Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində
əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq
küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 21-25 dərəcə
isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 11-də bəzi
yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19
dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Sentyabrın 13-ü gündüzədək respublika ərazisində
qeyri-sabit, yağışlı hava şəraitinin olacağı və temperaturun enəcəyi gözlənilir.
Belə hava kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər zəiflədəcək.
Yağmurlu hava şəraiti isə bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün
yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər
yaradacaq. Ümumiyyətlə, yağıntılar torpaqda məhsuldar rütubət ehtiyatlarını
artıracaq. Lakin bu cür hava şəraiti Şəki ”“ Zaqatala bölgəsində yığılmış tütün
yarpaqlarının qurudulma şəraitini çətinləşdirəcək. Şamaxı-İsmayıllı bölgəsində
isə üzümün məhsulunda itkilərə yol verəcək.