Türkyənin məşhur musiqiçi və yazarı Zülfü Livaneli ve xanımı koronavirusa yoluxublar.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, fevral ayının sonlarında ABŞ-ın Nyu-York şəhərində təşkil edilən tədbirlərə qatılan sənətçi mövzu ilə bağlı açıqlamasında deyib: “Xanımım, mən və dostlarım müalicə almışıq. Tamamən sağalmışıq, ancaq Türkiyəyə döndüyümüzdən bəri bayıra çıxmırıq”.
Bildirilir ki, ABŞ-dakı tədbirlər zamanı Zülfü Livaneli fevralın 27-də narahatlıq keçirdiyi üçün təcili xəstəxanaya aparılıb. Lakin bu xəbər ictimaiyyətdən gizlədilib.
Buna baxmayaraq sənətçi martın 4-də həm imza günündə iştirak edib, həm də konsert verib. Tədbirə qatılan digər insanların da bəzilərində koronavirus təsbit edilib.
73 yaşlı yazar bildirib ki, fevralın sonlarında Amerikada keçirilən tədbirlərin birində virusa yoluxublar, lakin artıq durumları yaxşıdır:
“Tamam sağalmışıq. İndi test sonucları neqativdir, ancaq yenə də evdən çıxmırıq... Kimsə ümidsizliyə qapılmasın, mümkünsə evdə otursunlar və bu bəlanı həmrəyliyimizlə geridə qoyaq. Əhval-ruhiyyəmizi də pozmayaq, çünki bu, sağalmaq üçün vacibdir”.
Taleh