Azərbaycan hökmdarları hansı klassik əsərləri sevirdilər? - ARAŞDIRMA
Oxunub: 3373
09 Jun 2017 | 00:30
Azərbaycan hökmdarları hansı klassik əsərləri sevirdilər? -     ARAŞDIRMA
 Moderator.az Şərq mədəniyyətinin bir parçası olan Azərbaycanın orta əsrlər dövrünə səyahət edəcək və o ərəfədə yaşayan hökmdarların sevdiyi əsərlərini təqdim edəcək:

 Qədim Şərq mədəniyyətinin tərkib hissəsi olan Azərbaycanda orta əsrlərdə elm,  ədəbiyyat və mədəniyyətin yüksək inkişafı bir sıra məsələləri vərdiş halına salmışdı. Vərdişlərdən  biri də kitab toplamaq və mütaliə etmək idi ki, Şərqdə ən azı altı əsr (XI-XVII əsrlərdə)  əksər hökmdarlar belə buna riayət etməyə borclu idilər. Hökmdarlar qanlı savaşların və hər zaman üzləşə biləcəkləri saray xəyanətlərinin, xalq üsyanlarının əhatəsində olmalarına baxmayaraq kitab mütaliəsinə həyata keçirilməsi vacib sayılan proses kimi baxırdılar. Bunun da bir neçə əsas səbəbləri var idi: birincisi,   hakimiyyətin irsən keçdiyi səltənətlərdə hökmdar ata gələcəkdə onu əvəz edən övladının elm, kamal sahibi olması üçün əlindən gələni edirdi. Ölkənin ən yaxşı alim, mütəfəkkir və mədrəsə müəllimləri varisin  savadlı, müdrik olması üçün əlindən gələni edirdilər. Təsadüfi deyil ki, Azərbaycan, eləcə də  Şərq ölkələrinin tarixində bir çox hökmdarların müəllimləri dövrün görkəmli filosofları olub. İkinci səbəb isə, hər hansı hökmdarın idarəçiliyi dövründə hansısa dini təriqətin xüsusi nüfuz sahibi olması ilə əlaqədardır. Bu zaman ölkənin əsas fiquru olan hökmdar həmin təriqət başçısı ilə hesablaşmaqla yanaşı, onun və başqalarının təriqətin ideologiyasını əks etdirən  kitablarını oxuyar və oxuduqlarından  ali məclislərdə misallar  gətirərdi. 

Image

Üçüncü səbəb isə, Şərq dövlətlərində (başda ərəblər olmaqla) erkən orta əsrlərdə antik yunan və Roma dövrünə aid olan dəyərli əsərlərin yerli dillərə tərcümə olunması idi. Qeyd edək ki, müsəlman Şərqinin dünyaya verdiyi töhfələrdən biri də antik dövrə aid olan fəlsəfi, elmi və bədii əsərlərin ərəb, fars, türk və başqa dillərə tərcümə edilməsi oldu. Yoxsa, həmin əsərlərin heç biri dövrümüzə qədər gəlib çıxmazdı. Azərbaycandakı hökmdarlar, şahlar da antik dünyanın əsas düşüncə hegemonları olan Aristotel, Platonun əsərlərini bir hökm kimi oxuyub, öyrənirdilər. Aristotelin, “Ritorika”, “Metafizika”, “Utopika”, Platonun “dövlət” əsərləri səltənət sahiblərinin “stolüstü kitabları”idi. 
XII əsrdə Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Şəmsəddin Eldəgəz dövlətdə ali mənsəb sahibi olmamışdan əvvəl sonuncu Səlcuq hökmdarı II Toğrulun övladlarının- Məhəmməd Cahan Pəhləvanın  və Qızıl Arslanın müəllimi, tərbiyəçisi olub. Uşaq çağlarından onları yetişdirən Şəmsəddin Eldəgəz gələcək varislərinə antik dünyanın fikir nəhənglərinin kitablarını, o cümlədən bir çox Şərq mütəfəkkirlərini oxudurdu. II Toğrul və həyat yoldaşı Möminə xatın övladlarının yüksək dərrakə sahibi olmalarından çox məmnun idilər. Bu fakt Şəmsəddini sultan ailəsinə daha da yaxınlaşdırdı. İş o yerə çatdı ki, II Toğrul öləndən sonra dul qalan Möminə xatınla elə Şəmsəddin evlənəsi oldu ki, bu da Atabəylər dövlətinin formalaşmasında əsas fakta çevrildi. Bir zamanlar tələbələri, sonradan isə ögey oğulları olan Məhəmməd və Arslan onun sayəsində qılınc tutmaqla bərabər qələmə də biganə qalmırdılar. Şəmsəddin onların hər ikisinə Firdovsinin “Şahnamə”sini, Sədinin “Gülüstan”ını, İbn Sinanın fəlsəfi əsərlərini əzbərlətmişdi. Hər iki qardaş bu bilgilərin sayəsində müdriklik, ədalət, kamal məfhumlarını ömürlərinin sonuna qədər özlərində gəzdirdilər. Məhz bu səbəbdən ara-sıra qəzəllər də yazan Məhəmməd Cahan Pəhləvan dövrün şair və mütəfəkkirlərinə qayğısı ilə seçildi. Şamaxıda şah zülmündən qaçan Xəqani Şirvani ona sığındı. Nizami Gəncəvi onun istəyi ilə “Xosrov və Şirin” poemasını yazdı. Əslində “Xosrov və Şirin”in yazılmasının səbəbi  da Məhəmməd Cahanın uşaqlıqdan mütaliə etdiyi “Şahnamə” poeması oldu. Atabəy hökmdarı fars ruhunun tərənnüm olunduğu “Şahnamə”yə oxşar əsər yazılmasını və orada əsasən türk qəhrəmanın ön plana çıxarılmasını Nizamidən istəmişdi. 

Related

Firdovsinin “Şahnamə”, Sədinin  “Gülüstan” əsərləri nəinki fars, hətta bütün Şərq mədəniyyətinin nəhəng ədəbi inciləridir. Müxtəlif dillərə tərcümə olunan bu iki əsər əksər Şərq hökmdarlarının bəlkə də əzbər bildiyi bədii nümunələr idilər. Hökmdarlar hələ taxta çıxmazdan əvvəl, yəni varis titulu daşıyan zaman tərbiyəçiləri onlara “Şahnamə”ni oxudardılar. “Qurani-Kərim”dən sonra gələcək şahlara ən çox diktə edilən poemanın qəribə yazılma tarixçəsi var: digər  adı “Şahlar haqqında kitab” olan  əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir.  “Şahnamə”nin müəllifi Ə. Firdovsi bu ləqəblə bütün Şərqdə tanınıb. Firdovsi “Şahnamə” poeması üzərində 35 il işləyib. Demək olar ki, həyatının yarısını bu poemaya həsr edib. Əsərə görə, Sultan Mahmud Qəznəvi  Firdovsiyə külli miqdarda qızıl pul vəd etsə də, poemanı bəyənmədiyi üçün vəfinə xilaf çıxır. Əsərin hər beyti üçün qızıl yox, gümüş pul verir.   Şair bunu özünə və poemasına hörmətsizlik kimi qəbul edir və sultanın göndərdiyi gümüş pulların hamısını elə oradaca kasıblara, fəqirlərə paylayır. Şairin bu hərəkəti sultanın acığına gəlir. Bu hadisədən sonra Firdovsi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və lap qoca yaşlarınadək vətəndən kənarda bir həyat yaşayır. Sonradan geri qayıtsa da, artıq gec idi.
 Azərbaycan hökmdarlarından Məhəmməd Cahan və Arslanla bərabər, Şirvanşah Axsitan, İbrahim Dərbəndi,  Şah İsmayıl Xətai, Şah Təhmasib və başqaları “Şahnamə”nin  daimi oxucularından olublar. Ə. Firdovsinin yaratdığı möhtəşəm “Şahnamə” poeması 120.000 beytdən, yəni ”“ 240.000 misradan ibarətdir. Bu dünya ədəbiyyatı tarixində ən böyük poemadır. Poema sırf fars dilində yazılıb. Bu da fars dilinin “gəlmə” sözlərdən təmizlənməsində və inkişafında əvəzedilməz  rol oynayıb. 

Yuxarıda adını qeyd etdiyimiz “Gülüstan” əsəri də ( Sədi Şirazi) əsl hökmdar masasının bəzəyi olub. Bəzi şahlara dərs deyən müəllimlər, “Qurani Kərimin” oxunuşundan sonra həmən Sədinin “Gülüstan”ını tədris edirdilər. Bu səbəbdən də həmin proqram Azərbaycanın bir çox mədrəsələrinə ayaq açmışdı. Mədrəsə şagirdləri Quranıən xətmindən sonra Gülüstana keçirdilər. Müdərrislər şagirdlərin insan əxlaqlı, hikmətli və ədalətli şəxsiyyət kimi formalaşması üçün tədris edirdilər. 
Sədi Şirazinin 1258-ci ildə tamamladığı  ”Gülüstan” əsəri yazılan islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan"da  əhvalatlar, lətifələrdən, hikmətli sözlər, məsləhətlər və qısa şeirlər epik formada yazılıb. Əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. Ona qədər isə təbii ki, Şərq hökmdarlarının da stolüstü kitabı olub. Şah İsmayıl Xətai Sədidən sitatlar gətirməyi sevərmiş. Həmçinin Qaraqayunlu hökmdarı Cahan şah Həqiqi də Sədinin “Gülüstan” əsərindən çox faydalanıb. Əxlaqi didaktik qəzəllər müəllifi olan Cahanşah Həqiqinin yaradıcılığında “Gülüstan” təsirləri çoxdur. 

Image

Sədi öz səyahətləri zamanı şeirlərini dərviş libasında oxuyub. Şeyxlərə, sufilərə qoşulub azadlıqsevərlərlə oturub-dururmuş. Bütün bunlar onun dünyagörüşündə böyük dəyişiklik yaradır. Şair xalqlar arasında mövcud olan əlaqələri, adət və ənənələri bütün dərinliyi ilə görüb və tanış olub. Bütün bunlar “Gülüstan”ın nə dərəcədə vacib əsər olduğuna bir sübutdur. əsərin özü də Şiraz hakiminin ədalətinə ithaf edilib. 


Elmin Nuri

Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü