Bərdəli sahibkardan Prezidentə müraciət:
5683
07 Jun 2017 | 21:28

Bərdəli sahibkardan Prezidentə müraciət: "Onun kimə arxalandığını bilmirəm, ancaq biz Sizə arxalanırıq"

Bərdədə çalışan sahibkar Moderator.az vasitəsilə prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə xırda sahibkarlıqla məşğul olan Elnur Əliyev Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oglunun özbaşınalığından şikayətlənib: 

"Möhtərəm Prezident!

Mən Bərdə rayonunda xırda sahibkarlıqıa məşğul oluram, müəssisəmdə 5-6 qaçqın ailəsi çalışaraq ailələrini dolandırırlar. Ancaq son günlər işimiz tamam dayanıb, səbəbi isə Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oglunun müəssisəyə məxsus tikinti materiallarını maşinla birgə DYP-nin Bərdə rayon şöbəsinə aparıb qarşılıgında məndən 500 manat pul tələb etməsidir. Məmmədov Anar artıq bir neçə dəfədir müəssisəyə gələn və çıxan materialları müxtəlif bəhanələrlə şöbəyə apardığından biz müştərilərimizi itiririk. Çünki müştərilərimizin sifarişlərini vaxtında ünvana çatdıra bilmirik.

Cənab Prezident!

Siz dəfələrlə çıxışlarınızda məmur özbaşınalığına son qoyulmasını və yerli sahibkarlara şərait yaradılması üçün öz göstərişlərinizi vermisiniz.  Ancaq Anar Məmmədov kimiləri hələ də Sizin bu tapşırığınızdan dərs almayıblar. Onun kimə arxalandığını bilmirəm, ancaq biz Sizə arxalanırıq. 
Düşünürəm ki, Anar Məmmədovun bu özbaşınalığına son qoyulacaq, haq-ədalət öz yerini tapacaq. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
Link kopyalandı!
Son xəbərlər