Ermənilərin bitməyən saxtakarlığı: Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
Analitika
Oxunub: 1348
13 Jul 2024 | 16:21
Ermənilərin bitməyən saxtakarlığı: Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
Ermənistan alimləri, Milli Elmlər Akademiyası tarixi saxtalaşdırmaqda davam edir. Onların ideoloqları və elm adamlarının uydurduğu “Böyük Emənistan” iddiası 44 günlük İkinci Qarabağ müharibəsi zamanı darmadağın oldu. Hətta “Qarabağ Ermənistandır” deyə hay-həşir salanlar belə indi az qala hər gün “Qarabağ Azərbaycandır” ifadəsini bütün səviyyələrdə təkrarlayır və qəbul edirlər.
 
Ermənistanın baş naziri Nikol Paşinyan Ağrı dağın da Türkiyəyə aid olduğunu etiraf edir. O, ölkəsinin ən hündür dağının Ağrı dağ (Ararat) deyil, Araqats olduğunu söyləyir: “Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.
 
O, çıxışlarında ölkəsində tarix dərsliklərinin də dayişdirilməsinin vacib olduğunu söyləyib.
 
Ötən il Ermənistanda orta məktəblər üçün 7-ci sinif tarix dərsliyində qədim Azərbaycan şəhəri olan İrəvanın həqiqi tarixi yazıb. Bu ölkənin təhsil fondunun rəhbəri Vaqram Soqomonyan isə bildirib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək.
 
Bu günlərdə yayılan məlumata görə, Nikol Paşinyan hökuməti kurikulumdakı tarix kurslarında “Erməni tarixi”nin əvəzinə müasir Ermənistan dövlətindən bəhs edən “Ermənistan tarixi”nin tədris edilməsinə dair qərar verib.
 
Hökumətinin “Youtube” səhifəsində canlı yayımlanan Nazirlər Şurasının iclasında ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın təqdim etdiyi qanun layihəsi kabinet tərəfindən qəbul edilib. Qanun layihəsində “Erməni tarixi” əvəzinə “Ermənistan tarixi” məzmununun daxil edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
 
 
Nazir “erməni tarixi” ifadəsinin onlar üçün problem olduğunu bildirib. Son vaxtlar qanun layihəsinin çox müzakirə edildiyini və tarix təhsilinin məzmununun dəyişdiriləcəyi ilə bağlı narahatlıqların olduğunu xatırladan Andreasyan belə bir dəyişikliyin olmayacağını da deyib.
 
Nikol Paşinyan da bəyan edib ki, “Erməni tarixi”nin məzmunu əvvəlki dövlətlərin xüsusiyyətlərindən çox, onların yaranması və dağılması ardıcıllığına diqqət yetirir.
 
Qeyd edək ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Türkiyəyə ərazi və saxta soyqırımı iddiası irəli sürülür. Ölkənin orta məktəblərində tədris olunan tarix kitablarında Türkiyənin bəzi şərq vilayətləri “Qərbi Ermənistan” kimi tədris olunur. Bu mövzuların da dərsliklərdən çıxarılacağı gözlənilir.
 
Paşinyan hakimiyyətə gəldikdən sonra tutduğu vəzifədən azad edilən qondarma Soyqırımı Muzeyinin direktoru, tarixçi Hayk Demoyan dəyişikliyin xarici dünyanın tələbləri ilə bağlı olduğunu vurğulayıb.
 
Tarix kitabında dəyişiklik edilməsi haqqında layihə barədə hökumətin saytında yanvarın 22-dən fevralın 7-dək səsvermə keçirilib. Bu tədbirdə 23 min 402 nəfər iştirak edib. Onların 49 faizi tarix kitabında dəyişikliyin lehinə səs verib.
 
 
Bütün bunlara görə Ermənistan heç bir dövlətin boynuna minnət qoya bilməz. Çünki uydurulmuş bu kimi məsələlərdən imtina etməklə ermənilər reallığı qəbul etmiş olurlar. Bu, erməni xalqının 44 günlük müharibəyədək yalanlarla yaşadığını və gözü əllərdə olduğunu təsdiqləyir.
 
Ötən gün Ermənistanın saxtakarlığına dair daha bir hadisə baş verib. Ölkənin Milli Elmlər Akademiyasında kartoqraf Ruben Qalçyanın iki dildə “Azərbaycanın 2014-cü ildə milli atlasının “tarixi” xəritəsi və “Qərbi Azərbaycan” uydurma termininin araşdırması” kitabının təqdimat mərasimi olub.
 
Bu “kitab”ın müzakirəsindən belə aydın olur ki, erməni “alimləri” hələ də tarixi saxtalaşdırmaqda davam edirlər. Azərbaycan torpaqlarında yaradılan “Ermənistan” adlı ölkənin onlara məxsus olduğunu iddia edirlər. Onlar həmin ərazilərin Azərbaycanın tarixi kitablarında “Ermənistan” adı ilə göstərilməməsinə etiraz ediblər.
 
Azərbaycanın tarixi torpaqları var. Həmin əraziyə Vətən Azərbaycan da demək olar. Çünki həmin yerlərin Azərbaycan vətəndaşları ilə vətən, yurd bağlılığı var.
 
 
Azərbaycan Respublikasından qərbdə, yəni indi Ermənistan adlanan ərazidə Qərbi Azərbaycan yerləşir. Həmin torpaqlardakı bütün yer və coğrafi adlar, tarixi abidələr, arxeoloji tapıntılar o ərazilərin Azərbaycan türklərinə aid olduğunu təsdiqləyir. Bundan başqa, dünyanın heç bir tarix kitabında həmin ərazilərin ermənilərə məxsusluğu qeyd edilməyib.
 
Bu da faktdır ki, 20-ci yüzillikdə, çar Rusiyası və sovetlərin dövründə Qərbi azərbaycanlılar “Ermənistan”dan 4 dəfə zorla çıxarılıblar.
 
Azərbaycanın hazırkı Baş prokuroru Kamran Əliyev müsahibələrindən birində Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görüldüyünü bildirib. Onun sözlərinə görə, öz tarixi torpaqları olan Qərbi Azərbaycandan azərbaycanəsilli şəxslərin qovulmaları, təqib olunmaları, soyqırımına məruz qalmaları, xüsusi amansızlıqla qəsdən öldürülmələri, yaşadıqları ərazilərin adlarının qəsdən dəyişdirilməsi, məhv edilməsi, onlara məxsus tarixi-mədəni abidələrin dağıdılması faktları üzrə 2023-cü il martın 30-u 2023-cü il tarixdə Cinayət Məcəlləsinin soyqırımı, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanılıb:
 
 
“Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilib ki, Ermənistanın siyasi rəhbərliyinin “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində hazırda Ermənistan Respublikası adlandırılan ərazinin azərbaycanlılardan tamamilə təmizlənməsi planının həyata keçirilməsi üçün təşkil etdiyi qanunsuz silahlı birləşmələr tərəfindən 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə mərhələli şəkildə vahid qəsdlə hazırda “Ermənistan” adlandırılan ərazilərdə yaşayan azərbaycanlıların milli və etnik mənsubiyyətlərinə görə bütövlükdə məhv edilməsi məqsədilə onların milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən həyatdan məhrum edilib öldürülmələri, sağlamlıqlarına ağır zərər vurulması, azərbaycanlıların bütövlükdə fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaradılmaqla onlara qarşı soyqırımın törədilməsi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan onların qanuni yerləşdiyi yerlərdən qovulması və digər məcburi hərəkətlərlə tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiya edilib, didərgin salınması, habelə beynəlxalq hüquq normaları ilə qadağan edilmiş milli, etnik, mədəni və digər əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum olunmaqla təqib edilmələri nəticəsində Zəngəzur, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə 1905-1907 və 1918-1920-ci illərdə çoxsaylı Azərbaycan əsilli şəxslər erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib, mülkləri yandırılaraq məhv edilməklə əmlakları talanıb, 1918-ci ilin mart ayınadək təqribən 135 000 nəfər, 1948-1953-cü illərdə təqribən 100 000 Azərbaycan əsilli şəxslər öz doğma tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən zorla köçürülməyə, təqibə və deportasiyaya məruz qoyulmuş, 1987-1991-ci illərdə 250 000-dən çox azərbaycanlı öz mülklərindən zorla qovularaq 216 azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilməklə həyatdan məhrum edilib”.
 
1988-ci il dekabrın 11-də keçmiş SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçov Qərbi azərbaycanlıların zor gücü ilə qəddarcasına öz evlərindən qovulmasına sərt münasibət bildirmişdi. O, azərbaycanlıların öz evlərindən didərgin salınmasında Ermənistan rəhbərliyi və hüquq mühafizə orqanlarının iştirakını xüsusi ilə vurğulamışdı: “Yoldaşlar, mən sizə yalan danışmayacam. Mənim əlimdə bütün sənədlər var. Hadisələrlə bağlı mənə hərbi komendant məruzə edir. Bu biabırçılıqda Ermənistan rayon partiya komitələrinin katiblər, icraiyyə komitələrinin sədrləri, müəssisə rəhbərlərin və başqa orqanların başçıları iştirak edir. Yerli milisin (erməni polisi nəzərdə tutur-red.) gözü qarısında azərbaycanlıları məhv edilər. Heç kim onları müdafiə etmir. Sərhəddə (Ermənistan SSR ilə Azərbaycan SSR arasındakı ovaxtkı sərhəd nəzərdə tutur-red.) azərbaycanlıları saxlayır, bütün bəzək-zinət əşyalarını əllərindən alırlar. Qulaqlarından sırğaları, barmaqlarından üzükləri çıxarırlar. Bunlar vəhşiləşib. Bunlar banditdilər”.
 
O, Ermənistandakı azərbaycanlı gənclərin zəhmətkeş olduğunu və cinayətkarlıqla məşğul olmadıqlarını bildirib.
 
Mixail Qorbaçovun bu qısa çıxışı ermənilərin törətdiyi bir çox vəhşilikləri, Qərbi Azərbaycan ərazisində etnik təmizləmə apararkən çoxsaylı qətllər törətdiklərini təsdiqləyir.
 
Erməni alimlər bu gerçəkliyi yenə görməzlikdən gələrək “qərbi azərbaycanlı” terminini qəbul etmək istəmir. Əksinə, yeni uydurma iddialar irəli sürürlər.
 
Ermənistanın ictimai-siyasi xadimləri saxtakarlığı və yalanları ilə reallığı gizlədə bilmir. Ənənəvi olaraq yalanları saxta “kitablar”la gələcək nəsillərə ötürürlər. “Kitab” yazmağa meyilli olsalar da, ermənilər əsl kitabları oxumurlar. Belə yalanlar əsasında qondarma ideyalar hazırlayır, beləcə yalanlarla yaşayırlar. "Balıq yaddaşlı" oduqlarını təsdiqləyirlər. Ermənilər bir yandan tarixlə bağlı səhvlərini düzəldir, o biri yandan isə yeni təhriflər edirlər. /Report/
 
Oxşar xəbərlər
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 23:04
İlkin ulduzlardan ibarət Qalaktik disk tapıldı - Rəsədxana
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 22:48
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 22:40
“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO
02 Aug 2024 | 22:24
Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında "Qarabağ" böyükhesablı qələbəyə sevinib
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:08
Binəqədidə əməliyyat: odlu silah götürüldü
02 Aug 2024 | 22:00
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:20
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
02 Aug 2024 | 21:12
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
02 Aug 2024 | 21:04
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
02 Aug 2024 | 20:56
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
02 Aug 2024 | 20:48
Yuxuda telefon görmək nə deməkdir?
02 Aug 2024 | 20:40
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
02 Aug 2024 | 20:32
"Kadırov Putinə qarşı çıxıb?.."
02 Aug 2024 | 20:26
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
02 Aug 2024 | 20:21
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
02 Aug 2024 | 20:18
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
02 Aug 2024 | 20:17
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
02 Aug 2024 | 20:15
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
02 Aug 2024 | 20:11
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
02 Aug 2024 | 20:03
Bu restoranda nöqsanlar aşkarlandı
02 Aug 2024 | 19:56
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
02 Aug 2024 | 19:49
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
02 Aug 2024 | 19:42
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
02 Aug 2024 | 19:36
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
02 Aug 2024 | 19:30
İdman etmədən arıqlamağın FƏSADLARI
02 Aug 2024 | 19:24
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
02 Aug 2024 | 19:18
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
02 Aug 2024 | 19:12
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
02 Aug 2024 | 19:06
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
02 Aug 2024 | 19:00
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
02 Aug 2024 | 18:54
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
02 Aug 2024 | 18:49
"Ağ ölüm”lə mübarizə - FOTO
02 Aug 2024 | 18:48
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
02 Aug 2024 | 18:42
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
02 Aug 2024 | 18:36
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
02 Aug 2024 | 18:24
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
02 Aug 2024 | 18:18
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
02 Aug 2024 | 18:14
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
02 Aug 2024 | 18:14
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
02 Aug 2024 | 18:10
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
02 Aug 2024 | 18:05
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 Aug 2024 | 18:00
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
02 Aug 2024 | 17:58
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
02 Aug 2024 | 17:54
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
02 Aug 2024 | 17:50
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
02 Aug 2024 | 17:49
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
02 Aug 2024 | 17:45
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
02 Aug 2024 | 17:41
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 17:32
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Aug 2024 | 17:26
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
02 Aug 2024 | 17:19
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
02 Aug 2024 | 17:13
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
02 Aug 2024 | 17:07
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
02 Aug 2024 | 17:02
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
02 Aug 2024 | 16:57
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
02 Aug 2024 | 16:57
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
02 Aug 2024 | 16:50
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
02 Aug 2024 | 16:44
Şamxal Həsənov vəzifəsindən azad olundu
02 Aug 2024 | 16:38
İrana vurulan şillə - VİDEO
02 Aug 2024 | 16:32
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
02 Aug 2024 | 16:25
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
02 Aug 2024 | 16:18
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
02 Aug 2024 | 16:12
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
02 Aug 2024 | 16:05
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
02 Aug 2024 | 16:00
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
02 Aug 2024 | 15:54
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
02 Aug 2024 | 15:48
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
02 Aug 2024 | 15:46
ATMU ali təhsil müəssisələrinin sərgisində
02 Aug 2024 | 15:45
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
02 Aug 2024 | 15:42
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
02 Aug 2024 | 15:37
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
02 Aug 2024 | 15:37
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
02 Aug 2024 | 15:32
İsmayıl Haniyə DƏFN OLUNUR
02 Aug 2024 | 15:27
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
02 Aug 2024 | 15:20
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
02 Aug 2024 | 15:13
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
02 Aug 2024 | 15:07
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
02 Aug 2024 | 15:01
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
02 Aug 2024 | 14:58
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
02 Aug 2024 | 14:53
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
02 Aug 2024 | 14:46
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 14:30
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
02 Aug 2024 | 14:23
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
02 Aug 2024 | 14:16
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
02 Aug 2024 | 14:09
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
02 Aug 2024 | 14:03
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
02 Aug 2024 | 13:57
Masazırda qanunsuz tikili söküldü - VİDEO
02 Aug 2024 | 13:50
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
GÜNLÜK
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 00:59
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 00:59
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO