Putinin köməkçisinin qızı 3 gün oruc tutdu- İbrətamiz-FOTOLAR
Gündəm
5743
05 Jun 2019 | 09:23

Putinin köməkçisinin qızı 3 gün oruc tutdu- İbrətamiz-FOTOLAR

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı - Yelizaveta  “Instagram” səhifəsində müsəlmanların müqəddəs Ramazan ayında oruc tutma təcrübəsini paylaşıb. 
Moderator.az  Rusiya mediasına istinadla xəbər verir ki, Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Y.Peskova oruc ibadəti haqqında fikirləri ilə bölüşüb.

“Bir çoxları üçün oruc tutmaq çox çətin və yorucu bir şeydir. O cümlədən sutkada 4 litr su içən mənim üçün. Ancaq  məsələ özünü yönləndirməkdən asılıdır”,- Putinin köməkçisinin qızı belə yazır. 

Liza əlavə edib ki, ruhi inkişafa, gerçəkləri bilməyə can atan inanclı insan olaraq İslamla çox maraqlanır və bu il Ramazan ayının son üç günündə oruc tutub.  

Y.Peskova orucun tibbi əhəmiyyətindən də danışıb: 
“Oruc hüceyrələri yeniləndirir  və insan orqanizmi özünü təmizləməyə başlayır...” 

 "Əsas onu bilmək vacibdir ki,  hər bir  pəhrizin  məqsədi  özünüintizama alışmaq, ləzzətlərdən uzaqlaşma, ruhi durumumuza və düşüncələrimizə diqqət yetirməkdən ibarətdir”-deyə D.Peskovun qızı fikirlərini ümumiləşdirib.

Sultan Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər