Cəmiyyətimizdə tez-tez qadın və kişilərin mübahisəsinə rast gəlirik. Məsələnin aktuallığını nəzərə alaraq artıq bir neçə müddətdir ki, hər iki cinsin nümayəndəsi ilə bağlı araşdırma yazıları təqdim edirik. Düşünürük ki, bunun onların münasibətlərində müsbət rolu olacaq.
Moderator.az bu dəfə beynimizin sağ və sol yarımkürələri ilə bağlı daha bir maraqlı yazını təqdim edir:
Yaxşı bir başa sahib olmaq yetərli deyil, ondan necə istifadə etməyi də bacarmalısınız. Bildiyimiz kimi beynimizin iki yarımkürəsi var: sol və sağ yarımkürələr. Hər bir yarımkürənin özünəməxsus bacarıqlarını anlamaq üçün zehni gücünüzdən daha səmərəli istifadə edərək, sağ və sol beyin funksiyaları arasında tarazlıq yarada bilərsiniz.
Sağ beyin:
Beyniniz - sağ və sol yarımkürələr bir-biri ilə uzlaşaraq işlədiyində nəticə verir. Sağ yarımkürə yaradıcılıq, təhlil, məkan və məsafələri bir-birindən ayırmaq xüsusiyyətinə, məlumatları heç bir güc sərf etmədən avtomatik olaraq yadda saxlamaq qabiliyyətinə malikdir. Mən bu insanı əvvəl hardasa görmüşəm-deyərkən hisslər sağ beyinə doğru hərəkət edir. Sağ beyin baş verənlərə məna yükləyə bilmir. Fəhminizə etibar etmək sağ beyninizə gələn duyğudur. Sağ beyin sözlərlə yanaşı, təsəvvür və xəyallarla da işləyir. Musiqi bacarığı, musiqiyə reaksiya vermə qabiliyyəti sol beyində olsa da, bunu sağ beyin müəyyən edir. Problemləri bütünlüklə görə, ehtimal edə, böyük problemləri bir anda dəyərləndirə bilir. Üzləri xatırlaya, xüsusiyyətləri bütün olaraq görə bilir. Gördüyümüz yuxular da sağ beynin funksiyalarına daxildir. İbadət, dua və mistika ilə məşğul olur. Qeyri-ixtiyari düşüncələr və asanlıqla ifadə edilməyən hisslər də sağ beynin funksiyasına aiddir.
Sol beyin:
Realist məntiqli və analitikdir, beynin dil mərkəzini təşkil edir. Sol beyin, əsasən analitik işləri idarə edir. Məntiqi üsullar, əlaqələndirmələr və məna vermə sol beynin funksiyasına daxildir. Sol beyin danışmağa, oxuyub-yazmağa nəzarət edir, hadisələri xatırlayır. Adları yaddaşa qeyd edir və onları necə tələffüz edəcəyimizi bilir. Sol beynin təhlil mərkəzi hadisələri rasional şəkildə qiymətləndirir. Riyazi hissəsi isə rəqəmləri, simvolları qavrayır, hesablama işlərinə üstünlük verir. Vücudumuzun sağ tərəfindəki hərəkətlərə nəzarət edir. Hər iki yarımkürədəki şüurlu və qeyri-ixtiyari zehnimizi bilməyə, məqsədimizə çatmaq üçün onların hər ikisindən yararlanmağa ehtiyacımız var.
Hesablamaq, qarşılaşdırmaq, qiymətləndirmək kimi, bir çox təsiredici və əlaqəli funksiyalarını yerinə yetirir. Şüurlu zehin vahid sistemə malikdir.
Mənbə: “Qadınlar nə istəyir, kişilər nə verir?” kitabı.
Vasif Əlihüseyn