ADR-in bolşeviklər arasına yerləşdirdiyi AGENT: Gizli Tarix + FOTOLAR
Analitika
Oxunub: 1597
29 May 2024 | 09:34
ADR-in bolşeviklər arasına yerləşdirdiyi AGENT: Gizli Tarix + FOTOLAR
Moderator.az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Mir Cəfər Bağırovun məhkəməsinə gün işığı tutan dəyərli araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.
 
1953-cü ilin iyununda Beriyanın həbsindən sonra şübhəli şəxslərin dairəsi genişlənir. İstintaqçıların diqqət mərkəzinə M.C.Bağırov düşür və buna da əsas səbəb keçmiş çekist İ.K.Əfəndiyevin N.S.Xruşşovun adına yazdığı məktub olur.
 
PГАСПИ. F. 17. Siy. 171. İş 469. Səh. 104-116.
 
İ.K.Əfəndiyevin N.S.Xruşşova yazdığı 7 oktyabr 1953-cü il tarixli məktub (ixtisarla)
 
MK Rəyasət Heyətinin bütün üzvlərinə və Sov.İKP MK katiblərinə göndərmək
 
16.Х1.53-cü il.
 
Surətdən surət
 
Tamamilə məxfi
 
Şəxsən
 
Sov.İKP MK katibi yol. N.S.Xruşşova
 
Əziz Nikita Sergeyeviç!
 
Sizin simanızda xalqımızın ağlı-zəkası olan partiyamızın Mərkəzi Komitəsinə aşağıdakı məsələ ilə bağlı müraciət edirəm.
 
 
Mən ömrümün gənclik illərindən, Vətənimizin düşmənlərinə qarşı partiyamızın mübarizəsi ilə sıx bağlı olmuşam.
 
Həyatım sovet kəşfiyyatı ilə bağlı olub və işlədiyim müddətdə mənim hər hansı bir qüsurum olmayıb. Mən sovet kəşfiyyatında heç vaxt yalan danışmamış, sovet hakimiyyətinin düşmənlərinə qarşı uzun illər amansız mübarizə aparmışam.
 
Azərbaycan sovet kəşfiyyatında elə adam yoxdur ki, mənimki qədər eyni dərəcədə keyfiyyətli və kəmiyyətli “şəxsi işi” olsun.
 
Sizin simanızda partiyamızın qarşısında and içirəm ki, heç vaxt şəxsi maraqlarım naminə mənim kimisə rüsvay etmək fikrim olmayıb. Dediklərim bu məktuba da aiddir.
 
Mircəfər Bağırola əlaqədar sizin vaxtınızı almaq istəməzdim. Əgər Bağırov özü vicdanla, namusla şəxsi, siyasi və s. iç üzünü açsaydı, onda görünərdi ki, o, şanlı təşkilatımıza və bütün Azərbaycan xalqına nə qədər ləkə gətirib. Lakin o, bu etirafı indiki günə qədər etməyib.
 
Bağırovda nə namus, nə vicdan, nə də düzlük var. O, gözləmə mövqeyindədir, quyruğunu bulayır, özünü quzuya oxşadır. “Səhvlərini” həvəslə boynuna alır, ancaq partiyanı (MK) maraqlandıran əsas məsələlərə yaxın gəlmir.
 
 
Bununla bağlı bir tarix maraqlıdır. Azərbaycan KP MK-nın fəallarla birgə keçirilən plenumunda, onu heç kim Beriyanın cinayət əməllərinə görə ittiham etmirdi. Həmin o Bağırov (ola bilsin, profilaktika üçün) adının Beriya ilə əlaqələndirilməsini bütün imkanı daxilində qətiyyətlə, kəskin şəkildə rədd edirdi. Deyirdi ki, guya, “bu faktla bağlı mən də sizin kimi heyrətlənmişəm”.
 
 
Burada deyiblər ki, oğrunun papağı yanır! O, bu sadəlövh siyasətlə kimi aldatmaq istəyir?!
 
Partiya və bütün xalq bilir ki, Beriya ilə Bağırov – siam əkizləridir. Və bir sual yaranır: bunlardan hansı müəllim, hansı şagirddir?
 
Aşağıda sadalanan bir neçə fakt onu göstərir ki, Bağırov və onun siyasət dostu Beriya məharətlə maskalanıb,inam qazana biliblər; Bağırovda hakimiyyəti Beriya kimi tamamilə ələ keçirmək arzusunda idi, o, Beriya kimi karyera məqsədlərinə çatmaq üçün bu yolda heç nədən, hətta siyasi avantüradan belə çəkinmirdi. Və s…
 
Beriya və Bağırov – ikisi də eyni dərəcədə bir yuvanın quşudur və bizim partiyamızla onların ümumiyyətlə heç bir yaxınlığı olmayıb.
 
Faktlara müraciət edək:
 
1. 1918-ci ildə M.C.Bağırov Quba uyezdrevkomun sədri təyin olunan zaman sovet qoşun hissələri Qubaya yola düşür. Bu qoşun dəstələrinə, səhv etmirəmsə, Qoqoberidze və Lordkipanidze rəhbərlik edirdilər. Mənim bacımın əri Qulam Məmmədov orada xəzinədar işləyirdi. Mən və bacım bir yerdə Qubaya gedirdik. Biz Xaçmaz-Quba yolunu keçən vaxt Əli Bəy Zizinskinin bandası sovet qoşunlarına hücum etdi. Sovet qoşunları bu bandanı dağıdandan sonra isə Qubaya daxil oldu.
 
 
Sovet hakimiyyəti qurulandan sonra (28.IV.20-ci il) Bağırov Bakıya gəldi, tezliklə Azərbaycan FK-nın (Fövqalədə Komissiya – A.M.) sədri oldu. Hər halda, onun birinci vəzifəsi (sərt qanunlar dövründə) birbaşa Əli Bəy Zizinskini zərərsizləşdirmək və məsuliyyətə cəlb etmək idi, çünki o, Bağırovla silahlı mübarizəyə girmişdi.
 
Ancaq bu, baş vermədi. Bağırov Əli Bəy Zizinskini öz himayəsinə götürdü ki, bu da Azərbaycan xalqına çox baha başa gəldi.
 
Şamaxı uyezd siyasi bürosu (o vaxt FK uyezd orqanları belə adlanırdı) ilə mənim şəxsi əlaqəm vardı, məlumat verdim ki, Əli Bəy Zizinski müntəzəm olaraq Şamaxı şəhərinə gəlir. Orada onun arvadı Ağalarova əksinqilabçı elementlərlə əlaqə qurur və antisovet çıxışlar hazırlayır. Bu məsələdə o, nəinki müsavatçılarla, hətta orada “könüllü qalan” türk əsgərləri və zabitləri (oxu: kəşfiyyatçı) ilə əlbirdir. Şamaxı siyasi bürosunun rəisi yoldaş Krasnı informasiya məsələləri üzrə müvəkkil kimi mənə məlumat verdi ki, bu siqnalı şəxsən Beriyanın iştirakı ilə Bağırova vermişdir. Bağırov isə sənədləri Beriyaya vermiş və demişdi: “Mən onu (yəni Əli Bəy Zizinskini ) tanıyıram, ondan təhlükə gözlənilmir!”.
 
Ancaq qorxulu və həyəcanlı xəbərlər gəlirdi ki, Kaleybuqurt şeyxlərlə, qolçomaqlarla, “Türkiyə könüllüləri ilə” birgə – onların ideya rəhbərləri Triniç Əhməd adlı birisi olub,- müsavatçılar Qaraqoyunlu üsyanı hazırlayırlar. Bütün fəaliyyət pantürkizm şüarı altında gedirdi. Bu işdə Əli Bəy Zizinskinin təsiri var idi.
 
Bu informasiyanı qulaqardına vuran Bağırov vəziyyəti o hala catdırmışdı ki, Qaraqoyunlu üsyanı baş verdi.
 
Bu, təsadüfi ola bilərmi?
 
2. Məlumdur ki, 1918-ci ildə türk qoşunları Azərbaycanı işğal etdilər, gənc sovet hakimiyyətini boğdular. O vaxt Bağırov, özünün dediyinə görə, Qubadan Həştərxana getmişdi. Həmin vaxt Şükri Paşa Qubaya daxil oldu. Türklərin qərargah rəisi Əhməd Bedin idi. Bir çox antisovet elementləri türklərin və müsavatçıların tərəfinə keçmişdi. Mən və bacım o vaxt Qubada idik. Quba uyezdrevkomun sədr müavini Məhəmməd Mehdini bizim gözümüzün qabağında asdılar. Bunları Əhməd Bedin, Əli Zizinski, Hacı Ağa Şahverdiyev (indi Sov.İKP-nin üzvü və Bağırovun dostudur) etdilər.
 
 
 
Nəhayət ki Azərbaycanda sovet hakimiyyəti quruldu. Bağırov Azərbaycan FK-nın sədri oldu.
 
Mən və bir sıra kommunistlər Əhməd Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin üzvü və rəhbər işçi Əhməd Triniçə çevrilmişdi.
 
Mən, Qulam Məmmədov, Bulqeis Məmmədova və başqa yoldaşlar o dəqiqə partiyanın kəşfiyyat xəttilə şəxsən Bağırova xəbər verdik ki, Qubaya daxil olmuş türk qoşunlarının qərargah rəisi olan Əhməd Triniç həmən o Əhməd Bedindir. Bu, o kəsdir ki, bolşevik Məhəmməd Mehdinı asmışdı. Rəsmi informasiyalarla müəyyən edilmişdi ki, bu Əhməd Triniç görkəmli türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, o, müsavatçılarla əlbirdir və s. Lakin Bağırov (FK sədri) bunu qulaqardına vuraraq gözə kül üfürür və deyir: “Azərbaycan MK-ya məlumdur ki, Əhməd Triniç partiya tərəfindən düşmən düşərgəsinə iş üçün göndərilmişdir, bu, hamımıza məlumdur”.
 
Mənim xəttimlə (kəşfiyyat) sərəncam daxil olmuşdur ki, “Triniçin işini qurtarın”.
 
Ola bilərmi ki bu, təsadüf olsun?
 
3. Lakin Əhməd Triniç öz əksinqilabi fəaliyyətini davam etdirərək sona çatdırdı. Ali pedaqoji təhsil təşkil etmək adı altında Azərbaycan Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər dəvət olundu. Həmin “müəllimlər – elmin və Azərbaycan dilinin bilicisi” kimi qələmə verilirdi.
 
Azərbaycan sovet kəşfiyyatının xeyir-duası ilə, Bağırovun rəhbərliyi ilə Azərbaycana “mütəxəssis-müəllimlər” gəldilər.
 
Tezliklə mən (“Ayaz” ləqəbi ilə) yenə xəbər ötürdüm ki, APİ müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları hazırlayır. Onların hamısı Əhməd Triniçlə bağlı idi, o isə nüfuzunu artırır və hakimiyyətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlayırdı.
 
 
“Məni ağzımdan vurdular”. O demək idi ki, bu sənin obyektlərin deyil, “mane olma”.
 
Lakin bizim əks-kəşfiyyatçılarımız (xaricdəkilər) Moskvaya xəbər verdilər ki, Bakıda əksinqilabçılar APİ-də yuva qurublar; məhz bundan sonra onları SSRİ-dən çıxartdılar.
 
Ancaq Əhməd Triniçi ifşa etmək üçün (o, əslində Bedin idi) 17 il lazım oldu.
 
Bəyəm bu da təsadüfdür?
 
4. Müsavat partiyasının lideri Məmməd Əmin Rəsulzadənin və bu partiyanın katibi Abbasqulu Kazımzadənin həbsində iştirak edən bir insan kimi, bilirdim ki, M.Ə.Rəsulzadə V.İ.Leninin teleqramı əsasında Moskvaya aparılmış və Xalq millətlər komissarlığında saxlanılmışdı. Moskvada qısa müddət işlədiyi zaman o, antisovet ruhunda olan bütün Azərbaycan mühacirlərini geri çağırdı. Onların arasında çoxlu alman, fransız, türk kəşfiyyatının agentləri var idi. Bütün bu elementlər mütəxəssis kimi Azərbaycana göndərilmişdi. Almaniyadan Bakıya İsmayılzadə İbrahim, Atayev Əli Rza, Fransadan Hüseynbəyov Zeyinəm bəy, Mustafayev (adı yadımdan çıxıb), Səlim Əliyev və başqaları gəlmişdilər… Tezliklə onlar mənim “obyektlərim” oldu. Onlardan öyrəndim ki, Məmməd Əmin Rəsulzadə öz siyasi xəttindən əl çəkməyib. Sağ qalan müsavatçılarla – Veysəl Mustafayev, Xəlifəzadə və başqaları ilə o əlaqə yaradır. Məmməd Əmin Rəsulzadə və Abasqulu Kazımzadə Suxumiyə “dincəlməyə gəlmişdilər”. Suxumidən şəxsən xəbər göndərmişdim ki, onların qaçmaq fikirləri var, daha doğrusu, onlar qaçdılar.
 
Bu xəbəri də qulaqardına vurdular, nəticədə isə sovet hakimiyyətinin qatı düşməni kanonerkada Türkiyəyə qaçmağa müvəffəq oldu, o, indi də orada yaşayır.
 
Bağırovu nə qədər inandırmağa çalışdılar ki, M.Ə.Rəsulzadənin göndərdiyi “mühacir­ mütəxəssis” əksinqilabi iş aparır, o bunları qulaqardına vururdu. Onların zərərsizləşdirilməsi üçün isə 12 ildən 16 ilə qədər vaxt tələb olundu.
 
Görəsən, bu da təsadüfdür?
 
 
 
5. Ümumiyyətlə, Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu: “Bir cekist kimi, mənə olar”. Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinə görə onu işdən çıxardılar. Onun dostları isə – zəngin mülkədar Məşədi Əli İsmayılov, “onun həyatını xilas edən” Camal Mirzəyev, quldur Qazan Papax oğlu Məhəmməd (onu MK-nın qərarından sonra məcbur olub güllələdilər) və başqaları yalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar.
 
Son dərəcədə dəhşətlisi bu idi ki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onları qoruyurdu, lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu.
 
Türkiyə KP MK üzvü ilə bağlı hadisəni yada salaq, onu bir “xuliqanlıq” hərəkətinə görə (Azərbaycan FK-nın sədr müavini Qorbaçenko ilə pivəxanada şuluqluq salmışdı) günahsız yerə güllələdilər. Bu adam özü ilə Moskvaya iş aparırdı, onda Sovet İttifaqında, xüsusilə Azərbaycanda fəaliyyət göstərən əksinqilabçı şəbəkələri haqqında məlumatlar var idi. Bu qondarma, əldəqayırma şuluqluq işinə “siyası material” donu geydirdilər və o, heç nəyə görə güllələndi. Bu işi də gizlətməyə müvəffəq oldular. Və bu, “yüngül xəsarətlə” nəticələndi. Qorbaçenko 10 il iş aldı, lakin çox çəkmədi ki, o, Bakıya qayıtdı. Bunu necə adlandırmaq olar, yenə təsadüf?
 
6. Ola bilər, bu da təsadüf olsun ki, Azərbaycanda işdən çıxarılmış, ifşa olunmuş Bağırov Gürcüstana Beriyanın yanına getdi və Beriya da onu xilas etdi, sığınacaq verdi. Bu, Beriyaya göstərdiyi qulluğa görə Bağırovun haqqı idi. Bakı “işlərində” xilasına görə o, Azərbaycan FK-nın sədr müavini vəzifəsində işləyən zamandan Bağırova borclu qalmışdı.
 
Müsavatın əks-kəşfiyyatı ilə, eləcə də onun vasitəsilə Türkiyənin əks-kəşfiyyatı ilə bağlı olan Beriya Xəzər Hərbi-Dəniz Donanmasında üsyanın qalxmasına müvəffəq oldu. Bir neçə dənizçi dava-dalaş saldığına görə o, camaat qarşısında açıq-açığına həbs edildi (qəsdən belə bir forma düşünülmüşdü). Dənizçilər elə o andaca “repressiyaya məruz qaldılar” və güllələndilər (ola bilərmi ki, Azərbaycan FK sədri bunları bilməsin?). Hərbçilər öz yoldaşlarını tələb edirdilər, ara daha da qızışaraq o dərəcəyə çatmışdı ki, hərbi gəmilər ultimatum verdilər ki, onlar Bakını bombardman etmək istəyirlər. Əksinqilabçılarla əlbir olanların bu işini ifşa etmək üçün partiyamıza nə qədər güc lazım oldu.
 
Ola bilərmi, Bağırov bunları bilməsin ki, Beriya əks-kəşfiyyatda xidmət edib və bu faktdır ki, o, Azərbaycanda sovet hakimiyyətini devirməyə çalışırdı?
 
Amma o, bunları bilməmiş deyildi! Lakin o, “təmizlədi”, müdafiə etdi və Beriyanı yola saldı ki, get, qardaşım, alınmadı…
Oxşar xəbərlər
14:04, Bu gün
Günün xoşbəxt bürcü hansıdır?
13:45, Bu gün
Doqquz yaşlı qızlar hərbiləşdirilmiş silahlılar tərəfindən dəstə-dəstə zorlanıb
13:30, Bu gün
Qızla günlük evdə görüşən varlı kişinin acı aqibəti - FOTO
13:23, Bu gün
İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür - VİDEO
13:18, Bu gün
Erməni yük maşınları yenə sərhəddə gözləyir
13:06, Bu gün
Mineral pəhriz: ARIQLAMAĞA KÖMƏK EDƏN SU
12:54, Bu gün
45 dəqiqəlik "ölən" kişi gördüklərini DANIŞDI
12:49, Bu gün
Bu vətəndaşlara pay torpaqları veriləcək? - RƏSMİ
12:43, Bu gün
Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? – CAVAB
12:36, Bu gün
Bakıda avtobusda DAVA - VİDEO
12:27, Bu gün
Rusiyanın son iki ayda gündəlik itkisi - Şok rəqəm
12:22, Bu gün
ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir
12:17, Bu gün
Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var - Polis və FHN araşdırır
12:12, Bu gün
Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi
12:08, Bu gün
Əli Əsədov qərar imzaladı
12:02, Bu gün
Qızların bu peşələrə marağı artıb - RƏSMİ 
11:57, Bu gün
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq
11:54, Bu gün
Almaniya Türkiyəyə döyüş təyyarəsi satışını əngəllədi
11:45, Bu gün
Peşə təhsili müəssisələrinə qəbul başladı
11:36, Bu gün
Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir
11:23, Bu gün
50 yaşdan sonra öldürən içki bəlli oldu
11:19, Bu gün
“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”
11:14, Bu gün
Əri tərəfindən öldürülən qadının son istəyi nə olub?- VİDEO
11:07, Bu gün
33-cü Yay Olimpiya oyunlarında Fransanın anti-Azəbaycan mövqeyi...
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
10:38, Bu gün
ŞİKAYƏT: “3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib”
10:34, Bu gün
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
10:29, Bu gün
Sürücülərin xəbərsiz olduğu avtobus zolaqları: Hansı hallarda istifadə etmək olar? (VİDEO)
10:12, Bu gün
“Yay yağışı bərəkət yox, fəlakətdir, bu sahələrə mənfi təsir göstərəcək”-EKOLOQDAN XƏBƏRDARLIQ
10:04, Bu gün
Tiramisunun yaradıcısı vəfat etdi
09:53, Bu gün
Ermənistan Laçın üzərində kəşfiyyat uçuşlarına CƏHD EDİB
09:45, Bu gün
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
09:43, Bu gün
Azərbaycana qarşı siyasi ikiüzlülük: Dünyanı kim çirkləndirir? — FOTOLAR
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
09:29, Bu gün
Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub
09:07, Bu gün
HİPOTETİK SSENARİ: Şimali Koreya ilə müharibə DÜNYANI ÇÖKDÜRƏCƏK
09:04, Bu gün
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
08:58, Bu gün
Gəlin toyda öldü - Qızın atasından bəyə tükürpədən TƏKLİF - FOTO
08:27, Bu gün
Netanyahu yəhudilərin daha çox demokratlara səs verməsinin səbəbini belə izah etdi...
08:08, Bu gün
Qurban Qurbanov yenə qapıçı axtarır
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
07:44, Bu gün
Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?
07:31, Bu gün
Ukrayna SSRİ-nin ilk hidrogen bombasının sınaq üçün havaya qaldırıldığı 1800 km-lik məsafədəki hərbi aerodromu vurdu...
07:23, Bu gün
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
07:12, Bu gün
Bu xəstəlik insanları evə qapadacaq – Dəhşətli epidemiya XƏBƏRDARLIĞI 
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ