Tanınmış alimdən Hacıbala Abutalıbova qeyri - adi xahiş...
Oxunub: 7084
07 Sep 2015 | 00:16
Tanınmış alimdən Hacıbala Abutalıbova qeyri - adi xahiş...
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov maraqlı fəlsəfi düşüncələrini Moderator.az oxucuları ilə bölüşüb:                                     


Əvvəlini bu linkdən oxuya bilərsiniz---moderator.az/index.php?xeber=94023

Yaxşı adam olmağın fəlsəfəsi 

Cəmiyyət üzvlərinin fəaliyyətində iki qütb diqqəti cəlb edir: kimin özünə məhəbbət,  kimində isə millətə məhəbbət üstünlük təşkil edir. Bu nisbət ziyalılar arasında da 50-nin 50-yə deyil. Hesab edirəm ki, millətə məftun ziyalıların sayı əvvəla çox deyil, ikincisi də müxtəlif millətlər üçün müxtəlifdir və düşüncə tərzindən asılıdır. Bu say kritik bir qiymətdən az olanda (tək - tək olanda) millətə məhəbbəti böyük olan ziyalının həyatı çox zaman faciə ilə qurtarır. Əhməd Cavadın, Hüseyn Cavidin taleyi kimi. Millətini sevən Xəlil Rza Ulutürkə Allah rəhmət eləsin. “Gözün aydın Firəngiz, oğlun vətən yolunda şəhid oldu” - sözlərini hər ziyalı, hər məmur söyləyə bilməz. Özü xəstə yatmasına baxmayaraq Heydər Əliyevin Azərbaycana tez qayıtmasına istəyən 91- lərin ən parlaq nümayəndəsi idi. 
 
İbtidai icma quruluşunda özünə məhəbbət ictimai məhəbbətdən qat - qat üstün olub.
İnsan toplumu inkişaf etdikcə, təhsilləndikcə dünyagörüşü artdıqca ictimai məhəbbətin zəruriliyi dərk edilir və güclənməyə başlayır. İnsan cəmiyyətinin inkişafı özünə məhəbbətdən ictimai məhəbbətə tərəf yerdəyişmə ilə müşahidə olunur. İnkişaf etmiş ölkələrdə cəmiyyət üzvlərinin millətə məhəbbəti özünə məhəbbətdən yüksəkdədir, həm də vəhdətdədir. 
On il öncə (2.04.05) R. Behbudov adına Mahnı Teatrında 190 N-li məktəbin fəxri direktoru Sona xanım Tağıyevanın xatirəsinə həsr olunmuş “Sona xanım” adlı kitabın təqdimatı mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, deputatlar, akademiklər, tanınmış ziyalılar iştirak edirdi. 
Çıxış edənlər Sona xanıma hörmətindən, ucalığından, müəllim və şagirdlərə qayğısından da danışdılar. Mənə də söz verildi. Çıxışımda dedim: “Maraqlıdır, Sona xanım nazir olmayıb, rektor olmayıb, deputat olmayıb, akademik olmayıb. Sona xanım ölkəmizin 3900 orta məktəblərinin birinin direktoru olub. Bəs onda bu böyük məhəbbətin, bu hörmətin, bu ucalığın səbəbi nədir?   
Səbəb asanlıqla görünən deyil. Sona xanım özünü yox, millətin sevən direktor olub. Ona görə onun hörməti belə yüksəkdir. Özünə vurğun ziyalılar dünyasını dəyişəndən sonra zaman keçdikcə kiçilir, kiçildikcə nöqtələşir və nəhayət unudulur. Çünki onun yaxşılıq etdiyi qohumları, əzizləri, dostları da zaman keçdikcə dünyalarını dəyişirlər. Millətin sevən ziyalılarsa dünyasını dəyişəndən sonra zaman keçdikcə millət tərəfindən böyüyür, kitablaşır, mahnılaşır, heykəlləşır və yaddaşlara hakim kəsilir. Çünki  qohumlardan fərqli olaraq, millət ölmür”. 
Məncə yaxşı adam olmanın fəlsəfəsi budur.
                              
                                       
Proseslər fərd ”“ kütlə müstəvisində 

Fərd və kütlə problemi ilə bağlı həm Şərq, həm də Qərb filosoflarının dəyərli fikirləri çoxdur. Şeyx Sədi Şirazi fərd- kütlə probleminə öz münasibətini belə bildirmişdi:
                    Əgər oyaq qalsa şah otağında
                    Yoxsul rahat yatar öz yatağında.

Kütlənin kamilliyinin əhəmiyyəti haqqında ulu öndər Heydər Əliyev belə deyib: “Əgər hər hansı bir ölkənin xalqı öz hüquqlarını anlayar və onları qoruya bilərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.”
Çin filosofu Konfutsinin şəxsiyyətlə kütlənin birliyi barəsində söylədiyi bir hikmətdə isə deyilir ki, “əgər padşahla xalq bir olarsa, ölkə basılmaz”. 
Fərd - kütlə kontekstində bəzi taleyüklü hadisələrə nəzər salaq. Əsrlər boyu Şərq ədəbiyyatında şəxsi faciə, milli faciədən, taledən yüksək tutulub. 
Şərq ədəbiyyatı hədəfə kütlənin (millətin, xalqın) yox, daha çox fərdin taleyini götürür. Məcnunun faciəsi min ildir ki, (dahi Nizamidən böyük Üzeyirə qədər) müxtəlif janrlarda yaşadılır. Dərbəndin, Şuşanın, Göyçənin, Zəngəzurun, Borçalının, Qarabağın və digər itirilmiş torpaqların dərdi, bu ərazilərin milyonlarla sakinlərinin taleyi ziyalılarımızın qəlbinə yol tapa bilmir.

Şarl de Qoll görə dövlətin, xalqın mənafeyi bütün digər mənafelərdən yüksək tutulmalıdır: “Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyin bütün qanunlardan üstün tuturam”. Bu böyük siyasətçi başqa bir fikrində deyir:   “Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım gəlir. Mən üstünlüyü ikinciyə verirəm”. Çox düşündürücüdür. Böyük siyasət adamı xalqın mənafeini qanunlardan üstün, vətənin mənafeyini isə seçicinin mənafeyindən üstün tutur. Çünki, ölkə ölməzdir, seçici müvəqqətidir. Müvəqqətini daimiyə qurban verir. Hər kəs razılaşar ki, düşüncə mükəmməldir.  
Yuxarıda deyilənlərdən aydındır ki, Qərbdə millətin, Şərqdə şəxsiyyətin böyüklüyünü sübut etmək cəhdi var.
Çağdaş Azərbaycanda çoxlu sayda xırda partiyaların olmasından da bu görünür. Çünki partiya başqanlarının çoxu Azərbaycanın dərdini yox, öz şəxsi mənafeni üstün tutur. Milli mənafe naminə vahid lider axtarılmır və bu xislət dindən və tarixdən gəlir. Təkallahlıq ideyası fərdi diqqət mərkəzinə çəkir. Xrisdan fəlsəfəsində “Allah üçlüyü sevir” ideyası kütləni diqqət mərkəzinə çəkir.
Millətin azad olması üçün fərdlərin azadlığı dərk etməsi zəruridir, amma kifayət deyil. Kafi şərt kütlənin azadlığı dərk etməsidir. Belə olanda millət azad olur.

İqtisadiyyatın fəlsəfəsi

İnkişaf zəncirinə diqqət yetirsək görərik ki, təhsil elmi, elm texnologiyanı, texnologiya texnikanı, texnika sənayeni, sənaye isə iqtisadi inkişaf etdirir. Yüksək iqtisadiyyat isə firəvan həyat deməkdir. Bu həyat zəncirinin hər halqası önəmlidir.
Təhsil və iqtisadiyyat da bu zəncirin birinci və sonuncu halqasıdır. 
İqtisadiyyatın özü də mürəkkəb canlı orqanizmdir və çoxsaylı elementlərdən təşkil olunub. Hər bir elementin isə öz təyinatı var. Bu orqanizm yaxşı işləməsi üçün onun hər bir elementin incəliklərini bilmək və nəzərə almaq lazımdır. Daha dəqiq desək, iqtisadiyyat mürəkkəb sistemdir və onu mürəkkəb sistemlər nəzəriyyəsi əsasında araşdırmaq lazımdır. Bu nəzəriyyəyə əsaslanaraq göstərmək olar ki, hər elementinin iqtisadi göstəricisi zamana görə xətti dəyişən iqtisadi sistemin inteqral xassəsi qeyri xətti ola bilər.  
Bir əşyanın istehlakı (alınması) üçün qəbul edilən qərar ardıcıl bir neçə hadisənin (tanışlıq, maraq, ehtiyac, qərar vermək) cəmindən ibarətdir. Bu hadisələrin hər birinin əhəmiyyəti böyükdür. Əgər mala ehtiyac yoxdursa o alınmayacaq. Deməli, istehlak üçün ya təbii, ya da süni yolla ehtiyac yaratmaq lazımdır.

Rus akademiki O.Boqomolova görə fizikanın öz qanunları var, ona  riayət etməyəndə Çernobıl hadisəsi törəyir. İqtisadiyyatın da öz qanunları var, ona riayət etməyəndə cəmiyyət daha böyük kataklizmalarla qarşılaşır. 
Qərb həm İrana, həm də Rusyaya iqtisadi sanksiyalar tətbiq etdi. İran bu sanksiyalara dözdü, amma Rusiya isə tab gətirə bilmədi. Rusiyanın milli valyuta olan “rub”  hər gün günəş altındakı buz kimi əriyir. Səbəb nədir? Səbəb çox mürəkkəb deyil.
Məlumdur ki, bazardan aldığımız əşyanın (şeyin) pulunun bir hissəsi onu istehsal edənə qaytarılır. İran daxili bazarı ciddi şəkildə qoruyur və bununla yerli istehsalı stimullaşdırır və əhalini işlə təmin edilməsinə yardımçı olur. Bu işdə o qədim tarixindən, milli -dini adət -ənənəsindən dövrün tələbinə uyğun istifadə edir. İran məmuru varatnikli köynək geymir və qalstukdan istifadə etmir. Belə yabançı məhsulların istehsalçılarına bir qəpik də pul ödəmir. İran bazarında satılan çox şeylərin pulu onu istehsal edən iranlıya qayıdır. İnanmıram ki, rus məmurunu “Mersedes”-dən  düşürüb  “Jiquliyə” oturtmaq mümkün olsun. Bu səbəblərdə də İran iqtisadiyyatı Rusiya iqtisadiyyatından fərqli olaraq xaricdən çox asılı vəziyyətdə deyil.  
Nazirlərimizi, deputatlarımızı, ziyalılarımızı, məmurlarımızı göz önünə gətiriləndə  pərişan olursan. Onlar ayaqdan başa qədər xarici firmaların məhsullarını geyirlər. Demək, bizim istehlakçılarımız, o cümlədən də iqtisadiyyata məsul məmurlarımız öz istehsalçılarımızın yox, xarici istehsalçının əməyini maliyələşdirirlər. Bu addım isə daxildə işsizliyə səbəb olur. 
Bir neçə taksi sürücüsü tanıyıram ki, keçmişdə zərgər işləyiblər. Birindən soruşdum: niyə taksi işlədirsən? Dedi: İrandan, Türkiyədən o qədər çox və çeşidli zinət əşyaları gətirirlər ki, bizim sexlərimiz bağlandı. Zərgər sexlərinin bağlanması səbəbindən onlar bu işlə məşğul olurlar. Minlərlə sənətkar həm işini itirib, həm də nəsilbənəsil ötürülən zərgərlik sənətinin incəliklərini. Demək, iş yerlərini qorumaq, yeni iş yerləri açmaq qədər əhəmiyyətlidir. Fikirləşirsən: məgər daxili bazarı qorumaq olmazmıdı?  

Başqa bir misal. Əgər xeyir işlərdə, bayramlarda, ad günlərində ana və bacılarımızı holland qızıl gülləri ilə təbrik ediriksə, onda yerli qızıl gül bazarı, sənayesi,  biologiyası (elmi) inkişaf edərmi?  Tələbəlik illərimdə dəniz kənarı bulvarda qızıl gül sərgisinə baxmışdım. Bir mərdəkanlı gülçü 350 növ qızıl gül nümayiş etdirirdi. Bizim torpaqda da qızıl gül əmələ gəlir. Bu yaxınlarda bir nardaranlı ağsaqqalın fikrini mətbuatdan oxudum: “Gül bayramı üçün xaricdən gətirilən güllərin hamısını biz Nardaranda yetişdirə bilərik. Nardaranın Sovet hakimiyyəti vaxtı mövcud olan gül təsərrüfatları indi dağılıb. Bizə hökumətin dəstəyi lazımdır”. Həm iqtisadi, həm işsizlik, həm də maarifçilik baxımından hökumət bu dəstəyi verməlidir. Çünki “Gülçülük” sənətdir. Həm də sənət əldən getməsin. Elmlər Akademiyası bu işə dəstək versə biologiya elminin bir qanadı iqtisadi dəstək tapardı. 

Heydər Əliyev irsini bilən bir insan kimi inanıram ki, onu bizim qızıl güllərlə yad etsələr ruhu daha çox şad olardı. İnanıram ki, hörmət bəslədiyim Hacıbala müəllim gülçü ağsaqqalın səsin eşidər.

T. Özalın iqtisadi modelinin vacib elementlərindən biri kassa aparatıdır. Türkiyədə bu aparat qara iqtisadiyyata zərbə vurmaq və vergidən qaçmağın qarşısını almaq üçün istifadə edilir. Biz də bu niyyətlə bu təcrübədən istifadə etsək, iqtisadiyyatımıza xidmət etmiş olarıq. 

                             “Papaq atmanın” fəlsəfəsi

Papaq bizim həyatımızda əhəmiyyətli yer tutur. Papaq çox vaxt insanın milli kimliyini, dini mənsubiyyətini, cəmiyyətin hansı təbəqəsinə mənsub olduğunu  müəyyən etməyə imkan verir. Əsrlər boyu papaq forma və məzmunca böyük inkişaf yolu keçmişdir. Müxtəlif millətlərdə papağın təyinatı müxtəlifdir. Bəziləri ona geyim əşyası kimi baxır, bəziləri ona dərin məna verir, bəziləri də ona nüfuz atributu kimi baxır.

Hər il Novruz bayramında, daha doğrusu ilaxır çərşənbədə papağı qapılara tullamaq təklif olunur. Bu haqda “Yeni Musavat”-da geniş reportajlara rast gəlmək olar. Zabil Müqabiloğlunun ideya müəllifi olduğu belə reportajların biri (“YM” 18.03.09 və 19.03.09) tanınmışların evinə papaq atmağa həsr edilmişdi. Rəyi soruşulan bütün partiya sədirləri “papaq atmanı” təqdir edirlər. Partiya sədiri də, professor da, akademik də "papaq atma”-dan qürurla, ağız dolusu danışırlar. Hətta milli ruhun daşıyyıcıları olan meyxana ustaları da TV-də papaqdan “qafiyə” çıxardırdılar. Sumqayıtın “Okean” şadlıq sarayında bir tanışın oglunun toyunda xahişimlə meyxana ustası Namiq Mənanı bizim stola dəvət etdim. Mən Namiqə “papaq atmanın” zərərli və qüsurlu adət olduğunu dedim və üstəlik Şeyx Şamillə bağlı bir rəvayət də danışdım. Rəvayətə görə Şeyx Şamili Rus Çarının qəbuluna aparanda ona deyirlər ki, Çarın hüzuruna papaqla girmək olmaz. O, deyir: onda mənə başımdan qiymətli bir yer göstərin ki, papağı ora qoyum. Yəni papaq insanın ən qiymətli üzvü olan başa qoyular. Namiq Məna sağ olsun, bu iradlarla razılaşdı.

Bu il cənublu qardaşımız İsa Günəşli jurnalistin (YM, 23.03.15) papaq atma ilə bağlı sualına belə cavab verir: “Papaqatma adəti bizdə yoxdur. Adətən qapılara şal atırıq. Ev sahibi şala bayram süfrəsindən olan şirniyyatlardan bağlayır”.  Böyük Şəhriyarın "Heydər baba"sında da bu haqqda misralar var. Şübhə etmirəm ki, qədimdə çərşənbə axşamı papaq atmaq olmayıb, "torba atmaq", "şal atmaq" olub. Bəs bu "papaq atmaq" adətinin yaranmasına səbəb nədir?  Bu adəti bizə kimlər sırayıb və məqsəd nə olub? 
Güman etmək olar ki, məqsəd: namus, qeyrət simvolu sayılan və başa qoyulan papağı, ayaq alta atmaq, milləti sındırmaq olubdur. 
1945-ci ildə keçmiş SSRİ-yə qarşı yönəlmiş bir doktrinada deyilir: “Biz ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək şüurlarına seks kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək”.
Bu doktirina “papaq atma” timsalında bizdə tam təsdiqini tapmaqdadır. Başa qoyulan papaq Novruz bayramında ayaq altına atılır. Yəni tarixi milli dəyər, dəyərsizləşdirilir. Və bu prosesi də ölkəmizin tanınmı siyasətciləri və ziyalıları, sənətçiləri, alim və akademikləri iştirak edirlər.

Bu zərərli adətin əlehinə çox az sayda ziyalılarımız çıxırlar. Millət vəkili Aqil Abbas və Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli  Novruz bayramında qapıya papaq atmağa kəskin etiraz ediblər. 
Papaqın digər geyim əşyalarından fərqi, özəlliyi nədir? 
XVII əsirdə Rene Dekart təbiət haqqında öz baxışıni əsaslandırmaq üçün  “düşünən materiya” adlandırdığı ağılı, ölçülü-çəkili materiyadan fərqləndirir. Gözlə görülməyən, əllə toxuna bilmədiyimiz bu düşünən materiya beyində yerləşir. Beyin isə başdadır. Bu səbəbdən də baş digər üzvülərdən çox qiymətlidir. Baş canlılıq, dirilik deməkdir. İnsanın başı salamat olanda, özü də salamat olur. 
Məlumdur ki, krallar, şahlar tac qoymuş, adi insanlar isə papaq. Tacın arxasında dövlətin qüdrəti, papağın arxasında "kişi sözü" durardı. Qiymətli daşlarla bəzədilmiş tac qüdrət simvolu kimi çıxış edir. Taca sahibliyi itirmək, təslim olmaq əlamətidir. Qüdrət, namus simvolu olan tac bədəninin ən qiymətli üzvü olan başa qoyulur. 
Yuxarıda deyilənlərdən bu qənaətə gəlmək olar ki, papağa münasibətdə biz hələ kamil deyilik.                                                 

Körpünün fəlsəfəsi

Ardı var...
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ