Следите за нами в социальных сетях:
Ənənəvi Tayland masajı UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınıb.
Moderator.az xəbər verir ki, bu haqda Kolumbiyanın paytaxtı Boqota şəhərində Hökumətlərarası Komitənin 14-cü iclasında qərar qəbul edilib. Görüşdə Taylan masajı UNESCO-nun Bəşəriyyətin “Qeyri-maddi Mədəni İrs” siyahısına qəbul edilib.
Qəbul edilən masaj “Nuad Tai” adlanır. Bu masaj vasitəsilə əllərlə bərabər qol və dizlərin də müalicəsi həyata keçirilir.
Vasif Əlihüseyn