Paşinyan hökuməti 90-cı illərin “Bakı qaçqınları”na xüsusi sertifikatların verilməsinə start verib.
Moderator.az erməni mənbələrinə
istinadən xəbər verir ki, sözdə sertifikatların mənzil probleminin həlli məqsədi
ilə verildiyi vurğulansa da, əsas məqsəd olmayan “qaçqın problemi”nə beynəlxalq
arenada diqqət çəkmək, Azərbaycanın zorakı obrazını formalaşdırmaqdır. Qərara
görə hökumətdən sertifikat alan “qaçqınlar”ın mənzil problemi maksimum bir il ərzində
həll olunacaq. Irəvan bildirir ki, onlar mərhələli şəkildə “bütün qaçqınlar”ın
mənzil problemini həll etməyə çalışırlar.
Məlumat üçün qeyd edək
ki, İrəvan 90-cı illərdə Azərbaycanın Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərindən
minlərlə ermənin qaçqın düşdüyünü, zorakılıqla üzləşdiyini iddia etsə də, həqiqət
tamamilə başqadır. Belə ki, nə 90-cı illərdə, nə də ondan öncə və sonra Azərbaycanda
hər hansı erməni ailəsinə qarşı zorakılıq tətbiq edilməyib və ölkəni tərk edən
hər bir erməni bunu hər hansı təzyiqə məruz qalmdan, tamamilə könüllü şəkildə həyata
keçirib. Lakin Ermənistan son bir ildir ki, bu həqiqəti təhrif etməyə, ona
başqa don geyindirərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu məqsədlə də
İrəvan Ermənistanda yaşayan yaşlı və kimsəsiz şəxslərin yataqxanalarda yerləşirilməsi,
əcnəbi qonaqlara bu şəxsləri “qaçqın” kimi təqdim etmək kimi hiyləgər üsullara əl
atmaqdadır.
Seymur ƏLİYEV