İsrail Qolandakı əhalisini iki dəfə artıracaq – Səbəb
Aktual
614
09:48, Bu gün

İsrail Qolandakı əhalisini iki dəfə artıracaq – Səbəb

İsrail hökuməti Qolan təpələrinin ölkənin nəzarətində olan hissəsində İsrail əhalisini iki dəfə artırmaq planlarını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Qolanı gücləndirmək İsrail dövlətini gücləndirməkdir və  biz buranın çiçəklənməsinə və  əhalinin məskunlaşmasına kömək etməyə davam edəcəyik.
 
Məlumata görə, hökumət Golanda demoqrafik artımı artırmaq üçün 40 milyon NIS (10,4 milyon avro) layihəsini yekdilliklə təsdiqləyib. Eyni zamanda, İsrail hakimiyyəti Suriyadan gələn təhlükələrin hələ də qaldığını qeyd edir. Bu baxımdan İsrail ordusu Suriya ilə sərhəddəki bufer zonasına qüvvələr yerləşdirib.
 
Qeyd edək ki, hazırda Qolanda 50 mindən çox insan yaşayır , onların yarıdan çoxu yəhudi köçkünlər və israillilər, qalanları isə druzlar və ələvilərdir.
 
Netanyahu açıqlamasında bildirib ki, yaşayış məntəqələrini genişləndirmək qərarı müharibə və Suriyanın təmsil etdiyi yeni cəbhə fonunda  verilib:
“Qolan təpələri əbədi İsrailin tərkibində qalacaq”.
 
Qeyd edək ki, Qolan təpələrinin uzunluğu təxminən 60 km və eni 25 km olan qayalı yayladır. Onilliklər ərzində bu ərazi Yaxın Şərqdə mübahisəli ərazi olaraq qalırlar . İsrail 1967-ci ildə ərəb dövlətlərinin koalisiyasına qarşı apardığı 6 günlük müharibə zamanı Qolan təpələrinin əhəmiyyətli bir hissəsini ələ keçirdi və 1981-ci ildə onu ilhaq etdi. ABŞ 2019-cu ildə İsrailin Qolan üzərindəki suverenliyini tanıyan yeganə ölkə oldu.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər