyən qanuna zidd deyildi”- deyə o, “Zerkalo”ya bildirdi.
“Lakin Baş prokuror mənim tələbimlə Mahmud Mehdiyevi tutduğu vəzifədən azad edə bilməzdi. Çünki o mənim tabeçiliyimdə deyildi və müvafiq surətdə, mən ona belə tələblərlə müraciət edə bilməzdim. Mənim təzyiqim nəticəsində tutduğu vəzifədən azad edilməsi ilə bağlı bəyanat verməklə Mahmud Mehdiyev, faktiki olaraq, Baş prokurorluq rəhbərliyini vəzifə cinayətində ittiham edir. Belə ki, bu və ya digər şəxsi qanunsuz olaraq işdən azad etmək bilavasitə vəzifə cinayətidir”- deyə G.Hacıbəyli bildirdi.

Keçmiş deputat bəyan etdi ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yaradıldıqdan sonra, o, mütləq Mahmud Mehdiyevin atdığı böhtanlara görə məsuliyyətə cəlb olunmasına nail olacaq.

“Bu həmçinin Mehdiyevin sözlərinə istinadən ünvanıma böhtan yağdıran KIV-lərə də aiddir”- deyə o, “Zerkalo”ya bildirdi. O, bəzi saytların Mahmud Mehdiyevin onun göstərişi ilə işdən çıxarılmasına dair informasiyanı tirajlamasına təəccübləndiyini dilə gətirdi. "Axı bununla onlar həm də Baş prokurorun vəzifə cinayəti törətməsi faktını iddia edirlər"- deyə o, “Zerlako”ya dedi.

Biz Mahmud Mehdiyevin söylədiklərini şərh etmək üçün Baş Prokurorluq mətbuat xidmətinə müraciət etdik. Baş prokurorluq mətbuat xidmətinin rəhbərinin cavabı lakonik oldu: “Baş prokurorluq öz qərarlarını müstəqil şəkildə və qanun çərçivəsində qəbul edir, heç kimin sifarişlərini yerinə yetirmir”.

Bu şərhi əldə etdiyimizdən dərhal sonra Mahmud Mehdiyev özü bizə zəng etdi və dedi ki, “Zerkalo”nun müxbiri onu dolaşığa salıb.

“Mən axı sizə dedim ki, bu haqda mən keçirdiyim mətbuat konfransında təfsilatı ilə bildirmişəm. Siz isə məndən soruşdunuz ki, mənim işdən azad olunmağımla bağlı qərarın Gültəkin Hacıbəylinin təzyiqi ilə qəbul edilməsi haqqında bəyanat vermişəmmi? Beləliklə, siz məni tamamilə çaşdırdınız. Mən onu bildirmək istəyirəm ki, mənim prokurorluq orqanlarından xaric olunmağım heç bir halda Gültəkin Hacıbəylinin təzyiqlərilə əlaqəli deyil”- deyə o, “Zerkola”ya bəyan etdi.

“Axı, siz özünüz dediniz ki, sizin işdən xaric olunmağınız Gültəkin Hacıbəylinin təzyiqi ilə baş vermişdir...”- deyə müxbirimiz xatırlatdı.
“Mən bir daha bəyan edirəm ki, mənim işdən xaric olunmağımın Gültəkin Hacıbəyli tərəfindən təzyiqlərlə heç bir əlaqəsi yoxdur”- deyə Mahmud Mehdiyev bildirdi.


Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ