“O vaxt “gəlin” deyirdik, özlərini dağın başına qoymuşdular, indi sürünə-sürünə gəlirlər”
Aktual
2496
22 Sep 2023 | 08:53

“O vaxt “gəlin” deyirdik, özlərini dağın başına qoymuşdular, indi sürünə-sürünə gəlirlər”

“O vaxt ermənilərə deyirdik ki, gəlin danışaq, özlərini dağın başına qoymuşdular, indi isə sürünə-sürünə gəlirlər”.

 

Bunu Moderator.az-a açıqqlamasıdna politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Yevlax danışıqları göstərdi ki, ermənilərlə münasibətdə ən effektiv ünsiyyət vasitəsi zordur:

 

“Baş verənlər bir daha sübut etdi ki, ermənilər əzilmiş, aşağılanmış vəziyyətdə olanda bir o qədər “anlayışlı” olurlar. Mövcud reallıqları bu vəziyyətdə daha yaxşı anlayırlar. Qarabağdakı lokal antiterror tədbirlərindən sonra separatçıların sülh üçün yalvarması, dərhal ağ bayraq qaldırması buna sübutdur. Bunun ardınca Qarabağdakı ermənilərin nümayəndələrinin Yevlaxa gəlişi də göstərdi ki, onlarla dil tapmağın yeganə yolu gücdür. Ona görə də bu həqiqəti unutmamaq,  daim yadda saxlamaq lazımdır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər