"İrandan gələn mollaya yaxınlaşıb qara çuxasından möhkəm dartdım..."
Oxunub: 8094
26 Apr 2016 | 01:18
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/133581.html


...Atışma təxminən yarım saat çəkdi. Artıq səhər açılırdı. Baxmayaraq ki, yorğun, həyəcanlı idim, o gün açılan yaz səhərinin gözəlliyi heç vaxt yadımdan çıxmaz. Hava işıqlandıqca, quşlar səs-səsə verib yamaclarda, ətrafımızda oxuyurdular, hər yan yenicə açılmış çiçəklərlə dolu idi. Günəş yüksəldikcə dağın al yaşıl rəngi gözümün qarşısında daha da gözəlləşir, günəşin şüaları artdıqca çəmənliyin şehi muncuq kimi otların arasından parlayırdı. Günüz sakit keçdi. Axşam Moskva televiziyasında Ermənistan - Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində atışma olduğu və bir erməninin yaralanması barədə xəbər verdilər. Yerli əhali də gecələr postda durur, ov tüfəngləriylə də olsa kəndi müdafiə edirdilər. Əlibəylidən danışanda kənd sakini Etibar Əmiraslanovu yada salmamaq mümkün deyil. Rayonun prokuroru Kamo Fətəliyev bu qoçaq oğlana şəxsi vəsaiti hesabına avtomat alıb vermişdi. Etibar gecələr düşmən tərəfə kəşfiyyata gedirdi. Yaxşı mövqe seçib atışmağı da vardı. Sonralar müharibənin  miqyası artanda Etibar Əmiraslanov böyük bir dəstəyə komandirlik etdi. Tovuzu düşməndən qorumaqda  şücaət, igidlik göstərdi. Bir haşiyəyə çıxmağı vacib bilirəm. 1992-ci ilin yayında “Qarabağ”cəmiyyətinin sədri,  müəllimim, Famil Mehdi və cəmiyyətdəki müavini bəstəkar Vasif Adıgözəlov Gəncədə mənimlə görüşəndə yalnız Qarabağ bölgəsində deyil, Tovuz, Qazax istiqamətində də döyüşən əsgərlərdən xüsusi fərqlənən şəxsə  cəmiyyətin Fəxri diplomunu və pul mükafatını təqdim etmək istədiklərini və kimi məsləhət bildiyimi soruşdular. Mən tərəddüd etmədən Etibarın adını çəkdim. Tovuzda qoçaq, igid döyüşçülər vardı, amma mənim yaxından tanıdığım Etibar idi. Biz Tovuza, birbaşa səngərə yollandıq. Famil müəllimlə Vasif müəllim (Allah hər iki kişiyə rəhmət eləsin) Etibar Əmiraslanova Fəxri diplomu və pul mükafatını təqdim etdilər. Etibar pulu müavininə verib: ehtiyacı olan uşaqlara paylayın-dedi.
Təəssüf ki, Etibar Əmiraslanov kimi döyüşçünü sonra həbs etdilər. Səbəbi də dəqiq bilinmədi. Mətbuatdan gedən məlumatlara görə indi çətin, sıxıntılı günlər yaşayır, əksər keçmiş döyüşçülər kimi, mənim kimi”¦

Yeddi gün tamam olanda bizi şöbənin başqa əməkdaşları əvəz etdi. Beləcə, fasilələrlə 21 gün Əlibəylinin müdafiəsində oldum. Çox əzizdi o günlər. Kənd camaatı bizə qarşı çox mehribanlıq göstərir, kəndin, rayonun rəhbərləri həmişə qayğı ilə yanaşırdılar. Kənd icra nümayəndəsi Valeh bizi kəndin fəxri vətəndaşları elan etmişdi. Tovuz camaatının aşıq sənətini çox sevməsi hamıya məlumdu. Gecə postlara çıxmazdan əvvəl kəndin aşıqlarından biri həmişə kənd icra nümayəndəliyinə gələr, saz çalıb oxuyardı ki, əhvalımız yaxşı olsun. Bir dəfə də postlara çıxmazdan əvvəl aşığa dedim ki, indi də bir “Misri “çal ,”yeriyək düşmən üstünə”. Aşıq mənə baxıb: ”Vallah, mənə deyəndə ki, KGB  işçiləri gəlib, kəndi qoruyurlar, arada gəl saz çal, mən deyirdim, əşi, onlar urus kimi adamlardı, hardan bilirlər saz nədi, amma indi baxıram, necə sazdan ləzzət alırsız, aşıq havalarının adlarını bizim bəzi kəndçilərdən yaxşı bilirsiniz, sizə halaldı, elə əsl azərbaycanlı sizsiniz”. Aşıq düz deyirdi, o zamanlar cəmiyyətdə, ictimai şüurda bizi Moskvanın adamları kimi tanıyır, millətdən uzaq, kosmopolit insanlar olduğumuzu zənn edirdilər. Amma hadisələr sübut etdi ki, SSRİ-nin bel sütunu sayılan KQB ”“nin  azərbaycanlı əməkdaşları, əksər zabitləri məhz çətin günlərdə xalqla bir yerdə oldular.
*** 
1990-cı ilin yayında artıq silah sarıdan korluq  çəkmirdik. DTK-nın sədri general Vaqif Hüseynovun göstərişi ilə Gəncə şöbəsində xeyli silah-sursat  toplanmışdı. Gəncə milisi də silahlanmışdı. OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi)  sürətlə yaranır, əməliyyatlar keçirirdi. Ermənilər təşvişdə idi. 
OMON yayda Çaykənddə yoxlama aparmağa nail oldu. Həmin vaxt OMON Çaykəndə günüz girib, gecə çıxırdı. Bu işin effekti az idi. Yerevandan gələnlər yoxlama müddətində gizlənə bilirdilər.Yeganə uğurlu tədbir Çaykənd radiostansiyanı ələ keçirmək oldu. Mariyanın evində iki yük maşını qədər radiostansiyanın ləvazimatını  müsadirə etdik. Kənd camaatı rayon rəhbərliyi ilə görüş təklif etdi. Görüşdük. Çaykəndlilər ac olduqlarını, şəkər, qarpız, pomidor, xiyara möhtac olduqlarını söyləyir, xislətlərinə uyğun yazıq görkəm alırdılar. Qatı millətçi Çaykəndlilər xahiş edir, ərzaq istəyirdilər. Birinci katib Kazımov sadəlövhcəsinə görüşdən sonra iki maşın ərzaq verməyin vacib olduğunu deyəndə, mən qəti etiraz edib, ermənilərin zaman əldə etmək üçün çalışdıqlarını, ərzaq problemlərini bizim hesabımıza həll etmək istədiklərini anlatdım. Fikrimi də bir neçə gün əvvəl  ermənilərin radiostansiya danışıqlarından əldə etdiyimiz informasiya ilə əsaslandırdım. Katib razılaşdı. Ermənilər bu yoxlamadan sonra bir daha bizi kəndə buraxmadılar, əksinə, silahlı qüvvələrinin sayını daha da artırıb bütün bölgəni təhlükədə saxlamaqda davam etdilər.

1990-cı ilin yayın sonunda parlament seçkilərinə hazırlıq kampaniyası başlamışdı. Azərbaycan SSR  tarixində ilk dəfə olaraq həqiqi seçki, alternativ namizədlərin iştirakıyla parlament seçkiləri keçirilirdi. Rəisimiz məni çağırıb söhbət etməyə başladı və dedi ki, Vaqif Hüseynovun göstərişidi, namizədliyini verməlisən, sənin Xanlarda kifayət dərəcədə nüfuzun var,  sədr namizədliyini verməyini məqsədəuyğun hesab edir. Gözlənilməz oldu mənimçün, amma tez razılaşdım. Avqust ayından kampaniyaya start verildi. 
                                                                *****
 1990-cı ilin Qanunu hərbçinin xidməti davam etdirməklə deputat seçilməsinə imkan verirdi. Artıq təkcə hərbi xidmətçi deyildim, siyasətə qoşulmuşdum. Bu gündən baxanda primitiv görsənə biləcək seçki kampaniyası keçirdim. Plakatlarım hazırlanmışdı, görüşlər keçirir, seçicilər qarşısında çıxışlar edir və təcrübə qazanırdım. Sentyabrın 3-də rayon icrayyə komitəsinin binasında seçki ilə bağlı müzakirələr gedəndə, zəng gəldi. Sədr məni telefona çağırdı ki, səni istəyirlər. Zəng Tərtərdən idi: Gözün aydın, oğlun oldu! Hər şeyi yarımçıq kəsib ayağa qalxdım: Mən arzuma çatdım, deputat  seçilməyim vacib deyil, Allah məni oğul atası seçdi-deyib, maşınıma oturub sürətlə Tərtərə sürdüm.
                                                            *****
Seçkidəki rəqiblərim üç nəfər idi. Konyak zavodunun direktoru Yunus Mustafayev, xəstəxananın baş həkiminin müavini Vilayət Musayev və Hafiz Hacıyev. Seçkidən geniş danışmaq fikrim yoxdu. Bir onu demək istəyirəm ki, Hafiz Hacıyev hara gedirdisə, mütləq 20 Yanvar qırğınının KGB tərəfindən törədildiyini və mənim də iştirak etdiyimi danışırdı. Rayon camaatı məni yaxşı tanıdığından onun danışdıqlarına inanmadıqlarını, mənim fəaliyyətimin göz qabağında olduğunu deyib onu qınayırdılar. Həmin vaxtlar respublika mətbuatında məndən iki müsahibə götürmüşdülər .”Azərbaycan Gəncləri” qəzetində ilk müsahibəm çıxdı. Müsahibəni məndən dostum, gözəl insan, vaxtsız bu dünyadan köçən Adil Qaçayoğlu götürmüşdü. Başlıq da beləydi: ”Demokratlar qalib gəlsələr”. Demokratik qüvvələrin qalib gəldiyi halda Azərbaycanda ciddi Qanun dəyişikliyinin olacağını vurğulamışdım. O dövr üçün bizim xidmət işçilərinin belə müsahibə verməsi birmənalı qarşılanmırdı və sonralar bizim əməkdaş olmuş Oleq Əliyev bu yazıya görə  bir ay mənim telefon danışıqlarıma qulaq asıldığını etiraf etmişdi. Seçki oldu və mənimlə Yunus müəllim ikinci tura keçdik. İki həftədən sonra təkrar seçki olmalıydı. Bakıdan xəbər gəldi ki, Hafiz Hacıyevin şikayəti əsasında seçkinin nəticələri ləğv olunub. Niyə, nə səbəbdən, bəlli olmadı. Məsləhət oldu ki, mənim şikayət etməyimə ehtiyac yoxdu. O zaman mən deyərdim ki, nisbətən demokratik, saxtakarlıq hallarının az olduğu seçkilər keçirildi. Seçki bitdi, siyasi ehtiraslar azaldı. Mən yenidən işimin başındaydım. İşim isə daha çox Çaykəndlə bağlı idi.                                                           

Seçkidən sonra jurnalist Nadejda İsmayılova “Dalğa” verilişinin rus buraxılışı üçün Çaykənddən süjet hazırlamağa gəlmişdi. Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri Nizami Xəlilovun xahişi ilə Nadejda xanımla Kamo, Azad   kəndlərində olduq. Çaykəndin  sərhədinə gəldik. Çaykənd Sovet Ordusu əsgərləri tərəfindən qorunurdu. Şlaqbauma  yaxın yerdə Çaykəndin kinomexaniki Dereni gördüm, çağırdıq, gəlmədi. Sonralar Dereni vertolyotla yola salanda mənə dedi ki, televiziyadakı verilişin səhərisi günü Tatul onu döyübmüş. Qızışıbmış ki, niyə Azərbaycan televiziyasına düşmüsən? 

Çaykənd haqqında bütün məlumatları “Dalğa”da səsləndirdik. Bu verilişə  görə cəza aldım. “Şanksiyalaşmamış müsahibəyə” görə mənə  xəbərdarlıq edildi. Əsas səbəb isə o idi ki, Çaykəndin Moskvadan himayə olunduğunu, burada baş verən hadisənin 1 saatdan sonra Kremlə məruzə edildiyini açıqca söyləmişdim. Həmin video Youtube-də “nadejda çaykend”adı ilə var. 

Çaykənddə OMON-un yoxlaması zamanı radiostansiya onlardan alınmışdı, amma heç  bir ay keçmədi ki, yeni, daha güclü stansiya quruldu. Biz Xanlardakı 3 saylı radiostansiyanın və DTK-nın “R” xidmətinin köməyi ilə artıq onların bütün danışıqlarına nəzarət edirdik. Erməni dilində aparılan danışıqları Gəncədəki əməkdaşımız, əslən ermənistanlı Tofiq Nuriyev tərcümə edib mənə verirdi. Asan proses deyildi.
Çaykənd  Gəncəni, Xanları, Goranboyu tam gərginlikdə saxlayırdı. Kəndə yeni silahlar gətirilirdi (radiostansiya  danışıqlarından bilirdik). Az qala hər həftə Bakıya analitik arayışlar göndərirdik.
                                                          *****
1991-ci il gəldi və Qarabağda baş verən proseslərə tam olmasa da qismən müdaxilə etmək imkanlarımız yaranmışdı. İlin əvvəlindən ölkə 20 yanvarın bir illiyinə hazırlaşırdı. Gəncədə şəhidlərin dəfn olunduğu  qəbiristanlıqda həmin gün izdihamlı mitinq nəzərdə tutulurdu. Rəis Rəhman Mikayılov Bakıya çağrılmışdı, müavin Fəxrəddin Təhməzov da məzuniyyətdə idi. Rəis getməzdən əvvəl kollektivi yığıb  o olmadığı müddətdə  mənim onu əvəz edəcəyimi söylədi. Üç gün rəisi əvəz etdim. Bu mənə böyük etimad idi. 20 Yanvar tədbirini keçirmək məqsədilə Gəncə şəhər partiya komitəsinin birinci katibi Səbuhi Abdinov iclas çağırdı və mən də rəisi əvəzləyən kimi iştirak etdim. Vəziyyətlə bağlı şəhər milis idarəsinin rəisi polkovnik  Eldar Həsənov məlumat verəndən sonra mən də çıxış edib İrandan bir neçə ruhaninin Bakıya, Gəncəyə göndərildiklərini, mitinqdə çıxış etmək niyyətində olduqlarını, şəhidlərin azadlıq uğruna deyil, din yolunda şəhid olduqlarını önə çəkmək niyyətləri barədə məlumat verdim. Qərara alındı ki, həssas zamandı, qarşıdurma yaratmadan yola vermək lazımdı. Sabah dediyim kimi də oldu. Mitinqin ortasında İrandan gələn molla dua oxuyandan sonra Kərbəla şəhidlərindən danışıb ağlamağa başladı. Məsələ uzanırdı, mollaya yaxınlaşıb yanında dayandım, qara çuxasından möhkəm dartıb bitirməyi işarə etdim. Molla tez dua verib kənara çəkildi.
 
23 fevral günü səhər erkəndən xəbər gəldi ki, Polyaniçko Gəncəyə gəlir, cəbhə bölgələrində əsgərlərə baş çəkmək istəyir. Polyaniçko vertolyotla gəldi. Rəis mənə pulemyotu götürüb aeroporta getməyimi tapşırdı. Polyaniçkonu Səbuhi Abdinov və rəisimiz qarşıladı. Polyaniçko vaxt itirməyək deyib bizi də vertolyota dəvət etdi. İlk uçuşumuz Qazağa oldu. Polyaniçko Sovet Ordusunun əsgər, zabitləriylə görüşür, vəziyyətlə maraqlanır, pul və digər hədiyyələr verirdi. Dadaş Rzayev də Polyaniçkonu müşayət edirdi. Qazaxdan Ağdərəyə uçduq. İlk dayanacağımızın İmarət Qərvənd kəndi olacağını biləndə çox həyəcanlandım. Babam Nüsrət bəyin kəndi, anamın doğulub 13 yaşınadək yaşadığı kəndimiz. Bizim kəndimiz. Anamın hakimiyyətin qorxusundan bizi  bu yerlərə qoymadığı  məkan. İndi mən həmişə arzusunda olduğum  anamın kəndinə gəlmişdim. Əlimdə pulemyot vertolyotdan düşüb  ətrafa baxdım, təhlükə olmadığına əmin olandan sonra Polyaniçko və digərlərinə işarə etdim ki, düşə bilərlər. Rəisimizə yaxınlaşıb bu kəndin babamın kəndi olduğunu dedim. Rəis gülüb dedi: Səni kəndinizə gətirdim, daha nə istəyirsən? Kənd əhalisi gəlib gətirdiyimiz ərzağı aparanda dedim ki, bura babamın kəndidi. Üzümə baxıb: kimdi baban? ”“soruşdular. Pulemyotu çiynimə keçirib: Nüsrət bəy- dedim. Söz ağzımdan çıxan kimi  kəndin baş tərəfini göstərib: -Odu ey.., bəylik ordadı, babanın evləri oradı. Mən babamın bacısı qızı, anamın bibisi  qızı Zibər xalanın babamın evində qaldığını bilirdim. Zibər xalanı soruşanda bir uşağı göndərib dedilər qızı burdadı, çağırın gəlsin. Zibər xalanın qızı Vüsalə gəldi. İndiyədək onu görməmişdim. Mənim kim olduğumu biləndə ağlayıb boynuma sarıldı: Ooy, Firəngiz xalamın oğlu gəlib- dedi. Polyaniçko bir tərəfə qalmışdı, kənd camaatı bizə baxırdı. Xalamı soruşdum, dedi ki, sənin gəldiyini bilsə ayaqyalın yüyürəcək.Vüsalə:
-Hələ burdasan?
-Yox, Xocalıya uçuruq. 
-Orda nə işin var, deyir yaman qorxuludu oralar.
-Narahat olmayın.
-Xalaoğlu, bir söz soruşum, sən bilərsən, bu Səddam Hüseynin axırı necə olacaq?
Qız üzümdəki təəccübə baxıb:
- Vallah, bu Səddamın davası elə erməniynən bizim davamız kimi bu kəndi maraqlandırır ki, görən kim qalib gələcək? İşıqlarımız tez-tez keçir, televizora baxa bilmirik...
-Yaxşı olacaq-deyib, vertolyota doğru addımladım. Həmin günlərdə davam edən ”Səhrada tufan” adlanan Amerika- İraq müharibəsinə müsəlman təəssübkeşliyi prizmasından baxan camaatımızın  öz çıxılmaz durumlarına baxmayaraq, hələ bir Səddamın da dərdini çəkməklərini heç cür anlaya bilmədim.
Polyaniçko artıq havanın qaraldığını, tez uçmaq lazım olduğunu dedi.

Beləcə, heç vaxt görmədiyim anamın kəndini, Mehdiqulu xanın ulu babam Temirxan bəyə verdiyi  İmarət Qərvəndi (kəndin bir adı da Kərəmlidi) görüb, tərk etdim. Bir neçə aydan sonra babamın kəndini  ermənilər işğal edəcək. Hələlik isə Sırxavənd  istiqamətində uçanda erməni kəndlərinin üstündən keçərkən erməni dilində hazırlanmış müraciət vərəqələrini  səpməyə başladıq. Yeni Qaralar kəndində də enib ərzaq verdik. Polyaniçkonu Xocalı aeroportuna  aparıb, geri qayıtmalı idik. Vertolyota minəndə Polyaniçko köməkçisinə işarə edib məni göstərdi: “bizi qoruyan zabiti təbrik etmədik, axı bu gün Ordu günüdü”. Gözüylə pul çantasına işarə etdi. Köməkçi pul dolu  çantadan 500 rubl götürüb mənə verdi. Xocalı aeroportuna endik. Bu, Tərtərin üstündəki  Ağdərə kəndləri istisna olmaqla mənim  Dağlıq Qarabağa son səfərim oldu, yəni bu sətirləri yazanadək. Allah qismət eləsin, yenə əlimdə pulemyot o yerlərdən bir də keçim...

Ardı var...
Oxşar xəbərlər
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir