Erməni terroru: İrəvanın dövlət siyasətinin bir parçası - TƏHLİL + FOTO
Analitika
Oxunub: 376
16:42, Bu gün
Erməni terroru: İrəvanın dövlət siyasətinin bir parçası - TƏHLİL + FOTO
Bu gün müasir dünyanın ən böyük problemlərindən biri də terror qruplaşmalarıdır. Əksər hallarda terror qruplaşmaları xarici ölkələrin müəyyən xüsusi xidmət orqanları tərəfindən dəstəklənib idarə edilsə də, bu məsələdə Ermənistan istisnadır. Çünki bu ölkədə terror birbaşa dövlətin siyasətinin bir parçasıdır və siyasi ambisiyaları həyata keçirmək üçün tez-tez belə çirkin yollara da baş vurulur. Təsadüfi deyil ki, bu günə qədər məlum olan erməni terror təşkilatlarının sayı onlarladır. Sayı bir neçə milyon olan millətin bu qədər terror təşkilatı qurması, fəaliyyətinə yardım etməsi isə hələ də anlaşılan deyil. Maraqlıdır ki, erməni terrorçuları nəinki erməni siyasi elitası və dövləti tərəfindən, eyni zamanda Qərbin bir sıra siyasi dairələri, xüsusi xidmət orqanları tərəfindən himayə edilir, törətdikləri cinayətlərə bir çox hallarda göz yumurlar.
 
Elə bu yaxınlarda azərbaycanlılara qarşı terror aktı hazırlamaqda ittiham edilən Aram Branson adlı erməniəsilli şəxsin İrəvana sığınması da bu faktı sübut edir. Məlum olub ki, Branson İrəvana sığındıqdan sonra ABŞ-ın Ədliyyə nazirliyi və FTB onu axtarışa verib. Baş verən hadisələri diqqətlə oxuyanda məlum olur ki, bu axtarışa vermə toydan sonra nağara misalıdır. Məlum olub ki, 21 yaşlı erməni Massaçusets ştatının Nyuton şəhərində yaşayıb. 2023-cü ildə isə FTX tərəfindən tələbə yataqxanasında törətdiyi partlayışa görə dindirilib. Birləşmiş Ştatların ABC kanalı ölkənin Ədliyyə Nazirliyinə istinadən bildirib ki, saxlanılan şəxs hazırladığı bombaları azərbaycanlılara qarşı istifadə etmək niyyətində imiş. İstintaq müəyyən edib ki, Branson erməniləri dəstəkləmək üçün terrorda iştirak etməyə cəhd edib. Bu məqsəd üçün isə öz videolarında Azərbaycan hərbçiləri və siyasi xadimlərinin də daxil olduğu sui-qəsd hazırlıqlarından danışır, Vaşinqton və Boston da daxil olmaq üzrə Türkiyə və Azərbaycanın diplomatik nümayəndələrinin yerləşdiyi yerlər haqqında məlumat almaq üçün internetdə axtarış aparıb. FTB tərəfindən dindirilən şəxs 8 ay əvvəl Bostonun Loqan hava limanında onun baqajı partlayıcı maddələrlə bağlı həyəcan siqnallarını işə salıb. Federal səlahiyyətlilər onun baqajında ​​partlayıcı maddənin izləri tapdıqlarını bildiriblər. Maddənin reseptini də onun yataq otağında tapıblar. Bununla belə, bu faktlara baxmayaraq, ona Parisə uçmağa icazə verilib. Branson Parisdən də İrəvana uçub.
 
Bütün dünyaya terrorla mübarizə apardığını bəyan edən, bu sahədə öncül dövlətlər olduğunu car çəkməkdən yorulmayan Birləşmiş Ştatların xüsusi xidmət orqanları, polisi və digər strukturları bu qədər ittiham qarşılığında niyə Aramı həbs edərək məsuliyyətə cəlb etməyiblər? Niyə hava limanında partlayıcı maddə izləri tapılan şəxsin uçuşuna icazə verilir? Axı dəfələrlə görülüb ki, hava limanlarında üzərindən adi alışqan, kiçik bıçaq çıxan insanlara, xüsusən də müsəlmanlara qarşı amerikalı polis hansı divanı tutur. Yaxşı, bu qədər təhlükə olan şəxsə niyə gözünün üstündə qaşın var deyən olmur? Bu, xristian təəssübkeşliyidir, yoxsa laqeydlik? Bəlkə terroru elə ABŞ səviyyəsində dəstəkləməkdir? Hansı ki, bu terror azərbaycanlılara və türklərə qarşı yönəlib?
 
 
Göründüyü kimi, açıq suallar çoxdur. Məhz bu yaxınlarda, aradan 8 ay keçdikdən sonra şəxsi axtarışa vermək gözə kül üfürməkdən başqa hansı işə yarayacaq? İşin gülməli tərəfi odur ki, federal səlahiyyətlilər Bransonla əlaqə saxlayıb onu ABŞ-a qayıtmağa və hüquq-mühafizə orqanlarına izahat verməyə razı salmağa çalışsalar da, o, bundan imtina edib. Ermənistanın daxili işlər nazirliyinin və digər güc strukturlarının ABŞ-ın uyğun strukturları ilə daim əlaqədə olduğunu, azı ayda bir dəfə DİN səviyyəsində ortaq görüşlərin, sənəd imzalanmasının həyata keçirildiyini nəzərə alsaq, o zaman məlum olur ki, rəsmi Vaşinqton üçün Aramı Birləşmiş Ştatlara əli-qolu qandallı aparmaq o qədər də çətin məsələ deyil. Bu da Qərb siyasi dairələrinin erməni terroruna olan dəstəyini bir daha sübuta yetirən faktdır.
 
Eyni zamanda ABŞ-da erməni diasporunun kifayət qədər güc və maliyyə resurslarına sahib olduğunu nəzərə alsaq, Bransonun planlarının arxasında kimlərin dayandığını da anlamış olarıq. Təsadüfi deyil ki, Branson elə o diasporun dəstəyi və köməyi ilə İrəvana sığınıb. Burada isə Aram özünü balıq suda hiss edən kimi hiss edir. Çünki İrəvanda “Sasna Tser” terror qruplaşması rəsmi formada fəaliyyət göstərir. Onun artıq bu qruplaşmaya qoşulma ehtimalının yüksək olduğunu, onlarla birlikdə hansısa terror aktlarını planlaşdırdığını ehtimal etmək çətin deyil. Minlərlə üzvü olan “Sasna Tser”ə baş nazir Nikol Paşinyan da gizli şəkildə simpatiya duyur və zaman-zaman onların xidmətindən istifadə edir. Aram kimi başqa hansı terrorçuların Ermənistana sığındığını, hansı təxribatlar hazırlığı içində olduğunu isə ehtimal etmək olar.
 
Erməni terrorunun kökü
 
İlk olaraq qeyd etmək lazımdır ki, terror ermənilərin əsl iç üzü, xəmirlərinin mayasıdır. Ermənilər üçün terrorizm siyasi məqsədlərə nail olaq üçün aparılan dövlət siyasətidir və zaman-zaman kilsə tərəfindən dəstəklənir, xeyir-dua verilir. İstənilən erməni niyyətini həyata keçirmək üçün terrora əl atmağa, bu yolda günahsız və sivilləri kütləvi şəkildə qətlə yetirməyə hazır olması ilə fəxr edir. Son yüz il ərzində Almaniya, ABŞ, Avstriya, Suriya, Rusiya, Livan, İtaliya, Türkiyə, Azərbaycan kimi ölkələrdə müxtəlif erməni terror təşkilatları tərəfindən çoxsaylı aktlar həyata keçirilib. “Armenakan”, “Hnçak”, “Daşnaksütyun”, “Sasna Tser”, “ASOA”, “ASALA”, “Geqaron”, “Orli qrupu”, “Apostol” kimi terror təşkilatları da məhz ermənilər tərəfindən qurulub və bir sıra aktlarda erməni qızlarından, qadınlarından və uşaqlarından istifadə edilib. Qeyd etmək yerinə düşər ki, bu gün dünyanın ən güclü 27 terror təşkilatının 12-i məhz ermənilərə məxsusdur.
 
 
Qonşu Türkiyə hələ Osmanlı imperiyası dövründən erməni terrorundan əziyyət çəkir. Çünki elə 1872-ci ildə Van şəhərində qurulan “Qara Xaç Cəmiyyəti” ilk erməni terror təşkilatlarından sayılır. Cəmiyyət Osmanlı imperiyasına qarşı ermənilərin etirazının ilk cücərtiləri idi və gəncləri silahlandırıb silahlı üsyanlar təşkil edilir, “tarixi vətən” düşmən tapdağından xilas olur adı verilirdi. Təbii ki, bu məsələdə Qərb dövlətləri, xüsusən də Osmanlı imperiyasının çöküşünü arzulayan siyasi mərkəzlər canfəşanlıq göstərir, Türkiyə ərazisindəki erməni burjuaziyası ilə koordinasiyalı çalışaraq, yerlərdə üsyanlara səbəb olurdular. Bu zaman ucqar kəndlərə daxil olan silahlı ermənilər dinc əhaliyə divan tutur, qoca, yaşlı, uşaq, qadın demədən vəhşicəsinə qətlə yetirir, meyitləri təhqir edir, olmazın işgəncələrini veriblər. Bu misallar arxiv sənədlərində yüzlərlə var. Bu səbəbdən də 1915-ci il hadisələrini siyasi manipulyasiya vasitəsi edən Ermənistan Türkiyənin “arxivləri açaq” təklifindən hər zaman yayınır. Məsələn, Osmanlı dövründə Şərq Cəbhəsi komandiri general Kazım Karabəkir Paşanın qızı Timsal Karabəkir atasının xatirələrini belə nəql edir: “Atam Ərzurumda gördüklərini belə danışıb. Ərzuruma gedəndə gördüyüm mənzərə qarşısında yerli xalqın məni gülərək, simalarında təbəssümlə gözlədiklərini düşünərək xoşbəxt oldum. Amma bir az yaxınlaşanda kütlənin hərəkətsiz olduğunun fərqinə vardım və anormal vəziyyətlə qarşılaşacağını hiss etdim. Bir az da yaxınlaşanda bu insanların erməni qruplaşmaları tərəfindən paza keçirilərək öldürülən və çənələri ağrıdan sıxılmış vəziyyətdə olan meyitlər olduğunu gördüm”.
 
Adi bu misal ermənilərin terror məsələsində “ustalaşdıqlar”ını, yüz illər yan-yana yaşadıqları insanlara belə olmazın zülmünü etməkdən zövq aldıqlarını sübuta yetirir.
 
“Daşnaksütyun” və Nemesis
 
1890-cı ildə Qafqazda ermənilərin “Daşnaksütyun” cəmiyyəti yarandı. Bu, erməni terror tarixinin ən qanlı və qəddar təşkilatlarından biri idi. Yaranan təşkilat qısa müddətə Nemesis əməliyyatı işləyib hazırladı. Yunancadan tərcümədə qisas tanrısı mənasına gələn bu ad elə-belə seçilməmişdi. Terror təşkilatının əsas məqsədi qondarma erməni soyqırımı və 1918-ci il Bakı hadisələrinə rəhbərlik etmiş şəxslərdən qisas almaq idi. Onların qurbanları siyahısında ADR-in keçmiş baş naziri Fətəli Xan Xoyski ilə yanaşı, 7 məşhur şəxs də var idi.
 
 
Ümumiyyətlə siyahıya Türkiyə və Azərbaycandan olan 650 nəfərin adı salınmışdı və maraqlıdır ki, onların əksəriyyəti ziyalı şəxslər idi. 1920-21-ci illər ərzində Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, İstanbulda isə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Məsələ bununla da bitmir. Türkiyədən olan bir sıra məşhur şəxs də erməni terrorunun qurbanına çevrilir. Məsələn, Osmanlı imperiyasının sabiq daxili işlər naziri Tələt Paşa, Səid Hilmi Paşa, Trabzon valisi Camal Əzim, kəşfiyyatçı Bahəddin Şakir, hərbi dəniz qüvvələri naziri Camal Paşa da terror qurbanıdır. Maraqlıdır ki, Tələt Paşanı qətlə yetirən Somoqon Teyleryan məhkəmənin hökmü ilə azadlığa buraxılır. Bu isə yuxarıda qeyd edilən faktı, erməni terrorunun hamilərindən birinin Qərbin siyasi dairələri olması faktını sübuta yetirir. Sonradan tapılan sənədlər sübut edir ki, Ənvər Paşa da Nemesis qurbanı olub və siyahıda Zeynalabdin Tağıyev, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Məmmədəmin Rəsulzadə, Topçubaşov kimi şəxslərin də adı olub.
 
ASALA
 
19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində bir sıra qanlı terrora əl atan ermənilər cəzasızlıq mühitindən ruhlanaraq, növbəti təşkilatı - ASALA-nı qururlar. Bu təşkilatın əsas məqsədi Avropa ölkələrində fəaliyyət göstərən türk diplomatlarını qətlə yetirmək idi.1975-ci ildə Parisdə erməni konfransında qurulan ASALA-nın ən tanınmış simaları Aleks Yenikomşiyan və Monte Melkonyandır. Sonuncu 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçiləri tərəfindən öldürülüb. Qruplaşma SSRİ, Yunanıstan, Suriya, İran və Fələstindən, kommunist partiyalarından, erməni kilsələrindən və Qnçak partiyasından güclü dəstək alıb.
 
ASALA 1981-ci ilə qədər Avropada çoxsaylı terror aktları törədir, bu ölkələrdəki qruplaşmaları öz sıralarına əlavə edirdi. Orli hava limanında törədilən akt isə qruplaşmanın ən qanlı terror hadisəsi sayılır. 1983-cü ilin 15 iyul tarixində Fransanın Orli hava limanında “Türk Hava Yolları”nın ofisi qarşısında işə düşən bomba 8 nəfərin ölümünə, 55 nəfərin yaralanmasına səbəb olub. ASALA-nın Livanda və Yunanıstanda təlim düşərgələri olub. Türkiyənin Fransadakı səfiri İsmayıl Erez və sürücüsü Talib Yenerin qətli, səfir Zəki Küneralp, Bəşir Balsoğlu, Neqla Küneralpın da öldürülməsi məhz bu qruplaşmanın balansına yazılıb. Bundan əlavə, Los-Anceles, Sidney, Boston, Belqrad kimi şəhərlərdə də türk diplomatlarına qarşı qanlı terror aktı həyata keçirilib.
 
ASALA-nın sonuncu terror aktlarından biri isə İrəvanda baş tutub. 2023-cü ilin 3 oktyabr tarixində İrəvanda fəaliyyət göstərən yeganə yəhudi sinaqoquna hücum edilib. Bu hücuma görə məsuliyyəti ASALA öz boynuna götürərək, İsraili Azərbaycana dəstək verməkdə ittiham ediblər.
 
 
Azərbaycan ərazisində erməni terrorları
 
1980-ci ildən başlayaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni terror qruplaşmaları Azərbaycana qarşı fəallaşmağa başladılar. Bu işdə isə erməni dövləti, diasporu, kilsəsi xüsusi dəstək və canfəşanlıq göstərməyə başlamışdı. Plana əsasən, Birinci Qarabağ müharibəsinin getdiyi ərazidən xeyli uzaqda terror aktları təşkil edərək, insanları qorxutmaq, çoxsaylı insan tələfatına səbəb olmaq idi. Məsələn, 1989-cu ilin 16 sentyabr tarixində “Tbilisi-Bakı” sərnişin avtobusu partladılır. Nəticədə 5 nəfər həlak olur, 25 nəfər yaralanır. 1990-cı ilin 18 fevral tarixində də “Şuşa-Bakı” sərnişin avtobusu partladılır. Eyni ilin 11 iyul tarixində “Tərtər-Kəlbəcər” sərnişin avtobusu terrora məruz qalır. 14 nəfər öldürülür, 35 nəfər yaralanır. 10 avqust tarixində isə “Tbilisi-Ağdam” avtobusunun partladılması 20 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olur. Eyni gündə isə "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı avtobus partladılır. Nəticədə 17 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Siyahını uzatmaq olar. 1991-ci ilin 9 yanvar tarixində jurnalist Salatın Əsgərova və 3 hərbçi öldürülüb.
 
 
Ermənilərin azərbaycanlılara qarşı terror aktları digər ölkələrdə, xüsusən Rusiyada da davam edib. Məsələn, 1991-ci ilin 30 may tarixində Dağıstanın Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb - 11 ölü, 22 yaralı. Eyni ilin 21 iyul tarixində Dağıstanın Temirtau stansiyası yaxınlığında növbəti dəvə “Moskva-Bakı” sərnişin qatarı partladılır - 16 ölü, 20 yaralı. 1992-ci ilin 8 yanvar tarixində Türkmənistandan “Krasnovodsk-Bakı” marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı 25 nəfərin ölümünə, 88 nəfərin yaralanmasına səbəb olub. 1993-cü ilin 28 fevral tarixində Şimali Qafqazın Qudermes stansiyasında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
 
Erməni terrorçuları tərəfindən 1990-cı illərin əvvəlində Qarabağın Hadrut rayonunun Dolanlar, Şadaxt kəndlərində sərnişin avtobusları partladılır, rayonlar və kəndlər arası hərəkət edən nəqliyyat vasitələri daim atəşə tutulurdu. Eyni zamanda hava nəqliyyatı atəşə tutulur, yüzlərlə dinc sakin qətlə yetirilirdi. 1992-ci ildə törədilən Xocalı, Qaradağlı soyqırımları də məhz erməni terrorunun iç üzünü göstərən faktlardır.
 
Azğınlaşan erməni terroru artıq paytaxt Bakıya da ayaq açmışdı. 1993-cü ilin 2 iyun tarixində casusluq məqsədi ilə ermənilər tərəfindən Bakıya göndərilən İqor Xatkovski Bakı dəmir yolu vağzalında sərnişin qatarını partladıb. 1994-cü ilin 1 fevral tarixində Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında törədilən terror aktı 3 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub. Eyni ilin 19 mart tarixində Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilən terror aktı 14 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnib.
 
Bu faktları və siyahını kifayət qədər uzatmaq olar. Bütün faktlar və günahsız insanların qətlə yetirilməsi Ermənistanda terrorun dövlət tərəfindən dəstəklənməsi və siyasətinin bir parçasına çevrilməsi deməkdir. Dəhşətli fakt odur ki, bu terror qruplaşmaları dövlətlə yanaşı, erməni kilsəsi tərəfindən də dəstəklənir, xeyir-dua verilir. Ermənistanda isə terrorçuların qəhrəman kimi tanıdılması, sevilməsi adi dəbə çevrilib. /Report/
 
Oxşar xəbərlər
20:14, Bu gün
Zelenski: Poltavada ballistik raket hücumları nəticəsində 47 nəfər ölüb
20:10, Bu gün
Rusiya Azərbaycanı parlament seçkilərinin uğurlu təşkili münasibətilə təbrik edib
20:06, Bu gün
Bakıda Fransanın işğalına məruz qalan Mayot adasına həsr olunan konfransda Yekun Bəyanat qəbul edilib
19:58, Bu gün
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilib - FOTO - YENİLƏNİB
19:50, Bu gün
BMT-dən Durovla bağlı açıqlama...
19:43, Bu gün
ABŞ bu raketləri Ukraynaya verəcək
19:35, Bu gün
"Instagram" istifadəçilərin danışıqlarını dinləməkdə ittiham olunur
19:29, Bu gün
Bu qidalar depressiyaya səbəb ola bilər
19:21, Bu gün
“BRİCS öz məqsədlərinə nail ola bilməyəcək” - İqtisadçı Ekspertdən İDDİALI AÇIQLAMA
19:13, Bu gün
Məzuniyyətsiz çalışan işçilərin işlədiyi şirkətləri hansı aqibət gözləyir?
19:05, Bu gün
Kənan MM-dən yeni serial “Günahsız Günahkarlar” - VİDEO
18:58, Bu gün
Onun evində 600 nəfər işləyir - Asiyanın ən varlı adamı
18:50, Bu gün
"Bakıkart" tətbiqi işləmir, amma balansdan pul çıxır - Şikayət
18:42, Bu gün
Polad Həşimovun həyat yoldaşına yüksək VƏZİFƏ VERİLDİ
18:36, Bu gün
"Qarabağ" Aleksey Kaşukun transferini açıqlayıb
18:30, Bu gün
Zibilxanadan körpə meyiti tapıldı
18:25, Bu gün
Bir qurtumluq ləzzəti olsa da... - Pivə haqqındakı MİF DAĞILDI
18:20, Bu gün
Karyeramızla bağlı bizə ilham verəcək 5 ilhamverici TED çıxışı
18:14, Bu gün
Bakıda tozun konsentrasiyasında nisbi azalma müşahidə edilir
18:10, Bu gün
Bu şəhəri düşmən hücumlarından “cadugərlər” qoruyur
18:07, Bu gün
"Kanadada polis görmədim...-Məhkəmələr isə sanki ittiham olunanlara vəkillik edir...”
18:06, Bu gün
Ən əzmkar bürclər onlardır
18:00, Bu gün
Niyə qatığa bal əlavə etməlisiniz?
17:58, Bu gün
Metroda nasazlıq yarandı: Sərnişinlər düşürüldü
17:54, Bu gün
Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri AÇIQLANDI
17:48, Bu gün
CAR Çin və Braziliyanın Ukrayna üzrə "sülh planı"nı dəstəkləyir
17:42, Bu gün
Ersin Tatar Prezident İlham Əliyevə zəng etdi
17:36, Bu gün
Seyfəlidə yararsız döyüş sursatları məhv edilir
17:30, Bu gün
15 yaşlı qızın meyiti GÖRÜN HARADAN TAPILDI - Üzərində xəsarət izləri var
17:25, Bu gün
Türkiyənin BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verilib
17:24, Bu gün
XİN-dən Aİ-yə ÇAĞIRIŞ - Azərbaycanın daxili işlərinə müdaxilələr...
17:18, Bu gün
"Parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib" - XİN
17:13, Bu gün
Kəlbəcərə 1-ci mərhələdə nə qədər ailə köçürüləcək?
17:08, Bu gün
Azərbaycanda xərçəng xəstələri buna görə artır - SƏBƏB
17:04, Bu gün
Türkiyə uğrunda Qərb və Şərqin mübarizəsi - BRICS-ə üzvlük Zəngəzur dəhlizini aça bilərmi?
16:59, Bu gün
“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”
16:54, Bu gün
Demokratiya dərsləri: Qərb Azərbaycandan nəyi öyrənə bilər?
16:48, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycanla oyun üçün İsveçdən 65 azarkeş gələcək
16:42, Bu gün
Erməni terroru: İrəvanın dövlət siyasətinin bir parçası - TƏHLİL + FOTO
16:36, Bu gün
“Gəncə” heyətini əcnəbi voleybolçu ilə gücləndirdi
16:30, Bu gün
Türk generaldan Ermənistana sərt xəbərdarlıq: "Qarşılığı çox ağır olacaq!"
16:26, Bu gün
"Mercedes" almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər - FOTO
16:20, Bu gün
Bakının Nizami küçəsində təmir işləri aparılır
16:15, Bu gün
Ədliyyə naziri Göygöldə vətəndaşları qəbul edəcək
16:06, Bu gün
İstanbulda azərbaycanlı alimə həsr olunan beynəlxalq riyaziyyat konfransı keçirilir - FOTO
16:00, Bu gün
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı
15:55, Bu gün
İsrailin Quru Qoşunlarının komandanı istefa verdi
15:49, Bu gün
Elə bir müsibət yoxdur ki, sizin başınıza gəlməmiş, o, bir kitabda yazılmamış olsun – Paşa Yaqub yazır 
15:43, Bu gün
Evlərini bu cür kirayə verənlərin nəzərinə - CƏRİMƏLƏNƏCƏKSİNİZ
15:37, Bu gün
“Onları sobaya atıb yandırmaq istəyirəm” - Nazilə Səfərli
15:30, Bu gün
İranın Zəngəzur yolu iddiası: Tehran Moskvaya qarşı - ŞƏRH + FOTO
15:24, Bu gün
Netanyahu "Filadelfiya dəhlizi" haqqında bəyanatla çıxış edib
15:17, Bu gün
MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər
15:11, Bu gün
FIFA referisi Elçin Məsiyev təyinat aldı
15:05, Bu gün
Prezidentlə xanımı Kəlbəcər sakinləri ilə belə görüşdü - VİDEO
15:00, Bu gün
Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul etdi - FOTO
14:56, Bu gün
Azərbaycanda məktəbin sabiq direktoruna elektron qolbaq taxıldı
14:49, Bu gün
Manatla bağlı iddiaların iqtisadi əsası varmı?
14:43, Bu gün
Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti tapıldı
14:37, Bu gün
“Azərbaycan-İtaliya hərbi əməkdaşlığı hər iki dövlətin mənafeyinə uyğundur”
14:36, Bu gün
Paytaxtdakı tozlu hava şəraitinin səbəbi nədir? - NAZİRLİKDƏN AÇIQLAMA
14:30, Bu gün
Niyaməddin Orduxanlı Parlament seçkiləri ilə bağlı açıqlama yaydı
14:26, Bu gün
Lüksemburq - Azərbaycan oyununu o idarə edəcək
14:20, Bu gün
Sumqayıtda kişi qadına əxlaqsız təklif etdi, oğlu onları izlədi, sonda... – ŞOK
14:14, Bu gün
Əhaliyə BƏD XƏBƏR - Qiymət bundan sonra da artacaq
14:09, Bu gün
Gəncədə yaşayış binasında yanğın - VİDEO
14:05, Bu gün
Azərbaycanca bülbül kimi cəh-cəh vuran erməni qızı - VİDEO
14:00, Bu gün
"Rusiya ərazisinə soxulan quldurlarla məşğul olmaq lazımdır" - Putin
13:55, Bu gün
İlham Əliyev Kəlbəcər səfərindən video paylaşdı
13:49, Bu gün
"Cəmiyyətlə işləmək asan deyil..." - Deputat seçilən şəhid qardaşı ilə MÜSAHİBƏ
13:42, Bu gün
Mingəçevirdə qadını küçədə it dişlədi: Vaksindən imtina etdi - FOTO
13:37, Bu gün
Paris-2024: İdmançımız finala yüksəldi
13:33, Bu gün
Zəngəzurla bağlı son gediş: Ermənistan ərazisi kimi tanınmadı
13:32, Bu gün
Azərbaycanda deputat bədbəxt hadisə nəticəsində xəsarət aldı
13:30, Bu gün
Rusiyada itən "Mi-8" helikopteri sərt eniş edib
13:28, Bu gün
Bacısına görə 106 kiloqram arıqladı
13:24, Bu gün
Bu işarə altında doğulan kişilər daha ağıllı və bacarıqlı olurlar
13:19, Bu gün
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI
13:16, Bu gün
Azərbaycanda məşhur universitet ləğv olundu - Rəsmi
13:09, Bu gün
Taksi sürücüləri üçün növbəti imtahanın vaxtı məlum oldu
13:03, Bu gün
Tezliklə mühüm həyati qərarlar verməli olacaq 3 BÜRC
12:58, Bu gün
"Bəzi partiyaların hay-küy salıb hakimiyyətdən nə isə qopartmaq praktikasına son qoyulmalıdır"
12:57, Bu gün
Ötən ay neçə nəfər ZƏHƏRLƏNİB?
12:52, Bu gün
BİZ QAYITDIQ, İSTİSU!
12:51, Bu gün
Qazaxıstanın baş müftisi: “Şəriət niqabı vacib buyurmur”
12:45, Bu gün
BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
12:39, Bu gün
DOST RİM ABŞ-də keçirilən müsabiqədə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb
12:39, Bu gün
"COVİD-19"dan sağalanlarda yeni və təhlükəli xəstəlik aşkarlandı - Bu simptomlar varsa…
12:32, Bu gün
Tarixin ən qaranlıq dövrü: Çin Xandan öncə nələr olmuşdu?
12:26, Bu gün
"Rusiya hazırda heç vaxt olmadığı qədər zəifdir" - Tayvan prezidenti Pekinə məsləhət verdi
12:22, Bu gün
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
12:20, Bu gün
“Monqolustan Rusiyadan qorunmaq üçün Çinə, Çindən qorunmaq üçün isə Rusiyaya sığınır..."
12:16, Bu gün
Azərbaycanda bu universitet LƏĞV OLUNDU
12:10, Bu gün
Bakıda polis atəş açdı: Evə basqın edən şəxs zərərsizləşdirildi
12:05, Bu gün
Şəhid anası vəfat etdi
12:00, Bu gün
Əli Hacıyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
11:53, Bu gün
Bazarda qiymət belə tənzimlənəcək: Monopoliyaya ciddi zərbə
11:47, Bu gün
Baş idarə əməliyyat keçirdi - SAXLANILANLAR VAR
11:43, Bu gün
Qanun qüvvəyə mindi: Bu partiyalar maliyyə yardımı alacaq - SİYAHI
11:40, Bu gün
Bakıda daha bir yol təmirə bağlanır
GÜNLÜK
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
10:20, Bu gün
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
01:58, Bu gün
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 21:32
Təyyarə sərnişinləri səmada qəribə obyekt gördülər - TOPA BƏNZƏYİRDİ
02 Sep 2024 | 22:35
Əsgər bir ay yeməksiz qalsa da döyüşdən SAĞ ÇIXDI
02 Sep 2024 | 20:34
İnsanlara heç vaxt bu sözləri DEMƏK OLMAZ 
02 Sep 2024 | 22:45
“Ola bilər ki, mən qonorarı çox istəyirəm, bu onları qane etmir” - Rusiyada çəkilən əməkdar artistimiz-FOTO+ÖZƏL
02 Sep 2024 | 22:51
Dərin Dəniz Özülündə yanğın: ölən var
02 Sep 2024 | 20:18
Prezidentlə xanımının Kəlbəcər səfərindən - Fotolar
02 Sep 2024 | 21:23
Nəzakətli oğru - Qabları yuyub, yemək bişirib və məktub yazıb...
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
AYLIQ
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
10:20, Bu gün
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
01:58, Bu gün
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 21:32
Təyyarə sərnişinləri səmada qəribə obyekt gördülər - TOPA BƏNZƏYİRDİ
02 Sep 2024 | 22:35
Əsgər bir ay yeməksiz qalsa da döyüşdən SAĞ ÇIXDI
02 Sep 2024 | 20:34
İnsanlara heç vaxt bu sözləri DEMƏK OLMAZ 
02 Sep 2024 | 22:45
“Ola bilər ki, mən qonorarı çox istəyirəm, bu onları qane etmir” - Rusiyada çəkilən əməkdar artistimiz-FOTO+ÖZƏL
02 Sep 2024 | 22:51
Dərin Dəniz Özülündə yanğın: ölən var
02 Sep 2024 | 20:18
Prezidentlə xanımının Kəlbəcər səfərindən - Fotolar
02 Sep 2024 | 21:23
Nəzakətli oğru - Qabları yuyub, yemək bişirib və məktub yazıb...