12324
17 Aug 2018 | 12:42

"Nə vaxta qədər ki, Rusiya işğaldakı torpaqların azadlığını Ermənistandan tələb etməyib..."

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün Azərbaycana faydalı olacağına heç bir halda inanmıram”.

Bunu Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, indiki halda bu quruma üzvlük Azərbaycana real olaraq heç nə qazandırmayacaq:

“Ermənistan bu təşkilatın üzvüdür və Azərbaycan ərazisi də Ermənistan tərəfindən işğal edilib. Ermənistanın ən böyük müttəfiqi isə Rusiyadır. Rusiya isə KTMT-də aparıcı rola malikdir. Nə vaxta qədər ki, Rusiyanın Azərbaycana mövqeyi qətiləşməyib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməyib, nə vaxta qədər ki, işğaldakı torpaqların azadlığını birmənalı şəkildə tələb etməyib, münaqişənin Azərbaycanın ərazi bütövlüyün çərçivəsində həlli ilə bağlı qəti fikir bildirməyib, Azərbaycanın bu quruma üzvlüyü mənasız bir şeydir. Əksinə, bu, Azərbaycanın mənafeyinə zidd olar”.

Seymur Əliyev
Link kopyalandı!
Son xəbərlər