Mədəniyyət
7854
28 Oct 2016 | 11:55

"Bu məntiqə keçsək bütün dünya tarixi bizim ayağımıza gələcək”- ŞOK TƏKLİF




Təəssüflər olsun ki, bizim Nizami, Xətai, Füzuli kimi böyük mütəfəkkirlərimiz, klassiklərimi həm qardaş Türkiyə elmi ictimaiyyətində, həm də dünyanın başqa yerlərində əsasən  İran şairləri kimi tanınır. Hətta təpədən-dırnağa qədər Azərbaycana, onun milli düşüncə sisteminə malik olan  hürufiliyi də İran fəlsəfi cərəyanına aid edirlər. Burada əsas günahkar kimdir? Zamanın və məkanın fövqündə olan və hər bir dövlətin fəxr edə biləcəyi klassiklərimizin özümüzə aid olduğunu dünya ictimaiyyəti qarşısında  nə üçün sübuta yetirə bilmirik?

Misirşünas, batin alimi Firudin Gilar Bəg Moderator.az saytının qaldırğı bu məsələyə münasibət bildirərkən, maraqları faktlara toxunub. Onun fikrincə, tariximiz tamam başqa məntiqə öyrənilməlidir. Bu zaman klassiklərimizin  bizə məxsusluğunu bütün dünya qəbul edəcək:

“Bu təbiidir. Çünki əsas səbəb bilinmir. Bəli, həqiqətən bunlar İrana, yəni İran rəmzinə aiddir. İran haqda mən çox yazmışam. Bu rəmz Ərən(Eran) rəmzidir və bir nəslə - Azəri türk bəglərinə aiddir. Bizim alimlər, ziyalılar bunu bilmir və İran rəmzindən qorxurlar. Bu isə bizimdir və fars dili də məhz digər dillər kimi Aran (İran) şahları olan Azəri türk bəgləri tərəfindən yaradılıb. Bunu səbəbi çox dərindir. Lakin əsas məsələ bu rəmzin məhz bizə aid olmasıdır. Nə qədər ki, bizim alim-ziyalılar həqiqəti olduğu kimi qəbul edib, batiniliyə üstünlük verməyəcək, biz öz dahilərimizdən, şanlı keçmişimizdən uzaq düşəcəyik. İlk növbədə alimlər öz daxili qüvvələrinə qalib gəlib, həqiqəti etiraf etməlidirlər. Məhz ondan sonra həqiqətin açılması üçün sufizmə-batiniliyə müraciət edilməlidir. İnandırım sizi, bu məntiqə keçən kimi bütün tarix bizim ayağımıza gələcək. Bu  bizim dünyanın ilk yaradılmış kamil xalqı olmağımızı ortaya qoyacaq. Əsas məsələ - şəxsi mənafenin ümumi mənafedən üstün tutulmasıdır. O gün ki, alimlər həqiqəti etiraf edəcəklər, hər şey düzələcək”.
Fəlsəfə elmləri namizədi, araşdırmaçı alim Mail Yaqub isə konkret olaraq hər bir ziyalının işə keçməsini arzulayır. Alimin fikrincə, burada günahkar axtarmaqdansa, təbliğat vasitələrinə əl atmaq daha məqsədəuyğundur:

“Bir azərbaycanlı kimi istəməzdim ki, Nizami, Xəqani, Füzuli kimi klassiklərimiz başqa ölkənin şairləri kimi təqdim edilsin. İstərdim ki, bütün dünya onları yalnız Azərbaycan mütəfəkkirləri kimi tanısın. Bunun üçün kifayət qədər dəlil-sübutumuz, elmi faktlarımız var. Adicə fakt deyim: Nəinki Türkiyədə, az qala bütün dünyada Mövlanə Cəlaləddin Rumini türk şairi kimi tanıyırlar. Yalnız ona görə ki, Rumi ömrünün müəyyən hissəsini Konyada yaşayıb, orada vəfat edib və dəfn olunub. Amma Ruminin türkcə bircə dənə də olsun misrası yoxdur, hamısı farscadır. Bu onu göstərir ki, dahiləri hamı özünə tərəf çəkmək istəyir. Mən Türkiyənin bu cəhdini alqışlayıram. Yaxşı edirlər. Biz də təbii ki, bu yöndə çalışmalıyıq. Təbliğat işləri aparaq, yazıb-yaradaq, elmi resursları işə salaq ki, öz dahilərimizi özümüzə tərəf çəkək. Bütün dünyaya car çəkək ki, bunlar bizimdir. İndi günahkar axtarmağa ehtiyac yoxdu. Bu gün biz günahkar axtarmaq əvəzinə, iş görməliyik. Hərə öz öhdəsinə düşən işi yerinə yetirməlidir. Bizim Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzimiz var. Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət Komitəsinin nəzdində yaradılıb. Bunlar çox gözəl iş görürlər. Bu məsələdə hamımızın günahı var. Amma günahkarı bir tərəfə qoyub dayanmadan iş görmək, təbliğ etmək lazımdır”. 

Elmin Nuri

Link kopyalandı!
Son xəbərlər