İki Şolts: o biri qəddar idi, bu biri mülayimdir – Kanslerin “sülhpərvərliyi”
Analitika
Oxunub: 264
11:40, Bu gün
İki Şolts: o biri qəddar idi, bu biri mülayimdir – Kanslerin “sülhpərvərliyi”
Şolts soyadı bizə “Uzaq sahillərdə” filmindən tanışdır. Alman zabiti Şolts partizan Mehdini (Mixaylo) tutmaq üçün Vitovlye kəndinə gəlmişdi və “Mixaylo” adı ilə neçə dəfə asdırdığı, güllələtdirdiyi partizanın əsl personasını diri tutmaq istəyirdi.
 
Günümüzdə isə başqa bir Şolts məşhurdur. O da almandır. O da müharibəyə qarışıb. O da, prinsipcə, ruslara qarşı cəbhə alıb.
 
Bu, Almaniyanın federal-kansleri Olaf Şoltsdur.
 
Ancaq bir mühüm fərq var: Olaf Şolts həmvətəni zabit Şoltsdan fərqli olaraq ruslara qarşı sərt, kompromissiz mövqedə deyil və Ukraynanın tərəfini tutarkən bu ölkə iıə Rusiyanın arasında gedən müharibənin heç-heçə bitməsini istəyir.
 
Əslində isə bu müharibənin heç-heçə bitmək şansı itirilib. Rusiya 2014-cü il sərhədlərinə qayıtsa, bütün dünya onu məğlub sayacaq – elə Rusiya da özünü müharibədən məğlub çıxmış hesab edəcək.
 
Yox, Rusiyanın işğal etdiyi ərazilərin yarısı, hətta üçdə biri ona qalsa, bu dəfə də Ukrayna özünü məğlub sayacaq. Hərçənd Şolts və onun kimi düşünən liderlər hesab edirlər ki, ziyanın yarısından qayıtmaq da qazancdır.
 
Beləliklə, Şoltsun istədiyi odur ki, çox da səsə salmasınlar, ancaq Ukrayna minimal hesabla Rusiyaya uduzsun və Avropada gedən, hər an başqa ölkələri də çulğaya biləcək müharibə bitsin.
 
İtaliyanın “La Repubblica” yazır ki, Olaf Şolts Ukraynada tənzimləmə planı hazırlayır və Kiyevin ərazi güzəştlərini nəzərdə tutur. Qəzetin müşahisəsinə görə, Almaniya kansleri Ukraynanı sülh naminə ərazisinin bir hissəsini Rusiyaya verməyə razı salmaq istəyir.
 
Kreml başbilənləri isə "Şolts planı" haqqında yalnız mediadan bildiklərini söyləyirlər. Dövlət Duması onun açıqlamalarını "hiylə" kimi qiymətləndirir.
 
Qəzetin yazdığına görə, kansler son vaxtlar daxili siyasi problemlərlə üzləşib. Almaniyanın ZDF kanalının sorğusu göstərib ki, respondentlərin 77%-i onu zəif lider hesab edir, 75%-i də federal hökumətin fəaliyyətindən narazıdır. Kanal bu nəticəni “pis rekord” adlandırıb.
 
Ona görə də ehtimal olunur ki, Almaniyada keçirilən seçkilərdə dəstəyinin azalması fonunda Şolts “sülh kansleri” kimi şöhrət qazanmaq istəyir. Amma bu, belə olmaya da bilər. Çünki Şoltsun əsas qorxusunun necəsə Almaniyanın da bu müharibəyə qarışması olduğu iki ildir açıq-aydın sezilir.
 
Bundan əlavə, sentyabrın 1-də Almaniyanın şərqində yerli parlamentlərə keçirilən seçkilərdə Şoltsun tərəfdarları radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına uduzublar. Kansler nəticələri “narahatedici” adlandırıb və partiyanın "cəmiyyəti parçaladığını və ölkənin nüfuzunu məhv etdiyini" söyləyib. Xüsusilə AfD Ukraynaya silah tədarükünü dəfələrlə tənqid edib və Kiyevə yalnız sülhə hazır olduğunu nümayiş etdirdiyi təqdirdə kömək etməyi təklif edib. Avropa Birliyi AfD-ni “Putinin təbliğatını aparmaq”da ittiham edib və haqlıdır. Bu partiya son illərdə Putinə, Rusiyaya rəğbəti ilə seçilir.
 
2024-09-06T122102Z_653989421_RC20V9ADL8A8_RTRMADP_3_UKRAINE-CRISIS-GERMANY-ZELENSKIY-pic_32ratio_900x600-900x600-67208.jpg (77 KB)
 
Eyni zamanda Şolts Ukrayna lideri Vladimir Zelenski ilə “məxfi söhbət” etdiyini bildirib. Alman siyasətçinin sözlərinə görə, sonuncu ilə yaxşı münasibət var. O, həmçinin Kiyevi dəstəkləməyə davam etmək üçün hər şeyi edəcəyinə söz verib. Solts onu da etiraf edib ki, seçkilərin nəticələri “bəzi” almanların Almaniya hakimiyyətinin Ukraynanı dəstəkləməsindən narazılığını göstərir.
 
Xristian Demokratik İttifaqından (XDİ) Bundestaqın üzvü Roderix Kizevetterin sözlərinə görə, Şolts Ukraynanı Rusiya şərtləri ilə “psevdosülhə” sövq etmək istəyir. Buna nail olmaq üçün Berlin tədricən Kiyevə yardımı azaldacaq və “uydurma danışıqları” dəstəkləyəcək.
 
"Kanslerin hərəkətləri proqnozlaşdırıla bilər, çünki onlar XDİ-nin Ukraynanı Rusiya tərəfindən qurulan psevdosülhə doğru çox incə şəkildə itələmək strategiyasına uyğundur", -Kizevetter deyib.
 
Deputat Şoltsun Moskvanın ikinci konfransda iştirakı ilə bağlı dediklərini də tənqid edərək deyib ki, bu cür təkliflər alman cəmiyyətində baş verənlərlə bağlı “yanlış rəylər” yaradır və Almaniyanın təhlükəsizliyinə xələl gətirir.
 
"Solts özünü “sülh kansleri” kimi təqdim etmək istəyir, lakin o, Ukraynanın vəziyyətini pisləşdirir və bununla da Avropa və Almaniyanın təhlükəsizliyini zəiflədir", - Kizevetter yekunlaşdırıb.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, sülh planı hazırlandığı barədə media xəbərlərindən başqa Kremlə heç nə məlum deyil. “Orada hansı detallardan danışa biləcəyimizi bilmirik. Biz əvvəlcədən heç bir planı rədd etmirik, amma nədən danışdığımızı başa düşməliyik”, - Peskov deyib.
 
Məsələ həm də ondadır ki, Rusiya tərəfi cəbhədə azacıq uğur əldə edən kimi havaya girir, Kiyevə qədər getməkdən dəm vurur və hər hansı sülh planını rədd edir. Hətta Moskva cəbhədə uğursuzluqla üzləşəndə də kompromisə getməyi düşünmür, yenə gözləyir ki, Avropa və Ukrayna diz çöküb yalvarsın. Ukrayna və Avropa sülh çağırışları edəndə isə Kremldə dərhal belə bir qənaətə gəlirlər ki, düşmənin resursları tükənir, kapitulyasiya mərhələsindədirlər.
 
Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin üzvü Dmitri Belikin fikrincə, Qərb Şoltsu və onun planını irəli verməklə Moskvanın reaksiyasını öyrənmək istəyir. “Şolts Qərbin mümkün danışıqlar üçün zəmini yoxlamaq və sonra güzəştlər tələb etmək üçün Rusiyaya doğru buraxdığı sınaq şarıdır. Qərb Ukrayna üçün başqa yol görmür və bu yol bizim üçün qəbuledilməzdir”, - deyə deputat bildirib.
 
Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, ilk konfrans uğursuz olub, çünki müxtəlif ölkələrdən kifayət qədər yüksək səviyyəli nümayəndə toplamaq mümkün olmayıb, indi isə Kiyev və onun müttəfiqləri “özlərini reabilitasiya etməyə” çalışırlar.
 
Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-də bildirib ki, Moskva Ukrayna üzrə danışıqlara hazırdır, lakin ilk növbədə Ukrayna ordusunun Kursk vilayətinə işğalını dəf etmək lazımdır.
 
“Əlbəttə ki, Rusiya Federasiyasının ərazisinə, Kursk vilayətinə daxil olan bu quldurlarla və bütövlükdə sərhəd bölgəsində vəziyyətin sabitliyini pozmaq cəhdləri ilə mübarizə aparmaq lazımdır”, - Putin deyib.
 
Beləliklə, Ukrayna üzrə sülh danışıqları indilikdə mümkün görünmür. Tərəflər konstruktiv dialoqdan uzaqdırlar.
 
Şoltsun təşəbbüsünün sırf özündən gəldiyini çəkinmədən iddia etmək olar. Avropanın digər qüdrətli ölkələrinin liderlərinin Rusiyaya sərt münasibətləri fonunda onun mötədilliyi həmişə diqqət çəkib. Elə buna görə də ölkəsində Şoltsu, zəif, yumşaq lider hesab edirlər.
 
O isə öz xalqının tarixini də yaxşı bilir, Rusiyanın tarixini də. Ona görə də çıxış yolunu sülhpərvər olmaqda görür. Fəqət onun “sülhpərvər”liyi Ukrayna üçün kapitulyasiya deməkdir. Avropa liderləri isə Rusiyanın qarşısından qaçmağın qitə üçün çox zərərli olacağını düşünürlər.
 
“Uzaq sahillərdə” filmində Mixaylo fransız rəssam qılığındaykən çəkdiyi portretdə Şoltsun sifətinə lazımınca sərt ifadə verməsinə şübhə etdiyini bildirirdi, Olaf Şoltsda isə məhz sərtlik çatışmır. /Musavat.com/
 
Oxşar xəbərlər
14:00, Bu gün
Sentyabrın 10-nun ən xoşbəxt BÜRCÜ: Elə bir gündür ki...
13:53, Bu gün
Xocalı, Xankəndi və Cəbrayılda məktəblər fəaliyyətə başlayacaq
13:46, Bu gün
Müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə etdilər - FOTO
13:39, Bu gün
Kənd məktəblərində iki min müəllim vakansiyası niyə seçilmir? - Nazir açıqladı
13:36, Bu gün
Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi
13:29, Bu gün
Rüşvət alan hərbi komissara HÖKM OXUNDU
13:22, Bu gün
Əli Əhmədovun yerinə bu nazir gətirilir
13:16, Bu gün
BDU tələbəsi gənclər arasında şotokan karate üzrə Avropa çempionu olub - FOTO
13:10, Bu gün
"O direktorların qəbuluna düşmək mənim qəbuluma düşməkdən çətindir..." - Nazir
13:03, Bu gün
Sözü ilə əməli üst-üstə düşməyən İrəvan: Ermənistan sülh istəmir - TƏHLİL + FOTO
12:57, Bu gün
Altı ölkənin xüsusi təyinatlıları birgə təlimdə - VİDEO
12:52, Bu gün
2 polkovnikə hökm oxundu - Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi
12:47, Bu gün
Alimlərdən İLK! İnsanın qanı ilə xəstəlik və ölüm risklərini öyrənə biləcəklər
12:42, Bu gün
Səmranın açıq-saçıq geyimdə çimərlikdəki rəqsi GÜNDƏM OLDU- VİDEO
12:40, Bu gün
AÇG-dən indiyədək 596 mln. tona yaxın neft hasil edilib
12:36, Bu gün
Rayonlara gedənlərin diqqətinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq
12:31, Bu gün
Culfadan Fars körfəzinə nəfəslik açılır: "İsti dənizlərə son çıxış" imkanı...
12:30, Bu gün
İsrail ordusu 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisini öldürüb - YENİLƏNİB
12:28, Bu gün
Azərbaycan – Avropa əməkdaşlığının İtaliya poliqonu...
12:25, Bu gün
"AzərEnerji": "Əgər işlər görülməsəydi ölkədə 60 faiz enerji istehsalı dayana bilərdi" - VİDEO
12:21, Bu gün
Sabah 37 dərəcə isti olacaq - HAVA PROQNOZU
12:16, Bu gün
180 övladı olan kişi şəxsi həyatından DANIŞDI
12:11, Bu gün
İcbari sığortada zərfə cərrahi tibbi xidmətlər daxildir? – CAVAB
12:09, Bu gün
Ötən il 71 məktəbdə araşdırma aparılıb
12:05, Bu gün
Partnyor seçimi pis olan 3 BÜRC - Onlar doğru insanı ayırd edə bilmirlər
12:01, Bu gün
Emin Əmrullayev Bakı Dövlət Universitetində aşkarlanan nöqsanlardan danışıb
11:58, Bu gün
Bu məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ - MÜSAHİBƏ
11:52, Bu gün
İranın “Zəngəzur” alverinin şok pərdəarxası: “Şərqə Baxış”dan “Qərbə Baxış”a doğru
11:46, Bu gün
Qarabağ Universitetində tədris ili gec başlayacaq
11:40, Bu gün
İki Şolts: o biri qəddar idi, bu biri mülayimdir – Kanslerin “sülhpərvərliyi”
11:34, Bu gün
Xərçəngi sağaldan MÖHTƏŞƏM RESEPT: minlərlə insan xəstəlikdən xilas olub
11:28, Bu gün
Noyabrda bağçalar işləyəcək? - RƏSMİ AÇIQLAMA
11:22, Bu gün
“International Journal of Multiculturalism” jurnalının növbəti sayı dərc olunub
11:16, Bu gün
Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!
11:10, Bu gün
Əli Əsədov 4 universitetlə bağlı qərar imzaladı
11:05, Bu gün
Azərbaycan İranın planını belə pozdu: 5-6 rus əsgəri Tehran üçün başağrısına çevrildi
11:04, Bu gün
Bakıda avtobus piyadanı vuraraq öldürüb
10:59, Bu gün
8100 dronla fantastik səma şousu - Çindən möhtəşəm görüntülər
10:57, Bu gün
Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"
10:45, Bu gün
UEFA Millətlər Liqası: Bu gün 9 oyun baş tutacaq
10:17, Bu gün
Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək
09:55, Bu gün
Paralimpiadadan sonra iki idmançı itkin düşüb
09:53, Bu gün
Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığına cavab Bəyanatı verib
09:51, Bu gün
“Rusiya Zəngəzur dəhlizi ilə İran sərhədini bağlamaq istəyir”
09:50, Bu gün
XƏBƏRDARLIQ! Bunu edənlər 8 min manat cərimələnəcək
09:44, Bu gün
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
09:42, Bu gün
Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar
09:41, Bu gün
İmamverdi Məmmədov: "Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı"
09:37, Bu gün
Sərnişin müdaxilə etdi, Bakı metrosunda PROBLEM YARANDI
09:33, Bu gün
Anemiyanın simptomları və müalicəsi necədir?
09:30, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
09:29, Bu gün
Lamiyə Vəliyeva: "Hisslərimi sözlə ifadə etmək çox çətindir"
09:23, Bu gün
ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDI
09:22, Bu gün
"Google" Rusiya nömrələri ilə hesabların qeydiyyatını qadağan etdi
09:19, Bu gün
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
09:01, Bu gün
Bakıda bu yollarda TIXAC VAR
09:00, Bu gün
Bakıda polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib - TƏFƏRRÜAT
08:59, Bu gün
6 aylıq uşaq arabadan yıxılaraq öldü - Masallıda bədbəxt hadisə
08:56, Bu gün
İlham Zəkiyev: "Paris-2024-də təşkilatçılıq bərbad idi"
08:53, Bu gün
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL
08:50, Bu gün
Paris-2024: Paralimpiyaçılarımızın növbəti qrupu vətənə qayıtdı
08:45, Bu gün
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
08:14, Bu gün
Mənzil bazarında durğunluq: Ucuzlaşma olacaq?
08:09, Bu gün
İranda yanacaq qıtlığı: Uzun növbələr yarandı - VİDEO
08:02, Bu gün
Rusiyanın 7 regionuna kütləvi dron hücumu edildi
07:59, Bu gün
Məşhur veriliş BAĞLANDI - AÇIQLAMA
07:58, Bu gün
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
07:24, Bu gün
57 qadına təcavüz edən modelyer cəzasını aldı
07:22, Bu gün
İlin ən acgöz ayısı rekordu ilə elm adamlarını təəccübləndirdi
07:19, Bu gün
İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı - DETALLAR
07:18, Bu gün
"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."
06:49, Bu gün
Rusiyanın nüvə silahından istifadə ilə bağlı 5 bəndi var: Ukrayna artıq 2 "qırmızı xətt"i keçib...
01:44, Bu gün
Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir
09 Sep 2024 | 23:22
Yeni "iPhone 16" təqdim edildi - FOTO
09 Sep 2024 | 23:15
Üzüm yığarkən dünyalarını dəyişən ər-arvadla bağlı DETALLI məlumatlar: “1 ay əvvəl nəvələri də ölüb”-FOTO+ÖZƏL
09 Sep 2024 | 23:10
Ölkədə aktiv ƏDV ödəyicilərinin sayında kəskin artım
09 Sep 2024 | 23:05
Ermənistan təlaşda: 25 il sonra ölkədə erməni qalmayacaq
09 Sep 2024 | 23:00
Bakıda uzun tıxac YARANDI
09 Sep 2024 | 22:53
Emin Bakıdakı layihəyə 1 milyard dollar xərclənəcəyini açıqladı
09 Sep 2024 | 22:48
Millimiz Türkiyəyə böyük hesabla uduzdu
09 Sep 2024 | 22:43
İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırdı
09 Sep 2024 | 22:38
“Qarabağ” ilk dəfə “EAFC 25″də
09 Sep 2024 | 22:34
Bu tip insanlara enerjinizi və zamanınzı sərf etməyin...
09 Sep 2024 | 22:30
Süd Yolu və Andromeda qalaktikaları toqquşdu
09 Sep 2024 | 22:24
31 illik həsrətə son qoyuldumu?..
09 Sep 2024 | 22:23
Ukrayna İranın cəzalandırması üçün Qərbə çağırış edib
09 Sep 2024 | 22:21
Professor enerji içkiləri barədə xəbərdarlıq edib
09 Sep 2024 | 22:13
“iPhone 16” təqdim edildi - FOTOLAR
09 Sep 2024 | 22:05
Düyü böhranı: Bu ölkədə limitlə satılacaq
09 Sep 2024 | 21:58
“ASAN müraciət”lə bağlı dəyişiklik olundu
09 Sep 2024 | 21:50
Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı
09 Sep 2024 | 21:43
Ozan Akbabaya Bakıda “Fəlakət”li sürpriz - VİDEO
09 Sep 2024 | 21:35
Azərbaycanlı iş adamı yenə deputat oldu - FOTO
09 Sep 2024 | 21:29
Smartfonlar beyin xərçənginə səbəb olurmu?-DÜNYA ALİMLƏRİ AÇIQLADI 
09 Sep 2024 | 21:25
Almaniya quru sərhədlərinə müvəqqəti nəzarət tətbiq edəcək - SƏBƏB
09 Sep 2024 | 21:20
Ana 7 yaşlı qızını döyüb xəstəxanalıq etdi - Azərbaycanda dəhşət
09 Sep 2024 | 21:14
İrəvandan hiyləgər gediş: Ermənistan Rusiyaya olan nifrətini pula çevirir
09 Sep 2024 | 21:06
Keyt Middltondan ŞAD XƏBƏR
09 Sep 2024 | 20:58
Xəstəni "Youtube"a baxıb əməliyyat etdi - görün nə baş verdi
09 Sep 2024 | 20:50
Rusiyanın döyüş dronları NATO ölkələrinin səmasında: "Elə indi hərəkətə keçin!.."
GÜNLÜK
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 23:15
Üzüm yığarkən dünyalarını dəyişən ər-arvadla bağlı DETALLI məlumatlar: “1 ay əvvəl nəvələri də ölüb”-FOTO+ÖZƏL
09 Sep 2024 | 16:09
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
09 Sep 2024 | 14:51
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
09 Sep 2024 | 15:50
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
09 Sep 2024 | 16:23
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI
09 Sep 2024 | 18:34
Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR - ŞOK
09 Sep 2024 | 14:33
Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək
09 Sep 2024 | 14:45
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
AYLIQ
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 23:15
Üzüm yığarkən dünyalarını dəyişən ər-arvadla bağlı DETALLI məlumatlar: “1 ay əvvəl nəvələri də ölüb”-FOTO+ÖZƏL
09 Sep 2024 | 16:09
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
09 Sep 2024 | 14:51
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
09 Sep 2024 | 15:50
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
09 Sep 2024 | 16:23
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI
09 Sep 2024 | 18:34
Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR - ŞOK
09 Sep 2024 | 14:33
Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək
09 Sep 2024 | 14:45
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...