“Azərbaycan KTMT-ya qoşula bilməz”
1802
17 Aug 2018 | 13:51

“Azərbaycan KTMT-ya qoşula bilməz”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli haqqin.az-a müsahibəsində deyib ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)  iştirakını da nəzərdən keçirmək olar.

 

“Düşünürəm ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta KTMT-də iştirakını da nəzərdən keçirmək olar. Xatırlatmaq istəyirəm ki, bu strukturun yarandığı ərəfədə - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuşdu”-deyə, deputat bildirib.

 

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə  Modern.az-a açıqlamasında bildirib ki,  hazırki şəraitdə Azərbaycan KTMT-ya qoşula bilməz.

 

“Ermənistan işğalçı dövlətdir. Hazırda biz Ermənistan dövləti ilə müharibə şəraitində yaşayırıq. Onların olduğu təşkilatda bizim nə işimiz ola bilər axı?! Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca biz Ermənistan dövləti olan yerə getməməliyik”.

 

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus , Qazaxıstan, Qırğızıstan,  Tacikistan və Ermənistan daxildir.

Link kopyalandı!
Son xəbərlər