İranın islahatçı növbəti prezidenti və danışıqlara üçüncü cəhd - ŞƏRH + FOTO
Analitika
Oxunub: 1459
12 Jul 2024 | 17:58
İranın islahatçı növbəti prezidenti və danışıqlara üçüncü cəhd - ŞƏRH + FOTO
İranda ötən 120 ildə islahatlara dəfələrlə cəhdlər olub. Onları iki istiqamətə bölmək olar. Birincisi, İranda üsul-idarəsinin dəyişməsidir. Bura Səttarxanın başçılıq etdiyi Məşrutə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri və Məhəmmədəli Müsəddiq hərəkatları daxildir. Bu, 1905-1953-ci illərədək bir dövrü əhatə edir. İrandakı şah rejiminin devrilməsi, demokratik İranın qurulması hərəkatlarının əsas hədəfi olub.
 
Məsələn, Xiyabani hərəkatının başlıca şüarı belə olub: "İrana demokratiya, Azərbaycana muxtariyyət!"
 
İkinci istiqamət 1979-cu ildən başlayıb. Həmin il baş verən fevral inqilabında Məhəmməd Rza şah devrilsə də, demokratik İranın yerinə, teokratik İran qurulub. Ötən 45 ildə İslam Respublikası və onu idarə edənlərə qarşı insan hüquqları pozulduğu, nüvə proqramında şəffaflıq təmin olunmadığı üçün sanksiyalar tətbiq edilib. Bundan başqa Tehran hakimiyyəti Rusiyaya dron tədarük edib. Onlardan da Ukraynadakı müharibədə istifadə olunub. Ona görə də İrandan dron ixracına da sanksiya tətbiq edilib.
 
Bu baxımdan İranın əsas hədəflərindən biri Qərblə sanksiyaların ləğvi və ya yumşaldılması ətrafında danışıqlar aparmaqdır. Hakimiyyətdaxili islahatçı qüvvələr özlərini Qərblə danışıq aparmağa meyilli sayılırlar. İslahatçı xəttin nümayəndələri bir qayda olaraq nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılması üçün "altılıq" (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ölkələri və Avropa İttifaqı ilə danışıqlar aparırlar.
 
İslahatçı sayılan keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani bu istiqamətdə müəyyən uğur əldə etsə də, sonra Tehran hakimiyyəti və ABŞ-nin davranışı səbəbindən əldə edilən razılıq reallaşmayıb.
 
 
İslahatçı Məhəmməd Xatəminin prezidentliyi dövründə (1997-2005) regiondakı qonşu və Qərb dövlətləri ilə münasibətlərin yaxşılaşdırılması kursu götürülüb. 2004-cü ildə uranın zənginləşdirilməsi üçün AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) qeydə almadığı sentrafuqlar aşkarlanıb. Onda İrana nüvə proqramından imtina qarşılığında dinc məqsədi nüvə energetikasına texniki yardım ediləcəyi vədi verilmişdi. Bu, İranla Qərb arasında danışıqların uğurlu nəticəsi sayılırdı. Tərəflər arasında müqavilə imzalanmaq ərəfəsində idi. Onda Tehran imzalanmanı prezident seçkisindən sonraya saxladı. Ancaq 2005-ci ildə Mahmud Əhmədinejatın prezident seçilməsi ilə danışıqların nəticələri az qala ləğv edildi. Tehran iddia etdi ki, onun nüvə siklini tam yaratmaq, o cümlədən uranı zənginləşdirmək hüququ da var. 2006-cı ildə İranın Avropa "üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqlarına ABŞ, Çin və Rusiya da qoşulub.
 
2006-2010-cu illərdə BMT Təhlükəsizlik Şurası nüvə proqramının dayandırması tələbi ilə İrana qarşı altı qətnamə qəbul edib. 2010-cu ildə İran uranın 20 faizinin zənginləşdirdiyini açıqlayıb. Həmin il aprelin 9-da Mahmud Əhmədinejat İranı nüvə dövləti elan edib.
 
 
Bununla da, Qərblə danışıqlar yenə dalana dirənib. Əhmədinejatdan sonra prezident olan Həsən Ruhani 2013-cü ilin avqustunda ölkənin nüvə proqramı ətrafında yenidən gərginliyi azaltmaq üçün danışıqları bərpa edib. Cenevrədə Birgə fəaliyyət planı imzalandı. Həmin anlaşmaya əsasən, İran uranı 5 faizdən artıq zənginləşdirməyəcəyini, 20 faizədək olan bütün nüvə ehtiyatını məhv edəcəyini, zənginləşdirmək üçün bütün yeni mərkəzlərin tikintisini dayandıracağını vəd etmişdi. Nəhayət, 2015-ci il iyulun 14-də tərəflər arasında Əhatəli Birgə Razılaşma Planı imzalanmışdı. Ancaq Donald Trampın ABŞ-də prezident seçilməsi ilə sənədin reallaşmasında problem yaranıb. O, ölkəsini bu plandan geri çəkib. Bununla da, danışıqlar prosesi yenidən dalana dirənib. Donald Tramp ABŞ-nin nüvə sazişindən çıxdığını bəyan edib. Planın bərpası ilə bağlı danışıqlar 2021-ci ilin yazında Vyanada başlayıb. Ancaq uğur əldə edilməyib.
 
Bu uğursuzluqlardan sonra hakimiyyətdaxili qüvvələr Həsən Ruhaniyə hücuma keçərək onu İranın mənafeyinə zidd addım atmaqda ittiham etdilər. Hətta, bunu əsas götürərək martın 1-də İranın Dini Ekspertlər Şurasına seçkidə namizədliyini belə qeydə almadılar.
 
Mayın 19-da Prezident İbrahim Rəisi həlak olandan sonra iyunun 28-də keçirilən növbədənkənar prezident seçkisində də bu məsələ aparıcı mövzu olub. Seçkiqabağı təbliğat kampaniyası zamanı islahatçı keçmiş namizəd, artıq seçilən prezident Məsud Pezeşkian Qərblə danışıqlara hazır olduğunu dəfələrlə açıqlayıb. Başqa bir keçmiş namizəd Səid Cəlili isə Qərblə bu danışıqlar aparan nümayəndə heyətinin başçısına və razılaşmaya qarşı olub.
 
 
Məsud Pezeşkianın prezident seçilməsindən sonra Qərblə danışıqlar məsələsi yenidən gündəliyə gəlib.
 
İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni ötən gün bildirib ki, ölkəsi ABŞ ilə nüvə proqramına dair danışıqları bərpa etmək istəyir: "ABŞ ilə Omanın vasitəçiliyi ilə birbaşa olmayan danışıqlar prosesi irəliləyir və biz yeni hökumət üçün ciddi münasib zəmin yaratmağa çalışırıq".
 
ABŞ-nin bu məsələyə münasibəti gecikməyib. Ağ evin milli təhlükəsizlik üzrə rəsmi nümayəndəsi Con Kibri "Iran International"a müsahibəsində Baqerinin Tehranla Vaşinqton arasında gizli nüvə danışıqlarının getdiyini təkzib edib: "Hazırda İranın nüvə ambisiyaları ilə bağlı aktiv danışıqlar aparılmır". O, İranla əlaqə kanalları haqqında danışmaq istəmədiyini, habelə danışa da bilmədiyini vurğulayaraq əlavə edib: "Ancaq onu deyə bilərəm ki, Əhatəli Razılaşma Planının bərpası ilə bağlı aktiv danışıqlar aparılmır". O, Tehranın etiraz aksiyası iştirakçılarını öldürdüyünü, terrorçu qruplaşmaları dəstəklədiyini vurğulayaraq deyib ki, əvvəlki danışıqlarda İran ABŞ-nin yerinə yetirə bilməyəcəyi tələblər irəli sürmüş və məsuliyyətsiz danışıqlar aparmışlar.
 
Kibri bundan əvvəl də bildirmişdi ki, ABŞ-nin İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla nüvə danışıqları aparmağa həvəsi yoxdur. O, bunu həm də İranın husiləri, HƏMAS-ı və "Hizbullah"ı dəstəkləməsi ilə əlaqələndirib.
 
 
İran rəsmilərinin danışıqların getdiyinə dair açıqlaması, qarşı tərəfin bunu təkzib etməsi ilk hadisə deyil. ABŞ İrana 1980-ci ildən sanksiya tətbiq edib. Başqa sözlə, ikitərəfli münasibətlərin pozulduğu 45 il ərzində gizli, mətbuata sızan görüşlərin olduğuna dair çoxsaylı informasiyalar var. İrana belə bir görüşün baş tutduğunu, yaxud bununla bağlı blef HƏMAS-İsrail, İsrail-Hizbullah münasibətləri fonunda vacibdir. Çünki o, bununla İsrail-ABŞ münasibətlərində inamsızlıq, ərəb dünyası ilə ştatlar arasında çat yaratmaq istəyir.
 
Bundan başqa, Tehran yeni prezidentin və qurulacaq yeni hökumətin ABŞ başda olmaqla Qərblə danışıqlara hazır olduqları ismarışını da bu yolla çatdıra bilər. Avropa "üçlüyü"+3 İranın islahatçı prezidenti ilə iki dəfə uğurlu nüvə danışığı aparıb. Ancaq bunlar uğrusuzluqla nəticələnib.
 
Danışıqların mövzusu yalnız İranın nüvə proqramına aid olduğu üçün əhatəli razılaşma əldə etmək mümkün olmur. Qərbi, xüsusi ilə ABŞ-ni nüvə proqramı ilə bağlı razılaşdırma qane etmir. Ehtimal etmək olar ki, Ağ ev İrandan Fələstin, Livan, Yəmən, İraq və Suriyadakı fəaliyyətini məhdudlaşdırmasını da istəyir. Ona görə də islahatçı Prezident Məsud Pezeşkianın daha bir tələbi realaşdırmaqla üzləşəcəyini gözləmək olar. Bu isə İranın Yaxın Şərqdəki fəaliyyətinin məhdudlaşdırması deməkdir.
 
Ali rəhbər ayətullah Əli Xamənei islahatçı Pezeşkiana belə bir göstərişin icrasını tapşıracaq? Bu baxımdan yeni prezidentlə vaxt udan Tehranın nəfəsi növbəti addımadək çətin çata. Cəmiyyət yenilik teşnəsidir. Pezeşkiana həm də bu təbəqə və rejimə etiraz edənlər səs verib. Dəyişiklik edilməyəcəyi halda onlar səslərinin doğrulmasını tələb edə bilərlər. Odur ki, Tehranın danışıqlar iddiası, Vaşinqtonun təkzib açıqlaması yeni şərait üçün özünəməxsus siqnal da sayıla, yeni islahatların baş tutmasının barometri ola bilər. Üçüncü islahatçı prezident, danışıqlara üçüncü cəhd - bu həm də İran hakimiyyətinin gələcək fəaliyyətinə təsir edə bilər. /Report/
Oxşar xəbərlər
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:40, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - Xəsarət alanlar var
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:27, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxşıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
13:06, Bu gün
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
12:59, Bu gün
Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
12:55, Bu gün
Sabah hava necə olacaq? - PROQNOZ
12:50, Bu gün
Maqnit qasırğası yenidən Yeri bürüyəcək
12:44, Bu gün
Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artırıldı - FOTO
12:38, Bu gün
Müəllimi baltalayaraq qətlə yetirən şəxs: "Mən meşədə olanda arvadıma sataşdı..."
12:32, Bu gün
Gənclər festivalı "Yay Fest"in 3-cü həftəsi necə yadda qaldı? - FOTO
12:17, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
12:11, Bu gün
“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, "komsomol Cəlal" dərmanlardan şikayətləndi
12:05, Bu gün
Hakan Fidan HƏMAS-ın yeni lideri ilə görüşdü
12:01, Bu gün
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
11:59, Bu gün
Rusiyanı gözləyən strateji dalan...
11:58, Bu gün
İmtahanda yüksək bal toplayan məzun:“Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
11:53, Bu gün
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı
11:52, Bu gün
Zəlzələ Ermənistanla Gürcüstanı silkələdi
11:48, Bu gün
“Dedim öləcəm, amma görüşlərimdən qalib ayrılacam” - VİDEO
11:44, Bu gün
Laçının bu kəndinə köç olacaq
11:43, Bu gün
Qarışıq reallıq: cihaz gələn il təqdim ediləcək
11:39, Bu gün
Sosial yardım alanlara şad xəbər: Müddət 5 günə endirildi
11:35, Bu gün
Bu ilin sentyabrında Qarabağda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
11:30, Bu gün
Gələn həftədən təşviqat kampaniyası başlayır
11:26, Bu gün
Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür
11:24, Bu gün
Xüsusi şərtlərlə pensiya alanların sayı AÇIQLANDI
11:19, Bu gün
Abdulla Şaiqin nəticəsi: Valideynlərim həmişə bizimlə Azərbaycan dilində danışıblar
11:15, Bu gün
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
11:10, Bu gün
Cizgi filmləri uşaqların psixikasına zərər verə bilər
11:03, Bu gün
UNEC “İnsan resurslarının idarəedilməsi (HRM)” mini-MBA təlim proqramına start verir
11:01, Bu gün
O, Ermənistanın bu məsələdə Kremlin sifarişini yerinə yetirdiyini iddia etdi...
10:58, Bu gün
Abay Kunanbayevin "İşıq varsa könüldə..." kitabına Ön söz... - Cavanşir FEYZİYEV
10:50, Bu gün
Əcnəbi rəqqaslar "Uzundərə"ni ifa etdilər: Video sosial şəbəkələrdə virus kimi yayıldı
10:46, Bu gün
IV “Yüksəliş” müsabiqəsinin qaliblərindən 10 nəfəri UNEC məzunudur
10:42, Bu gün
90 nəfər şəhid ailəsi üzvü işlə təmin olundu
10:36, Bu gün
Ən çox maaş verilən 10 ölkə
10:28, Bu gün
Azərbaycan neftinin qiyməti cüzi artıb
10:20, Bu gün
Əhaliyə xəbərdarlıq: “Bu linkləri açmayın” – VİDEO
10:12, Bu gün
Detoks pəhrizləri
10:00, Bu gün
Bərdədə gənc oğlan özünü asdı
09:53, Bu gün
COP29-la bağlı bu mərkəz fəaliyyətini dayandırdı
09:45, Bu gün
"Nar" natiqlik çempionatının qaliblərini mükafatlandırdı
09:37, Bu gün
"Apple" cihazlarının kilidini ürək ritmi ilə açmaq mümkün olacaq
09:31, Bu gün
Bu gündən hava dəyişir - İstilər başlayır
09:26, Bu gün
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
09:24, Bu gün
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
09:23, Bu gün
Azərbaycanda 74 nəfər zəhərləndi, ölənlər var
09:17, Bu gün
Azərbaycanda naməlum vəhşi heyvan kənd sakinlərini QORXUYA SALDI - FOTOLAR
09:10, Bu gün
UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub
09:02, Bu gün
12 ildən sonra 2 qızıllı Olimpiada  təkrarı - FOTOLAR
08:55, Bu gün
“Curiosity” Marsda təmiz kükürd tapdı
08:48, Bu gün
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
08:34, Bu gün
"CNN" Kamala Harrisin Rusiya ilə məhbus mübadiləsindəki rolundan danışdı...
08:30, Bu gün
Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək
08:22, Bu gün
Rusiya və Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir
08:17, Bu gün
2030-cu ilə qədər bu 9 şəhər suyun altında qalacaq
08:10, Bu gün
Ev heyvanını tərk edən şəxsləri 3000-ə qədər cərimə gözləyir
08:05, Bu gün
Bu bitki güclü antioksidant təsirə malikdir
07:59, Bu gün
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:07, Bu gün
Husilər də İsrailə qarşı çağırış etdi
00:06, Bu gün
Ərdoğanla Bayden arasında telefon danışığı olub
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 22:30
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb
GÜNLÜK
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 17:25
"Ana dilimiz qəzalı vəziyyətdədir" - SEYRAN SƏXAVƏT DANIŞDI
01 Aug 2024 | 17:00
Baş nazirdən sosial ödənişlərlə bağlı QƏRAR
01 Aug 2024 | 16:54
"Bu göstəriciyə görə Azərbaycan əksər ölkələrdən geridədi, hətta..." - Sabiq maliyyə naziri AÇIQLADI
01 Aug 2024 | 17:07
"Yaxşı, Kamala Harris hindli, yoxsa qaradərilidir?" - Tramp
01 Aug 2024 | 18:25
Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ
01 Aug 2024 | 16:44
Dilimiz milli kimliyimizdir...
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 17:25
"Ana dilimiz qəzalı vəziyyətdədir" - SEYRAN SƏXAVƏT DANIŞDI
01 Aug 2024 | 17:00
Baş nazirdən sosial ödənişlərlə bağlı QƏRAR
01 Aug 2024 | 16:54
"Bu göstəriciyə görə Azərbaycan əksər ölkələrdən geridədi, hətta..." - Sabiq maliyyə naziri AÇIQLADI
01 Aug 2024 | 17:07
"Yaxşı, Kamala Harris hindli, yoxsa qaradərilidir?" - Tramp
01 Aug 2024 | 18:25
Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ
01 Aug 2024 | 16:44
Dilimiz milli kimliyimizdir...